Dalga Televiziyasi Digər
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2413
DünənDünən2804
Bu həftəBu həftə8533
Bu ayBu ay35223
Bu günə qədərBu günə qədər2883664

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Gürcüstanda azərbaycanlı gənc öldürülüb

 
 Gürcüstan paytaxtının yaxınlığında yerləşən, azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində qətl hadisəsi baş verib. Soğanlıq (Poniçala) kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz Mərdanovun APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub.

Onun sözlərinə görə, Fikrət Əhmədov "İmedi" kanalına müsahibəsində son bir neçə ildə  kənddə vəhhabilərin çoxaldığını bildirib: "Bundan xəbər tutan həmin kəndin sakini Ramin İsayev Fikrətlə görüşmək istədiyini bildirib. Onlar kənd orta məktəbinin yanında görüşüblər və aralarında mübahisə baş verib. Nəticədə Ramin İsayev Fikrət Əhmədovu bıçaqlayıb. Onlar yaxın dost olublar. Ramin əvvəllər şiə məzhəbinə qulluq edib, sonra vəhhabi radikal qrupuna qoşulub və onları təbliğ edib".  

A.Mərdanov deyib ki, Soğanlıq kəndinin sakinləri vəhhabiliyin kənddə təbliğinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər: "Vəhhabilər kənddə məscid tikməyə çalışıblar və kənd sakinləri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Nəticədə məhkəmənin qərarı ilə tikinti dayandırılıb və vəhhabilər yarımçıq qalan tikilinin zirzəmisində fəaliyyətlərini davam etdiriblər”.

Məscidin tikintisi ilə bağlı Gürcüstanın "İmedi" kanalı şiə məzhəbindən olan dindarlar və vəhhabilərdən müsahibə alıb. Müsahibə efirə veriləndən sonra narazılıqlar yaranıb.

R. İsayev hadisəni törədəndən sonra qaçıb. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

F. Əhmədov bu gün torpağa tapşırılacaq.

Gözəlləşmək istədilər, bu günə düşdülər - FOTOLAR

Bəzən insanlar öz görünüşləri ilə razılaşmayaraq daha gözəl görünmək üçün plastik cərahiyyə əməliyyatına üz tuturlar. 

Lakin plastik cərahiyyə heç də həmişə gözlənilən nəticəni vermir. Əksinə, insanlar daha eybəcər görünürlər.

Bu cür uğursuz plastik cərahiyyə əməliyyatlarından bir neçəsinin fotolarını təqdim edirik.








Siçovula görə təyyarə yerə endi

Mumbaidən Londona uçan “Air İndia”ya məxsus təyyarənin göyərtəsində sərnişinlər gördükləri siçana görə həyəcan keçirdiklərindən hava gəmisi yerə enməli olub.

Modern.azxarici mediaya istinadən bildirdiyinə görə, ekipaja siçanla olması haqda xəbər veriləndə təyyarə İran üzərində uçurmuş. Hava şirkətinin nümayəndələri bəyan ediblər ki, təyyarə dezinfeksiya ediləcək.

<p" style="color: rgb(0, 0, 0); font-family: tahoma; font-size: 12px;">İyul ayında “Air İndia”nın Milana uçan təyyarəsi havaya qalxdıqdan bir saat sonra göyərtədə guya siçan olması səbəbindən Dehliyə geri qayıdıb. Ancaq hava limanında təyyarədə heç nə tapılmayıb. <p">Siçovullar təyyarə üçün çox təhlükəlidirlər, onların naqilləri gəmirməsi çox böyük qəzalara səbəb ola bilər.

2016-cı ilin böyük fəlakəti “Əl Nino” olacaq

Qlobal iqlimə təsir edən “Əl Nino”nun 2016-cı ildə qıtlığı və xəstəlikləri, milyonlarla adamın zərər çəkməsini artırması gözlənilir. Modern.az bildirir ki, BBC-nin xəbərinə görə, yardım quruluşları “Əl Nino”nun dünyanın bəzi  bölgələrində quraqlığa, bəzi bölgələrində isə sellərə gətirib çıxaracağı və fəlakətlərin milyonlarla insana təsir edəcəyi ilə bağlı xəbərdar edib.

