Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün476
DünənDünən415
Bu həftəBu həftə891
Bu ayBu ay49587
Bu günə qədərBu günə qədər7476921

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

1 milyonu zibil kisələrində daşıyanda yaxalandılar

Barselonada hava limanında 2 çinli 1 milyon avronu zibil kisələrində daşıyarkən yaxalanıblar.

AzNews.az Tass-a istinadən xəbər verir ki, İspaniyanın vətəndaş qvardiyasının əməkdaşları iki Çin vətəndaşını qanunsuz əməl törədərkən tutublar. 27 və 28 yaşlı şübhəlilər zibil kisələrində böyük məbləğdə pulu Şanxaya aparmaq istəsələr də,arzuları ürəklərində qalıb. 

Bu qız azərbaycanlı mafiya lideri olacaq

alt

Aktrisa-model Esra Sönmezer “Oldumu şimdi” filmində canlandırdığı obrazla gündəmə gəlib.

Qafqazinfo” xəbər verir ki, efirlərdə sevimli və gülərüz rolları ilə tamaşaçı qarşısına çıxan aktrisa bu dəfə fərqli bir addım atıb.

O, Kenan Öztürkün rejissorluq etdiyi “Oldumu şimdi?” adlı ekran işində azərbaycanlı mafiya lideri rolunu oynayıb.

Esra layihədə təbii oynamaq üçün bir neçə saat ac qaldığını söyləyib:

“Çəkilişlərə ac qarnına getmişəm, filmdə rol almamışam, təbii olaraq obrazımı canlandırmışam. Ac olanda insan əsəbi və aqressiv olur”.

Xatırladaq ki, 16 dekabr tarixində təqdim olunacaq filmdə Yavuz Seçkin, Serkan Şengül və başqa aktyorlar yer alıb. Azərbaycanlı rejissor Kənan M.M də kamera qarşısına keçib.

Qeyd edək ki, Esra Sönmezer “Miss Turkey- 2002”nin qalibidir.

ABŞ-da tarix yazan müsəlman gözəl...

alt

Minnesota ştatında təşkil edilən gözəllik yarışmasının iştirakçısı Halima Aden dünya gündəmini zəbt edib. 

Qafqazinfo” The Mirror-a istinadən xəbər verir ki, podiuam çıxan 19 yaşlı Aden hicabla Amerikada yarışmaya qatılan ilk müsəlman olub.

Yarışmanın aparıcısı onu səhnəyə dəvət edərkən ABŞ-da tarix yazdığını söyləyib.

Aden gözəllik müsabiqəsində yarımfinal mərhələsinə keçməəi bacarıb.

Tanımadığı ofisianta elə bir bəxşiş verdi ki... - MƏRD MÜŞTƏRİ

ABŞ-da ofisiantlıq edən Şimali İrlandiyalı Ben Miller söhbət etdiyi müştərisinə iki ildir ailəsinə həsrət qaldığını söyləyəndə cəsur müştəri ailəsini görə bilsin deyə gənc ofisianta qarşı böyük bir jest edib.

 
Belə ki, Şimali İrlandiyada yaşayan ailəsiylə hamilə sevgilisini tanış etməyən 22 yaşlı qarsona bir müştəri təyyarə bileti almaq üçün 750 dollar bəxşiş verib.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Texas əyalətinə bağlı Spring qəsəbəsində bir restoranda ofisiantlıq edən İrlandiyalı Ben Miller xidmət göstərdiyi irlandiyalı müştəri ilə söhbət edərkən iki ildən bəri ailəsinə həsrət qaldığını, həmçinin hamilə sevgilisini tanış etmək üçün yol pulu yığdığını deyib.
 
Bundan sonra Cefri adlı müştəri 122.87 dollar tutan hesab qarşılığında ofisant üçün 750 dollar bəxşiş qoyub və ofisiant üçün "Ümid Edirəm ki, bu miqdar səni istirahət üçün İrlandiyaya aparar" notu qoyub.
 
Hiç tanımadığı garsona öyle bir bahşiş bıraktı ki...
 
 
Həm Ben Miller, həm də sevgilisi Taryn Keyt bu böyük jesti Facebook hesablarından bölüşərək, doğulacaq oğulları Killeni ofisiantın Şimali İrlandiyada yaşayan ailəsinə təqdim etməyin həyəcanını yaşadıqlarını bildiriblər.

