Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün123
DünənDünən635
Bu həftəBu həftə2919
Bu ayBu ay23071
Bu günə qədərBu günə qədər2779013

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Məşhur ağrıkəsicinin ölümcül təhlükəsi açıqlandı

Diklofenak ürək-damar xəstəliklərinin yaranması riskini 50 faizə qədər artırır. 

Araşdırmaların nəticəsi "British Medical Journal" tibbi jurnalında dərc olunub. 

Araşdırmalarda yaşları 46-49 olan 6,3 milyon Danimarka sakini iştirak edib. Alimlər diklofenak qəbulunun ürək çatışmazlığı, insult və aritmiya ilə əlaqələrini müəyyən ediblər. Bununla belə, fəsadları dərman qəbulundan bir ay sonra müşahidə olunub. 

Qeyd edilib ki, neqativ effekt bu preparatdan az istifadə edən şəxslərdə də müşahidə edilib. 

Bundan başqa, diklofenak qəbul edən şəxslər ürək-damar xəstəliklərinə qarşı daha həssas olublar. Diklofenak həyati vacib dərman preparatlarının siyahısına daxildir. Bir çox ölkələrdə o, həkim resepti olmadan satılır. 

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində qəza nəticəsində Azərbaycan hərbçisi həyatını itirib

Sentyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan tələfatı ilə nəticələnən qəza hadisəsi baş verib.

Bu barədə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə məlumatındə deyilir.

Məlumata görə, Gürcüstana "bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza hadisəsi törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.

İlkin ehtimala görə, qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbilə baş verib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq.

Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə həyata keçirilən tədbirlər nəticəsində aradan qaldırılıb. Hazırda Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir.

Gürcüstanda ərzaq məhsulları bahalaşıb

 Ötən ay Gürcüstanda inflyasiya 0,5% təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilib.

İllik infilyasiya 3,1% olub.

Avqust ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,5%, tərəvəzlərin qiyməti 16,4%, süd məhsullarının qiyməti isə 4,8% bahalaşıb. Meyvə və üzümün qiymətində isə ucuzlaşma (-16,2%) qeydə alınıb. Geyim (-1,1%) və ayaqqabıların (-1,3%) qiymətində də ucuzlaşma olub.

İllik inflyasiyaya gəlincə, ötən illə müqayisədə nəqliyyat xərcləri 7,8%, ərzaq və alkoqolsuz içkilər 3,2%, alkoqollu içkilər və tütün 4,7%, səhiyyə xərcləri 5,2%, kommunal xərclər isə 3,4% artıb. 

Alimlərdən xəbərdarlıq: Bu qidadan uzaq durun, çox zərərlidir

Harvard universitetinin professoru, onkoloq Karin Mixels Almaniyada leksiya ilə çıxış edib.

 Karin "Kokos yağı və digər qida səhvləri" mətnində sübut edib ki, kosmetika və qida sənayesində istifadə edilən kokos yağı ziyanlıdır. Alim kokos yağını "əsl zəhər" adlandırıb:

"Bu, əsl zəhərdir. Qidada istifadə ediləcək ən ziyanlı ərzaq məhsullarından biridir".

 

Onun sözlərinə əsasən, kokos yağının tərkibinin 80%-i zərərli doymuş yağlardan ibarətdir. Bu, donuz piyinə nisbətən 2 dəfə çox, mal piyinə nisbətən isə 60% çoxdur. Məhz doymuş yağlar insan qanının tərkibindəki xolesterini artırır, ürək-damar xəstəlikləri riskini, infarkt və insult riskini artırır.

 

Azərbaycanda yenə zəlzələ oldu

Avqustun 31-də Şirvan stansiyasından 33 kilometr cənub-qərbdə, Sabirabad rayonu ərazisində 3,1 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:24:45-də qeydə alınıb.

Ocağı 55 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Evlənmələrinə icazə vermədilər, onlar da intihar etdi — Qəbələdəki hadisənin təfərrüatı

Qəbələdə sevgililərin intiharının təfərrüatı məlum olub.

Avqustun 28-də rayon sakini, 23 yaşlı Elçin Mirsahibli və 34 yaşlı Günel Dadaşovanın asılmış vəziyyətdə meyitləri aşkar edilib.

Yerli sakinlər bildiriblər ki, qonşuluqda yaşayan mərhumlar sevgi münasibətində olublar və evlənmək istəyiblər. Lakin oğlanın valideynləri bu evliliyə razı olmayıblar. Onların evlilik məsələsinin baş tutmayacağını düşünərək intihara qərar verdikləri güman edilir.

