Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün662
DünənDünən2380
Bu həftəBu həftə3042
Bu ayBu ay38345
Bu günə qədərBu günə qədər7408819

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

UEFA "Çelsi" klubunu cəzalandıra bilər

alt

Araşdırmanın nəticəsi 2019-cu il yanvar ayının ortalarında elan olunacaq.

UEFA İngiltərənin "Çelsi" klubuna qarşı intizam işi açıb.

Buna səbəb komandanın azarkeşlərinin Avropa Liqasının VI turunda səfərdə Macarıstan "Videoton"u ilə oyunda qeyri-etik davranışlar etməsidir.

Qurumun İntizam Komitəsinin nümayəndələri London təmsilçisinin fanatlarının sözügedən qarşılaşmada irqçi xarakter daşıyan şüarlar işlədib-işlətmədiyini araşdırır. Araşdırmanın nəticəsi 2019-cu il yanvar ayının ortalarında elan olunacaq.

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, "Çelsi" fanatları sözügedən qarşılaşmada antisemit ifadələr səsləndirib. Matçdan sonra klub onları bu hərəkətə görə tənqid edib və günahkarların cəzalandırılacağını bildirib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Çelsi" Avropa Liqasının 1/16 finalında İsveçin "Malmö" komandası ilə qarşılacaşaq.

Real Madrid Gürcüstanda yay məktəbi açır

alt

Real Madrid futbol klubu Gürcüstanda yay məktəbi açır.

Bu barədə bu gün Tbilisidə bir otelde layihənin təqdimatı baş tutub.

Tədbirdə layihə, Azad Futbol təşkilatının təşəbbüsü ilə başlayacaqı bildirildi: Madrid klubunun nümayəndəsi bildirmişdir ki, onlar davamlı əməkdaşlığa ümid edirlər. Dünya futbolu qrantlarının yay düşərgəsi gələn ilin 2 iyun-2 iyul tarixlərində Tbilisidə keçiriləcək və 150 yeniyetmə iştirak edəcək.

Ötən il Azad Futbolun nümayəndəsi bizə müraciət etdi və danışıqlar uğurla başa çatıb. Ümid edirik ki, bu layihə uğurla gərçəkləşəcək və əməkdaşlıq gələcəkdə də davam edəcək -Deyə bildirib «Real» layihəsinin meneceri Andres Muntaner

Yalnız qələbə: Millimiz üçün “ölüm-dirim” oyunu

alt

Bu gün futbol millimiz UEFA Millətlər Liqasının oyununa çıxacaq. Ancaq Kosovo ilə qarşılaşma millimiz üçün ilk Millətlər Liqasında həm də son qarşılaşma ola bilər. 

Belə ki, komandamız heç-heçə etsə və ya məğlub olsa, qrup lideri olmaq şansını əldən vermiş olacağıq. Bununla da Kosovo qrup lideri kimi 2020-ci ildə keçiriləcək D divizionunun yarımfinallarının iştirakçısı olacaq.

Ancaq təbii ki, istənilən qələbə millimizi həm qrup lideri edəcək, həm də komandamıza 2020-ci ildə D liqasının yarımfinalında mübarizə aparmaq, eləcə də həmin divizionun qalibi olmaqla Avropa çempionatına qatılmaq şansı verəcək.

 

Bəs bu görüşdə millimiz Bakıda yenə bilmədiyi, heyəti demək olar ki, Avropa klublarında çıxış edən legionerlərdən ibarət olan Kosovonu yenə bilərmi? Əvvəla onu qeyd edək ki, bu görüşdə əsas qapıçımız Kamran Ağayevin oynamayacağı dəqiqdir. O, Farer Adaları ilə son matçda zədələnərək fasilədə yerini Səlahət Ağayevə verib. Düzdür, Azərbaycan Premyer Liqasının lideri olan "Neftçi"nin qolkiperi o matçda qapısından top buraxmadı. Amma nəzərə alaq ki, Farer Adaları ilə Kosovo yığmalarının səviyyələrində də aşkar fərq var.

Bununla belə, millimizin qələbə qazanması üçün şansları az deyil. Futbol sürprizləri sevirsə, cırtdan millilər güclü rəqiblərindən xal ala bilirsə, millimiz niyə Kosovo üzərində qələbə qazana bilməsin ki?!

Əvvəla onu qeyd edək ki, millimizin Avropa çempionatının seçmə mərhələsi vasitəsilə qitə birinciliyinə vəsiqə qazanacağı inandırıcı görünmür. Nə qədər "Niyə də yox?!" şüarından istifadə edilsə də, bu heyətlə "Niyə də hə?!" olmalıdır ki? Ona görə də bizim düşərgədə yaxşı anlayırlar ki, Avropa çempionatına gedən yol Millətlər Liqasından keçir. Əgər 2020-də dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatında iştirak etmək istəyimiz güclüdürsə, Kosovonu yenməkdən başqa çarəmiz yoxdur.

