Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün719
DünənDünən1983
Bu həftəBu həftə7664
Bu ayBu ay45402
Bu günə qədərBu günə qədər7472736

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Bəşər Əsəd Ərdoğanı ələ saldı

alt

 
Suriya prezidenti Bəşər Əsəd Fransanın “La Fiqaro” qəzetinə müsahibə verib. 

B.Əsəd müsahibəsində deyib ki, Suriyanı kimyəvi silah istifadə etməkdə ittiham edən güclər bunun sübutunu göstərməlidir. Əsəd müsahibəsində ABŞ və Fransaya meydan oxuduqlarını bəyan edib. 

Onun sözlərinə görə, Suriya ordusu öz qüvvələrinin olduğu yerdə kimyəvi silahdan istifadə edəcək qədər bacarıqsız deyil. O bildirib ki, BMT təmsilçiləri xəstəxanalarda kimyəvi silahdan zərər görmüş yüzlərlə Suriya hərbçisini ziyarət ediblər. Bu baxımdan, ordunun kimyəvi silahdan istifadə etdiyi iddiası məntiqsizdir. 

Əsəd Suriyaya hücum edəcək gücləri də təhdid edib. O deyib ki, Suriyaya hücum olarsa, Yaxın Şərq barıt çəlləyinə dönəcək. 

O bildirib ki, Suriyada ordu ilə döyüşən güclərə silah və pul verən bütün güclər onun düşmənidir. 

Suriya prezidenti Türkiyəni baş naziri Rəcəb Tayyib Ərdoğana da söz atıb. O deyib ki, Ərdoğan nə etmək istədiyini heç özü də bilmir. 

Türkiyədə kimyəvi silah həyəcanı - VİDEO

Türkiyənin Kilis vilayətinin dövlət xəstəxanasında kimyəvi xəbərdarlığı elan edilib. Buna həkimlərin Suriyadan gətirilərək xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyətindən şübhələnməsi səbəb olub. Həkimlər dərhal xəstəxanaya kimyəvi, bioloji, radioloji və nüvə mütəxəssislərini çağıraraq, tədbirlərin görülməsini təmin ediblər.
Kilis dövlət xəstəxanasının təcili tibbi yardım şöbəsindəki xəstələr binadan çıxarılıb, gələn xəstələrin qəbulu da dayandırılıb. Xüsusi geyim geyən mütəxəssislər xəstəxananın içərisindən və suriyalı yaralının üzərindən texnoloji cihazlarla nümunələr götürüblər.
45 dəqiqə davam edən gərginlikdən sonra hər hansı bir kimyəvi silah izinə rast gəlinmədiyi açıqlanıb.

Fransa Suriyaya hücum qərarı verdi; Əsədə qarşı koalisiya

alt

Fransanın baş naziri Jan Mark Ayrolt ölkəsinin kimyəvi silahdan istifadə edən Suriya hökumətini cəzalandırmaqda qərarlı olduğunu bəyan edib. Baş nazir deyib ki, Suriyadakı rejimin kimyəvi silahdan istifadə etməsi cavabsız qala bilməz. 

Baş nazir eyni zamanda onu da deyib ki, Fransa Suriyaya tək hücum etmək niyyətində deyil. Onun sözlərinə görə, hazırda prezident Fransua Olland bir koalisiya yaradılması ilə bağlı danışıqlar aparır. Ayrolt onu da qeyd edib ki, hücumun məqsədi Bəşər Əsədi devirmək olmayacaq. Fransanın Suriyaya hücum barədə yekun qərarını da koalisiyanın yaranmasından sonra veriləcəyi bildirilir.

“Müsəlman qardaşlar“nın fəaliyyətinə qadağa qoyula bilər

alt

Misirin yeni hökuməti "Müsəlman qardaşlar" hərəkatının ölkədə fəaliyyətini qadağan etmək niyyətindədir. 

Məlumata görə, ölkə hökuməti yanında Ekspertlər Şurasından Nazirlər Kabinetinə "Müsəlman qardaşlar"ın fəaliyyətinin qadağan edilməsi barədə sorğu daxil olub.

Qeyd edək ki, Misirdə "Müsəlman qardaşlar" hərəkatının fəaliyyəti onilliklər ərzində qanundan kənar sayılıb və yalnız Hüsni Mübarəkin devrilməsindən sonra özünü mütəşəkkil siyasi qüvvə kimi dünyaya tanıdıb.