Hadisə günü E.Mirsahib G.Dadaşovanın yaşadığı evə gəlib və əvvəlcə həyətdə olan yarımtikilidə qadını asaraq öldürüb, daha sonra isə özünü sevgilisinin yanında asaraq intihar edib. G.Dadaşova əvvələr ailəli olub və onun 7 yaşlı oğlu var.

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Azərbaycanda dəhşət: Ana və qızı vəhşicəsinə qətlə yetirildi

Cəlilabad rayonunun Qarazəncir kəndində ana və qızını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

İkin ehtimala əsasən, hadisəni Yaşar Bayramov, Rasim Kazımov və daha bir şəxs törədib. 

Onlar artıq həbs edilib.

Prokurorluqda araşdırma aparılır.

Xaçmazda vəziyyət gərginləşdi, DTX radikal terrorçunu məhv etdi Read more: https://sputnik.az/incidents/20180829/416795199/dtx-xachmazda-emeliyyat-kechirib-radikal-dini-ekstremist-qrupun-uzvu-mehv-edilib.html

Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd "AKSU" tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.

Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olan məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib. 

Məlumatda qeyd olunub ki, avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib.

Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd "AKSU""tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Min bir dərdin dərmanı ŞAFTALI — Haqqında bilmədiklərimiz

Yay aylarının ən ləzzətli meyvələrindən biri də şaftalıdır.

Tərkibində müxtəlif vitamin və minerallar olan şaftalı çox faydalıdır. Şaftalının tərkibində antioksidant var və bir sıra xərçəng növünə qarşı orqanizmi qoruyur. Potasium və maqnezium isə hamilə qadınlar üçün faydalıdır.

Şaftalının tərkibindəki C vitamini ana bətnində olan körpənin sümük, diş, dəri, əzələ və qan damarlarının sağlam böyüməsini təmin edir.
Dünyada ən geniş yayılan ağ ciyər xərçəngi, döş xərçəngi kimi bədxassəli şişlərin qarşısını alan antioksidantlar şaftalının tərkibində var. Bundan başqa xərçəng xəstələrinin müalicə dövründə də müsbət təsir edir.

Şaftalının tərkibindəki zəngin liflər bağırsaqlara faydalıdır. Qəbz olan insanlara kömək edir. Böyrək qumu və böyrək daşının düşməsinə də səbəb olur.
Bu meyvənin tərkibində A, C, E, K, B1, B2, B3, B6 vitaminləri, folat, pantotenik turşu, kalsium, potasium, maqnezium, dəmir, fosfor, sink, alüminium və digər faydalı maddələr var.

Şaftalının tərkibindəki maqnezium sinir sisteminə faydalıdır, depresiyanın təsirlərini ortadan qaldırır. A və C vitaminləri isə göz üçün çox faydalıdır.
Böyrək xəstələri isə gündə 1-2 ədəddən çox şaftalı yeməməlidirlər.

 

Azərbaycanda güclü zəlzələ

Lerik rayonunda daha bir zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 17:04-də Lənkəran stansiyasından 12 km cənub-qərbdə qeydə alınıb.

Yeraltı təkanlar episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Qubada bəy və gəlini aparan maşın aşıb

Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Zıxır kəndində toy günü içərisində bəy və gəlinin olduğu maşın dağlıq ərazidən keçən meşə yolunda aşıb.

Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb.

Aşmış maşını qaldırmaq üçün əraziyə traktor çağrılıb. Yol bir müddət bağlı qalıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Toy günü gəlin başqası ilə qaçdı, bəy isə yeni gəlinlə özünə toy etdi - Azərbaycanda ŞOK OLAY

Dünən Salyan rayonunun Qaraçala qəsəbəsində keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb.

Qəsəbədə toy mərasimi keçirən Adil Eyvazov (ad şərtidir) adət-ənənəyə uyğun olaraq günorta saatlarında gəlin gətirməyə gedən zaman qız evində üzləşdiyi vəziyyət onu pis duruma salıb.

 

Bəy, qız evinə gedən zaman gəlinin başqa bir oğlana qoşulub qaçdığını öyrənib.

Bu zaman məlum olub ki, gəlin toydan bir gün öncə, yəni, el arasında "heyvankəsdi" adlanan vaxt evdən qaçıb.

Çıxılmaz duruma düşən bəy, toy günü bir neçə saat ərzində başqa bir gəlin taparaq evinə gətirib.
Oğlanın valideynləri gəlinin başqa bir oğlanla qaçması nəticəsində xeyli maddi ziyana düşdüyünü bildirir.

Hazırda Salyanın Qaraçala qəsəbəsində bəyin toy mərasimi davam edir.

Qeyd edək ki, gəlin Əliyeva Sona (ad şərtidir) Salyan rayonunun Düzənlik kəndinin sakinidir.

Saytda Axtarış

Son xəbərlər