Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1799
DünənDünən2516
Bu həftəBu həftə6373
Bu ayBu ay33301
Bu günə qədərBu günə qədər3034715

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanın Təhsil Nazirliyinin yüksək vəzifəli əməkdaşları istefaya göndərilib

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin bir neçə yüksək vəzifəli əməkdaşı tutduqları vəzifədən azad olunub.

Bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, istefaya Nazirliyin Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinin direktoru Tamar Sanikidze, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru Maya Miminoşvili, Müəllimlərin Peşəkarlığının İnkişafı üzrə Milli Mərkəzin rəhbəri Giorgi Maçabeli və digər şəxslər göndərilib.

Nazir deyib ki, vəzifəsindən azad olunanlar arasında təhsil, elm, mədəniyyət və idman nazirinin müavinləri Liya Gigauri və Temur Murqulia da var.

M.Batiaşvili qeyd edib ki, təhsilin keyfiyyətinin artırılması əsas prioritetlərdən biridir: "Ölkənin inkişafı üçün rəqabətli təhsil sistemi yaradılmalı və bir çox vacib islahatlar həyata keçirilməlidir. Bu proses yeni enerji, yeni baxış və yeni kadr siyasəti tələb edir".

Nazir təhsil sistemində kadr dəyişikliklərinin davam etdiriləcəyini də söyləyib. 

Yarıçılpaq kişi “Əli və Nino” abidəsinə çıxdı - VİDEO

 

Batumidə bir nəfər "Əli və Nino" heykəlinin üzərinə çıxıb. 30 yaşlı Konstan Ediberidze adlı şəxs bununla öz etirazını bildirmək istəyib. 

 Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə dərhal xilasetmə və polis-patrul xidmətinin əməkdaşları cəlb edilib. 

Xilasetmə əməliyyatı bir neçə dəqiqə davam edib. 

Xilasetmə əməliyyatından sonra hüquq-mühafizə orqanları ilə Ediberidze arasında kiçik mübahisə yaranıb və bundan sonra o, avtomobilə əyləşdirilərək, hadisə yerindən uzaqlaşdırılıb. 

Məlumatlara görə, Ediberidze Çonyar kəndində özünə məxsus sahədə çətənə yetişdirdiyi üçün polis onunla bağlı araşdırmalara başlayıb.

Azərbaycanlı iki bacı İsveçdə millət vəkili seçildilər

Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian "Sosial-demokrat "partiyasından İsveç parlamentinə, bacısı Ayda Kərimli isə "Mərkəz" partiyasından əyalət millət vəkili seçiliblər.

 

26 yaşlı siyasətçi Aylin 14 yaşından "Sosial-Demokrat Partiyası”nın fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyada qadınlar üzrə beynəlxalq təmsilçidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.

Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərsliklər göndərib

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə 2018-2019-cu tədris ili üçün dərsliklər göndərib.

 Gürcüstan bürosunun verdiyi məlumata görə, göndərilən vəsaitlərə 1-11 ci siniflər üçün, ümumilikdə, 24 127 ədəd "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliyi daxildir.

Dərsliklər Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Nazirliyin Məktəbəqədər təhsil və ümumi təhsil departamentinin rəhbəri Mariam Çikobava dərsliklərə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Dərsliklərin yeni tədris ilinin başlanmasına qədər Azərbaycandilli məktəblərə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Təhsil Nazirliyinin Gürcüstanın Azərbaycandilli məktəblərə builki tədris ili üçün göndərdiyi dərsliklər 2017-2018-ci tədris ilə müqayisədə çoxdur. Belə ki, ötən il Azərbaycandan ümumi sayı 11 500 ədəd "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliyi və müəllim üçün metodik vəsaitlər təqdim edilmişdi.

Səfirlik: Rustavidəki yol qəzasında xəsarət alan azərbaycanlıların vəziyyəti diqqətdə saxlanılır

Azərbaycanın Gürcüstandakı səfirliyi Rustavi şəhərində baş vermiş yol qəzasında xəsarət alan azərbaycanlıların vəziyyətini diqqətdə saxlayır.

Səfirlikdən  Gürcüstan bürosuna bildirilib ki, diplomatik korpusun əməkdaşı Rustavi Şəhər Mərkəzi Xəstəxanasına baş çəkəcək və orada müalicə olunan azərbaycanlıların vəziyyəti ilə maraqlanacaq.

Qeyd edək ki, bu gün günorta saatlarında Gürcüstanın Rustavi şəhərində ağır yol qəzası baş verib. Nəticədə Gürcüstan vətəndaşı olan 10 azərbaycanlı və 1 Azərbaycan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Gürcüstanda yol qəzasında xəsarət alan azərbaycanlıların sayı 11-ə çatıb

"Gürcüstanın Rustavi şəhərində yol qəzasında xəsarət alanların vəziyyətləri orta-ağırdır".

 Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Rustavi Şəhər Mərkəzi Xəstəxanasının travmatoloqu David Baçilava bildirib.

Onun sözlərinə görə, xəstəxanaya qəzada xəsarət alan 11 azərbaycanlı yerləşdirilib: "Onların 3-nün vəziyyəti orta ağır olsa da, həyatlarına təhlükə yoxdur. Onlar əməliyyat olunacaqlar. Digərləri isə ilkin tibbi yardım və müayinədən sonra evə buraxılacaq".

D.Baçilava qəzada xəsarət alan Azərbaycan vətəndaşının vəziyyətinin çox ağır olmadığını və onun da əməliyyat olunacağını bildirib.