Vyetnamda daxili siyasətin internetdə müzakirəsi qadağan edildi

alt

Vyetnamda dövlətin daxili siyasətinin internetdə müzakirəsinə qadağa tətbiq edən qanun qüvvəyə minib.

№72 qanununa əsasən, bloq və sosial şəbəkələr yalnız fərdi informasiyanın mübadiləsi üçün istifadə oluna bilər.

Qanun internetdə Vyetnam hökumətinin mövqeyindən fərqli xəbərlərin nəşrini qadağan edir.

Yeni qanuna əsasən, xarici internet şirkətlərin lokal serverləri Vyetnam ərazisində yerləşməlidir.

Vyetnam birpartiyalı kommunist dövlətidir və hakimiyyət kütləvi informasiya vasitələri üzərində sərt nəzarət edir.

“Dünyada beynəlxalq hüquq böhranı yaşanır”

alt“Dünya maliyyə böhranının nəticələrinin öhdəsindən gəlir. Lakin fikrimcə bu gün dünyada daha bir böhran var - beynəlxalq hüquq böhranı”.

APA-nın məlumatına görə, Prezident Administrasiyası rəhbərinin müavini, PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu fikirləri Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Dəyişən dünyada Cənubi Qafqaz” forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə ciddi məşğul olmalıdır.

“Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi bacarmadı. Azərbaycan torpaqları hələ də işğal altında qalmaqdadır. ATƏT və NATO kimi strukturlarla uğurlu əməkdaşlığa rəğmən heç bir nəticə əldə olunmayıb. Və bunu heç cür başa düşmək olmur. Belə böhran hamı üçün – həm Azərbaycan, həm də dünya birliyi üçün pisdir”.

Rusiya Suriyada kimyəvi silahdan istifadə olunmasına dair ABŞ-ın sübutlarını inandırıcı saymır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada kimyəvi silahdan istifadə olunmasına dair Vaşinqtonun təqdim etdiyi sübutları inandırıcı saymayıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, S. Lavrov deyib ki, təqdim olunan sənədlərdə konkret heç nə yoxdur – nə coğrafi koordinatlar, nə adlar, və də kimyəvi nümunələrin peşəkarlar tərəfindən götürüldüyü haqda sübutlar. Nazir bildirib ki, ABŞ tərəfi məxfiliyə əsaslanaraq daha detallı sübutlar təqdim etməkdən imtina edib.

S. Lavrov Böyük Britaniya və Fransanın BMT baş katibinə təzyiq göstərdiklərini də söyləyib. O qeyd edib ki, 2013-ü ilin martında Suriya hökuməti BMT-dən Hələbə müşahidəçilər göndərilməsini istəyib. Belə ki, orada kimyəvi silah tətbiqinə bənzəyən insident baş verib. Pan Gi Mun əvvəlcə buna razılıq versə də, sonradan Britaniya və Fransanın təzyiqi nəticəsində fikrindən daşınıb.

Roma papası Suriya üçün dua çağırışı etdi

alt

"Tanrı və tarix zorakılığı artıranları və sülhə mane olanları mühakimə edəcək"

Roma papası I Fransis dünya katoliklərinə müraciət edərək onları sentyabrın 7-də Suriya üçün edəcəyi duaya qoşulmağa çağırıb. Tanrının və tarixini zorakılığı artıranları və sülhə mane olanları mühakimə edəcəyini deyən I Fransis kimyəvi siladan istifadəni pislədiyini qeyd edib. 

“Zorakılıq əsla sülhə rəhbərlik edə bilməz. Müharibəyə müharibə, zorakılığa zorakılıq rəhbərlik edər” – deyə katoliklərin ruhani lideri bildirib. 

Portuqaliyada meşə yanğınları davam edir

alt

Portuqaliyada artıq 10 gündür davam edən meşə yanğınları can almağa davam edir.

Syerra do Karamulo bölgəsində yanğın nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Onların hamısının yanğınsöndürənlər olduğu bildirilir. Rəsmilərin məlumatına görə, bu, Portuqaliya tarixində indiyədək ən genişmiqyaslı və son 10 ildə ən güclü yanğın hesab edilir.

