Dalga Televiziyasi İdman
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1111
DünənDünən2487
Bu həftəBu həftə21881
Bu ayBu ay65349
Bu günə qədərBu günə qədər2693027

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

“Qarabağ” Avropada gerilədi

Avrokubokların 2018-ci il üçün ilk həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb. 

Keçirilən 20 qarşılaşma son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubunun da mövqeyi dəyişib. Belə ki, "Qarabağ" 1 pillə geriləyib.

İlk "yüzlük"dəki yeganə təmsilçimizi "Marsel" keçib. Fransa klubu Avropa Liqasının 1/16 finalında "Braqa"nı 3:0 hesabı ilə yenib və 67-ci pilləyə yüksəlib. Nəticədə "Qarabağ" və onunla eyni xala malik BATE və "Yanq Boyz" 69-cu yerə düşüb. Bu üç komandaya daha bir şərik çıxıb. Moskva "Lokomotiv"i "Nitsa"nı 3:2 məğlub etməsi sayəsində Qurban Qurbanovun yetirmələrinə çatıb.

Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. "Qəbələ" aktivindəki 5,250 xalla "Voyvodina" ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə "Neftçi, "Xəzər Lənkəran", "Keşlə", "Zirə" və "Kəpəz" 3,825 xalla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb.

Qeyd edək ki, siyahıya 150,000 xala malik "Real" başçılıq edir.

İlk "onluq"

1. “Real” – 150,000

2. “Barselona” – 126,000

3. “Bayern” – 125,000

4. “Atletiko” – 124,000

5. “Yuventus” – 121,000

6. PSJ – 109,000

7. “Sevilya” – 108,000

8. “Mançester Siti” – 99,000

9. “Borusia” Dortmund – 87,000

10. “Portu” – 85,000

“Qarabağ” və qonşuları

65-66. “Feyenoord” – 21,500

“Rapid” Vyana – 21,500

74. “Marsel” – 21,000

67. “Astana” – 20,750

69-72. “Qarabağ” – 20,500

“Yanq Boyz” – 20,500

BATE – 20,500

“Lokomotiv” Moskva – 20,500

73-73. “Selta” – 20,285

“Real Sosyedad” – 20,285

“Betis” – 20,285

76. “Trabzonspor” – 18,000

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” – 3,825

“Keşlə” – 3,825

“Zirə” – 3,825

“Kəpəz” – 3,825

“Xəzər Lənkəran” – 3,825

“Qarabağ” və Ramil Quliyev Türkiyədə “ilin ən yaxşısı” seçilə bilər

Türkiyənin "Milliyyət" qəzeti "ilin ən yaxşıları" mükafatına namizədləri açıqlayıb. 

 

Dalga tv xəbər verir ki, 8 nominasiya üzrə keçiriləcək sorğuda "Qarabağ"a da səs vermək mümkün olacaq. 

Belə ki, Azərbaycan çempionu 64-cü dəfə təşkil edilən səsvermə zamanı “ilin ən yaxşı komandası” adına namizəddir. Ötən il ölkə çempionu olan və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisinin futbol komandaları arasında rəqibləri "Beşiktaş" klubu və Avropa çempionu olmuş əlillərdən ibarət Türkiyə yığmasıdır.

Bundan başqa, azərbaycanlı atlet Ramil Quliyev də mükafat əldə edə bilər. 200 m məsafəyə qaçışda dünya çempionu olan həmyerlimiz həm "ilin idmançısı", həm də "ilin yüksəlişdə olan idmançısı" nominasiyasında namizədlərdəndir.

Qeyd edək ki, qaliblərin adlarına apreldə aydınlıq gələcək.

Azərbaycan və Gürcüstan parlamentlərinin gənclər və idman komitələri əməkdaşlıq edəcək

Tbilisidə Gürcüstan və Azərbaycan parlamentlərinin gənclər və idman komitələri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sənədi komitə sədrləri Mixeil Kavelaşvili və Fuad Muradov imzalayıb.

F. Muradov komitələr arasında əməkdaşlıq memorandumunun imzalanmasını əhəmiyyətli adlandırıb: "Bu sənədin imzalanması ilə komitələr arasında əməkdaşlıq daha sıx olacaq". 

M.Kavelaşvili öz növbəsində Gürcüstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb: "Memorandum parlament komitələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək".