Bir dollara aldı, 2.4 milyona satdı - FOTO

ABŞ-da ər Corc Korbet arvadı Nensi ilə birlikdə 1 dollara aldıqları xaraba qalmış evi təmir edib 2,4 milyon dollara satıblar. Korbet ailəsi bunun üçün 7 il vaxt və 250 min dollar  sərf ediblər. Məsələ burasındadır ki, evi təmir edəndən sonra  onu barjla başqa bir yerə- okean sahilindəki torpaq sahələrinə aparıblar. Şimali Karolinadan Florida ştatına “köçən” villa 650 kv.metrdir. 4 mərtəbəli,7 yataq otağı, 5 kamin, lift, süni şəlaləsi və bütün rahatlıqları olan ev satışa çıxarılan kimi satılıb.

Korbet ailəsi deyir ki, söhbət puldan getmir, biz bu işi sevir və zövq alırıq. 

Dünyanın ilk mavi şərabı - Foto

İspaniya şirkəti yeni ixtirası ilə ənənəvi şərab istehsalçılarını silkələyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Gïk Blue" adı verilən şərablar dünyada ilk belə istehsaldır.

Şərabın yaradıcılarından olan Aritz Lopez ideyasını reallaşdırmaq üçün Bask Universitetinin kimyaçılarından yardım alıb.

Şərabda mavi rəngi almaq üçün onlar təbii üsuldan istifadə ediblər. "Gïk Blue" qırmızı və ağ üzümlərin müxtəlif növlərinin iki orqanik piqmentindən alınır: qırmızı üzümün qabığındakı antosiyanin və qırmızı-mavi qida boyası olaraq istifadə edilən, indigotin adlı orqanik birləşmələrdən.

Robot insana zərər yetirdi - İlk dəfə

Çində dünyada ilk dəfə robotun insana zərər vurması hadisəsi qeydə alınıb.

Qafqazinfo” “İzvestiya.ru”ya istinadən xəbər verir ki, insident Quandun əyalətində keçirilən IT sərgisində baş verib. İnternet istifadəçiləri artıq hadisəni “robotların üsyanı” adlandırıblar.

 Sözügedən robot zahirən “Ulduz müharibələri” filmindəki “R2-D2”yə bənzəyib. O sərgidə olan  4-12 yaşlı uşaqları təlimatlandırmalı və qonaqları əyləndirmək olub. Bunun əvəzinə “droid” yaxınlıqdakı stendi dağıdıb. Əməkdaşlardan biri onu saxlamağa çalışan zaman robot onun ayağının üzərindən keçib. Zədəsi ciddi olan şəxs xəstəxanaya yerləşdirilib.

Robotun yaradıcıları isə baş verənlərin səbəbini anlamadıqlarını bildiriblər.

Biri bıçağı götürdü, başqası jurnalistə hücum etdi…

Azərbaycan I divizionunun XII turu çərçivəsində bu gün keçirilən "Bakılı" - "Energetik" görüşündə xoşagəlməz hadisə yaşanıb.

Futbolinfo.az bildirir ki, həm matçın gedişində, həm də oyundan sonra iki komandanın futbolçuları arasında qarşıdurma yaşanıb.

Hər şey meydan sahiblərinin futbolçusu Vurğun Həsənzadə ilə mingəçevirli həmkarı Vahid Rostami arasında baş verən mübahisə ilə başlayıb. Tərəflərin söz davası daha sonra bir-birilərini itələmək, ardınca isə "Bakılı"nın futbolçusunun rəqibinin başına yüngül şillə vurması ilə davam edib. Bu isə hər iki komandanın oyunçuları arasında kütləvi davaya səbəb olub. Hakimlər briqadası, həmçinin hər iki tərəfin məşqçilər heyəti məsələyə müdaxilə etdikdən sonra aranı sakitləşdirmək mümkün olub.

Lakin oyun başa çatdıqdan sonra "Energetik"in vitse-kapitanı Ruslan Həmidov meydan sahiblərinin paltardəyişmə otağına hücum çəkib. Deyilənə görə, onu buna vadar edən paytaxt komandasının oyunçularından birinin ağır söyüş işlətməsi olub. Həmin an "Bakılı"nın əməkdaşı Elşən Acalov polislərə müraciət edərək, "bıçaq götürdü" deyib və daha ağır münaqişənin qarşısını almağı xahiş edib.

