Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün224
DünənDünən1348
Bu həftəBu həftə3919
Bu ayBu ay52615
Bu günə qədərBu günə qədər7479949

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Azərbaycan cüdoçuları Avropa çempionatının qalibi olub

alt

Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Gənc cüdoçularımız Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarını məğlub ediblər.

Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub.

Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Yığmamız Gürcüstanla qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq planı bəlli olub. Apasport.az-ın məlumatına görə, AFFA-nın rəsmi saytı yığmanın növbəti təlim-məşq toplanışları və yoxlama oyunlarının vaxtını açıqlayıb.

Millimiz sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi çərçivəsində Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu baş tutacaq. Bu matçların sentyabrın 25-də və 27-də keçirilməsi nəzərdə tutulub.

Çempionlar Liqası: “Qarabağ” "Çelsi"yə böyük hesabla məğlub olub

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ağdamtəmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb.

Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gəlib.

Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutub. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

İngilislərə qarşı bu oyun da uğursuzluqla yadda qalıb. "Ağdamlılar" ilk matçında 0:6 hesablı məğlubiyyətə üzülüb.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 6:0

Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)

Baş hakim: Anastasios Sidiropulos

London. “Stemford Bric” stadionu

"Qarabağ" - "Çelsi" matçı üçün təyinatlar açıqlandı

"Qarabağ"ın "Çelsi" ilə İngiltərədə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin I tur matçı üçün təyinatlar açıqlanıb.

Dalga tv  Report-a istinadən xəbər verir ki, sentyabrın 12-də keçiriləcək qarşılaşma yunanıstanlı hakimlər briqadasına həvalə olunub.

Çempionlar Liqası, qrup mərhələsi

C qrupu

22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Tasos Sidiropulos

Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis

Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)

London, "Stemford Bric" stadionu

Azərbaycanda Türkiyə Superliqasının oyunları canlı yayımlanacaq

“CBC Sport” kanalı yeniliklə gündəmə gəlib.

Dalga tv Oxu.Az-a istinadla xəbər verir ki, kanal Türkiyə Superliqasının oyunlarını canlı yayımlayacaq.

Bu barədə “CBC Sport” kanalı özü məlumat yayıb.

“Böyük sevinc hissi ilə tamaşaçılarmıza, futbol ictimaiyyətinə, futbolu sevən hər kəsə bildirmək istəyirik ki, Türkiyə superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq. Bu ilkə “CBC Sport” imza atdı. Futbol qurmanları Türkiyə superliqasının oyunlarını bizimlə izləyib, o gərgin və gözəl, özünəməxsus mübarizədən zövq alacaqlar”.

DÇ-2018: Azərbaycan millisi San Marinonu darmadağın etdi

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. 

Oxu.Az xəbər verir ki, VIII tur çərçivəsində Azərbaycan millisi San Marino yığması ilə qarşılaşıb. 

Görüş dogma meydanda baş tutub.

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğurlu çıxış edib. Oyunun 20-ci dəqiqəsində Əfran İsmayılov fərqlənib. Qarşılaşmanın 25-ci dəqiqəsində Araz Abdullayev hesabı 2:0-a çatdırıb. 57-ci dəqiqədə Əfran İsmayılov millimizin 3-cü qolunu vurub. 71-ci dəqiqədə rəqib Miçel Cevoninin avtoqolu ilə komandamız 4:0 önə keçib.

Daha sonra Palazzi 74-cü dəqiqədə fərqi azaldıb. Matçın 81-ci dəqiqədə Rəşad Sadıqov komandamızı növbəti dəfə hesabda irəli çıxarıb. (5:1)

San-Marino ilə qarşılaşacaq Azərbaycan millisinin start heyəti açıqlanıb

DÇ-2018-in seçmə mərhələsində öz meydanında San Marino ilə qarşılaşacaq milli komandamızın start heyəti bəlli olub. Apasport.az saytının məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki açıqlama verib.

Xorvatiyalı çalışdırıcı oyundan əvvəl keçirilmiş mətbuat konfransında “ilk 11-liy”i açıqlayıb.

Əsas komandamız sabahkı oyuna aşağıdakı futbolçularla başlayacaq.

Səlahət Ağayev – Rəşad Sadıqov, Tərlan Quliyev, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə - Rahid Əmirquliyev, Cavid Hüseynov, Riçard Almeyda – Əfran İsmayılov, Araz Abdullayev, Ramil Şeydayev.

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib

Avqustun 1-də Dənizkənarı Milli Parkda “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, açılış mərasimində şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, yarışların simvolu olan qayıq mərkəzə gətirilib.

Sonra bayraqdarlar meydana daxil olub. “Azərbaycan fanfarası” ilə tədbirin başlandığı elan edilib.

Yarışların hakimlər briqadası və komandalar mərasimə dəvət olunub.

Azərbaycan Respublikasının dövlət himni ifa edilib, dövlət bayrağımız qaldırılıb.

