Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün534
DünənDünən634
Bu həftəBu həftə6970
Bu ayBu ay51669
Bu günə qədərBu günə qədər7422143

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bakı Metropoliteni" QSC-nin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Sonxeber.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. Məlumatda həm

2018-ci ilin birinci yarısında axtarışda olan təqsirləndirilən və itkin düşmüş şəxslər barədə statistika açıqlanıb.

2018-ci ilin birinci yarısınadək axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3 490 nəfərdir. Onlardan 1 882 nəfəri cari ilin birinci yarısında müəyyən edilənlərdir. 2018-ci ilin birinci yarısında axtarışda olanların sayı isə 1 608 nəfər təşkil edib.

Hesabat dövründə cəzaçəkmə müəssisələrindən qaçanların sayı 17 nəfər olub. Bu ilin birinci yarısında qaçdığı müəyyən edilənlər 2 nəfərdir. Cəzaçəkmə müəssiələrindən qaçan və 2018-ci ilin birinci yarısında hələ də axtarışda olanların sayı 15 nəfərdir. Cari ilin birinci yarısında cəza çəkməkdən boyun qaçıranların sayı 21 nəfər təşkil edib.

Rəsmi məlumatlara görə, axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayından 14-17 yaşda olan uşaqlar cəmi 35 nəfərdir.

Törədilmiş cinayət növləri üzrə axtarışda olan şəxslərdən 35 nəfəri dövlət hakimiyyəti əleyhinə olan cinayətlər, 41 nəfəri banditizim, 88 nəfəri qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 7 nəfəri zorlama, 477 nəfəri oğurluq, 36 nəfəri soyğunçuluq, 51 nəfəri quldurluq, 965 nəfəri dələduzluq, 79 nəfəri mənimsəmə və israfetmə, 193 nəfəri xuliqanlıq, 21 nəfəri hərbi xidmətdən boyun qaçırma, 106 nəfəri hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən 57 nəfəri fərariliklə, 1391-i isə digər cinayətlərlə bağlı təqsirləndirilir.

Hesabat dövründə dövlət orqanlarından gizlənən aliment vermə işləri üzrə borclu və cavabdeh şəxslərin sayı 6 413 nəfər təşkil edib.

İndiyədək itkin düşümüş şəxslərin sayı 619 nəfərdir ki, onlardan 83 nəfəri 18 yaşadək uşaqlardır.

Bakıda bu metro stansiyası bir illik bağlanır

 

"Bakı Metropoliteni" QSC-nin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

 

Məlumatda həmçinin deyilir ki, 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.

"Xətai" stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri mərhələli şəkildə həyata keçirilir. Təmirin 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də "Xətai-Cəfər Cabbarlı" mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılıb.

Yenidənqurma işlərinin ikinci mərhələsi çərçivəsində "Xətai" stansiyasının 2-ci baş yolu və "Xətai-Cəfər Cabbarlı" mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı təmir və yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir. İstismar müddətini başa vuran eskalatorların yenilənməsi, eləcə də vestibülün və digər infrastrukturun əsaslı təmir olunması məhz bu mərhələnin davamı kimi nəzərdə tutulub.

Eskalatorların dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə cari ilin fevral ayında başlanılıb, əsaslı təmir və yenidənqurma prosesinin qrafikə uyğun, keyfiyyətlə yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanıb.

Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.

"Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.

Qarşıdakı müddət ərzində həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı" mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.

"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, "Bakı Metropoliteni" sərnişinlərə xəbərdarlıq edir ki, "Xətai" stansiyası bu il sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin gələn il avuqstun 10-da başa çatdırılması nəzərdə tutulub.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək", - deyə açıqlamada qeyd olunub.

Azərbaycanda zəlzələ olub

Bu gün saat 19:33-də Qobustan stansiyasından 17 kilometr şimal-qərbdə 3,4 bal gücündə zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar hiss olunmayıb.

Güclü yağışlar Gürcüstanın bölgələrinə ciddi ziyan vurub

Gürcüstanda yağan güclü leysan yağışlar və dolu ölkənin bəzi bölgələrinə ciddi ziyan vurub.

Turistlərin ən çox üz tutduqları Quriya regionunda 100-ə qədər şəxsi evə ziyan dəyib, 20-dən çox körpü dağılıb, sel suları fındıq bağlarında məhsulu məhv edib.