Mütəxəssislərin fikirlərinə yer verilən xəbərdə “Əl Nino”nun təsirinin ən şiddətli şəkildə Afrika qitəsində görüləcəyi, bölgədə qida çatışmazlığının fevral  ayında artacağı iddia edilib.

“Əl Nino”nun təsirlərinə gələcək altı ayda Karib hövzəsində, Orta və Cənubi Amerikada da rast gəlinəcəyi, quraqlıq və davamlı yağıntıların Qvatemala, Honduras, Salvador və Nikaraquada iki milyon adama təsir edəcəyi təxmin olunur.

Afrika qitəsində indiki vaxtda təxminən 31 milyon adamın qida  çatışmazlığı ilə qarşı-qarşıya qaldığı və bu vəziyyətdəkilərin üçdə birinin Efiopiyada yaşadığı bildirilir.

“Oxfam” kimi yardım təşkilatı 2016-cı ildə Efiopiyada 10,2 milyon, Cənubi Afrikada da mart ayından əvvəl üç milyon adamın köməyə ehtiyac hiss edəcəyini vurğulayır.

“Əl Nino” yaratdığı isidici təsir səbəbi ilə qasırğalara, şiddətli yağmurlara, su basqınlarına, quraqlıqlara, yanğınlara və əkinçilik məhsullarında itkilərə gətirib çıxarır. Bütün bunların nəticəsində epidemiya xəstəliklər artır və çox sayda insan ölə bilir.

Gürcüstandan Azərbaycana avtomobil idxalı azaldı - 5 dəfə

2015-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 3 377 avtomobil idxal olunub ki, bu ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 4,97 dəfə azdır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, müvafiq dövr ərzində Gürcüstandan Azərbaycana ümumilikdə 61,24 milyon dollar dəyərində avtomobil idxal olunub.

Gürcüstana isə avtomobillər xaricdən idxal olunur.

Gürcüstandan Azərbaycana digər malların idxalına gəlincə, 2015-ci ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 2,21 dəfə az mal idxal olunub. 11 ay ərzində Gürcüstandan ümumilikdə Azərbaycana 231,28 milyon dollar dəyərində mal idxal olunub.

On ildən sonra alimlər çoxdan ölmüş heyvanları dirildə biləcəklər

Harvard Universitetindən genetika mütəxəssisi Corc Çerç güman edir ki, mamontların həyata qaytarılması üçün təqribən 7-10 il vaxt lazım olacaq. Mamontların canlandırılması mexanizmi kifayət qədər sadədir – mamontun DNT-si Asiya filinin genomuna yeridiləcək.

AZƏRTAC “argumenti.ru” saytına istinadla xəbər verir ki, bu sahədə elmi tədqiqatlar çoxdan aparılır, bu prosesdə Çerçin özü də iştirak edib. Texnologiya CRISPR-Cas9 adlanır. Onun köməyi ilə hər hansı bitkinin və ya heyvanın genomunun fraqmentini dəyişdirmək olar.

Gürcüstana gedənlərin işi asanlaşdı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Bakı-Tbilisi- Bakı marşrutu üzrə hərəkət edəcək qatarlara əlavə vaqonlar qoşulacaq.

Bu barədə ANS PRESS-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə Gürcüstan istiqamətində hərəkət edəcək qatarlara ümumilikdə 20 vaqon qoşulması planlaşdırılır. Bu il ötən ilə nisbətən tələbat azlığı olduğu üçün turist qatarları xəttə buraxılmayacaq.

N.Əzməmmədov əlavə vaqonların dekabrın 29-30-da hərəkət edəcək qatarlara qoşulacağını bildirib: “Sərnişin sıxlığı dekabr ayının 29 və 30 tarixlərində olacağı müşahidə edilib. Bu səbəbdən əlavə vaqonlar bu iki gün ərzində qatarlara qoşulacaq. Lakin növbəti günlərdə də sıxlıq müşahidə olunarsa o zaman xəttə yenidən əlavə vaqonlar buraxılacaq”, – deyə N.Əzməmmədov vurğulayıb.

Qurum rəsmisi onu da əlavə etdi ki, artıq bayramla əlaqədar sərnişinlərə xəbərdarlıq da edilib. Sərnişin daşımaları departamentin kollektivi yeni 2016-cı il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək."

Tbilisi zooparkının begemotu “Time” jurnalının ən yaxşı 100 fotosuna düşdü

"Time" jurmalı 2015-ci ilin 100 ən yaxşı fotosunu dərc etdi.

