Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1013
DünənDünən2380
Bu həftəBu həftə3393
Bu ayBu ay38696
Bu günə qədərBu günə qədər7409170

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstan azərbaycanlılarından dövlət qarşısında ciddi tələb

Elə ahıl insanlar var ki, onların övladları Azərbaycanda yaşayır və işləyirlər

Yanvarın 10-nu Gürcüstanda yaşayan Azərbaycanlıların miqrasiya sahəsindəki problemlərinə dair bir qrup Borçalı əsilli azərbaycanlının iştirakı ilə mətbuat konfransı keçirilib.

24News.ge xəbər verir ki, tədbirdə çıxış edən Qafqazşünas Kamran Ramazanlının sözlərinə görə, Gürcüstandan Azərbaycan Respublikasına 4 qrup insan gəlir. Bunlar tələbələr, işləməyə gələnlər, dədə-baba yurdundan qovulanlar və qarışıq nikahlı ailələrdir: Əsas problem işləməyə gələnlərlə bağlı olur. Çünki iş icazəsi almaq üçün rüsumlar çoxdur, tibbi müayinələrin qiyməti çox bahadır. Gürcüstanda isə iş yerləri çox məhduddur. Buna görə də soydaşlarımız daha çox Türkiyəyə və Azərbaycana çox üz tuturlar.


Gürcüstan azərbaycanlıları kütləvi şəkildə Türkiyəyə üz tuturlar.

Bilirsiniz, Rusiyaya gediş-gəliş də məhduddur. Türkiyəyə və Azərbaycana iş dalınca gedənlərin ailələri Gürcüstanda qalır. Onlar iş müddəti bitəndə geri qayıdırlar. İş üçün Belarusiyaya və digər ölkələrə gedənlər isə geri qayıtmır, ailələrində ciddi problemlər yaranır - deyə o əlavə edib.

K.Ramazanlı qeyd edib ki, Z.Qamsaxurdiyanın hakimiyyəti dövründə Bolnisi rayon mərkəzindən (800 ailə), Kazreti qəsəbəsindən (350-dən çox ailə), Dmanisi rayon mərkəzindən (400 dən çox), Tiflis ətrafından (615 dən çox ailə) qısa müddətdə öz ev-eşiklərindən uzaq düşüblər.

Onların böyük əksəriyyəti Azərbaycana gəlsə də, bu günə qədər istər Gürcüstanda, istərsə də Azərbaycanda onların statusuna aydınlıq gətirilməyib: Hətta Azərbaycan ordusunda xidmət etmiş yüksək rütbəli zabitlər var ki, onlar da Azərbaycan vətəndaşlığı ala bilməyiblər.

Ramazanlı bildirib ki, 30000-ə yaxın qarışıq nikahlı ailələr var ki, bu ailələrin üzvlərindən biri Azərbaycan, digəri Gürcüstan vətəndaşıdır. Onların da 90 gündən bir sərhədi keçməsi, övladlarının təhsil problemləri və s. var. Bu qrupun da statusuna aydınlıq gətirilməlidir.

Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Təxminən o qədər də Borçalı əsilli vətəndaşlar Azərbaycanda yaşayır. Hər bir ailənin bir üzvü Azərbaycandadır. Elə ahıl insanlar var ki, onların övladları Azərbaycanda yaşayır və işləyirlər. Ahıl insanlara orada diqqət və qayğı göstərən olmadığından onlar məcburiyyətdən Azərbaycana, öz övladlarının yanına gəlməyə məcbur olurlar. Onların da qeydiyyatından bir gün keçsə, 300-400 manat cərimə ödəməli olurlar - deyə K.Ramazanlı qeyd edib.

Daha sonra o təklif edib ki, Dövlət Miqrasiya Xidməti ziyalılar və QHT-lərlə birlikdə ictimai dinləmə keçirsin və Milli Məclislə birlikdə problemlərin tam aradan qaldırılması üçün Soydaş haqqında qanunun qəbulunda iştirak və yardım etsin.

Tədbir müzakirələrlə davam edib.

Anası tərəfindən bicaqlanan qızdan xəbər var... (FOTO)

Dünən 12 yanvar tarixində Marneuli rayon Qızılhacılı kəndində Anası tərəfindən bicaqla ciddi xəsarətlər almış 30 yaşlı qızın vəziyyəti sabit olaraq qalmaqdadır.

