Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün434
DünənDünən1595
Bu həftəBu həftə6236
Bu ayBu ay50935
Bu günə qədərBu günə qədər7421409

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

İranın “Nazmehr” gəmisində heyət üzvləri zəhərləndi — 3 ölü

'

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb: "Ölənlərin üçü də İran vətəndaşlarıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir. 

Zəhərlənən 10 nəfərdən 7-si hospitalizasiya olunub. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kapitanı isə hazırda təcili tibbi yardım gözləyir. Çünki o, sonuncu çıxmalıdır. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir". 

Krımda partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb

Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb.

Krımın Kerç şəhərindəki texnikumda qaz sızması nəticəsində partlayış baş verib. 

 

Dalga tv xəbər verir ki, insident nəticəsində 10 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və xilasedicilər göndərilib. Rus mətbuatına müsahibə verən xəstəxana rəsmisi bildirib ki, 50 nəfər yaralı qəbul edilib.

Hadisə şahidləri bufetdəki qaz sızıntısının partlayışa səbəb olduğunu bildiriblər. Kerç təhlükəsizlik xidməti də partlayışın bufetdə meydana gəldiyini, ilkin ehtimal olaraq qaz partlayışı olduğunu, amma dəqiq səbəbin bilinmədiyini qeyd edib.

Kosmosdan gələn siqnalları kim göndərir? — Alimlərdən yeni açıqlama

Avstraliyadakı Svinbörn texniki universitetinin alimləri kosmosun dərinliklərindən gələn 20-ə yaxın yeni radio siqnal kəşf ediblər.

Professor Rayan Şennon məsələ ilə bağlı açıqlama verib. Alim bildirib ki, yeni radio teleskoplar vasitəsilə bir il ərzində 20-ə qədər sürətli radio partlayışı qeydə alınıb. Ən yaxın radio siqnal 425 milyon işıq ili uzaqdan gəlir.

Bəzi mütəxəssislər bu siqnalların yadplanetli sivilizasiya tərəfindən göndərildiyini bildirir. Güclü radio dalğaları ilk dəfə 2007-ci ildə Avstraliyadakı "Parkes" radio teleskopu tərəfindən kəşf edilib.

 

NASA-nın "Nyu Horizons" missiyasında işləyən Alan Stern dünyadan kənar bir mədəniyyətlə niyə əlaqə qura bilmədiyimizə aid bir teoriya işləyib. Sternə görə yadplanetlilər sualtı bir mədəniyyət yaradıblar. "American Astronomical Society"də verdiyi konfransda alim bildirib ki, dünyadan kənarda canlılar qalaktikaların başqa hissələrində, yaşadıqları planetlərin okeanlarının dərinliklərində yaşayırlar. Kainata planetimizə bənzəyən 40 milyard planet var. Amma hələ də heç bir yad sivilizasiya bizimlə əlaqəyə girməyib.

Fin həkimləri xərçəngin yeni müalicəsini tapdılar

Finlandiyanın Helsinki və Uusimaa vilayətlərində yeni müalicə üsulunun sınaqları keçirilib.

Alimlər yeni üsulla xərçəng xəstəliyinə qalib gəlməyi düşünürlər. Bu barədə "Yle" nəşriyyatı xəbər yayıb.

Bildirilir ki, yeni üsula əsasən xəstədən leykosit nümunəsi götürülür, genetik dəyişiklik edilir, xərçəng hüceyrələri məhv edilir. Həkimlərin fikrinə görə yeni üsulun köməyi ilə qan və limfosarkoma xərçənginin müalicəsində stabil nəticələr əldə etmək mümkün olacaq.

 

Eyni zamanda əldə olunan məlumata əsasən, artıq ilk xəstə yeni üsulla müalicə olunur. Yaxın vaxtlarda hesabat ictimaiyyətə təqdim ediləcək.

Planetin ən soyuq nöqtəsində yemək bişirsək nə olar? — FOTOLAR

Sipriyen Verse Antarktidadakı "Concordia" stansiyasında işləyən alimdir

Sipriyen iqlim araşdırmaları ilə məşğul olur və boş vaxtlarında yazdığı bloqda dünyanın ən soyuq nöqtəsindəki həyatından bəhs edir. Bu yaxınlarda o, Antarktidada yemək bişirmək qərarına gəlib və o anları kameranın yaddaşına köçürüb. Sipriyen mənfi 70 dərəcə tempraturda yemək bişirib.