Hadisəni videolentə almaq istəyən "Futbol+" qəzetinin əməkdaşı Şəfi Şəfiyevə isə maddi və mənəvi ziyan dəyib. Mingəçevir klubunun futbolçularından biri Şəfiyevi itələyərək, telefonunu əlindən alıb, yerə çırpıb. Bundan sonra həmin oyunçunu paltardəyişmə otağına salmaq mümkün olub.

Çox maraqlıdır ki, baş verən bu hadisələrdən oyunun hakim-inspektoru İlham Əliyevin xəbəri olmayıb. Həm də AFFA nümayəndəsi vəzifəsini icra edən Əliyev apasport.az saytına açıqlamasında qarşıdurmadan xəbərsiz olduğunu söyləyib: "O oyunda elə ciddi bir hadisə baş verməyib axı. Nə olub ki orda? Matçdan sonra hamımız - həm biz, həm hakimlər, həm də komandalar içəri girdilər. Mən də çıxıb polislərə dedim ki, komandalar paltardəyişmə otağından çıxıb evə gedənə qədər dəhlizdə dayansınlar. Onların da hamısını yola salıblar. Sonra orda nə olub, kim nə edib, onu biz görməmişik. Görsəydik, yazardıq. Mən hakimlərlə birgə olmuşam".

Qeyd edək ki, "Bakılı" - "Energetik" görüşü qonaqların 4:2 hesablı qələbəsi ilə nəticələnib.

Marneulidə azərbaycanlının evi yandı - Foto

Marneuli şəhəri, Sulxan Seba Orbeliani küçəsində Təzəgül Əliyevaya məxsus fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ümumi sahəsi 86 kv. metr olan ev tamamilə yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğından bir gün sonra hadisə ilə əlaqədar Marneuli rayon icra hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Hazırda Marneuli sakini olan azərbaycanlıya dəyən zərər hesablanır.

Gürcüstan parlamentinə yeni seçilən majoritar deputat Tamaz Naveriani evi yanan ailəyə baş çəkib. O, zərərçəkən ailənin bundan sonra onun tərəfindən kirayə haqqı ödəniləcək evdə yaşayacağı bildirilib. Qeyd edək ki, 3 azyaşlının yaşadığı Əliyevlər ailəsinin sosial vəziyyəti qənaətbəxş deyil.

Ərdoğan aktyor üçün qız istədi - “Facetime” ilə... + Foto

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə “facetime” ilə qız istəyib.

Qafqazinfo” xəbər verir ki, prezident məşhur aktyor Murat Yıldırım və mərakeşli sevgilisi İman El Bani ilə bir araya gəlib.

Qısa söhbətdən sonra Ərdoğan “Facetime” ilə El Baninin ailəsiylə görüntülü şəkildə danışıb.

Prezident mərakeşli gözəli Murat üçün ailəsindən istəyib. Ailənin Ərdoğana cavabı isə müsbət olub.

Qeyd edək ki, Murat ikinci dəfə ailə həyatı qurur. 

Dünyanın “səkkizinci möcüzəsi” sayılan GÖYDƏLƏN - Foto

Rio-de-Janeyro göydələni dünyanın “səkkizinci möcüzəsi”nə namizəddir.

Braziliyanın Rio-de-Janeyro şəhərində Solar City Tower (göydələn-şəlalə) inşa olunub.
Publika.az “art-veranda.ru” saytına istinadla bildirir ki, layihə İsveçrənin məşhur “RAFAA Architecture and Design” memarlıq bürosunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Göydələn dünyanın “səkkizinci möcüzəsi”nə namizədlərdən biri sayılır.
Binanın 105 metr hündürlüyündə kafe və mağazalar yerləşir. Damında isə şəhərin mənzərəsini seyr etmək üçün baxış meydançası var.

Ancelina Coli analıq hüququndan məhrum edilə bilər

Aktrisa Ancelina Colinin analıq hüququndan məhrum edilməsi barədə xəbərlər yayılıb.

AzNews.az xarici mətbuata istinadən verdiyi məlumata görə, Coliyə qarşı səsyazısı aşkarlanıb və bu səsyazısı məhkəməyə təqdim olunsa, uşaqlar onun əlindən alına bilər. Səsyazısının nədən ibarət olması barədə məlumat verilmir.

Xatırladaq ki, ötən gün Ancelina Coli Bred Pittin uşaqlara qarşı kobud rəftarı ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. O, iddia edir ki, Pitt, hətta, bir dəfə Meddoks adlı oğuna əl də qaldırıb.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib. 

Saytda Axtarış

Son xəbərlər