Dalga Televiziyasi Ulu öndər Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1101
DünənDünən2380
Bu həftəBu həftə3481
Bu ayBu ay38784
Bu günə qədərBu günə qədər7409258

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ulu öndər Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

 

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub.

 Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Milli Məclisin deputatları, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin – SOCAR, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Azərbaycan Dəmir Yolları” QSC və digərlərinin Gürcüstan nümayəndəliyinin rəhbər və işçi kollektivi, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri dekabrın 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Sonra səfir Dursun Həsənov, Milli Məclisin deputatları Rasim Musabəyov, Əflatun Amaşov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, müavini Zaur Darğallı və digər rəsmi şəxslər Gürcüstanın Rustavi şəhərində Ümummilli Liderin adını daşıyan parka gəliblər. 

Burada da ulu öndər Heydər Əliyevin xatirəsi hörmətlə anılıb, abidəsi önünə əklil və gül dəstələri düzülüb.

Saytda Axtarış

Son xəbərlər