Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün955
DünənDünən2380
Bu həftəBu həftə3335
Bu ayBu ay38638
Bu günə qədərBu günə qədər7409112

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

ABŞ dolları bu il də bahalaşmaqda davam edəcək - ANALİTİKA

alt

Qlobal maliyyə bazarları yeni ili ABŞ dollarının müvəqqəti dəyərdən düşməsi ilə qarşıladı.

Asiya birjaları işə düşən kimi Amerika valyutasının ucuzlaşması baş versə də, Avropa birjaları açılanda bu proses dayandı.

London (Böyük Britaniya) və Frankfurt (Almaniya) birjalarında dolların bahalaşması müşahidə edildi və sərbəst dönərli valyuta əvvəli mövqeyini bərpa etdi, dollar indeksi “yaşıl səviyyə” hesab olunan 96,2-yə çatdı və bazar iştirakçıları üçün ciddi siqnal oldu.

Bununla belə, son 1 ay ərzində dollar Avropanın vahid valyutası sayılan avro qarşısında bir qədər ucuzlaşıb – USD/EUR nisbəti 1,135-dən 1,155-ə qalxıb. Mövcud vəziyyətin ABŞ-la Çin arasında ticarət danışıqlarının müsbət nəticələnməsi ehtimalı ilə bağlı olduğu bildirilir.

Məsələ ondadır ki, iki aparıcı iqtisadiyyat arasında razılıq əldə edilməsi Avropa ölkələrinin istehsalı olan mallara tələbatı artıra bilər. Odur ki, investorlara arasında avroya inam bir qədər artıb və bu, Avropa valyutasını Amerika valyutası qarşısında bir qədər bahalaşdırıb. Baxmayaraq ki, əksər analitiklər 1 avronun qiymətinin uzun müddət 1,11-1,12 dollar arasında dəyişəcəyi qənaətindədir.

“Report”un analitik qrupu da hesab edir ki, dollar bu il də dəyər qazanmaqda davam edəcək. Belə ki, dollar indeksininin ilin I yarısına doğru 97,5-ə yüksələcəyi, ilin II yarısında isə 99-100 arasında dəyişəcəyi proqnozlaşdırılır.

Türkiyə məhkəməsi saxlanılan İŞID terrorçuları barədə həbs qərarı verib

alt

Türkiyə məhkəməsi təhlükəsizlik qüvvələri tərəfindən Bursa şəhərində saxlanılan İŞID terrorçu qruplaşmasının üzvlərinin həbsi barədə qərar verib.

 Saxlanılan 12 nəfərdən altı suriyalı öz ölkəsinə deportasiya olunub. Saxlanılanlardan ikisi Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan təhlükəli terrorçu qadındır. Terrorçu qadınlar və onlara köməklik göstərən digər iki nəfər həbs olunub. Terrorçu qadınların biri Suriya, digəri Əlcəzair əsilli olmaqla hər ikisi Fransa vətəndaşıdır.

Gürcüstan qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb

Gürcüstan dövləti 2018-ci ildə qonşu ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb. 

Qonşu ölkələrlə əməkdaşlıq daha da dərinləşib və bu əməkdaşlıq bəzi ölkələrlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkalianinin 2018-ci ilin yekunları ilə bağlı təqdim etdiyi hesabatda bildirilir. 

Məlumatda qeyd edilir ki, 2018-ci ildə Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi davam etdirilib. Hər iki ölkə ilə əhəmiyyətli enerji layihələri üzrə regional əməkdaşlıq daha da genişlənib. 

Hesabatda, bu il İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin rəsmi açılış mərasimləri barədə məlumatlar da yer alıb. 

Sənəddə strateji nəqliyyat dəhlizlərinin, ilk növbədə, Bakı-Tbilisi-Qars layihəsinin yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb, Gürcüstan, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünün əməkdaşlığın yeni formatını yaratdığı qeyd olunub.

Putindən şok açıqlama – "Nüvə silahının gücünü artıracağıq"

alt

Rusiya ilə ABŞ arasındakı gərginlik davam edir.

Rusiya prezidenti Vladimir Putin gələn il nüvə silahının gücünün artırılacağını deyib.

Dalga TV Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Orta və Yaxın Mənzilli Raket anlaşmasından çıxacağı təhdidindən sonra Rusiya ilə ABŞ arasındakı gərginlik davam edir.

Mövzu ilə bağlı açıqlama verən Putin “Digər ölkələrlə Orta və Yaxın Mənzilli Raket anlaşması mövzusunda razılığımızı heç nə əngəlləyə bilməz”, - deyib.

Erməni Apostol Kilsəsi Tbilisidə təxribat yönlü tədbir keçirib

 

Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası yenə də növbəti təxribat yönlü tədbirini həyata keçirib.