Böyük ehtimalla, Qurban Qurbanov daha çox futbolda işlədilən məşhur məsələ görə qalib heyəti dəyişməyəcək. Hər şey isə millimizin irəli xətdə oynayan legionerlərindən – Dmitri Nazarov və Rüfət Dadaşovdan asılı olacaq. Bu iki oyunçunun, xüsusən də pleymeyker qismində çıxış edən Nazarovun meydandakı çıxışı alınsa, istədiyimiz nəticə qeydə alına bilər. Malta Kosovoya 0:5 hesabı ilə uduzsa da, həmin oyun göstərdi ki, bir balaca təzyiqlə rəqib müdafiəsi çaşqın duruma düşə bilir.

Sonda onu da bildirim ki, millimiz 14 minlik stadionda oynayacaq. Gələn son məlumatlara görə, biletlərin hamısı artıq kassalardan alınıb. Bu isə o deməkdir ki, bizim axşam maraqlı, dolu tribunalar önündə gərgin bir qarşılaşma izləmək ehtimalımızı artırır.

 

Azərbaycan idmançıları Gürcüstanda taekvondo üzrə beynəlxalq turnirdə altı medal qazanıblar

alt

Gürcüstanda taekvondo üzrə “Tbilisi Open 2018” beynəlxalq turnirində Azərbaycan idmançıları altı medal qazanıblar.

Turnirə Azərbaycan idmançıları ilə yanaşı, Ukrayna, İran, Gürcüstan və Ermənistandan olan atletlər də qatılıblar. 

Turnirdə Şəmkir rayon gənclər və idman idarəsinin Uşaq Gənclər İdman Məktəbinin komandasının üzvlərindən Nihad Vəliyev (61 kq), Sabirə Hüseynli (68 kq), Fatimə Həsənova (33 kq) birinci yerə, Əsli İsayeva (30 kq) ikinci yerə Pərvin Hüseynova və Nərmin Bayramova (hər ikisi 36 kq) üçüncü yerə layiq görülüblər.

Azərbaycan komandası medal sayına görə turnirdə birinci yeri tutub.

UEFA Millətlər Liqası: Azərbaycan yığması Farer Adalarını məğlub edib

alt

Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda Farer Adaları yığmasını 2:0 hesabı ilə məğlub edib.

21:57

Azərbaycan-Farer Adaları qarşılaşmasının ilk hissəsi yığmamızın üstünlüyü ilə başa çatıb.

Qrupun paralel keçən digər oyununda Kosovo seçməsi səfərdə Malta yığmasını 0:1 hesabı ilə məğlub edir.

X X X

21:39

Matçın 27-ci dəqiqəsində Azərbaycan yığması hesab arasındakı fərqi iki topa çatdırıb. Mahir Mədətovun təxminən 30 metrdən vurduğu zərbə dəqiq olub.

X X X

21:27

Azərbaycan yığması Farer Adaları ilə qarşılaşmada hesabı açıb. 

İlk dəqiqələrdən üstünlüyü ələ alan Azərbaycan yığması rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 18-ci dəqiqəsində Azərbaycan millisinin üzvü Dmitri Nazarov müdafiəçilərin uzaqlaşdırdığı topu qüvvətli zərbə ilə qapıdan keçirib - 1:0.

X X X

21:01

Noyabrın 17-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda Bakı Olimpiya Stadionunda Farer Adaları yığması ilə qarşılaşır. 

Oyunda Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxıblar.

Farer Adaları yığmasının start heyətində isə Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen yer alıblar.

Oyunu kiprli hakimlər briqadası idarə edir. Matçın baş hakimi Dimitrios Masiasdır. Ona həmyerliləri Marios Kalogerou və İoannis Lazarou kömək edirlər. Dördüncü hakim funksiyasını Omiros Tziortzis yerinə yetirir. Görüşün hakim-inspektoru ukraynalı Volodimir Petrov, UEFA nümayəndəsi çexiyalı Yaroslav Dudldir.

Qrupun digər oyununda Malta yığması doğma meydanda Kosovo seçməsini qəbul edir.

Xatırladaq ki, dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya stadionunda keçirilən Azərbaycan-Malta oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı

alt

Final görüşü sabah keçiriləcək.

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində yarışan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib. 

O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.

Qeyd edək ki, daha öncə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

UEFA "Vorskla" və "Qarabağ" klublarına qarşı intizam işi açıb - EKSKLÜZİV

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada noyabrın 8-də "Vorskla" və "Qarabağ" arasında keçirilmiş Avropa Liqasının IV tur matçından sonra hər iki kluba qarşı intizam araşdırmalarına başlayıb.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iş eyni maddə - "Meydana əşyaların atılması və fişənglərin yandırılması" üzrə açılıb. Məsələyə dekabrın 13-də baxılacaq. Bu isə o deməkdir ki, İngiltərə "Arsenal"ı ilə noyabrın 29-da Poltavadakı Aleksey Butovski adına stadionda keçirəcəyi V tur qarşılaşmasını "Vorskla" azarkeşlərinin izləmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, "Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. Görüş 8 dəqiqə sonra bərpa olunub. 

