Dalga Televiziyasi Gürcüstanda bazarda güclü yanğın olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün204
DünənDünən1299
Bu həftəBu həftə8448
Bu ayBu ay46186
Bu günə qədərBu günə qədər7473520

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda bazarda güclü yanğın olub

Gürcüstanın Rustavi şəhərində “İstanbul” adlı bazarda güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, gecə saat 01:29 radələrində qeydə alnan yanğının söndürülməsinə 18 yanğınsöndürən maşın cəlb olunub.

Yanğını səhər saat 09:00-da tam söndürmək mümkün olub. Yanğın nəticəsində 1000 kv. metrə yaxın sahə yanıb.

Hadisə zamanı bazar gözətçisi yüngül xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Satıcılar bazarda yanğının qəsdən törədildiyini iddia edirlər. Onlar insidentin dərhal araşdırılmasını tələb edirlər.

Obyektdə 85 ticarətçinin çalışdığı bildirilir. Yanğın nəticəsində onların bazardakı malları tamamilə yanıb.

Hazırda hadisə yerində ekspert-kriminalistlər iş aparırlar.

Saytda Axtarış

Son xəbərlər