Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün537
DünənDünən1073
Bu həftəBu həftə2025
Bu ayBu ay50721
Bu günə qədərBu günə qədər7478055

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

“Qarabağ qaziləri” Tbilisidə yoldaşlıq oyunu keçirib

Tbilisidə "Qarabağ qaziləri" amputant futbol komandası ilə Gürcüstanın Avropa çempionu olmuş veteranlardan ibarət "Tbilisi" komandası arasında yoldaşlıq oyunu keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, oyun Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Qarşılaşma Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Görüşün birinci hissəsi 5:0 hesabı ilə "Tbilisi" komandasının, ikinci hissəsi isə 3:1 "Qarabağ qaziləri"nin xeyrinə nəticələnib. Beləliklə, matç "Tbilisi" komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunu izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin, hər iki ölkənin futbol federasiyalarının, Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidmətinin nümayəndələri də olub.

Qeyd edək ki, “Qarabağ qaziləri” futbol klubu bu ilin aprelində yaradılıb. Bu ilin mayında "Qarabağ qaziləri" Bakıda keçirilmiş yoldaşlıq yarışında 3:2 hesabı ilə "Tbilisi" komandasına qalib gəlib

 

İngiltərə Panamanı darmadağın etdi — 6:1

Futbol üzrə İngiltərə yığması DÇ-2018-in qrup mərhələsinin II turunda Panama üzərində böyükhesablı qələbə qazanıb.

 Nijnıy Novqorodun eyniadlı stadionunda keçirilən görüş 6:1 hesabı ilə avropalıların xeyrinə başa çatıb.

İngilislərin heyətində Harri Keyn het-trik, Con Stouns dubl edib. Cessi Linqard isə bir dəfə fərqlənməyə macal tapıb. Panamanın dünya çempionatında ilk qolunu isə Felipe Baloy vurub.

İngiltərə yığması bu qələbə sayəsində xallarının sayını Belçika ilə birgə 6 xala çatdıraraq turnirin "play-off" mərhələsinə vəsiqə qazanıb.

Panama və Tunis 1/8 finala çıxmaq şanslarını itirib.

 

DÇ-2018 – final mərhələsi. G qrupu. 2-ci tur

İngiltərə – Panama - 6:1

Qollar: 1:0 – Stouns – 8, 2:0 – Keyn – 22 (pen), 3:0 – Linqard – 36, 4:0 – Stouns – 40, 5:0 – Keyn – 45+1 (pen), 6:0 – Keyn – 62, 6:1 – Baloy – 78.

Formula 1-də ilk qəza — 3 pilot yarışı tərk etdi

Formula 1 Azərbaycan Qran-Prisinin startında həyəcanlı anlar yaşanıb.

start verilən kimi birinci dövrədəcə iki pilot mübarizəni dayandırmalı olub. "Force India" komandasının pilotu Eseteban Okon və "Williams" komandasının pilotu Sergey Sirotkin qəza törədiblər. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Hər iki pilot birinci döngəni tamamlamadan yarışda mübarizəni dayandırıblar.

"McLaren" komandasının pilotu Fernando Alonso isə yarış zamanı bolidinin ön və arxa təkəri partlasa da, pit-stopa gedərək təkərləri dəyişə bilib və mübarizəni davam etdirir.

Qeyd edək ki, "Renault" komandasının pilotu Niko Hulkenberq inamla mübarizə aparsa da, bolidinin təkərinin partlamasından sonra divara çırpılması nəticəsində yarışı dayandırmalı olub.

Azərbaycan prezidenti Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıb

alt

Bu gün Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

APA-nın məlumatına görə, dövlət başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir. Sonra pilotların paradı və açılış mərasimi keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində finiş xəttinə birinci "Mersedes" komandasının britaniyalı pilotu Luis Hamilton çatdı. "Ferrari"nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü olublar. Sonra qaliblərin mükafaƏliyevtlandırılması mərasimi keçirilib. Azərbaycan Qran-Prisinin qalibi Luis Hamiltona kuboku Azərbaycan prezidenti İlhan İlham Əliyev təqdim edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu "Mersedes" komandasının nümayəndəsinə təqdim edib.

İkinci yerin sahibi, "Ferrari"nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Bakıda keçirilən idman gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub

Bu gün Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ikinci gününə yekun vurulub.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, sonuncu final günündə kişi gimnastlar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə, qadın idmançılarda isə gimnastika tiri və sərbəst hərəkətlərdə final oyunları keçirilib.