Ötən axşam yanğın nəzarət altına alınsa da, onu tamamilə söndürmək vaxt tələb edəcək. Alovla mübarizəyə 600-dən çox yanğınsöndürən və 200-ə yaxın texnika cəlb edilib. Portuqaliyalı yanğınsöndürənlərə İspaniya və Fransadan yanğınsöndürənlər, hərbçilər və su-tökən təyyarələr köməyə gəliblər.

Portuqaliyada meşə yanğınlarına 30 dərəcə istinin səbəb olduğu ehtimal edilir. İnsan amili də istisna edilmir.

İranda parlament binası qarşısında aksiya

alt

İran Parlamentinin qarşısında narkotik qaçaqmalçılığı ittihamı ilə edama məhkum olunan şəxslərin ailə üzvləri bu gün aksiya keçirib. 

Bu barədə Tabnak xəbər saytı məlumat verir.

Məlumata əsasən, aksiya iştirakçiları hökumətdən narkotik qaçaqmalçılığı ittihamı ilə edama məhkum olunmuş şəxslərin əfv olunmasını tələb ediblər.

Qeyd edək ki, İranın Narkotiklərlə Mübarizə Təşkilatının məlumatına görə, ölkədə məhbusların 100 min nəfərdən çoxu narkotik cinayətlərinə görə həbs edilib.

İran KİV-in məlumatına əsasən, hazırda İran zindanlarında 220 minə yaxın məhbus saxlanılır.
İranda məhbusların sayı Asiya ölkələri və bütövlükdə dünya ölkələri ilə müqayisədə yüksəkdir.

Beynəlxalq KİV-in məlumatına görə, 2012-ci ildə İranda 587 nəfər edam edilib. Həmin şəxslərin böyük əksəriyyəti narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə edam olunub.

BMT və "Amnesty International" təşkilatı dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib.

Hüquq müdafiəçiləri bildiriblər ki, İranda edamların sayı rəsmi statistikada göstəriləndən daha çoxdur.

Barak Obama Suriyaya zərbə endirməyi qərara alıb

alt"ABŞ Suriya rejiminə qarşı hərbi əməliyyat keçirməlidir”

Vaşinqton BMT Təhlükəsizlik Şurasının razılığı olmadan Suriyada hərəkətə keçməyə hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu bu gün ABŞ prezidenti Barak Obama bəyan edib.

“Biz tam iflic olmuş və Əsədi məsuliyyətə cəlb etmək istəməyən BMT Təhlükəsizlik Şurasının razılığı olmadan irəli addımlaya bilərik”, deyə Obama vurğulayıb.

Barak Obama bəyan edib ki, ABŞ Suriya rejiminə qarşı hərbi əməliyyat keçirməlidir. “Məsələni diqqətlə nəzərdən keçirdikdən sonra mən qərara aldım ki, ABŞ Suriya rejiminə qarşı hərbi əməliyyat keçirməlidir”, deyə Obama qeyd edib.

Onun sözlərinə görə, Bəşər Əsəd rejimi Dəməşq ətrafında kimyəvi silah istifadəsinə görə məsuliyyət daşıyır.

Barak Obama həmçinin Suriyada hərbi əməliyyat keçirmək üçün Konqresin razılığını almaq niyyətində olduğunu qeyd edib.

Obamanın Suriya ilə bağlı qətnamə layihəsi Konqresə göndərildi

altABŞ prezidenti Barak Obama Senat və Konqresin Nümayəndələr Palatasının rəhbərliyinə Suriyaya qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğu barədə məktub göndərib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, məktuba ABŞ Silahlı Qüvvələrinin bu məqsədlər üçün cəlb olunmasını sanksiyalaşdıran qətnamənin layihəsi əlavə olunub.

Bir səhifəlik sənəddə 1973-cü ildə qəbul olunmuş Hərbi səlahiyyətlər barədə Qanuna istinad yer alıb. Qeyd edək ki, bu qanuna əsasən, ABŞ prezidenti ölkənin Silahlı Qüvvələrini 60 gün ərzində ölkə hüdudlarından kənarda istifadə etmək hüququna malikdir.

“Suriyada kimyəvi və ya digər kütləvi qırğın silahının istifadəsi ilə bağlı prezidentə Silahlı Qüvvələrdən lazım və mümkün bildiyi kimi istifadə etmək hüququ verilir”, deyə sənəddə bildirilir.

Saytda Axtarış

Son xəbərlər