Onların əksəriyyəti Avropada məcburi köçkünlərin böhranına aiddir. Top yüzlüyə 13 iyun Tbilisidə baş verən daşqın zamanı çəkilən foto da düşüb. Fotoda zooparkdan qaçan beqemot çəkilib. Fotonun müəllifi gürcü fotoqrafı Beso Qelaşviulidir.

Təbii fəlakətlər digər fotolarda da əks olunub. Həmçinin daşqınlar, zəlzələlər və vulkan püskürmələri də. Elə bu 100 foto arasında siyasətçilər - Barak Obama, Hilari Klinton, Vladimer Putin və digərlərinin fotoları yer alıb. "Time" jurnalının fotokollajında heyvanlar və alimlərin maraqlı fotoları da var.

Putinin rədd etdiyi anası oğlundan necə ayrıldığını danışıb - MARAQLI

Türkiyənin Rusiyaya məxsus Su-24 hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı böhranı böyüdən və təhdidedici fikirlər səsləndirən prezident Vladimir Putinin anası ilə bağlı maraqlı faktlar açıqlanıb.Modern.az saytı xəbər verir ki, türkiyəli jurnalistlər Putinin öz tərcümeyi-halında heç vaxt yer vermədiyi gerçək anası Vera Putina haqqlnda yazıblar.Məlum olub ki, Rusiya prezidentinin anası Vera Putina 87 yaşındadır və Gürcüstanın paytaxtı Tiflisin yaxınlığındakı Metehi kəndində yaşayır. Vera Putinanın vaxtilə Putin haqqında söylədiklərini araşdıran 2 jurnalist edam edilib. Kənddə heç kim bu mövzudan danışa bilmir, danışanlar ortadan itir. Taksiçilər belə, qorxudan kəndə sərnişin aparmır.

Rusiyalı jurnalist Artyom Borovik Vera Putinanın həyatından yazmaq üçün araşdırma aparmağa başlayınca, 2000-ci ildə Ukraynanın paytaxtı Kiyevdə bir təyyarə qəzasında ölüb. Vera Putinanın fotolarını çəkən və hadisəni araşdıran italiyalı jurnalist Antonio Rossi də Tiflis yaxınlarında vurularaq öldürülüb. Vera Putina Gürcüstanda hələ də sirrini qoruyur.

1999-cu ildə Rusiya xüsusi xidmət orqanı olan Federal Təhqiqat Xidmətinə rəhbərlik etmiş Vladimir Putinin doğulduğu 1950-ci illə uşaqlığının keçdiyi 1960-cı illər arasındakı həyatı haqqında heç bir məlumat tapılmır. Putinin özünün hazırladığı tərcümeyi-halında gerçək anasından heç bəhs etmədiyi, hadisəni gizli saxladığı bilinir.

İddiaya görə, anasının evliliyini həzm edə bilməyən və bu səbəbdən öldüyünü söyləyən Rusiya lideri Putin gerçək həyatını ehtiva edən tərcümeyi-halını xüsusi kassasında saxlayır.

Putinin “Anam 1998-ci ildə öldü” deməsinə baxmayaraq, gürcüstanlı Vera Putina Rusiya liderin gerçək anası olduğunu açıqlayıb. Putinlə 4 yaşında ikən birlikdə çəkdirdikləri fotoşəkili göstərən Vera Putina oğlunun 4-cü sinfə qədər kəndin ibtidai məktəbində təhsil aldığını söyləyıb. Vera Putina bunları açıqlayıb:


“Putinin atası Platon Privalov bir mexanik idi. Başqası ilə evli idi, amma mənimlə də yaşayırdı. Vladimir Putin 1950-ci ildə doğuldu. Daha sonra Giorgi Osepasvili adlı bir əsgərlə evləndim və Gürcüstana yerləşdim. Vladimir mənim yanımda idi. Lakin ərimin təzyiqi ilə onu 1960-cı ildə Rusiyadakı babası və nənəsinin yanına buraxmaq məcburiyyətində qaldım. Məcburən onu tərk etdim. Mən uşaqlığında onu Vova deyə çağırardım”.