Həkimlər hal-hazırda 30 yaşlı qızın vəziyyətini sabit olaraq qiymətləndirir.

Həkimlərin verdiyi məlumata görə, 12 yanvar tarixində üç bıçaq zərbəsinə məruz qalan gənc qız nəticədə: Boğaz və sinə nahiyələrindən üç bıçaq yarası alıb. O xəstəxanaya gətirildikdə vəziyyəti son dərəcədə ciddi idi və təcili əməliyyat keçirildi.

Həkimlər hal-hazırda yaralanmış qızın vəziyyətini, sabit olaraq qiymətləndirir.

Qonşuların Rustav2 kanalına dediklərinə görə, Qız evlidir. Tez-tez ana və övladı arasında ailə münaqişəsi baş verirdi. Ana qızının bəzi davranışlarını bəyənmirdi. O, həmişə övladına xəbərdarlıq edirdi, yəqin ki, dözməyib hirsinə qapılıb və cəzalandırıb. -Deyib qonşular

Polis hadisəni törətməkdə şübhəli bilinən qadını saxlayıb. Daxili İşlər Nazirliyi qəsdən sağlamlığa ağır zərər vurma və ailə zorakılığı maddələri üzrə cinayət işi açıb. Təqsirləndirilən şəxsi 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir.

Məlumat üçün xatırladaq ki, dünən 12 yanvar tarixində səhər saatlarında Marneuli rayon Qızılhacılı kəndində ana öz doğma qızını ailə münaqişəsi zəmnində bicaqla xəsarətlər yetirib.

Gürcüstanda azərbaycanlı ana qızını bıçaqlayıb

Gürcüstanın Marneuli rayonundaazərbaycanlı ana gənc qızına bıçaqla ciddi xəsarətlər yetirib.

Hadisə ötən gün rayonun Qızılhacılı kəndində baş verib. 

İnsidentin ana və qızı arasında yaranmış ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Mübahisə zamanı ana qızına boğaz və sinə nahiyələrindən üç bıçaq yarası vurub.

Yaralanmış qız Marneuli xəstəxanalarından birinə çatdırılaraq, əməliyyat olunub. Yaralının vəziyəti orta-ağırdır.

Polis hadisəni törətməkdə şübhəli bilinən qadını saxlayıb. Gürcüstanın Daxili İşlər Nazirliyi qəsdən sağlamlığa ağır zərər vurma və ailə zorakılığı maddələri üzrə cinayət işi açıb.

Bundan əvvəl Lənkəran sakini həmkəndlisini bıçaqlayıb.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə qrip virusunun yayılma ehtimalı çox azdır

alt

Gürcüstanda azərbaycanlıların ən çox yaşadıqları Kvemo Kartli bölgəsində qrip virusundan ölüm faktı qeydə alınmayıb. Ümumiyyətlə, bu bölgədə qrip virusundan kəskin xəstələnmə və ya digər ağır hallara rast gəlinməyib.

Bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze söyləyib.

O deyib ki, qrip virusu ən çox paytaxt Tbilisidə və Acarıstan Muxtar Respublikasında yayılıb. Tbilisi və Batumi əsas mərkəz hesab olunur. Gürcüstanın Kvemo Kartli bölgəsində və digər regionlarında da qrip virusunun yayılma ehtimalı çox azdır. Səhiyyə Nazirliyinin tapşırığına əsasən regionlarda da məcburi peyvəndləmə həyata keçirilir. Əgər hər hansı çağırış olarsa, hökumət həmin bölgələrə də təcili yardım göstərməyə hazırdır.

Qeyd edək ki, hazırda Gürcüstanda qrip virusuna yoluxmuş 845 nəfər xəstəxanalarda müalicə olunur. Onlardan 44-ü reanimasiya şöbələrindədir. Ölkədə indiyədək 15 nəfər qripdən ölüb. Onlardan beşi Acarıstan Muxtar Respublikasının sakinidir.

Gürcü nazir: Gürcüstan qrip virusuna qarşı mübarizə ilə bağlı heç bir ölkədən yardım almayıb

alt

Gürcüstan qrip virusuna qarşı mübarizə ilə bağlı heç bir ölkədən yardım almayıb. Hələlik xaricdən yardıma ehtiyac da duyulmur.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko deyib. Nazir bildirib ki, Gürcüstanda qripin A, H1N1, H3N3 və digər növlərinə qarşı mübarizə üçün bütün lazımi dərman vasitələri var. Başqa ölkələrdən hələlik heç bir yardım istənilməyib. Buna hələlik ehtiyac da yoxdur. 