Kişilər arasında dayaqlı tullanmada Belarus təmsilçisi Pavel Bulauski (14.283 xal) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Filippinli gimnast Yulo Carlos Edrial (14.183 xal) dünya kubokunun ikincisi olub. İlk üçlüyü isə gürcüstanlı Konstantin Kuzovkov (14.133 xal) tamamlayıb.

Türklər “Qarabağ” haqqında film hazırladı

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ"ın son illərdəki uğurları ilə bağlı yeni film hazırlanıb. 

"Qətliamdan Çempionlar Liqasına gedən komanda: "Qarabağ"ın hekayəsi" adlı filmdə Ağdam klubunun tarixinə nəzər salınıb, eləcə də son uğurlarından söhbət açılıb.

Türkiyəli həmkarlarımız tərəfindən ərsəyə gətirilmiş həmin filmi təqdim edirik:

https://youtu.be/DKIzWb4d3u4

Güləşçilərimiz erməniləri döşəyə çıxmağa peşman etdi

Xəbər verdiyimiz kimi, həftəsonu Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib.

Bu turnirdə iştirak edən 31 güləşçidən altısı Ermənistan idmançısı ilə qarşılaşıb. Bu idmançılardan beşi erməni həmkarları üzərində qələbə qazanıb.

Belə ki, sərbəst güləşdə 61 kq çəki dərəcəsində mübarizə aparan Qalib Əliyev təsəlliverici görüşdə Qarik Barseqyanla qarşılaşıb və rəqibi üzərində 10:0 hesablı təmiz qələbə qazanıb. Lakin Qalib bürünc medalın qalibi ola bilməyib. O, amerikalı Co Kolona uduzub.

63 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Taleh Məmmədov yarımfinalda Slavik Qalstyandan aşkar fərqlə üstün olub. O, 7:0 hesabı ilə erməni idmançıya qalib gəlib. Taleh finalda üçüncü ukraynalı – Lenur Temirov üzərində də parlaq qələbə (9:0) qazanaraq çempion olub.

Avropa Oyunları və İslamiadanın qalibi Elvin Mürsəliyevin də yolu bürünc medal uğrunda görüşdə erməni idmançısı ilə kəsişib. 82 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Eduard Sarqsyana qalib gəlib. 3:3 hesabı ilə başa çatan görüşdə sonuncu xalı Elvin əldə etdiyinə görə bürünc medal da ona verilib.

https://youtu.be/iPhlukLYLfo

97 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Orxan Nuriyevin ilk görüşü erməni idmançısı ilə olub. O, 1/8 finalda Vaqinak Minasyandan 5:3 hesabı ilə öndə olub. Orxan bürünc medal uğrunda görüşdə bu çəkidə mübarizə aparan digər azərbaycanlı Türmən Eyyubovun qisasını Belarusu təmsil edən Dağıstan ləzgisi Cavid Həmzətovdan çıxıb.

https://youtu.be/ofZUQW1twDI

87 kq çəki dərəcəsində mübarizə aparan daha bir yunan-Roma güləşçimiz İslam Abbasov yarımfinalda Maksim Manukyandan üstün olub – 9:6. Lakin o, finalda meydan sahibi olan ukraynalı Yan Belenyuka uduzaraq gümüş medalla kifayətlənib.

https://youtu.be/_CUu1yQYisI

Qeyd edək ki, yalnız Həsən Əliyev erməni idmançı qarşısında aciz qalıb. 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz bürünc medalı Karapet Çalyana 4:8 hesabı ilə uduzmaqla əldən verib.

Xatırladaq ki, Həsən Əliyevin Bakıda keçirilmiş Avropa Oyunlarının finalına gedən yolunu da erməni idmançı kəsmişdi. Üç il əvvəl 66 kq-da çıxış edən idmançımız Miqran Arutyunyanla görüşdə 3:0 öndə olsa da, yekunda 5:8 hesabı ilə uduzmuşdu. Buna görə Həsən Əliyev sosial şəbəkədə tənqid olunmuş, buna baxmayaraq, özünü toparlayaraq sonda bürünc medal qazanmışdı.  

Mənbə:Oxu.az

 

Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu

Norveç yığması Cənubi Koreyanın Phençhan şəhərində keçirilən Qış Olimpiya Oyunlarının qalibi olub.

Norveçli idmançılar Olimpiadada 39 medal qazanıblar (14 qızıl, 14 gümüş və 11 bürünc).

