Dalga Televiziyasi Gürcüstan qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1447
DünənDünən2380
Bu həftəBu həftə3827
Bu ayBu ay39130
Bu günə qədərBu günə qədər7409604

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb

Gürcüstan dövləti 2018-ci ildə qonşu ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb. 

Qonşu ölkələrlə əməkdaşlıq daha da dərinləşib və bu əməkdaşlıq bəzi ölkələrlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkalianinin 2018-ci ilin yekunları ilə bağlı təqdim etdiyi hesabatda bildirilir. 

Məlumatda qeyd edilir ki, 2018-ci ildə Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi davam etdirilib. Hər iki ölkə ilə əhəmiyyətli enerji layihələri üzrə regional əməkdaşlıq daha da genişlənib. 

Hesabatda, bu il İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin rəsmi açılış mərasimləri barədə məlumatlar da yer alıb. 

Sənəddə strateji nəqliyyat dəhlizlərinin, ilk növbədə, Bakı-Tbilisi-Qars layihəsinin yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb, Gürcüstan, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünün əməkdaşlığın yeni formatını yaratdığı qeyd olunub.

Saytda Axtarış

Son xəbərlər