D.Sergeyenko qeyd edib ki, bəzi apteklərə üz maskaları və qripdən digər mühafizə vasitələri paylanılıb, “tamiflyu” preparatları pasientlərə pulsuz verilir. Hökumət xəstəxanalardakı qrip xəstələrinin müalicəsini də öz üzərinə götürüb.

“Xəstəliyin dinamikası zəifləyir və artıq azalma müşahidə olunur”, – deyə Sergeyenko vurğulayıb.

26 min nəfərə ŞAD XƏBƏR: Prezident 14,6 milyon manat ayırdı

alt

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Prezident İlham Əliyev “Beyləqan rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İvanişvili marixuananın ixracını nəzərdə tutan qanun layihəsinin parlamentdən geri çağırılması ilə bağlı narazılığını bildirib

Hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili marixuananın ixrac məqsədilə becərilməsini nəzərdə tutan qanun layihəsinin parlamentdən geri çağırılması ilə bağlı narazılığını bildirib.

Məlumata əsasən, B.İvanişvili ciddi narazılığını ötən gün hakim partiyanın qərargahında keçirilən görüşdə ifadə edərək hakim komandaya töhmət verib.

Partiya sədri qanun layihəsi üzərində iki ildən çox müddətdə iş aparıldığını və sənədin parlamentdən geri çağırılması nəticəsində Gürcüstanın külli miqdarda pul itirdiyini bildirib. O qeyd edib ki, hakim partiya məsələnin ictimaiyyətə düzgün çatdırılması üçün daha böyük məsuliyyət göstərməli idi.

Qeyd edək ki, Gürcüstan hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini ötən ilin noyabrında parlamentdən geri götürüb. Bu, ötən il oktyabrın 28-də ölkədə keçirilmiş prezident seçkilərinin birinci turundan sonra baş verib. Sənəd Gürcüstan Patriarxlığı, müxtəlif dini icmalar və ictimaiyyətin böyük hissəsi tərəfindən ciddi narazılıqla qarşılanmışdır.

Az miqdarda spirtli içki və qəhvə içənlər daha çox yaşayır

alt

Kaliforniya Universiteti araşdırma aparıb.

ABŞ-ın Kaliforniya Universitetində 90 yaşlı 1600 nəfər üzərində aparılan araşdırmaya görə az miqdarda qəhvə və spirtli içki içənlər içməyənlərlə müqayisədə daha çox yaşayır.

Dalga TV Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmada 70 yaşlarında artıq çəkisi olanların da daha çox yaşadığı məlum olub.

Kaliforniya Universitetinin “Irvine” yaddaş pozuntuları və nevroloji xəstəliklər institutunun araşdırması 2003-cü ildə başlayıb.

Mütəxəssislərin altı aydan bir keçirdikləri təcrübədə nevroloji və psixi xəstə olan şəxslərin qidalanması, vərdişləri, tibbi keçmişləri, qəbul etdikləri dərman və digər şeylər barədə məlumat toplanıb.

Araşdırmalarla bağlı ilkin nəticələr isə belədir:

Müəyyən miqdarda spirtli içki və qəhvə içənlər içməyənlərə nisbətən daha çox yaşayır.

90-dan çox yaşı olan insanların 40 faizi ağlını itirə bilər. Onların təxminən 80 faizi fiziki məhdudiyyətlidir. Bu əlamətlər qadınlarda kişilərdən daha çox aşkar edilib.

Ağlını itirən xəstələrin 90%-də bunun səbəbi tapılmayıb.

Yaxın vaxtlarda Marneuli rayonunun Kirəc Muğanlı kəndi qazlaşdırılacaq

alt

Yaxın vaxtlarda Marneuli rayonunun Kirəc Muğanlı kəndi təbii qazla təmin olunacaq.

Bu barədə mətbuata Gürcüstan parlamentinin Marneuli rayonundan olan azərbaycanlı deputatı Ruslan Hacıyev deyib.