Sipriyen bloqunda yazır: "Bura o qədər soyuqdur ki, 9 ay heç bir nəqliyyat vasitəsi, texnika gəlmir. 13 nəfərlik heyətik. Aramızda texniki işçilər, alimlər, aşbaz və həkim var. Oksigen çatışmazlığı var və özümüzü başqa planetdəki kimi hiss edirik. Əylənmək üçün yemək bişirmək və nəticələri foto lentə köçürmək qərarına gəldik. Qışda tempratur mənfi 80 dərəcədən də aşağı enir. Tam üç ay günəşi görmədik və ancaq avqust ayında görə bildik. Hava həm çox quru həm də oksigen səviyyəsi çox aşağıdır. Qışın əvvəlində təzə qidalar bitdi. Fevral ayından noyabra qədər dondurulmuş qidalar qəbul etdik".

Rusiyada avtobus yük maşını ilə toqquşdu: 10-dan çox ölü

Rusiyada dəhşətli qəza baş verib. 

Dalga tv TASS-a istinadən xəbər verir ki, sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 10-dan çox adam ölüb. 

Hadisə Rusiyanın Çuvaşiya bölgəsində baş verib.

https://youtu.be/LhVyOHApjZs

Belçikada aviabazada müəmmalı partlayış

Belçikada aviabazada partlayış baş verib. 

Dalga tv TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində F-16 qırıcısı məhv edilib. 

Daha bir qırıcı zədələnib.

Həmçinin bildirilir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. 

İşləmək üçün ən yaxşı ölkələr açıqlandı

Sinqapur yaşamaq və işləmək üçün ən yaxşı ölkə olub. 

Dalga tv Lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı "Expat Explorer"in illik sorğusunda məlumat verilib.

Gəlirin səviyyəsinə görə Sinqapur yalnız beşinci yeri tutub. Orada orta illik əməkhaqqı 162,2 min dollar təşkil edib. Ən çox qazanc əldə edilən ölkə isə İsveçdir. Burada orta illik gəlir 202 min dollardır. Onu ABŞ (185,1 min dollar), Honkonq (178,7 min dollar)və Çin (172,7 min dollar) izləyir. 

Gəlirlərin səviyyəsinin və həyat səviyyəsinin nisbətinə görə Sinqapurdan sonra Yeni Zelandiya, Almaniya və Kanada gəlir. İsveç bu siyahıda səkkizinci yeri tutur. 

İsveç gender bərabərliyinə görə siyahıda lider olub. Onu Yeni Zelandiya, Tailand və İspaniya izləyib. 

Antalyada avtobus qayaya çırpıldı: 28 yaralı

Türkiyədə xarici turistlərin olduğu avtobus qəzaya uğrayıb.

Hadisə Antalya bölgəsində baş verib. 

Avtobusun sürücüsü idarəetməni itirərək qayaya çırpılıb. 

Nəticədə 28 nəfər, o cümlədən 25 rumıniyalı turist xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Aviasiyada yeni rekord — 18 saat 25 dəqiqə fasiləsiz uçuş

"Sinqapur hava yolları" şirkəti bu gün aviasiya tarixində yeni rekorda imza atacaq.

Sinqapur-Nyu-York marşrutu üzrə təyyarə 18 saat 25 dəqiqə fasiləsiz uçacaq və bununla da dünyanın ən uzunmüddəti birbaşa reysi ünvanına sahib olacaq.

"Airbus A350-900ULR" tipli sərnişin təyyarəsi bu müddət ərzində 15.288 km məsafə qət edəcək. Çanqi hava limanından havaya qalxacaq olan təyyarə Nyuark Liberti hava limanına enəcək. Təyyarədə 64 biznes, 94 premimum sinfə aid sərnişin olacaq.

Qeyd edək ki, dünyanın ən uzunmüddətli uçuşları bunlardır:

 

Hyüston-Sidney (17 saat 30 dəqiqə)
Pert-London (17 saat 20 dəqiqə)
Dallas-Sidney (16 saat 50 dəqiqə)

Keniyada dəhşətli avtomobil qəzası — 42 ölü

Keniyanın qərbində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində sərnişin avtobusu aşıb və 42 nəfər həlak olub. Bu barədə Keniya polisi yerli "Daily Nation" qəzetinə məlumat verib.

Polis rəsmisi Ceyms Moqera bildirib ki, qəza Keriço dairəsi yaxınlığında baş verib. Hadisə şahidlərinin ifadəsinə əsasən, 67 nəfər üçün nəzərdə tutulan avtobus sərt döngədə maneəyə çırpılaraq aşıb.

 

İnsidentin digər səbəbləri araşdırılır. Polisdən bildiriblər ki, həlak olanların sayı arta bilər. Çünki bir neçə sərnişini hələ də qəzaya düşmüş avtobusdan çıxarmaq mümkün olmayıb.

Edam məhkumlarının ölümdən əvvəl son axşam yeməkləri və qəribə istəkləri

Edam məhkumları üçün son gecələri bir ömür qədər ağır, uzun və əzablı olur. Bəs siz son yeməyinizin olduğunu bilsəydiniz, o axşam nə yemək istərdiniz?

