Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün324
DünənDünən1299
Bu həftəBu həftə8568
Bu ayBu ay46306
Bu günə qədərBu günə qədər7473640

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Kompüterdə işləyərkən gözlər normadan üç dəfə az qırpılır

Kompüter son illər həyat və məişətimizə çox sıx daxil olmuş müasir texnoloji vasitələrdəndir. Ofis işində çalışanların demək olar ki, əksəriyyəti kompüter arxasında uzun müddət oturmaqdan yaranan göz yorğunluğundan şikayət edir.

 Bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova bu sahədə bəzi məsləhətlər verib: "Normal qaydada, fasilələrlə kompüterdə işləmək gözləri yormur. Lakin uzun müddət monitorun ekranına baxdıqda gözlər qızarır və yorğun görünür. Aparılan araşdırmalar göstərib ki, kompüter arxasında işləyərkən gözlər normadan üç dəfə az qırpılır. Qırpmanın gözün nəm qalmasını təmin etdiyini nəzərə alsaq, kompüterə uzun müddət baxanların görmə orqanlarının niyə quruduğunu və yorğunluğun yaranma səbəbini başa düşmək çətin deyil".

Həkimin sözlərinə görə, bəzi məsləhətlərə əməl edərək göz yorğunluğunu azaltmaq, onlara davamlı əməl edəndə isə həmin problemdən tam xilas olmaq mümkündür. Məsələn, qısa fasilələr verərək gözləri dincəltmək, gözləri davamlı olaraq bir neçə dəfə qırpmaq, başı sabit tutaraq sağ və sol çiyinə, eləcə də aşağı-yuxarı baxmaqla yanaşı, kompüterdən uzaqda yerləşən əşyalara baxaraq göz yorğunluğunu azaltmaq olar.

 

Gülümbahar çiçəklərini qaynar suda dəmləyəndən sonra tənzifin arasında gözlərə qoyaraq 15 dəqiqə saxlamaq göz yorğunluğunu azaldır. Uzun sürən kompüter işindən əvvəl və sonra librikant, yəni süni göz yaşı damlalarından istifadə etmək olar.

Ürəyin 1 nömrəli dostu — Heyvanın möcüzəvi faydaları

Qızıl payızın faydalı meyvələrindən biri də heyvadır.

Həkimlər heyvanı ürəyin bir nömrəli dostu adlandırırlar. Heyva təkcə sağlamlığa yox, dəriyə də faydalıdır.

Heyva yemək ürəyi qüvvətləndirir. Dəriyə çox faydası var və qara nöqtələri yox edir. Heyvanı çox yemək isə qəbzlik yaradır.

Heyvanın tərkibindəki pektin maddəsi mədə və bağırsaq xəstəliklərinə qarşı əladır.

Heyvanın tərkibindəki antioksidant ürək xəstəliklərinə qarşı faydalıdır.

Heyvanın yarpağı və qabığı da çox faydalıdır. Mütəxəssislər heyvanın çərdəyini atmamağı məsləhət görürlər. Çünki çərdək öskürək və boğaz ağrısına qarşı faydalıdır.

Heyva hüceyrələri yeniləyir, yaşlanmanı gecikdirir.

Şəkər xəstələrinə isə gün ərzində heyvanın sadəcə dörddə birini qəbul etməyə icazə verilir.

Gürcüstanda Azərbaycandilli məktəb qəzalı vəziyyətə düşüb və bağlanmaq təhlükəsi ilə üzləşib

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yığcam yaşadığı Muğanlı kəndinin ictimai məktəbi bağlanmaq təhlükəsi ilə üzləşib.

Buna səbəb məktəb binasının acınacaqlı vəziyyəti və orada təhsil almaq üçün normal şəraitin olmamasıdır.

Məlumata görə, Muğanlı kənd məktəbində 500-ə yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.

Təhsil ocağı 40 ildən artıqdır istifadəyə verilsə də, bu günə qədər binada əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada valideyn və müəllimlərin köməyi ilə iki dəfə yalnız xırda təmir işləri həyata keçirilib.