Norveç təmsilçiləri bu medallardan yeddisini dağ-xizək idman növlərində (1-4-2), altısını biatlonda (1-3-2), 14-nü xizək yarışlarında (7-4-3), beşini xizəkdə tramplindən tullanmada (2-1-2), dördünü konkisürmədə (2-1-1), bir bürünc medal kerlinqdə, bir qızıl fristaylda, bir gümüş medal isə ikinövlü xizəksürmədə qazanıblar.

Onlar ABŞ millisinin 2010-cu ildə Vankuverdə göstərdiyi (37 medal) nəticəni üstələyərək tarixi rekorda imza atıblar.

 

Avropa Liqasında ilk 1/8 finalçı məlum olub

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün 1 görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, MOİK "Srvena Zvezda"nı qəbul edib. 15 ildən çoxdur ki, avrokuboklarda müntəzəm iştirak edən komandalar Serbiyada qolsuz bərabərə qaldıqlarından, matçın taleyinə Moskvada aydınlıq gəlib.

 

 Meydan sahibləri Alan Dzaqoyevin ilk hissənin son dəqiqəsində vurduğu yeganə qolla qələbə qazanıb. Bununla da Avropa Liqasında ilk 1/8 finalçı MOİK olub.

 UEFA Avropa Liqası

1/16 final mərhələsi (cavab oyunu)

21 fevral

MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda" (Serbiya) - 1:0

Qol: Dzaqoyev, 45+1

İlk oyun - 0:0

Qeyd edək ki, mərhələnin digər 15 oyunu fevralın 22-də keçiriləcək

Gürcü və erməni diplomatların Tallində qalmaqalı

alt

Estoniyada "Diplomat Cup" adlı xeyriyyə futbol turniri keçirilib.

 Finalda erməni həmkarları ilə görüşən Gürcüstan səfirliyinin komandası qalib gəlib.

Gərgin penaltilər seriyasından sonra rəqibi müəyyən etmək olub. Amma cərimə zərbələrinin vurulma anları da qalmaqalla müşayət olunub. Gürcü oyunçu Ermənistan diplomatının qoruduğu qapıya kobud zərbə endirib. Bundan sonra hər iki komandanın azarkeşləri meydançaya axışıb.
Hər iki komandanın oyunçusu qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra azarkeşləri sakitləşdirmək mümkün olub. Gürcüstan isə, 1-0 qalib gəldiyi oyunda qapısında top görüb. Nəticədə penaltilər seriyası başlayıb. Bu dəfə gürcülər dəqiq olublar.

Ronaldunun bu addımı müsəlmanların qəlbini fəth etdi

"Real Madrid" klubunun ulduzu Kristianu Ronaldu Rohinya müsəlmanlarına qarşı baş verən vəhşiliklərə diqqət cəlb etmək üçün sosial şəbəkədə dəstək mesajı paylaşıb.

 "Save the Children" adlı qeyri-hökumət təşkilatının dəstəkçisi olan Ronaldu "Tüm uşaqların qucaqlandığı və sevildiyi bir dünya. Lütfən yardım edək" mesajını yayımlayıb.

Paylaşımında "Rohingya" və "Refugee" etiketlərindən istifadə edən ulduz futbolçu qucağında uşaq tutan bir rohinyalı atanın fotosunu yayımlayıb.

 

Qeyd edək ki, Ronaldu Suriyalı uşaqlara da dəstək verərək, Suriyadakı ailələrə qida və geyim bağışlamışdı.

Gürcüstan yığması FİFA reytinqində ən yaxşı yüzlüyə düşdü

FİFA yeniləşdirilmiş yığması reytinqini dərc etdirdi. Yeni göstəricilərlə, Gürcüstan yığması reytinqdə 4 yer ilə irəlilədi.
 
Dünya və Avropa çempionatlığında daimi uğursuluqla milli yığmanın nəticələri ildən ilə pisləşirdi və 2014-cü ildə antirekord etdi – Gürcüstan 125-ci yerə çıxdı. Pis nəticələr 2009 və 2015-ci illərdə qeydə alındı, bu vaxtı komanda hələ 124, sonra isə 122-ci yerdə idi.
 
Vladimer Vaysinin rəhbərliyi ilə futbol komandasının biraz irəliləyişi var idi, 2013-cü ildən sonra isə Gürcüstan ilk dəfə olaraq ən yaxşı yüzlyə düşdü.

Saytda Axtarış

Son xəbərlər