24news.ge armenianchurch.ge saytına istinadən xəbər verir ki, Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası nəzdində fəaliyyət göstərən “Hayartun” mədəniyyət və təhsil mərkəzi tərəfindən dekabr ayının 12-də “Tanınmayanlar Tanınanlar Haqında” adlı tədbir keçirilmişdir.

Ərazisi işğal altında olan bir ölkədə öz çirkin siyasətlərini həyata keçirməklə digər bir ölkənin işğal altında olan Dağlıq Qarabağ ərazisinə aid tarixi məkanları ermənilər öz tarixi abidələri kimi təqdim ediblər.

Tədbirdə rəssam Qoar Akopyan ad-soyadlı rəssamın Azərbaycanın işğal altında olan Hadrut (Xocavənd) və Əsgəran bölgələrinə səfəri və orada mövcud olan tarixi abidələr barədə bəhs etmişdir.

Tədbir zamanı müəllif Martuni rayonunun (Dağlıq Qarabağda), Hadrut və Əskəran rayonlarında mövcud olan tarixi və mədəni abidələri erməni mədəni abidələri kimi təqdim edib.

Fransada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ - “Sabah evdən çıxmayın”

Səfirlik “Sarı jilet”lilərin kütləvi şəkildə toplaşdığı məkanlara getməkdən çəkinməyə çağırıb.

Azərbaycanın Fransadakı səfirliyi artıq bir neçə həftədir davam edən etiraz aksiyalarının yaratdığı gərgin vəziyyətlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza sosial şəbəkə vasitəsilə müraciət edib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, gərgin vəziyyətin davam etməsini nəzərə alaraq səfirlik Fransaya səfər edən və bu ölkədə olan Azərbaycan vətəndaşlarını baş verən iğtişaşlarla əlaqədar diqqətli olmağa, nümayişlərin keçirildiyi və “Sarı jilet”lilərin kütləvi şəkildə toplaşdığı məkanlara getməkdən çəkinməyə çağırıb.

Yerli KİV-lərdə gedən müzakirə xarakterli verilişlərə istinad edən səfirlik Azərbaycan vətəndaşlarına dekabrın 8-də evdən çıxmamağı məsləhət görüb.

Gələn il Gürcüstanda “NATO-Gürcüstan 2019” çoxmillətli təlimləri keçiriləcək

Gələn il Gürcüstanda “NATO-Gürcüstan 2019” çoxmillətli təlimləri keçiriləcək. Birgə təlimlər Gürcüstan Silahlı Qüvvələrinin modernləşdirilməsi, NATO standartlarına uyğunlaşdırılması və inteqrasiyasının sürətləndirilməsi məqsədilə keçiriləcək. 

Bu sözləri Gürcüstanın müdafiə naziri Levan İzoria bu gün rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı illik hesabat verərkən deyib. 

Nazirin sözlərinə görə, təlimlərdə NATO-ya üzv və tərəfdaş ölkələrin, o cümlədən Cənubi Qafqaz dövlətlərinin hərbi qulluqçularının da iştirakı nəzərdə tutulub. 

L.İzoria Gürcüstanın hərbi qüdrətinin artırılması, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması, əməkhaqlarının, silahlı qüvvələrin döyüş və müdafiə qabiliyyətinin artırılması, beynəlxalq əməkdaşlığın perspektivləri barədə məlumat verib.

Gürcüstan Prezidentinin kürəkəni qanunsuz odlu silah saxlamaqda ittiham olunur

alt

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin qızının vətəndaş nikahında yaşadığı Mindiya Qoqoçuri dekabrın 6-da gecə-hüquq mühafizə orqanlarının keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıb. 

Ona qarşı qanunsuz olaraq odlu silah saxlamaq, gəzdirmək ilə bağlı ittiham irəli sürülüb. 

“Rustavi2” telekanalının yaydığı xəbərdə deyilir ki, M.Qoqoçurinin Tbilisinin Elqudci Amaçukeli küçəsində kirayə götürdüyü mənzildə keçirilən əməliyyat zamanı, ümumilikdə 2, nəfər saxlanılıb. Saxlanılan ikinci şəxs Qoquçurinin yaxın dostudur və o, sağlamlığa bilərəkdən xəsarət yetirmək maddəsi ilə axtarışda idi. 

Telekanalın məlumatına əsasən, xüsusi əməliyyat başladıqdan sonra şübhəlilər silahlarını mənzillərin eyvanından aşağı atıblar. 

Məlumat üçün qeyd edək ki, M.Qoqoçuri Prezident Georgi Marqvelaşvilinin həyat yoldaşı Maka Çiçuanın birinci ərindən olan qızının əridir. 

