Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1423
DünənDünən2380
Bu həftəBu həftə3803
Bu ayBu ay39106
Bu günə qədərBu günə qədər7409580

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolu yenidən bağlanıb

alt

Gürcüstan-Rusiya sərhədində yük maşınlarının hərəkəti yenidən qadağan edilib.

 

Buna səbəb güclü qar yağması, yolların buz bağlaması və Yuxarı Lars yolunda, xüsusən də bəzi tunellərə yaxın ərazilərdə qar uçqunu təhlükəsinin artmasıdır. 

Hazırda yolda 100-ə yaxın yük avtomobili dayanıb. Yolun nə vaxt açılacağı məlum deyil.

Yüngül minik avtomobillərinin hərəkəti bərpa olunsa da, sərhəddə tıxac yaranıb. Rusiya tərəfi Gürcüstandan gələn avtomobilləri və sərnişinləri qrip virusu ilə əlaqədar yoxlayır, bəzi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Gürcü xaçapurisi “dünyanın ən ləziz yeməyi” seçilib

alt

Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub.

TasteAtlas internet portalı “Dünyanın ləziz yeməkləri” interaktiv xəritəsini tərtib edib. 

Xəritə Xorvatiyada 30 nəfər təhqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. “Dünyanın ləziz yeməkləri” xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib. 

Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib. 

Məlumat üçün qeyd edək ki, xaçapuri Gürcüstanın ən tanınmış milli yeməklərindən biridir. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən “suluquni” və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında “motsarella” və “feta” milli pendir növlərindən də istifadə edilir. 

Xaçapurinin bir neçə növü var. Ən məşhur İmereti bölgəsinin adı ilə bağlı olan “İmereti xaçapurisi” və Acarıstan bölgəsi ilə əlaqəli olan “Acariya xaçapurisi”dir. 

“İmereti xaçapurisi” dairəvi şəkildə olur, pendir və yağdan ibarətdir.

“Acariya xaçapurisi” isə üstü açıq, qayıq formasında olur, pendir və yağdan hazırlanır. Yeməyin üstündə, ortada çiy yumurta olur.

“Dünyanın ləziz yeməkləri” siyahısında ikinci yerə Balkanların yeməyi “çevapçiçi” milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların “suşi”si layiq görülüb.

Azərbaycanda köhnə maşınlar dövriyyədən çıxarılacaq

alt

Azərbaycanda köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillər dövriyyədən çıxarılacaq.

Bununla bağlı məsələ “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramında təhlükəsiz nəqliyyat vasitələrinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır.

Həmçinin yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və yol şəbəkəsinin qorunmasının təmin edilməsi məqsədilə avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə, yolların istismarına nəzarət və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsi, yol hərəkətinin təşkili işinin, sərnişindaşıma və yükdaşıma fəaliyyətinin təkmilləşdirilməsi, piyadaların, velosipedçilərin və yol hərəkətinin digər müdafiəsiz iştirakçılarının hərəkət təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Tutuquşunu boğan yarışmaçı dəlixanaya göndərildi

alt

Prokurorluq onun ağıl sağlamlığının yerində olduğunu müəyyən etmək istəyir. 

Türkiyənin TV8 kanalında yayımlanan “Master Chef” yarışmasının keçmiş iştirakçısı Murat Özdemir dəlixanaya göndərilib.

Dalga TV Türkiyə mediasına istinadən xəbər verir ki, tutuquşuna verdiyi işgəncə videoları ilə gündəmə gələn Murat Özdəmir izahatdan sonra sərbəst buraxılıb.

Prokurorluq onun ağıl sağlamlığının yerində olduğunu müəyyən etmək üçün Bakırköy Ruhi Əsəb Xəstəlikləri dispanserinə göndərib.

Gürcüstanda üç dövlət məmuruna hücum edilib

alt

Gürcüstanın Ədliyyə Nazirliyinin probasiya xidmətinin yüksək vəzifəli şəxsləri və sabiq nazir müavininə silahlı hücum olub.

Tsxneti bölgəsindəki “Tsikvili” restoranında naməlum şəxs ədliyyə nazirinin sabiq müavini Zviad Mixanaşviliyə soyuq silahla bir neçə zərbə vurub.

Münaqişə zamanı Ədliyyə Nazirliyinin probasiya xidməti rəisinin müavini İrakli Çitanava və daha bir yüksək vəzifəli şəxs xəsarət alıb.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Sabiq nazir müavininin vəziyyəti orta ağırdır.

İlkin ehtimallara görə, cinayəti keçmiş məhbuslar törədiblər.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Fransa Tbilisiyə silah satacaq

alt

Gürcüstan Müdafiə naziri Levon İzoriya Parisdə Fransanın hava hücumundan müdafiə sistemlərinin alınmasıyla bağlı müqaviləyə imza atıb.

Bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Nazirlik imzalanan müqavilənin vacibliyini və bu hava hücumundan müdafiə sisteminin Gürcüstan hava məkanının təhlükəsizliyinin qarantı olduğunu bəyan edib.

Qeyd edək ki, bundan öncə Fransa Gürcüstana VL Mika sistemlərini təklif edib. Təklifi Fransa Xarici İşlər naziri Jav İv Lö Drian irəli sürüb.

Xatırladaq ki, bir müddət öncə Fransanın eyni sistemləri Azərbaycana da satacağı barədə məlumat yayılıb.