Məktəbin mərtəbələrində tavan və divarlar uçub, əksər pəncərələrin şüşələri sındığından onlar taxta və dəmir parçalarla əvəz olunub. Əksər sinif və dəhlizlər elektrik xətləri sıradan çıxdığından işıqla təmin olunmur. Məktəbin təhsilə yararsız olması məktəblilərin davamiyyətinə mənfi təsir göstərir.

Məktəbdə istilik sistemi yoxdur və qış fəslində siniflər odun sobası ilə isidilir. Bu da siniflərdə güclü tüstü yaratdığından, dərslər yarımçıq qalır.

Şagirdlərin valideynləri və müəllimlər Gürcüstanın aidiyyatı qurumlarına məktəbin təmir olunması ilə bağlı bir neçə dəfə müraciət etsə də, müraciətlər nəticəsiz qalıb.

Onların sözlərinə görə, məktəb binası yararsız olduğundan şagirdlər digər ətraf məktəblərə üz tuturlar və bu da Muğanlı məktəbinin bağlanmasına gətirib çıxara bilər.

Məktəbin direktoru Şirvan Zeynalov jurnalistlərə bildirib ki, məktəblərin təmiri və tikintisi məsələsi bu yaxınlarda rayon bələdiyyələrinin səlahiyyətlərinə daxil edilib: "Rayon rəhbərliyindən bildirilib ki, məktəbin 2019-cu ildə təmir olunması planlaşdırılıb və bu məsələ bələdiyyənin büdcəsinə daxil ediləcək".

 

Gürcüstana gedən azərbaycanlı tələbə qız qəfil dünyasını dəyişdi

"Sağlam Düşüncə" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında vəfat edib.
Hadisə Gürcüstan Respublikasında baş verib. Belə ki, xanım Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.

Ötən gün axşam saatlarında Z.Vəlizadənin vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.

 

Gənc qızın hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.

Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Mühəndislik Universitetin (keçmiş "Qafqaz") tələbəsidir.

Yeməkdən sonra bunları etməyin!

Yemək yedikdən sonra yatmaq olmaz, çimmək olmaz və s. bu kimi xəbərdarlıqları çox eşitmişik.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir kii, bir zamanlar böyüklərin bizə məsləhət gördüyü olmazların elmlə sübut edilə bilən səbəbləri varmış.

Yemək yedikdən sonra yatmaq həzm sisteminin yetərincə işləməməsinə, bağırsaq iltihablanmasına və mədə pozulmasına gətirib çıxarır. Eyni zamanda yemək yedikdən sonra yatmaq kilo artımına səbəb olur.

Yemək yedikdən sonra çimmək də olmaz. Çünki yeməkdən sonra qəbul edilən duş qan təzyiqini əl və ayaqlara doğru artırır ki, bu da həzm proseslərinə mənfi təsir göstərir.

Yemək yedikdən sonra piyada gəzmək də zərərli imiş. Belə ki, yemək yeyən kimi piyada uzun yol qət etmək həzmə ziyan vurur, yediyiniz yeməyin faydasının qalmamasına gətirib çıxarır. Yemək yedikdən 1 saat sonra piyada gəzmək olar.

Yemək yedikdən sonra kəmərinizi açmayın. Yeməkdən sonra kəməri boşaltmaq bağırsaq düyünlənməsinə səbəb ola bilər.

Yemək yedikdən sonra çay içmək də orqanizm üçün ziyanlıdır. Yeməkdən sonra içilən çay qidalarınızla qəbul etdiyiniz dəmir mineralının və zülalların bədən tərəfindən mənimsənilməsini məhdudlaşdırır.

Yeməkdən sonra meyvə yemək olmaz. Bu köpə, qarın ağrılarına səbəb olur

Yeməkdən sonra siqaret çəkmək də orqanizm üçün xüsusi təhlükə deməkmiş. Belə ki, yeməkdən sonra çəkilən bir siqaret 10 siqaretə bərabər hesab edilir. Və bu da xərçəngə yoluxma riskini artırır.

Azərbaycanda universitetdə FACİƏ: 2-ci kurs tələbəsi dünyasını dəyişdi - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ölüm hadisəsi baş verib.