 

Gürcüstanda ali məktəblərə qəbul ola bilməyən azərbaycanlı abituriyentlər etiraz edirlər

Gürcüstanda bu il keçirilmiş qəbul imtahanlarında keçid balını toplayan 482 azərbaycanlı abituriyent tələbə adını qazana bilməyib. Bu səbəbdən onlar Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qarşısına toplaşaraq etirazlarını bildiriblər. 

 Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlılar onlara ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün daha bir imkanın yaradılmasını istəyirlər.  

Onlar bununla bağlı Marneuli bələdiyyəsinin üzvü Əhməd İmanquliyevə müraciət edərək bu məsələdə kömək göstərilməsini istəyirlər. 

Ə.İmanquliyev jurnalistlərə açıqlamasında bildirib ki, abituriyentlər ərizə formasının doldurulması qaydaları barədə kifayət qədər məlumatlı olmadıqlarından belə bir problemlə qarşılaşıblar: "Abituriyentlər ərizə formalarında istədikləri sayda fakültə qeyd edə bilərdilər. Lakin onlar çox az sayda, hətta bəziləri bir fakültə göstərib. Gənclərin valideynləri və bitirdikləri məktəb onları universitetə qəbulla bağlı maarifləndirməliydilər".

Onun sözlərinə görə, azərbaycanlıların ali məktəblərin boş qalmış plan yerlərinə qəbul olunması üçün imkan yaradıla bilər: "Bununla bağlı müraciət hazırlanıb və Gürcüstan parlamentinə, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təqdim olunub".

Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən isə vurğulanıb ki, abituriyent keçid balını toplasa da, həmin bal onun göstərdiyi fakultə üçün kifayət etməyə bilər: "Abituriyentlərə avqustun 27-dək ərizə formalarına dəyişiklik etmək imkanı verilmişdi. Azərbaycanlı abituriyentlərin topladıqları bal yüksək olsa da, onlar qeyd etdikləri az sayda fakultələrə müsabiqə yüksək olduğundan qəbul olmayıblar".

Mərkəzdən həmçinin bildirilib ki, ali təhsil müəssisələrinə əlavə yerləşdirmə bir neçə ildir ləğv olunub. 

 

Gürcüstanda meşə yanğını başlayıb

Gürcüstanda meşə yanğını başlayıb.

 Gürcüstan bürosunun məlumatına görə, Ateni dərəsində qeydə alınan yanğın 8 hektara yaxın sahəni əhatə edib.

Yanğının söndürülməsinə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin yanğınsöndürənləri və xilasediciləri cəlb olunub. Çətin relyef səbəbindən yanğın ocağına yaxınlaşmaq hələlik mümkün olmayıb.

Yanğının aradan qaldırılmasına əlavə qüvvə cəlb olunacaq.

Gəncədə dəhşət — Ər arvadını məhkəmə qarşısında qətlə yetirdi

Gəncədə qadın əri tərəfindən qətlə yetirilib.

Hadisə məhkəmə binasının qarşısında qeydə alınıb. 

Belə ki, Gəncə şəhər sakini, 23 yaşlı Aytac Aslan qızı Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

 

Onların bir azyaşlı övladı var idi.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Gürcüstanda güclü partlayış

Gürcüstanın Poti şəhərində baş verən güclü partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb. 

Bununla bağlı "Rustavi 2" telekanalı məlumat yayıb.

Partlayış şəhərin Nabado rayonunda, naməlum şəraitdə baş verib. Hadisə zamanı gənclərin əlindəki qumbara partlayıb. 

Xəsarət alanlar Poti və Kutaisidəki xəstəxanalara çatdırılıb. Onlardan birinin yetkinlik yaşına çatmadığı bildirilib. 

Hadisə nəticəsində yaxınlıqdakı infrastruktura da ziyan dəyib.

Məşhur ağrıkəsicinin ölümcül təhlükəsi açıqlandı

Diklofenak ürək-damar xəstəliklərinin yaranması riskini 50 faizə qədər artırır. 

Araşdırmaların nəticəsi "British Medical Journal" tibbi jurnalında dərc olunub. 

Araşdırmalarda yaşları 46-49 olan 6,3 milyon Danimarka sakini iştirak edib. Alimlər diklofenak qəbulunun ürək çatışmazlığı, insult və aritmiya ilə əlaqələrini müəyyən ediblər. Bununla belə, fəsadları dərman qəbulundan bir ay sonra müşahidə olunub. 

Qeyd edilib ki, neqativ effekt bu preparatdan az istifadə edən şəxslərdə də müşahidə edilib. 

Bundan başqa, diklofenak qəbul edən şəxslər ürək-damar xəstəliklərinə qarşı daha həssas olublar. Diklofenak həyati vacib dərman preparatlarının siyahısına daxildir. Bir çox ölkələrdə o, həkim resepti olmadan satılır. 

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində qəza nəticəsində Azərbaycan hərbçisi həyatını itirib

Sentyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan tələfatı ilə nəticələnən qəza hadisəsi baş verib.

Bu barədə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə məlumatındə deyilir.

Məlumata görə, Gürcüstana "bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza hadisəsi törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.

İlkin ehtimala görə, qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbilə baş verib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq.

Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə həyata keçirilən tədbirlər nəticəsində aradan qaldırılıb. Hazırda Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir.

Saytda Axtarış

Son xəbərlər