Anadangəlmə D vitamini çatışmazlığı psixikanı pozurmu?

Şizofreniya riskini hələ körpə yaşlarında müəyyən etmək olar. Son tədqiqatlara görə, anadangəlmə D vitamini çatışmazlığı ilə yetkin yaşda şizofreniyanın inkişafı arasında əlaqə var. Ehtimal ki, bu, qismən genlərlə bağlıdır. 

Kvinslend Universitetinin Beyin İnstitutu Orxus Universiteti birgə tədqiqat apararaq 2602 pasiyentin tibbi məlumatını təhlil edib. Həmin adamlara “şizofreniya” diaqnozu qoyulub. Körpə yaşlarında onların qanında D vitamininin səviyyəsi müxtəlif olub. Məlum olub ki, pasiyentlərin 44 faizində uşaq yaşlarında D vitamini çatışmazlığı müşahidə edilib. Bu da yaşa dolduqca onlarda şizofreniya riskini birmənalı şəkildə artırıb. 

Ümumi təhlil göstərib ki, D vitamininin konsentrasiyasında dəyişmələr olduğuna görə şizofreniya halları 8 faizə qədər arta bilər. Həkimlər düşünürlər ki, görəsən, hamilə qadınlara D vitamini yeritməklə gələcəkdə şizofreniyanın inkişafının qarşısını almaq olarmı? 

Yeri gəlmişkən, daha əvvəl şizofreniya və autizm, habelə autizm və perinatal D vitamini çatışmazlığı arasında da genetik əlaqə aşkar edilib.

2021-ci ildə Bakıdan Gürcüstan sərhədinədək avtomagistral xətt istifadəyə veriləcək

alt

2021-ci ildə Bakıdan Gürcüstan sərhədinə qədər avtomagistral xətt istifadəyə veriləcək. 

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, Azərbaycanda avtomobil yollarının tikintisi ilə bağlı işlər görülür, tranzit əhəmiyyətli yolların yenidən qurulmasına başlanılıb. Artıq 2021-ci ildə Bakıdan Gürcüstan sərhədinədək avtomagistral xətt fəaliyyətə başlayacaq. 

Gürcüstanı Rusiyaya birləşdirən Mtsxeta-Stepantsminda-Larsi yolunda vəziyyət ağır olaraq qalır

alt

Gürcüstanı Rusiyaya birləşdirən yeganə avtomagistral olan Mtsxeta-Stepantsminda-Larsi yolunda vəziyyət ağır olaraq qalır. 

Dalga Tv Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinə istinadla xəbər verir ki, yolun Qudauri-Kobi hissəsində dağlıq ərazilərdə qar uçqunu ciddi problemlər yaradıb. Uçqun səbəbindən yolda təmizlik işlərinin aparılması mümkün olmayıb. Ona görə də yolda bütün növ avtomobillərin hərəkətinə qadağa qoyulub.

Onu xoşbəxt edəni milyonlar gözləyir! - Zəngin qadın ər axtarır

alt

İngiltərənin ən gənc milyoneri ər axtarır.

İngiltərənin ən gənc milyoneri olan 23 yaşlı Ceyn Park milyoner olduqdan sonra yaşadığı münasibətlərdən xoşbəxt olmadığını, buna görə də onu həqiqi sevən insana illik 60 min funt ödəyəcəyini bildirib.

Gənc qız loto milyoneri olduqdan sonra yaşadığı bütün münasibətləri uğursuz şəkildə bitib. Qızın dediynə görə, onunla münasibət yaradanların doğurdan da onu, yoxsa pulunu sevdiyini bilmir. Sonuncu dəfə o, televiziya ulduzu Sam Callahan ilə münasibət yaşamışdı. Lakin Sam qızı aldatmışdı. Buna görə də gənc milyoner internetlə tanış olacaq kişilərlə görüşüb onlardan birini seçəcək.

Qeyd edək ki, Ceyn Park 17 yaşında lotoreyadan 1 milyon funt qazanmışdı.

Qəzadan sağ çıxan sürücünün əsəbindən ürəyi partladı - Gəncədə

“VAZ” markalı avtomobillər toqquşub

DİN-dən verilən məlumata görə, noyabrın 9-da saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Faiq Kərimovun və Ağsu rayon sakini Qalib İdayətovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Bu zaman avtomobildən düşmüş F.Kərimov əsəbləşərək səs-küy saldığından onu qıcolma tutub və xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

43 yaşında 21-ci uşağı oldu

alt

İngiltərədə yaşayan Redfordlar ailəsinin 21-ci uşağı dünyaya gəlib.

Sue və Noel cütlüyü İngiltərənin ən böyük ailəsi hesab olunur.

Onların sonuncu övladı bir neçə gün öncə dünyaya gəlib. Bonni adı verilən qızın çəkisi 3,74 kq olub.

43 yaşlı Sue ilk uşağını 14 yaşında dünyaya gətirib. Cütlüyün övladlarından biri isə 2014-cü ildə dünyasını dəyişib. Hazırda ailənin 12 oğlan, 8 qız övladı var.

Məlumata görə, Sue həyatının 800 həftəsini (5600 gün) hamilə olaraq keçirib.

Qeyd edək ki, Redfordlar ailəsi 10 otaqlı böyük bir evdə yaşayır. Onlar xərclərini qarşılamaq üçün dövlətdən yardım almırlar.

Saytda Axtarış

Son xəbərlər