Sonra Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku–2017” yarışlarının bayraqları qaldırılıb.

Mərasimdə çıxış edən “Dəniz Kuboku–2017” beynəlxalq yarışları təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov bildirib ki, bu gün Bakıda III Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarına start verilir. Artıq bir neçə gündür ki, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər Flotiliyasının, İran İslam Respublikasının və Qazaxıstan Respublikasının gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarında iştirak etmək üçün ölkəmizə gəlib.

Qeyd edilib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan “Xəzər-2015” müsabiqəsinin nəticələrinə görə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası 3-cü, “Xəzər-2016” müsabiqəsində isə 2-ci yerə layiq görülüb və “Admiral-480” motorlu qayığı ilə mükafatlandırılıb. İki gün öncə isə III Beynəlxalq Ordu Oyunlarına Moskvanın Alabino poliqonunda start verilib. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri yarışların beş növündə güclərini sınayacaqlar. III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələ və altı epizodda yarışacaqlar.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi “Dəniz Kuboku-2017” də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək.

Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Dəniz Kuboku-2017” yarışlarının iştirakçılarına təbrik məktubunu oxuyub.

Məktubda bildirilir ki, bu gün Azərbaycan yeni bir yarışa - möhtəşəm idman birinciliklərindən seçilməyən Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarına ev sahibliyi edir. Bu yarışların Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi möhtəşəm yarışların, dünya hərbçilərinin güləş, boks, futbol üzrə çempionatlarının ölkəmizdə keçirilməsi bunu bir daha təsdiqləyir və bu missiya bu gün də uğurla davam etdirilir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzunun, siyasi, iqtisadi, mədəni, idman, eləcə də ordu quruculuğu sahəsində qazandığı müvəffəqiyyətlərin nəticəsində mümkün olub.

Vurğulanır ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın daha da möhkəmlənməsi, hərbi xidmətin nüfuzunun artırılması, döyüş imkanlarının nümayişi, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədinə xidmət edir. “Dəniz Kuboku-2017” hərbi qulluqçularda həmrəylik hissi oyatmaqla bərabər, həm də bütün iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq.

Qeyd edilir ki, Xəzər dənizi tarixən sahillərində yaşayan xalqların ümumi sərvəti olub. “Dəniz Kuboku-2017” beynəlxalq yarışları da ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək.

Daha sonra nazir “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarını açıq elan edib.

Qeyd edək ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Tbilisidə qarışıq idman növləri üzrə dünya çempionatı başlayıb

 Gürcüstanın paytaxtı Tbilisidə qarışıq idman növləri üzrə dünya çempionatı başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, müxtəlif ölkələrdən 300-dək idmançının iştirak etdiyi çempionatda Azərbaycan 12 idmançı ilə təmsil olunur.

İki gün davam edəcək dünya çempionatında yeniyetmə və gənclər, eləcə də, böyüklər mübarizə aparacaqlar.

Bu gün çempionatın rəsmi açılışı olub, idmançılar müxtəlif idman növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycanın “Qartal” peşəkar idman klubunun baş məşqçisi Yaqub İbrahimov jurnalistlərə bildirib ki, idmançılarımız bu çempionatda idmanın iki növü - Muay thai və Uşu sanda üzrə mübarizə aparacaqlar.

Baş məşqçi idmançılarımızın bu çempionatda Azərbaycan bayrağını yüksəldəcəklərinə əmin olduğunu bildirib.

Gürcüstan Qarışıq İdman Federasiyasının prezidenti Kaxa Basia bildirib ki, Gürcüstan bu turnirin yüksək səviyyədə keçirilməsini öz üzərinə götürüb. Bir ay öncə idmançılar Batumidə qonaq olublar. “Çalışırıq ki, yarışmanı yüksək səviyyədə təşkil edək və qonaqlar təşkilatçılıqdan razı qalsınlar”, - deyə Basia vurğulayıb.

 

Georgi Tsetsadze: "Bakıda edə bilmədiyimizi sabah etməyə çalışacağıq"

 "Bakıda keçirilən ilk görüşdə edə bilmədiyimizi sabah ortaya qoyaraq, qalib gəlməyə çalışacağıq".

"Report"un məlumatına görə, bunu Gürcüstan "Samtredia"sının baş məşqçisi Georgi Tsetsadze "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Samtredia"nın ilk görüşdə 0:5 hesablı məğlubiyyətə layiq olmadığını deyən "Qarabağ"lı həmkarı Qurban Qurbanova minnətdarlıq edib. O, nəticənin hər şeyi ifadə etdiyini təsdiqləyib. Bununla yanaşı, G.Tsetsadze oyuna köklənə bilmədiklərini söyləyib:

"5 qoldan 4-nü ilk və ikinci hissənin sonlarında buraxdıq, 1-ni isə oyunun əvvəlində. Bu, analiz olunası detallardan biridir. Lakin mən yaxşı oynadığımızı deyə bilmərəm. Hazırda "Qarabağ" çox yaxşı komandadır".

