Dalga Televiziyasi Tbilisidə gürcü bəstəkarı Vaja Azaraşvilinin “Vaqif” mahnısına çəkilmiş klipin təqdimatı olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün772
DünənDünən634
Bu həftəBu həftə7208
Bu ayBu ay51907
Bu günə qədərBu günə qədər7422381

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə gürcü bəstəkarı Vaja Azaraşvilinin “Vaqif” mahnısına çəkilmiş klipin təqdimatı olub

Yanvarın 30-da Tbilisidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış gürcü bəstəkarı Vaja Azaraşvilinin “Vaqif” mahnısına çəkilmiş klipin təqdimatı olub.

Muzeyin direktoru Leyla Əliyeva deyib ki, bəstəkar V.Azaraşvili Azərbaycan şairləri Nizami Gəncəvinin, Molla Pənah Vaqifin, Məhəmməd Füzulinin şeirlərinə mahnı bəstələyib. “Vaqif” musiqisi Gürcüstan paytaxtında azərbaycanlı qız ilə gürcü gəncin məhəbbətinə həsr olunub.

Bəstəkar V.Azaraşvili deyib ki, yaradıcılığında Azərbaycan şairlərinin şeirləri xüsusi yer tutub. Bu günədək Nizami Gəncəvinin altı əsərinə musiqi bəstələyib. Molla Pənah Vaqifin şeirləri də onun repertuarında xüsusi yer tutub. Musiqinin “Vaqif” adlandırılması da təsadüfi deyil. Tbilisidə azərbaycanlı qızın sevdiyi gürcü oğlana Vaqifin şeirləri ilə cavab verməsi onu belə bir mahnı bəstələməyə sövq edib.

“İnanıram ki, “Vaqif”in gürcü dilində səsləndirilməsi və bu mahnıya klip çəkilməsi Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə bəstəkar vurğulayıb.

Görkəmli gürcü şairi Cansuq Çarkviani Gürcüstanda Azərbaycan şairlərinin, bəstəkarlarının şeir və bəstələrinin çox sevildiyini, Qara Qarayev, Rəşid Behbudov, Bülbül, Fikrət Əmirov, Müslüm Maqomayev və digər görkəmli sənətkarlın əsərlərinin dünya mədəni irsinin incilərindən olduğunu bildirib.

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili deyib ki, Azərbaycan musiqisi təkcə azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə deyil, bütün Gürcüstanda sevgi ilə qarşılanır.

Digər çıxış edənlər gürcü bəstəkarın Azərbaycanın söz ustalarının yaradıcılığına müraciət etməsini yüksək qiymətləndirib, bunu xalqlarımız və ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

Sonra “Vaqif” mahnısına çəkilmiş klip nümayiş etdirilib.

Gürcüstan-Azərbaycan dostluğuna həsr olunmuş klipdə mahnını Tbilisidə yaşayan azərbaycanlı xanım, bir neçə beynəlxalq mükafatın laureatı Aysel Məmmədova ifa edib.

Tədbirdə Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyinin əməkdaşları, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi, ziyalılar, Gürcüstan və Azərbaycanın şou biznes nümayəndələri iştirak ediblər.

Saytda Axtarış

Son xəbərlər