O bildirib ki, SOCAR-ın Gürcüstan nümayəndəliyi bu ölkədə əhalinin, xüsusən də azərbaycanlıların yığcam yaşadığı bölgələrin təbii qazla təmin olunmasını davam etdirir. Hazırda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Kirəc Muğanlı kəndinə qaz xətti çəkilir: “Gürcüstan-Azərbaycan sərhədinin yaxınlığında yerləşən Kirəc Muğanlıda təxminən 1300 nəfər yaşayır. Yaxın vaxtlarda onların təbii qaz problemi öz həllini tapacaq”.

Tbilisinin mərkəzində müxalifət əleyhinə aksiya keçirilib

alt

Noyabrın 25-də Tbilisinin mərkəzindəki Azadlıq meydanında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu və ölkənin əsas müxalif qüvvəsi sayılan “Vahid Milli Hərəkat” Partiyasının əleyhinə kütləvi etiraz aksiyası keçirilib.

Iqtidar yönümlü “Nasizmə yox” ictimai birliyinin təşkil etdiyi aksiyaya minlərlə insan qatılıb. Etiraz aksiyasına “Vətənpərvərlər Alyansı” Partiyası da dəstək verib.

Əllərində Gürcüstan bayrağını dalğalandıran aksiya iştirakçıları “Mişaya yox!”, “Milli hərəkatçılara yox!”, “Gürcüstanı qoruyaq!” şüarlarını səsləndiriblər. “Vətənpərvərlər Alyansı” partiyasının liderlərindən olan İrma İnaşvili çıxış edərək bildirib ki, meydana toplaşan insanlar ölkənin keçmişə qaytarılmasını istəmirlər. 

“Biz terrorizm, zorakılıq və kasıblıq dövrünə qayıtmaq istəmirik. Prezident seçkilərinin ikinci turunda biz Salome Zurabişvilini dəstəkləməliyik, çünki ölkənin başqa seçimi yoxdur. Qriqol Vaşadzeni dəstəkləmək keçmişə qayıtmaq deməkdir”, – deyə İnaşvili vurğulayıb. 

Aksiya nəticəsində meydan ərazisindən keçən yolda avtomobillərin hərəkəti bir müddət dayanıb. Nümayiş dinc şəraitdə keçib və heç bir qarşıdurma qeydə alınmayıb.

Marneuli rayon böyük Bəylər kəndində ev yanaraq külə dönüb

Gecə saatlarında Marneuli rayon böyük Bəylər kəndində Əmirxan Sultanova məxsus ev yanaraq külə dönüb.

24News.ge xəbər portalına şahidlərin verdiyi məlumata görə hadisə 23noyabr gecə saat 00.00 radələrində baş verib. Yanan evin sahibləri türkiyədə yaşasalarda evdə onların qızı yaşayırmış lakin yanğın başlayan zaman Ə.Sultanovun qızı evdə olmayıb, yanğın zamanı evin içindəki əşyaları yanaraq külə dönüb.

Kənt sakinlərinin verdiyi məlumatda oda bildirilir ki, yanğın baş verən zaman 112 çağrı xidmətinə zəng edilib, lakin yanğın söndürənlər evin dam örtüyü yanıb çökəndən sonra hadisə yerinə gəliblər.

Hazırda araşdırma aparılır, ilkin ehtimala görə yanğın elektirin naqillərində olan boşluq nəticəsində baş verib.

https://youtu.be/Xoc44B3Yw3k

Marneulidə İmam Əli (ə) Məscidində qan vermə aksiyası keçirilir

Bu gün Marneulidə Qan Donoru Yeni Vizual Univeristeti və İmam Əli (ə) Məscidinin birgə təşkilatçılığı ilə sözü gedən məsciddə təmənnasız qan vermə aksiyası keçirilir.

İmam Əli (ə) Məsçidin axundu Hacı Hacıyev 24News.ge xəbər portalına müsahibəsində bildirib ki, “Marneuli İmam Əli (ə) Məscidində təmənnasız qan aksiyasını keçirməkdə məqsəd, Donora ehtiyac olan insanlara yardım etməkdir”

"Bu gün İmam Əli məsçidində saat 11:00 dan axşam saat 18:00 qədər qan aksiyası keçirilir: Bu aksiyanı keçirməkdə məqsəd, ehtiyacı olan insanlara kömək etməkdir: Bizdə bu aksiyanı keçirmək istəyən təşkilata və həkimlərə şərait yaratdıq. Allah hərkəsə yardımcı olsun". Deyə H.Haciyev bildirib.

 

Saytda Axtarış

Son xəbərlər