Gürcüstanın 4-cü Prezidentinin kürəkəninin adı artıq bir neçə dəfə kriminal hadisələrdə hallanıb. O, 2017-ci ilin yanvarında dostu Mixail Tatrişvili ilə birlikdə güllə yarası ilə xəstəxanaya yerləşdirilmişdi. O zaman M.Tatriaşvili narkotik vasitələrin qeyri-qanuni saxlanılması və dövriyyəsinə görə həbs olunmuşdu. 

M.Qoqoçuri bu ilin iyul ayında ayağından üç bıçaq yarası ilə xəstəxanaya yerləşdirilmişdi. 

M.Qoqoçurinin, həmçinin ölkə müxalifətinin dekabrın 1-də keçirdiyi mitinqdə iştirak etdiyi bildirilir.

Xatırladaq ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin səlahiyyətləri sona çatır. Ölkənin beşinci Prezidenti Salome Zurabişvilinin inauqurasiyası dekabrın 16-da keçiriləcək.

Gürcüstan Fransadan yeni hava hücumundan müdafiə sistemləri alacaq

alt

Gürcüstan Fransadan yeni hava hücumundan müdafiə sistemləri, zenit-raket kompleksi alacaq.

Bu açıqlama ilə Gürcüstanın müdafiə naziri Levan İzoria çıxış edib.

Nazir bu gün Fransaya yola düşəcək və səfər çərçivəsində yeni silahların alınması ilə bağlı müqavilə imzalanacaq.

L.İzoria bildirib ki, ordu quruculuğu, silahlı qüvvələrin modernləşdirilməsi Gürcüstan üçün prioritet təşkil edir. Fransadan bundan əvvəl də hava hücumlarından müdafiə üçün zenit-raket sistemləri alınıb. Fransadan bu cür silahların alınması bundan sonra da davam edəcək.

“Ekspo 2025” Ümumdünya Sərgisi Yaponiyada keçiriləcək

alt

Noyabrın 23-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında 2025-ci il “Ekspo” Ümumdünya Sərgisinin ev sahibinin müəyyən edilməsi üçün yekun səsvermə keçirilib. 

Səsvermə nəticəsində Yaponiya 92 səslə qalib gəlib. 

“Ekspo 2025” sərgisinə ev sahibliyinə namizədliyini irəli sürmüş üç şəhərdən biri olan Bakı Osakanı Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı səsvermənin qalibi olması münasibətilə təbrik edib. Bu, seçim prosesinin son mərhələsi idi və bu mərhələdə Bakı Yaponiyanın Osaka və Rusiyanın Yekaterinburq şəhərləri ilə mübarizə aparıb.

2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupun sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov deyib: “Osakanı təbrik edirik və 2025-ci ildə ona uğurlar arzulayırıq. Keçirdiyimiz möhtəşəm kampaniyaya və belə güclü namizədlərlə mübarizə apardığımıza görə qürur duyuruq. “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədlik kampaniyası Azərbaycan üçün çox faydalı təcrübə oldu. Son on səkkiz ay ərzində ölkəmiz və paytaxtımız Bakı, eləcə də Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında məlumatları dünya ilə bölüşə bildik. Nəticədə, yeni əlaqələr qurduq və mövcud tərəfdaşlarla münasibətləri möhkəmləndirdik. Namizədliyimizin irəli sürülməsi sayəsində dünya Azərbaycanı daha da yaxından tanıdı”.

Azərbaycan, Türkiyə və Gürcüstan ordusunun birgə təlimi başlayıb

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının protokoluna əsasən, 2019-cu ildə Türkiyədə baş tutacaq “Anadolu Ankası” və “Anadolu Qartalı” təlimlərinin Ankara şəhərində keçirilən planlaşdırma iclasında Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Məlumatda həmçinin vurğulanıb ki, Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında neft və qaz kəmərlərinin mühafizəsi, təcrübə mübadiləsi və qarşılıqlı uyarlığın artırılması məqsədilə Türkiyənin Pınarhisar şəhərində “Eternity-2018” çoxmillətli təlimləri keçirilir.

Kompüter dəstəkli komanda-qərargah təlimi ilk dəfə olaraq eyni zamanda ərazidə və hər üç dövlətin hərbi bölmələrinin cəlb olunması ilə icra edilir.

Fransada etirazlar: yüzlərlə insan xəsarət alıb

Fransada 280 mindən çox insan benzinin qiymətlərinin yüksəlməsinə etiraz olaraq küçələrə çıxıb.

Dalga tv Rusiyanın CTB telekanalına istinadən xəbər verir ki, bütün ölkəni bürümüş mitinqlərdə 220-dən çox insan xəsarət alıb, 100-dən çox adam saxlanılıb.

Qeyd edək ki, Fransada yanacağın qiyməti 15 faiz artırılıb.

 

Saytda Axtarış

Son xəbərlər