Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1356
DünənDünən634
Bu həftəBu həftə7792
Bu ayBu ay52491
Bu günə qədərBu günə qədər7422965

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

MOK İslamiadada qalib gələcək Azərbaycan idmançıları üçün mükafatlar müəyyənləşdirib

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, Azərbaycan idmançıları və onların məşqçilərini IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək üçün ən yüksək nəticələrə görə mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Xolesterinə nəzarətin dərmansız üsulu

Pensilvaniya Universitetindən olan tədqiqatçıların apardığı yeni, ziddiyyətli tədqiqatın nəticələrinə görə, yerfındığı (araxis) ürək tutmaları və insultların qarşısını almağa qadirdir.
 
Dalga tv Oxu.Az-a istinadla xəbər verir ki, standart qida qəbulu zamanı 3 unsiya (85 qram) yerfındığı yeyilərsə, qanda zərərli yağların (triqliseridlərin) miqdarına nəzarət etmək mümkün olar. Nəticədə damarlar təmiz qalar və tutulmaz.
 
Məlum olduğu kimi, zərərli yağlar, xolesterol və başqa maddələr qan damarlarının divarlarına toplanaraq burada sərt kirəc əmələ gətirir. Nəticədə damarların daralması və elastikliyinin azalması, başqa sözlə, ateroskleroz baş verir.
 
Zaman keçdikcə ateroskleroz bədəndə qan dövranının zəifləməsinə yol açır, bu isə ürəyin daha gərgin işləməsinə səbəb olur. Nəticədə arteriyalar tutula, bədəndə problemlər, o cümlədən kardiovaskulyar xəstəliklərin yaranması riski ciddi şəkildə arta bilər.
 
Belə çıxır ki, yerfındığı ateroskleroz riskini azaltmağa qadirdir. Pensilvaniya Universitetinin alimlərinin sözlərinə görə, adətən qida qəbulundan sonra qanda triqliseridlərin səviyyəsinin artması səbəbindən damarların elastikliyi azalır. Elastikliyin azalması isə damarların daralmasına yol aça bilər.
 
Ancaq əgər adi qida ilə birlikdə yerfındığı da yeyilərsə, bu reaksiyadan yan keçmək olar. Alimlər yerfındığı yeməyin bu effektini artıq çəkili, yaşları 20-50 arasında olan 15 sağlam kişi könüllünün üzərində sınaqdan keçiriblər. Alimlər onları qruplara bölüblər. Qruplardan birinə tərkibində çoxlu yağ olan nahar və içki şəklində 3 unsiya üyüdülmüş duzsuz yerfındığı verilib. İkinci qrupa isə eyni nahar və plasebo (əslində heç bir xüsusi təsiri olmayan) içki verilib.
 
Alimlər analiz üçün könüllülərdən qan alıblar. Onların qanlarında yağların və insulinin səviyyəsi yoxlanılıb. Ultrasəs diaqnostikası isə damarlarda qan dövranını dəyərləndirməyə imkan verib. Birinci qrupdakı könüllülərin qanında triqliseridlərin səviyyəsinin 32% aşağı düşməsi müşahidə olunub. Həmçinin, onların qan dövranı üçün heç bir maneə qeydə alınmayıb.
 
Tədqiqatı maliyyələşdirən Yerfındığı İnstitutu vurğulayıb ki, eyni effekti yerfındığını bütöv halda yeməklə də əldə etmək mümkündür.
 
Tədqiqatın nəticələri martın 29-da “Journal of Nutrition” jurnalında dərc edilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

Startdan əvvəl ötən il keçirilmiş marafonu işıqlandıran media nümayəndələrinin bir qrupuna mükafatlar təqdim olunub.

“Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib. Marafona yaşı 16-dan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışda iştirak üçün ümumilikdə 13 mindən çox şəxs qeydiyyatdan keçib. Həmçinin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər. Yarışa respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub.

Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, 1000-dən çox xarici vətəndaş da iştirak edib. Eləcə də İsveçrə, Hindistan, Çex Respublikası, Meksika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və Malayziyanın Azərbaycandakı səfirləri, Koreya, İraq, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının və “BP Azərbaycan” şirkətinin təmsilçiləri yarışa qoşulub. Marafonda, həmçinin ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna və digər ölkələrin vətəndaşları da iştirak edib.

Budəfəki marafona Azərbaycanın müxtəlif bölgələrinin sakinləri də fəal qoşulub. Sumqayıt, Quba, Goranboy, Kürdəmir və digər şəhər və rayonlardan iştirakçılar, o cümlədən “Regional İnkişaf” İctimai Birliyinin müxtəlif regionları əhatə edən könüllüləri yarışa qatılıb. Marafonun ən yaşlı iştirakçısı, bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyev olub. Xatırladaq ki, Tarverdi Əliyev “Bakı Marafonu-2016”da da iştirak edib və həmin il də ən yaşlı marafonçu olub.

Yarış Dənizkənarı Milli Park, Yusif Səfərov küçəsi, daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti boyunca Bakı Olimpiya Stadionunadək marşrutu əhatə edib. Marşrut boyu hər iki kilometrdən bir yaradılmış yardım məntəqələri marafonçuları su, sanitar qovşaq və ilkin tibbi yardımla təmin edib. Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırılıblar. Marşrut boyu ümumilikdə dörd avtobus dayanacağı fəaliyyət göstərib.

Yarışın fan zonası finiş nöqtəsində - Bakı Olimpiya Stadionunda təşkil olunub. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar təqdim edilib. Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər “Küləyə qalib gəl”ənləri dəstəkləyiblər. Yarışın finiş xətti və təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb. Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Sonra Bakı Olimpiya Stadionunda “Bakı Marafonu-2017”nin qaliblərinin mükafatlandırılması mərasimi olub. “Bakı Marafonu-2017”nin qalibləri iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunub. Kateqoriyaların hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər. Bundan əlavə, marafonda 4-cü pillədən başlayaraq 10-cu pilləyə kimi qərarlaşan iştirakçılara “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif həvəsləndirici mükafatlar təqdim olunub.

Xatırladaq ki, “Bakı Marafonu” ilk dəfə 2016-cı il mayın 1-də keçirilib. İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan tədbir Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Layihənin icrasını “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirib.

“Bakı Marafonu-2017”nin tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “GreenCar”, “Azər Türk Bank”, “GoSport”, “Türk Hava Yolları”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo”, “Ernst & Young”dır.

Marafondan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarımarafonun məsafəsi isə 21 kilometrdir. Marafon yarışları idman tədbiri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır.

“Qəbələ” klubunun 16 yaşadək futbolçuları Tbilisidə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

 Dalga tv-nin Xeber.ge-yə istinadən xəbərinə görə, Aprelin 20-dən 25-dək Gürcüstanda “Dinamo” (Tbilisi) futbol komandasının məşhur yarımmüdafiəçisi Vitali Daraseliyanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Turnirdə Azərbaycanın “Qəbələ”, Gürcüstanın “Dinamo”, İtaliyanın “İnter”, Belçikanın “Gent”, Xorvatiyanın “Dinamo”, Ukraynanın “Dinamo” (Kiyev), Türkiyənin “Trabzonspor” və Hollandiyanın “AZ” klublarının 16 yaşadək komandaları mübarizə aparacaqlar.

Oyunlar Tbilisinin “Dinamo” akademiyasının meydançasında, final qarşılaşması isə “Dinamo Arena”da keçiriləcək.

V.Daraseliyanın xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnir Tbilisidə 2016-cı ildə təşkil edilib. Həmin turnirdə Hollandiyanın “AZ” komandası qalib olub.

Tbilisinin “Dinamo” klubunun prezidentinin məsləhətçisi Levan Salukvadze jurnalistlərə bildirib ki, budəfəki turnirə daha güclü komandalar qatılıblar. V.Daraseliyanın xatirəsinə həsr olunmuş turnirə maraq daha da artır və gələcəkdə iştirakçı komandaların sayı artacaq.

