Dalga Televiziyasi İnsanların əsas ölüm səbəbi açıqlandı
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün847
DünənDünən2025
Bu həftəBu həftə847
Bu ayBu ay37308
Bu günə qədərBu günə qədər2829096

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İnsanların əsas ölüm səbəbi açıqlandı

Spirtli içki qəbuluna görə hər il üç milyona yaxın insan ölür. Bu, QİÇS-ə, zorakılığa və yol qəzalarına görə ölənlərin sayından çoxdur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. 

Məlumat "MedicalXpress"in press-relizində yayımlanıb. 

Mütəxəssislərin sözlərinə görə, spirtli içkilər dünyadakı 20 ölüm halından birinin səbəbi hesab edilir. Bildirilib ki, spirtli içkilər ürək-damar sisteminin pozulması, qaraciyər serrozu və xərçəng xəstəliyinə səbəb olmaqla yanaşı, sərxoş vəziyyətdə avtomobil idarəsi çox sayda qəzalarla nəticələnir. 

Bundan başqa, spirt HİV, vərəm və pnevmoniya kimi infeksiyalara yoluxma riskini artırır. Ölüm hallarının 3/4 hissəsi kişilərdə müşahidə edilir. 

ÜST-nin məlumatına görə, 237 milyona yaxın kişi və 46 milyon qadın alkoqol asılılığından əziyyət çəkir. 

Saytda Axtarış

Son xəbərlər