Gürcüstanın federasiya prezidenti: “Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir”

“Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, beynəlxalq kikboksinq yarışlarında Gürcüstan hər zaman Azərbaycan, Azərbaycan isə Gürcüstan idmançılarına azarkeşlik edib: “Gürcüstan və Azərbaycan yaxın qonşu və dost ölkələrdir. Biz Azərbaycan idmançılarının çıxışlarını həmişə maraqla izləyirik və onların peşəkarlıq səviyyəsinin ciddi şəkildə yüksəldiyinin şahidi oluruq”.

Q.Cavaxia qeyd edib ki, Gürcüstan və Azərbaycan artıq dünya səviyyəsində kikboksinq idman növünün inkişaf etdiyi ölkələr kimi tanınır: “İki ölkə arasında kikboksinq idmanı sahəsində sıx əməkdaşlıq var. Bir-birimizə dəstək veririk və idmançılarımızın peşəkarlıq səviyyəsini artırırıq”.

"Arsenal"ın zədəli futbolçusu "Qarabağ"la matçda iştirak edəcək

İngiltərənin "Arsenal" klubunun uzun müddətdir zədəli olan futbolçusu Loran Koselni Avropa Liqasının qrup mərhələsinin VI turunda evdə "Qarabağ"la matçda iştirak edəcək. 

Bu barədə London təmsilçisinin baş məşqçisi Unay Emeri məlumat verib. 

48 yaşlı mütəxəssis bildirib ki, fransalı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra oyunlara çıxmaq üçün tam hazır olacaq. 

Qeyd edək ki, Loran Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya "Atletiko"su ilə matçda zədələnib. 33 yaşlı oyunçu bu səbəbdən Rusiyada keçirilmiş dünya çempionatında da iştirak etməyib. Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"ın Bakı Olimpiya Stadionunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunu da buraxıb. Koselni oktyabr ayında Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb. 

İdmançımız erməniyə qalib gəlib qızıl medal qazandı

Paytaxt məktəblisi Gürcüstanda karate idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 245 nömrəli tam orta məktəbin VI sinif şagirdi Aləm Mürsəlli 35 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Final mərhələdə erməni idmançını məğlub edən A.Mürsəlli qızıl medal, diplom və kubokla təltif olunub.

Qeyd edək ki, qısa müddətdir ki, karate ilə məşğul olmasına baxmayaraq, A.Mürsəlli həm ölkədaxili, həm də beynəlxalq səviyyəli yarışlarda parlaq uğurlara imza atıb. Belə ki, 2017-ci ildə Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə də A.Mürsəlli erməni idmançını məğlub edərək I yerə layiq görülüb.

Tbilisi Avropa Liqasının final matçına ev sahibliyi edə bilər

alt

Tbilisi Avropa Liqasının turnirinin final matçına ev sahibliyi edə bilər.

24News.ge xəbər verir ki, bu barədə UEFA’nın rəsmi internet səhifəsində yayınlanıb.

UEFA 2021-ci ildə Avropa Kuboku turnirinin finallarına namizədlərin siyahısını açiqlayıb: UEFAnın final matçının ölkəsində keçirilməsi üçün 11 ölkə mürəciət edib: Yəkun təqdimatlar 15 fevral 2019-cu ilədək təqdim edilməlidir. Avropa kubokunun finallarını keçirmək qərarı 2019-cu ilin may-iyun aylarında veriləcək.

UEAFA dörd turnir matçının final mərhələsinə ölkə namizədləri siyahısı:
Çempionlar Liqasında Finalda - 2021
Almaniya, Münhen Arena
Rusiya, stadion Sankt-Peterburq
Avstriya (Avstriyanın Ernst Happel Stadionu, Vyana), Gürcüstan (Boris Paichadze Stadionu, Tiflis) və İspaniya (tam açiqlanmayıb, Sevilya) Avropa Liqası-2021 finalının finalına müraciət etdi.

Avropa Super Kuboku finalına isə, Belarus (Dinamo Stadionu, Minsk), Finlandiya (Olimpiya, Helsinki), Şimali İrlandiya (Windsor Park, Belfast), Ukrayna (Metalist, Xarkov).

Çempionlar Liqası 2021 qadınlar ligasına mürəciət edənlər isə, Çexiya (Eden, Praqa) və İsveç (Gamla Ullevi, Göteborq)

"Vorskla" “Qarabağ”a minimal hesabla qalib gəlib

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç topu “Qarabağ”ın qapısından keçirib - 0:1.

“Qarabağ”ın futbolçuları bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.

Saytda Axtarış

Son xəbərlər