Dalga Televiziyasi Gürcüstan parlamenti paytaxt Tbilisidə fəaliyyət göstərəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün832
DünənDünən2380
Bu həftəBu həftə3212
Bu ayBu ay38515
Bu günə qədərBu günə qədər7408989

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan parlamenti paytaxt Tbilisidə fəaliyyət göstərəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Gürcüstan parlamenti yeni reqlament barədə sənəd qəbul edib. Sənədə əsasən parlament Kutaisidən paytaxt Tbilisiyə - Ş.Rustaveli prospekti 8 ünvanına köçürüləcək. 

Parlamentin bu gün keçirilən iclasında yeni reqlament barədə sənəd üçüncü oxunuşda 77 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul olunub.

Sənədə əsasən, parlamentin sessiyası digər yerdə yalnız qanunverici orqanın Tbilisidəki binasının hansısa səbəbdən fəaliyyət göstərməməsi halında mümkün ola biləcək.

Həmçinin Baş nazirin parlament qarşısında illik və növbədənkənar hesabat və məruzə ilə çıxış etməsi, siyasi debatlarda iştirakı, 7 nəfərdən ibarət deputat qrupunun və fraksiyanın hökumətə, parlament qarşısında hesabat verməli olan digər dövlət strukturlarına birbaşa müraciət etmək və ya onları parlamentə hesabat verməyə dəvət etmək hüququ və digər məsələlər də nəzərdə tutulub.

Parlamentin Kutaisi şəhərindəki binasında regional polis şəbəkəsinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, qonşu ölkənin qanunverici orqanı 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərir. 2014-cü ildən parlamentin komitə iclasları Tbilisidəki binada keçirilir.

Yeni reqlament prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minəcək.

Saytda Axtarış

Son xəbərlər