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin qalan 3 oyunu keçiriləcək

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 3 oyunu keçiriləcək.

 Dalga tv Oxu.Az--a istinadla məlumatına görə, qarşılaşmalardan 2-si Almaniyada olacaq.

Əvvəlcə Dortmundda “Borussiya” və Fransa “Monako”su üz-üzə gələcək. Əslində bu komandalar aprelin 11-də qarşılaşmalı idi. Lakin “Borussiya”nın avtobusu qarşısında 3 partlayıcı qurğunun işə düşməsi səbəbindən görüş bir gün sonraya təxirə salınıb.

Bu oyundan sonra Münhendə “Bavariya” İspaniya “Real Madrid”ini qəbul edəcək. İspaniyada isə “Atletiko” İngiltərənin “Lester” klubu ilə qarşılaşacaq.

22:45 “Bavariya” (Almaniya) – “Real Madrid” (İspaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

22:45 “Atletiko” (İspaniya) – “Lester” (İngiltərə)

Baş hakim: Yunas Eriksson (İsveç)

Qeyd edək ki, ilk 1/4 final matçında “Yuventus” İtaliyada İspaniya “Barselona”sını darmadağın edib - 3:0.

AFFA “Qarabağ” və “Qəbələ” klublarını cərimələyib

AFFA İntizam Komitəsi “Qarabağ” və “Qəbələ” klublarını cərimələyib.

 Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, buna iki komanda arasında aprelin 9-da keçirilmiş Azərbaycan Premyer Liqasının XXV tur matçı başa çatdıqdan sonra baş verənlər səbəb olub.

Həm “Qarabağ”, həm də “Qəbələ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün onların klubları hərəyə 800 manat ziyana düşüb.

Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.

Futzal üzrə Azərbaycan yığması Albaniyanı darmadağın edib

Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin "B" qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılıb.

Dalga tv Report-a istinadan xəbər verir ki, Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Bununla da ardıcıl ikinci qələbəsini qazanan Biro Jadenin baş məşqçisi olduğu komanda 6 xalla vahid liderə çevrilib. Azərbaycan millisi ilk turda da Bosniya və Herseqovinanın qapısından 5 top keçirmişdi - 5:4.

Qrupda 2-ci turun digər oyununda Macarıstan Bosniya və Herseqovinaya qalib gələ bilməyib - 2:2. Bu isə o deməkdir ki, aprelin 11-də Macarıstanla qarşılaşmada Azərbaycan yığmasını heç-heçə də qane edəcək. Bu halda meydan sahibləri qrup qalibi kimi birbaşa 2018-ci ildə Sloveniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələcəklər.

Avropa çempionatı, əsas seçmə mərhələ
"B" Qrupu
18:30. Azərbaycan - Albaniya - 5:0

Qollar: Everton Kardozo, 3. Eduardo, 26. Vassura, 27. Namiq Məmmədkərimov, 35. Xətai Bağırov, 36

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmalarının rəqibləri bəlli olub

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan komanda idman növləri üzrə püşkatma olub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edəcək idmançılarımızın rəqibləri bəllidir.

Su polosu (kişilər): İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan, İndoneziya

Voleybol (qadınlar): Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan, Tacikistan

Voleybol (kişilər)

A qrupu: Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan, Fələstin

B qrupu: İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı, Mərakeş

Basketbol 3x3 (qadınlar)

A qrupu: Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali, Əfqanıstan

B qrupu: İndoneziya, Türkiyə, Suriya, Fələstin, Pakistan

Basketbol 3x3 (kişilər)

A qrupu: Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı, Pakistan

B qrupu: İndoneziya, Qətər, Fil Dişi Sahili, Mali, İndoneziya

Həndbol (qadınlar): Özbəkistan, Kamerun, Fil Dişi Sahili, Türkiyə, Azərbaycan

Həndbol (kişilər)

A qrupu: Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Azərbaycan

B qrupu: Türkiyə, Mərakeş, İraq, Əfqanıstan

UEFA Azərbaycana 1 milyon avro əlavə vəsait ayıracaq

UEFA ona üzv olan bütün milli assosiasiyaların hər birinə 1 milyon avro əlavə vəsait ayıracaq.

