Dalga Televiziyasi Azərbaycan prezidenti Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün99
DünənDünən957
Bu həftəBu həftə9300
Bu ayBu ay47038
Bu günə qədərBu günə qədər7474372

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan prezidenti Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıb

alt

Bu gün Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

APA-nın məlumatına görə, dövlət başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir. Sonra pilotların paradı və açılış mərasimi keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində finiş xəttinə birinci "Mersedes" komandasının britaniyalı pilotu Luis Hamilton çatdı. "Ferrari"nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü olublar. Sonra qaliblərin mükafaƏliyevtlandırılması mərasimi keçirilib. Azərbaycan Qran-Prisinin qalibi Luis Hamiltona kuboku Azərbaycan prezidenti İlhan İlham Əliyev təqdim edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu "Mersedes" komandasının nümayəndəsinə təqdim edib.

İkinci yerin sahibi, "Ferrari"nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Saytda Axtarış

Son xəbərlər