Lançxutti rayonunun bütün kəndlərində daxili yollar dağılıb. Rayon ərazisində bir neçə yerdə torpaq sürüşməsi baş verib.

Bu regiona dəymiş ziyanın həcmi 2 milyon GEL (766 min ABŞ dolları) məbləğində qiymətləndirilib.

Sabah yağış yağacaq

Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.   

Zibilliyə atdığımız soğan qabığının BİLMƏDİYİMİZ FAYDALARI

Soğanın orqanizmə faydalı olduğunu bilməyən yoxdur.

Əslində soğanın qabığı daha çox faydalıdır. Aparılan təcrübələr soğan qabığının bir çox xəstəlik və problemi həll etdiyini üzə çıxarıb.

Soğan qabığının tərkibində orqanizm üçün faydalı olan lif və flavonoidlər var.

Xolesterolu stabilləşdirir

 

Qərb alimi Viktor Gureviç siy soğan və soğan qabığı qəbul etməyin xolesterolu stabilləşdirdiyini bildirir. Məlum olub ki, təcrübədə iştirak edən və soğan qabığı qəbul edən insanlarda yüksək miqdarda yağ protein miqdarı 30% artıb.

Təzyiqi stabilləşdirir

Təcrübələrə əsasən, soğan qabığının tərkibindəki bəzi maddələr qan təzyiqini stabilləşdirir.

Xəstəliyə yoluxma riskini azaldır

Tədqiqatçı Vanesa Benitez müəyyən edib ki, xərçəng, diabet və bir sıra xəstəliklərin qarşısını almaq üçün soğan qabığı faydalıdır. Soğan qabığının tərkibindəki fenolik maddələr damar xəstəliklərinin qarşısını alır. Eyni zamanda xərçəngə qarşı qalxan rolunu oynayır.

Antioksidant mənbəyi

Soğan qabığı antioksidant mənbəyidir. Orqanizmə və sinir sisteminə çox faydalıdır.

Piylənmənin qarşısını alır

Soğan qabıqlarının tərkibində olan lif toxluq hissini aşılar. Vanesa Benitezin araşdırmalarına görə, piylənmə və diabetin də qarşısını alır.

Saçı gücləndirir

Soğan qabığı saç köklərini gücləndirir, saçın uzanmasını sürətləndirir.

Soğan qabığını necə yeməli?

Məsələn, sous hazırlayanda üyüdülmüş soğan qabığını sousa əlavə etmək olar. Bundan başqa soğan qabıqlarını 10-15 dəqiqə qaynatmaq və soyudub içmək lazımdır.

 

 

Bir gün tələbə oldular - Xəzərdə faciə

Dünən Abşeron rayonunun Novxanı kəndində dənizdə iki nəfər batıb.

Suda boğulan şəxslərin hər ikisi Cəlilabad rayon sakinləridir.

2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu suda boğulma təhlükəsi ilə üzləşib. O, sahilə çıxsa da, dünyasını dəyişib.

Digər şəxs - 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hər iki şəxs birinci kurs tələbəsi olub. Onlar Cəlilabaddan paytaxta təhsil almaq üçün gəliblər.

Qeyd edək ki, boğulanlardan biri - Nazim Bağırzadə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.

Tbilisidəki Azərbaycandilli məktəbdə yeni dərs ili başlayıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına 73 saylı Azərbaycandilli orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Mərasim Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Salman Pirməmmədov məktəbliləri, valideynləri və müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Direktor bildirib ki, 2017-2018-ci tədris ilində məktəbin 16 məzununun hamısı ali məktəblərə qəbul olub: "Məktəbimiz Gürcüstanda məzunların ali məktəbə qəbul olma göstəricisinə görə ilk yerlərdən birini tutur. 16 məzunun 7-si ali məktəbdə dövlət hesabına ali təhsil alacaq. İki məzunumuz isə Türkiyə və Rusiyanın ali məktəblərinə qəbul olub. Biz məzunlarımızla fəxr edirik".

S.Pirməmmədov qeyd edib ki, 2018-2019-cu tədris ili üçün məktəbin I sinfinə 27 şagird qəbul olunub: "Onlardan ikisi İran, biri isə Türkiyə vətəndaşlarının övladlarıdır. Məktəbimizdə ümumilikdə 270 şagird təhsil alır. Azərbaycan və Gürcüstan dövləti məktəbimizin fəaliyyətinə hər zaman dəstək göstərir".

Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Hidayətoğlu şagird və müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, onlara müvəfəqiyyətlər arzu edib.

Tədbirdə həmçinin Azərbaycan dilində nəşr olunan "Gürcüstan" qəzetinin baş redaktoru İslam Əliyev, hüquqşünas Fərhad Musayev və digər şəxslər iştirak ediblər.

Sonda I sinif şagirdlərinə Gürcüstan hökuməti tərəfindən təqdim olunmuş netbuklar hədiyyə olunub.

Gürcüstanda yerləşən digər Azərbaycandilli məktəblərdə də yeni dərs ilinin başlanması qeyd olunub. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qardabani rayonunun Qaratəhlə, Ağtəhlə və Qaracalar kəndlərində olan məktəblərə baş çəkərək, müəllim-şagird heyətini yeni dərs ili münasibətilə təbrik edib. 

Çox yaşamağın ən sadə yolu tapıldı

Alimlər sübut edib ki, iltihab proseslərinin azalmasına kömək edən qida məhsullarından istifadə vaxtsız ölüm riskini xeyli azaldır. 

Araşdırmada 45-83 yaş arasında olan 68 mindən çox adam iştirak edib. 

Araşdırma 16 il davam edib. Məlum olub ki, qida rasionuna diqqət edən və meyvə-tərəvəz, kofe, yağsız pendir, zeytun yağı, qoz və şokoladdan istifadə edən şəxslər vaxtsız ölüm riskini 18 faiz, ürək-damar xəstəliklərdən ölüm riskini 20 faiz, xərçəng xəstəliyindən ölüm riskini 13 faiz azaltmış olublar.

Alimlər həmçinin iltihab əleyhinə pəhrizin siqaret çəkən insanlarda daha güclü effekt verdiyini müşahidə ediblər. Araşdırma zamanı ən çox ölən insanlar iltihab proseslərinə səbəb olan qidadan istifadə ediblər. Bu qida məhsullarına ət, çips və alkoqolsuz içkilər daxildir. 

Normal miqdarda qırmızı çaxır və pivə isə insan ömrünü uzadırmış. 

Bakıda iki nəfəri öldürən gürcüyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, T. Kakabidze yeddi il müddətinə azadlıqdan məhrum edilib. 

Qəhvənin daha bir faydası məlum oldu

Potruqaliyalı alimlər belə nəticəyə gəliblər ki, qəhvə böyrək çatışmazlığından əziyyət çəkən insanlarda vaxtsız ölüm riskini azaldır.

Mütəxəssislərin bu haqda məqaləsi "Nephrology Dialysis Transplantation" jurnalında çap olunub.

1999-2011-ci illərdə aparılan araşdırmada böyrək çatışmazlığından əziyyət çəkən 4863 nəfər iştirak edib. Altmış ay ərzində 1283 nəfər vəfat edib. 

Ən yüksək kofein dozaları alan şəxslərdə digərlərlə müqayisədə vaxtsız ölüm riskinin 22 faiz azaldığı müşahidə olunub. 

Bu ilin iyul ayında isə amerikalı alimlər araşdırıblar ki, gün ərzində 6 fincan qəhvə vaxtsız ölüm riskini azalda bilər.

Gürcüstan marixuana ixrac etmək niyyətindədir

Bir müddət əvvəl marixuananı leqallaşdıran Gürcüstan indi bu maddənin ixracına başlamaq niyyətindədir. 

Bununla bağlı Gürcüstanın "İnterpressnyus" agentliyi məlumat yayıb. 

Hökumət ölkədə ixrac üçün marixuana yetişdirməyi nəzərdə tutan qanun layihəsini hazırlayıb. İxrac edilən marixuanadan əczaçılıq və kosmetika ehtiyacları üçün istifadə ediləcək. 

Agentliyin məlumatına görə, dünən bu məsələni "Gürcü arzusu" partiyasının deputatları müzakirə ediblər. 

Ehtimal edilir ki, idxal üçün marixuananın yetişdirilməsi biznesin lisenziyalaşdırılmış növü olacaq. 

Agentlik bildirib ki, qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirə ediləcək. 

Gürcüstan konstitusiya məhkəməsi iyulda marixuananın qəbulu ilə bağlı qadağanı ləğv edib. 

Saytda Axtarış

Son xəbərlər