Gürcüstanın raqbi komandası Belçikalı rəqiblərini 47:0 hesabla məğlub etdi

Gürcüstanın raqbi komandası Belçikalı rəqiblərini 47:0 hesabla məğlub etdi.
 
Gürcüstan və Belçika raqbi komandaları arasında görüş bugün Kutaisidə "Aia Arenada" keçirildi.
 
Qeyd edək ki, Belçikalı rəqibləri ilə gürcü komandası indiyə qədər üç dəfə oynayıb və üç dəfə qalib olmuşdu.

Putin idmançılardan üzr istədi

Rusiya prezidenti Vladimir Putin ölkənin 2018-ci il Olimpiya Oyunları ərəfəsində idmançıların dopinq qalmaqalında maraqlarını qoruya bilmədiyi üçün onlardan üzr istəyib.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, Rusiya lideri bu barədə Phençan Olimpiadasının rusiyalı idmançı-iştirakçıları ilə görüşdə deyib.

"Sizi qoruya bilmədiyimiz üçün bizi bağışlayın", - Putin deyib.

O qeyd edib ki, Rusiya həmişə təmiz idmanın tərəfdarı olub. 

Putin həmçinin Olimpiya Oyunlarına yollanan rusiyalı idmançılara uğurlar arzulayıb.

"Mən sizə arzu edirəm ki, heç nəyi fikirləşmədən yalnız idman mübarizəsinə diqqətinizi yönəldəsiz. Sizi sevən və qələbənizə inanan minlərlə insan, milyonlarla azarkeş Oyunları izləyəcək".

Gürcüstanlı idmançı ilk dəfə sumo üzrə Tokio turnirinin qalibi olub

Gürcüstanlı idmançı Toçinoşin ilk dəfə sumo üzrə Tokio turnirinin qalibi olub.

Dalga tv xəbər verir ki, əsl adı Levan Qorqadze olan bu 30 yaşlı idmançı 15 gün davam edən böyük dəbilqə turnirinin 14-cü günündə 13-cü qələbəsini qazanıb. Onun ən yaxın rəqibi üç dəfə məğlub olub.

Bununla gürcüstanlı idmançı ilk dəfə Tokioda təşkil olunan turnirin qalibi adını qazanıb.

Küveytdə futbol oyununda tribuna çökdü: 40 yaralı

Küveytdə keçirilən futbol qarşılaşmasında faciə baş verib.

Oxu.Az xəbər verir ki, Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milliləri arasında keçirilən Körfəz Kubokunun final oyununun sonunda tribuna çöküb. Nəticədə 40 azarkeş yaralanıb.

Küveyt baş nazirinin köməkçisi Enes Saleh xəstəxanalara yatırılan yaralıların vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, 90 dəqiqəsi qolsuz başa çatan oyunda Oman penalti vuruşları ilə 5:4 qalib gələrək Körfəz Kubokunu ikinci dəfə muzeyinə götürüb.

 

Azərbaycan-Gürcüstan matçının yeri dəqiqləşib

Millimizin Gürcüstanla yoldaşlıq matçını hansı stadionda keçirəcəyi müəyyənləşib. Apasport.az apsny.ge saytına istinadən xəbər verir ki, qarşılaşma Antalyanın “Mardan” İdman Kompleksinin stadionunda keçiriləcək.

Arena 7428 tamaşaçı tutumuna malikdi. Yığmamızın yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında çıxacağı ilk oyun fevralın 2-də keçiriləcək. Bu görüş Millətlər Liqasına hazırlıq xarakteri daşıyır.

Millimiz sabiq çalışdırıcı Robert Prosineçkinin rəhbərliyi altında çıxdığı ilk, amma qeyri-rəsmi xarakter daşıyan “Şaxtyor”la oyunu da məhz “Mardan” stadionunda keçirmişdi. 

Azərbaycan millisi Gürcüstanla yoxlama matçı keçirəcək

Futbol üzrə Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2018-ci ildəki yoxlama oyunları üçün ilk rəqib bəllidi.

Bu, qonşu Gürcüstan yığmasıdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qonşularımızla təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq.

Türkiyənin Antalya şəhərində təşkil olunacaq hazırlıq prosesində keçiriləcək matç 2018-ci il fevralın 2-də baş tutacaq.

Qeyd edək ki, bu matç Qurbanovun millinin baş məşqçisi postunda debütü olacaq.