Vera Putinanın “gəlin mənim DNT-mi alın. Oğlum ilə müqayisə edin” deməsinə baxmayaraq, ruslar bunu heç bir zaman diqqətə almayıb. Gurcü jurnalistlər isə Amerikanın Vera Putinaya DNT testi tətbiq etdiklərini və Putinin anası olduğunu təsdiqlədiklərini söyləyirlər.

Rusiyanın dövlət başçısı Vladimir Putin bir neçə dəfə açıqlamasında anasının öldüyünü söyləyib. O, Vera Putinanın anası olmağı barədə iddiları rədd edib. Ancaq Rusiya prezidentinin anası olduğunu israr edən 87 yaşlı Vera Putina Gürcüstanın Metehi kəndində həyatını sürdürür. Gurcü mətbuatı da DNT testi ilə də bu xəbərin təsdiqləndiyini iddia edib.

Vera Putinanın “Putinin atası Platon Privalov evli idi, amma mənimlə də əlaqəsi oldu. Putin doğulduqdan iki il sonra başqası ilə evləndim. Putini də 10 yaşında Rusiyadakı babasına bıraxdım” sözləri Rusiyada birmənalı qarşılanmayıb. 
Bunu yazan iki jurnalist müəammalı şəkildə öləndə hər kəs qorxuya düşüb. İndi Putinin anası haqda araşdırma aparmaq cəsarət tələb edir.

Azərbaycanlı biznesmenin oğlu oğurlanıb - FOTO

Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan Malik Pirverdiyevin oğlunu oğurlayıblar.

AzNews.az Xəzərnews.az-a istinadən xəbər verir ki, M.Pirverdiyevin oğlu bir neçə müddətdir oğurlansa da bu fakt ictimaiyyətdən gizli saxlanılır, yalnız onun itkin düşdüyü barədə informasiyalar verilir.

M.Pirverdiyevin oğlu Camal Pirverdiyev 1993-cü ildə anadan olub, 22 yaşı var, sosial şəbəkələrdə fəal olub və komfort həyat tərzini nümayiş etdirməyi çox xoşlayıb.

İnternetdə axtarışlar zamanı hətta C.Pirverdiyevin Ukraynada söz-söhbətə səbəb olan bir neçə hadisədə iştirakı ilə də rastlaşmaq mümkündür.

Ukrayna internet saytlarında C.Pirverdiyevin 2015-ci il, oktyabrın 14-də itkin düşdüyü barədə informasiyalar yer alıb. Bildirilir ki, M.Pirverdiyev Donetskdə nüfuzlu azərbaycanlı iş adamlarındandır. Onun oğlunun Azərbaycanda çəza çəkən “Quli” ləqəbli “qanuni oğru”nun adamları tərəfindən oğurlandığı iddia olunur.

Qeyd edilir ki, M.Pirverdiyevlə yanaşı başqa bir iş adamının da hazırda Ukraynada təhsil alan oğlu məlum dəstə tərəfindən oğurlanıb.

Verilən məlumata görə, hər iki oğurlanan gəncin buraxılmasından ötrü ayrı-ayrılıqda 1 milyon dollar “xərac” tələb olunur.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və “Vaşaq” xüsusi çevik dəstəsinin əməkdaşları adam oğurluğu, soyğunçuluq və zorakılıq əməllərində şübhəli bilinən etnik mütəşəkkil qrupun üç üzvünü yaxalayıb. Şübhəli şəxslərin hazırda Azərbaycanda cəza çəkməkdə olan “Quli” ləqəbli “qanuni oğru”nun idarə etdiyi bildirilir.

Xatırladaq ki, həmin “vor zakon”un “Lotu Quli” olduğu güman edilir.

Sevdiyi qızı qətlə yetirən şəxsə 20 il iş verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

“ASALA” Azərbaycan İpoteka Fondunun saytını dağıdıb

Azərbaycan İpoteka Fondunun rəsmi internet səhifəsinə haker hücumunun nəticələri aradan qaldırılıb.

Məlumata görə, artıq saytın fəaliyyəti tam bərpa olunub.

Qeyd edək ki, bu gün fondun internet səhifəsinin fəaliyyət tarixində ilk dəfə olaraq sayta ciddi haker hücumu olub. Səhər saatlarında erməni terror təşkilatı "ASALA" tərəfindən dağıdılan http://www.amf.az saytına daxil olmaq mümkün olmayıb.

Saytda Axtarış

Son xəbərlər