Dalga tv  Report-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Konqresdə UEFA-nın prezidenti Aleksandr Çeferin açıqlama verib.

“Biz hər bir assosiasiyaya cari tsikl üçün əlavə olaraq, 1 milyon avro ayırmağı qərara aldıq. Belə ödənişlər UEFA-nın yaxşı maliyyə nəticələri və uğurlu turnirlər sayəsində mümkün oldu” deyə sloveniyalı funksioner bildirib.

Qeyd edək ki, UEFA-nın tərkibinə 55 milli assosiasiya, o cümlədən AFFA daxildir.

İbrahimoviç “Mançester Yunayted”i məğlubiyyətdən xilas etdi

İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.

Dalga tv xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən oyunda məğlub olan “qırmızı şeytanlar”ı Zlatan İbrahimoviç artırma dəqiqələrdə penaltidən vurduğu qolla xilas edə bilib. 

“Mançester Yunayted” 1 - 1 “Everton”

Azərbaycan prezidenti: “İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işləri görülüb”

Azərbaycan prezidenti İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti şahzadə Abdullah bin Mosaad bin Əbdüləzizi qəbul edib.

APA-nın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən İHİF-in prezidenti şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğulayıb.

Prezident İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti şahzadə Abdullah bin Mosaad bin Əbdüləzizə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd edib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının artdığını məmnunluqla qeyd edib və ölkəmizdə turizmin inkişafı üçün bütün lazımi imkanların mövcud olduğunu bildirib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının bir neçə dəfə artdığını vurğulayaraq, bunun ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi işinə töhfə verdiyini deyib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Azərbaycan ilə münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını deyib və qeyd edib ki, Azərbaycana hər zaman səfər edərkən Səudiyyə Ərəbistanının rəhbərliyi ona Azərbaycanın çox əhəmiyyətli ölkə olduğunu bildirir və respublikamızla əlaqələri daha da inkişaf etdirmək barədə tapşırıq verir.

“İnter” və “Sumqayıt”dan qələbə, “Qəbələ” xal itirdi, “Qarabağ” uzaqlaşdı

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tur baş tutub.

Dalga tv apasport.az-a istinadən xəbər verir ki, turun bütün oyunları eyni gündə keçirilib.

Günə Sumqayıtda start verilib. Yerli komanda “Neftçi”ni qəbul edib. Meydan sahibləri 2:0 hesablı qələbə ilə həm də rəqibini turnir cədvəlində arxada qoyub.

Bu görüşün startından yarım saat sonra isə “İnter” - AZAL oyunu başlayıb. Matç “təyyarəçilər” üçün faciəvi sonluqla nəticələnib. Belə ki, 1:2 hesabı ilə uduzan “təyyarəçilər” sona 4 tur qalmış Premyer Liqa ilə vidalaşıblar.

“Qarabağ” Bakıda “Kəpəz”i, “Qəbələ” isə doğma meydanda “Zirə”ni qəbul edib.

Son iki matçda qələbə qazanan Şahin Diniyevin yetirmələri lider qarşısında hesabı açsalar da, sonradan özündə güc tapan ağdamlılar qalib gəlməyi bacarıblar. Dino Ndlovu və Miçel komandasına qələbə qazandırıb - 2:1.

Roman Qriqorçukun yetirmələri isə qəsəbə klubu qarşısında xal itiribləb. Oyunda hesabı "qırmızı-qaralar" açsalar da, qonaqlar bərabərlik qolunu vuraraq səfərdən bir xalla dönüblər. 

Saytda Axtarış

Son xəbərlər