“Qarabağ” Çempionlar Liqasında son oyunda uduzdu

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində son oyununu keçirib.

Oxu.Az-ın xəbərinə görə, səfərdə “Roma”nın qonağı olan Ağdam təmsilçisi minimal hesabla məğlub olub.

Matçda yeganə qolu 53-cü dəqiqədə Diyeqo Perotti vurub. 

C qrupunda keçirilən paralel qarşılaşmada “Çelsi” və “Atletiko” 1:1 hesablı bərabərliyə qalıblar.

Bu nəticələrdən sonra hərəyə 11 xal toplayan “Roma” və “Çelsi” müvafiq olaraq birinci və ikinci yerlərdən 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Yeddi xalla qrupda üçüncü olan “Atletiko” mübarizəni Avropa Liqasında davam etdirəcək. 

Qarabağ isə iki xalla C qrupunda sonuncu olub.

Çempionlar Liqası: “Qarabağ” "Çelsi"yə böyük hesabla məğlub olub

“Qarabağ” üçün avrokubok mövsümünün bu il bitəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Azərbaycan çempionu növbəti raunda yüksələ bilməyib.

“Çelsi”ylə ev oyununda 0:4 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının 1/8 finalına vəsiqə verən ilk iki yerə şansını itirsə də, Avropa Liqası şansını saxlamışdı. Qrup üçüncülüyü və qitənin ikinci dərəcəli klub turnirinin 1/16 final mərhələsi şansı isə C qrupunun digər oyunundan asılı idi.

“Qarabağ”ın 2018-ci ilin fevralında yenidən avrokubok həyəcanı yaşatmaq ehtimalının üstündən isə “Atletiko” xətt çəkib. Öz meydanında “Roma”nı 2:0 hesabı ilə üstələyən madridlilər ilk “üçlük”də yerini təmin edib.

Çempionlar Liqasında qalacaq “Çelsi”nin 11 xalı varsa, ikinci vəsiqə üçün savaşı son turadək davam etdirəcək “Roma”nın 8, “Atletiko”nun 6 xalı var. 2 xala malik “Qarabağ” isə “üçlük” şansını itirib. Ağdam klubu son turdan asılı olmayaraq qrup sonuncusu olacaq.

Bir sözlə, VI turun “Roma” ilə görüşü həm “Qarabağ”, həm Azərbaycan klubları üçün mövsümün son avrokubok matçı olacaq. Bizim üçün formal xarakterli matç İtaliya klubu üçün önəm daşıyacaq. Çünki “Atletiko” ilə sonuncu turun qiyabi mübarizəsində qələbə Çempionlar Liqası dəyərində olacaq.

"Qarabağ" və "Çelsi"-nin start heyətləri açıqlanıb

Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının qrup mərhələsinin V tur matçında üz-üzə gələcək "Qarabağ" və "Çelsi" komandalarının start heyətləri açıqlanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, ilk "11-lik"də bu futbolçular yer alıblar:

"Qarabağ": 13.İbrahim Şehiç, 2.Qara Qarayev, 5.Maksim Medvedev, 8.Miçel, 9.Dino Ndlovu, 11.Mahir Mədətov, 14.Rəşad Sadıqov (K), 20.Riçard Almeyda, 25.Ansi Aqolli, 52.Yakub Jezniçak, 77.Donald Gerryer

Ehtiyat oyunçular: 1.Anton Kanibolotski, 7.Rahid Əmirquliyev, 22.Əfran İsmayılov, 32.Elvin Yunuszadə, 91.Coşqun Diniyev, 99.Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

"Çelsi": 13.Tibo Kurtua, 2.Antonio Rüdiger, 3.Markos Alonso, 4.Sesk Fabreqas, 7.N'Qolo Kante, 10.Eden Azar, 11.Pedro Rodriges, 21.Davide Zappakosta, 22.Villian, 28.Sezar Aspilikueta (K), 30.David Luis

Ehtiyat oyunçular: 1.Villi Kabalyero, 6.Denni Drinkouter, 9.Alvaro Morata, 14.Tiemue Bakayoko, 24.Harri Keyhill, 27.Andreas Kristensen, 66.Dyucon Sterlinq

Baş məşqçi: Antonio Konte

Qeyd edək ki, matç saat 21:00-da başlanacaq.

Saytda Axtarış

Son xəbərlər