Universitetin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, ADNSU-nun tələbəsi İlyas Paşayev Namiq oğlu dünən ürək tutmasından dünyasını dəyişib.

 

İlyas Paşayev Energetika fakültəsinin ingilis dili bölməsi üzrə II kursunda təhsil alıb. İlyasın ali məktəbə yüksək balla qəbul olunduğu bildirilir.

Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir

 Gürcüstanda həqiqi hərbi xidmət keçən milli azlıqların nümayəndələri üçün gürcü dilinin tədrisinə başlanılıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Xtsisi" hərbi bazasında start verilən 7 həftəlik proqramda 82 azərbaycanlı və 41 erməni çağırışçı iştirak edir. Dil kursu Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin müəllimləri tərəfindən keçirilir.

Proqram çərçivəsində çağırışçılar dövlət dilində yazmaq, oxumaq, danışmaq, rəsmi məktub və sənədləri yazmağı öyrənəcəklər. Kursun başa çatmasından sonra çağırışçılar sertifikatlarla təltif olunacaqlar.

Tədris proqramının həyata keçirilməsində məqsəd milli azlıqlardan olan Gürcüstan vətəndaşlarının dövlət dili üzrə biliklərinin artırılması, silahlı qüvvələrə inteqrasiyası, karyeralarının silahlı qüvvələrdə davam etdirilməsinə imkanın yaradılmasıdır. Layihə Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. 

 

Nazirlik xəbərdarlıq edir: Leysan yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22,  Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767  mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 75-85, gündüz 60-70 faiz olacaq. 

Rayonlarda sentyabrın 27-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək. 

Tbilisidə yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Gürcüstanın paytaxtı Tbilisinin Samqori rayonunda yaşayış binasında güclü yanğın baş verib.

Yanğın binanın 5-ci mərtəbəsində 2 otaqlı mənzildə qeydə alınıb.

Fövqəladə halların idarə olunması xidmətindən bildirilib ki, yanğın zamanı 20 kv. metr sahə yanıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.

Təhlükəsizlik baxımından binanın sakinləri təxliyyə olunub.

Yanğın artıq lokallaşdırılıb. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Yağışdan sonra - FOTO

Bazar günü səhər saatlarında baş verən və paytaxtın bəzi mərkəzi küçələrini su altında qoyan yağışın fəsadları ilə bağlı məlumatlar gəlməkdə davam edir. 

Oxucularımızdan birinin göndərdiyi fotolarda "Gənclik" metrostansiyası yaxınlığındakı istinad divarının uçması aydın görünür. 

Hadisə nəticəsində üç avtomobilə ciddi ziyan dəyib.

 

İnsanların əsas ölüm səbəbi açıqlandı

Spirtli içki qəbuluna görə hər il üç milyona yaxın insan ölür. Bu, QİÇS-ə, zorakılığa və yol qəzalarına görə ölənlərin sayından çoxdur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. 

Məlumat "MedicalXpress"in press-relizində yayımlanıb. 

Mütəxəssislərin sözlərinə görə, spirtli içkilər dünyadakı 20 ölüm halından birinin səbəbi hesab edilir. Bildirilib ki, spirtli içkilər ürək-damar sisteminin pozulması, qaraciyər serrozu və xərçəng xəstəliyinə səbəb olmaqla yanaşı, sərxoş vəziyyətdə avtomobil idarəsi çox sayda qəzalarla nəticələnir. 

Bundan başqa, spirt HİV, vərəm və pnevmoniya kimi infeksiyalara yoluxma riskini artırır. Ölüm hallarının 3/4 hissəsi kişilərdə müşahidə edilir. 

ÜST-nin məlumatına görə, 237 milyona yaxın kişi və 46 milyon qadın alkoqol asılılığından əziyyət çəkir. 

Bakıda dünyanın ikinci böyük palçıq vulkanında püskürmə baş verib

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Bu barədə reporta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun direktoru Ceyhun Paşayev məlumat verib.

"Sentyabrın 23-də saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb", - deyə o bildirib.

Dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

Saytda Axtarış

Son xəbərlər