Fotoqraf Henri Hardrives "No Seconds" adlı layihəsində 12 edam məhkumunun son axşam yeməklərini və istəklərini lentə alıb.

12 ayrı məhkum, 12 ayrı son axşam yeməyi və 12 ayrı qəribə istək...

1.Timoti Makveyh

 

33 yaşlı İndiana sakinidir. 168 nəfərin ölümünə görə günahkardır. Zəhərli iynə ilə edam edilib. Son axşam yeməyində 2 qab nanəli və şokoladlı dondurma istəyib.

2.Con Veyn Qeysi

52 yaşlı İllinoys sakini. Zorlama və 33 nəfərin ölümündə günahkardır. Zəhərli iynə ilə edam edilib. Son axşam yeməyində 12 ədəd qızardılmış krevet, "KFC"dən bir qab kartof qızartması və çiyələk istəyib. Qeyd edək ki, həbsinə qədər "KFC"-də rəhbər vəzifədə işləyib.

3.Riki Rey Rektor

42 yaşlı Arkanzas sakinidir. 2 nəfəri qətlə yetirdiyi üçün zəhərli iynə ilə edama məhkum edilib. Son axşam yeməyində ət, qızardılmış toyuq, vişnəli qazlı su və qozlu şirniyyat istəyib. Yeməyi yedikdən sonra həbsxana nəzarətçisinə "şirniyyatı sonraya saxladım" deyib.

4.Encl Nives Diaz

55 yaşlı Florida sakini. Cinayət, silahlı soyğun və adam oğurluğuna görə zəhərli iynə ilə edama məhkum edilib. Axşam yeməyindən imtina edib. 

5.Stiven Enderson

49 yaşlı Kaliforniya sakinidir. Oğurluq, qəsb, həbsxanadan qaçış və 7 başqa cinayətə görə zəhərli iynə ilə edama məhkum edilib. Sonuncu axşam yeməyində 2 pendirli tost, kənd pendiri, qarğıdalı unu və qarğıdalı dənəsi, şaftalılı şirniyyat, şokoladlı dondurma istəyib.

6.Ferdinando Nikola Sakko və Barolomeo Vanzetti

Ferdinandonun 36, Bartolomeonun 39 yaşlı var. Massaçusetts şakinləridir. 2 cinayətdə ittiham edilərək elektrikli stulda ölümə məhkum ediliblər. Son axşam yeməyində, şorba, ət, tost və çay istəyiblər. Edamdan sonra icra başçısı onların səhvən edam edildiklərini bildirib. Cinayət işi açıq qalıb və əsl cinayətkarlar tapılmayıb.

7.Viktor Feqe

28 yaşlı Lova sakinidir. Adam oğurluğu və digər cinayətlərə görə zəhərli iynə ilə edama məhkum edilib. Son axşam yeməyində istəyi bir ədəd zeytun olub. O, öldükdən sonra zeytun çəyirdəyinin cücərərək qəbirdə yetişəcəyinə və sülh simvoluna çevriləcəyinə inanırdı.

8.Tereza Lyuis

41 yaşlı Virciniya sakinidir. Cinayət, soyğun və şantaja görə zəhərli iynə ilə edama məhkum edilib. Son axşam yeməyində qızardılmış toyuq, kərə yağında qızarmış ət, alma tortu və kola istəyib.

9.Allen Li Deyvis

54 yaşlı Florida sakinidir. 4 cinayətə görə elektrikli stulda edama məhkum edilib. Son axşam yeməyində istridyə, qaynadılmış kartof, qızardılmış krevet, istridyə, sarımsaqlı çörək və pivə istəyib.

10.Ronni Li Qardner

49 yaşlı Uta sakinidir. Oğurluq və iki cinayətə görə güllələnməyə məhkum edilib. Son axşam yeməyində ət, almalı tort, vanilli dondurma yeyərək "Üzüklərin sahibi" filmini izləmək istəyib.

11. Ted Bandi

43 yaşlı Florida sakini. Zorlama, nekrofillik, həbsxanadan qaçmaq və 35 digər cinayətə görə elektrikli stulda edama məhkum edilib. Xüsusi yeməkdən imtina edib. Bu səbəbdən bütün məhkumlara verilən standart yemək: bişmiş ət, yumurta, qızardılmış çörək, mürəbbə, süd və meyvə suyu yeyib.

12.Ronni Tredgil

40 yaşlı Texas sakinidir. Zəhərli iynə ilə edama məhkum edilib. Son axşam yeməyində qaynadılmış toyuq, souslu kartof püresi, tərəvəz, çörək, çay, su və şirniyyat istəyib.

 

 

Saytda Axtarış

Son xəbərlər