G.Tsetsadze cavab görüşündə korrektələr edəcəklərini vurğulasa da, bu addımı rəqibin imkanlarına uyğun atacaqlarını açıqlayıb:

"2014-cü il dünya çempionatında Almaniya Braziliyanı 7:1 hesabı ilə yenmişdi. Bu, iki komanda arasındakı oyun fərqindən xəbər vermirdi. "Qarabağ"la bizim aramızda da belə bir fərq yox idi. Lakin tarixdə nəticə qalır. Rəqibi aşağılamaq istəmirəm. Onlar qələbəyə layiq idilər. Daha yaxşı olardı ki, görüş 0:5 yox, 0:0 və ya 0:2 hesabı ilə nəticələnərdi. İlk oyunda rəqib bizə hücum imkanı yaratmışdı. Sabahkı görüşdə dəyişikliklər edəcəyik. Amma bu o demək deyil ki, mütləq 6:0 hesabı ilə qalib gələcəyik".

Baş məşqçi Şotlandiya "Reyncers"inə qalib gələn Lüksemburq "Proqres"i kimi mərhələ adlaya bilməmələrinin səbəbini belə izah edib:

"Bizi nə Lüksemburq, nə də "Barselona" ilə müqayisə edin. Öz inkişafımızın qayğısına qalın. Klublarda məşqçilər və oyunçular inkişaf etməsə, problemlər həllini tapmayacaq. Kifayət qədər problem var. Hazırkı mətbuat konfransı isə bunun üçün deyil".

Qeyd edək ki, Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibi müəyyənləşib

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə növbəti raundun 15 cütü bəlli olub.

Püşkatma iki hissədə keçirilib. Çempionlar yolunda II təsnifat mərhələsinin 17 cütü və mübarizəyə yeni qoşulacaq 3 komanda çıxış edəcək. Onlar 10 cütlük təşkil edib.

Tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib. II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan Ağdam təmsilçisinin yer aldığı cütün rəqibi “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) ilə qarşılaşacaq. Bu cütdə ilk görüş Azərbaycan və Gürcüstan çempionlarının qalibinin meydanında keçiriləcək.

“Şerif” Albaniya təmsilçisi ilə ilk qarşılaşmada qalib gəlib. Belə ki, Moidovadakı matçda meydan sahibləri 1:0 hesabına sevinib. Öz ölkəsində çempion olmayan 10 klub isə 5 cütlük təşkil edib.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar Liqası

III təsnifat mərhələsi

“Slaviya” (Çexiya) - BATE (Belarus) - “Alaskert” (Ermənistan) cütünün qalibi

“Spartak” (Latviya) - “Astana” (Qazaxıstan) cütünün qalibi - “Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa) cütünün qalibi

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya) cütünün qalibi - “Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi - “Malmö” (İsveç) - “Vardar” (Makedoniya) cütünün qalibi

“Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya) cütünün qalibi - “Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi

“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) cütünün qalibi - “Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

 “Vitorul” (Rumıniya) - APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq) cütünün qalibi

“Hibernians” (Malta) - “Zalsburq” (Avstriya) cütünün qalibi - “Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan) cütünün qalibi - “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi

“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi - “Olimpiakos” (Yunanıstan)

Qeyri-çempionlar yolu

“Styaua” (Rumıniya) - “Viktoriya” (Çexiya)

“Nitsa” (Fransa) - “Ayaks” (Hollandiya)

“Dinamo” (Kiyev, Ukrayna) - “Yanq Boyz” (İsveçrə)

AEK (Yunanıstan) - MOİK (Rusiya)

“Brügge” (Belçika) - “Başakşehər” (Türkiyə)

Kaxa Kaladzenin atası Bakıya gəldi

İtaliyanın “Milan” komandasının keçmiş futbolçusu və Gürcüstanın sabiq energetika naziri Kaxa Kaladzenin atası Bakıya gəlib.

Dalga tv Report-a istinadən xəbər verir ki, Karlo Kaladze Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və Gürcüstan təmsilçisi “Samtredia” arasında baş tutacaq ilk matçı izləmək üçün Azərbaycanda səfərdədir. 

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Qarşılaşmaya “Samtredia”nın veteran futbolçuları da canlı baxacaq.  

Qeyd edək ki, 70 yaşlı Karlo Kaladze Gürcüstanın Samtredia şəhərində anadan olub. O, şəhərin “Lokomotiv” komandasında futbol oynayıb. Ata Kaladze 1980-ci illərdə “Lokomotiv”in varisi olan “Samtredia” klubunun rəisi vəzifəsində çalışıb. Kaxa Kaladze də “Qarabağ”ın rəqibinin yetirməsidir. 39 yaşlı veteran futbolçu 1992-ci ildə Tbilisi “Dinamo”suna transfer olunub, 2001-2010-cu illərdə isə “Milan”da çıxış edib.

Saytda Axtarış

Son xəbərlər