Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün399
DünənDünən1983
Bu həftəBu həftə7344
Bu ayBu ay45082
Bu günə qədərBu günə qədər7472416

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

“İçəridə ana və oğlu “bizi qurtarın” deyirdi” — Gəncədəki dəhşətli partlayışın ŞAHİDLƏRİ

Bu gün səhər saatlarında dördmərtəbəli yaşayış binasında partlayış olub.

Hadisə şəhərdə yerləşən dördmərtəbəli binada "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib.

Sakin: “Səhər-səhər 6-ya qalmış əynimi geyinib bazara gedirdim, gördüm partlayış oldu. Əvvəl elə bildim zəlzələ oldu. Durub çölə qaçdım. Gəldim dedilər ki, binanın bir hissəsi yoxdur. İçəridən də oğlanla anasının səsi gəlirdi “bizi qurtarın” deyirdi”.

Sərxan Məmmədov - sakin: "04:20-də güclü partlayış oldu. Gəldik ki, binanın yarısı çöküb aşağı. Bir və ikinci mərtəbələrdə yaşayış var, üçüncü, dördüncü mərtəbələdə yoxdur".

Fövqəladə Hallar Naziri Kəmaləddi Heydərov, Gəncə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri də hadisə yerində olublar.

Axtarış xilasetmə işləri nəticəsində dağıntılar içərisindən 24 yaşlı Cumazadə Cuma Saleh oğlunun, 47 yaşlı Tağıyaeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb. Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Kəmaləddin Heydərov  - Fövqəladə Hallar Naziri: "Səhər saat 05:00-da məlumat daxil olub. İlkin ehtiala görə, partlayış binanın iknci mərtəbəsindəki mənzildə qaz sızması nəticəsində baş verib. Xilasetmə işləri davam etdirilir".

Partlayış nəticəsində binanın bir hissəsinin bir bloku təmamilə çöküb.

Tükəzban Ağayeva – sakin: "Səhər saat 05:00-da çay qoymağa durdum. 05:30 radələrində partlayış oldu. Duman oldu, daha heçnə başa düşmədik. Balkona çıxmaq istəyəndə gördüm nə aynam var, nə qapım. Divarımız çartlayıb. Su çənləri partlayıb, evimizi su basıb".

Hadisə ilə bağlı araşdırma aparılır.

Qış aylarında içilən kələm çayının — ORQANİZMƏ FAYDALARI

Türk həkimlər bağırsaq problemləri olanlara və arıqlamaq istəyənlərə kələm çayı içməyi məsləhət görürlər.

Kələm çayı orqanizmin bağırsaq florasını tənzimləyir və orqanizmdəki toksinləri xaric edir. Müntəzəm olaraq qəbul ediləndə probiotik bakteriyaların yerləşməsini təmin edir. Bununla da orqanizmin şirniyyata olan ehtiyacını azaldır. Bundan başqa arıqlamaq istəyənlər üçün də faydalıdır.

Kələm suyunun tərkibində olan B, C və E vitaminləri, potasium sidik qovucudur. Qanı təmizləyir və qara ləkələrdən qoruyur. Qış aylarının faydalı tərəvəzi olan kələm çay kimi qəbul ediləndə qarın piyini əridir.

Kələm çayını necə hazırlamaq lazımdır?

Kələm çayı hazırlamaq üçün bir kasa kələm, bir baş soğan, bir dəstə kərəviz, üç diş sarımsaq, iki dilim təzə zəncəfil, litr yarım təmiz su.

Kələmi xırda-xırda doğrayın, soğanı dilimləyin və sarımsağı əzin. Kərəvizi də halqavari şəkildə doğrayın və 1.5 litr suda 30 dəqiqə qaynadın. Bir stəkan için. Bu məhlulu 21 gün içmək olar. Amma bu dövr ərzində yeməklərinizə diqqət edin. Xəmir körəkləri və qızartmalardan uzaq durun. Bundan başqa çay içməklə yanaşı yürüşə çıxsanız, daha çox arıqlamış olarsınız.

Qaradağda sürücü qəza törətdi, həyat yoldaşı öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 19-da saat 23:00 radələrində Qaradağ rayonu ərazisində - Kənar dairəvi yolda Bakı şəhər sakini Sabir Vəliyev idarə etdiyi "Chevrolet" markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Zaur Əliyevin idarə etdiyi “DAF” markalı avtomobilin qoşqusuna vurub.

 

Nəticədə S.Vəliyevin sərnişini, həyat yoldaşı Gülgəz hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə binada partlayış: ölənlər var

Gəncə şəhərində baş verən partlayış zamanı dağıntılar altında qalanlardan meyiti çıxarılan iki nəfərin kimliyi məlum olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncənin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından üç nəfərin meyiti çıxarılıb. Bir nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib. 

 

Gürcüstanda yüz minlərlə vətəndaşın bank borcu silinəcək

Gürcüstan adı qara siyahıda olan 600 mindən çox vətəndaşının banklara olan borcunu silmək barədə qərar qəbul edib

Bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

"Söhbət banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına borcu olan 600 mindən çox insandan gedir. Ümumi məbləğ 1,5 milyard lari (565,3 milyon dollar) təşkil edəcək. Bu gün verilən qərara görə, bizim vətəndaşlarımızın borcu silinəcək", - deyə Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, bu kateqoriyaya 150 min nəfər sosial təminatsız və məhdud imkanları olan vətəndaş daxildir. Borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və ayın sonuna qədər bu prosedur davam edəcək.

"Xalqımız yeni ili borcu olmadan qarşılayacaq", - deyə baş nazir əlavə edib.

Milli Dirçəliş Günü Tbilisidə qeyd olunub

alt

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində xalqımızın milli dövlətçilik tarixində özünəməxsus rolu olan 17 noyabr - Milli Dirçəliş Günü qeyd olunub. 

AZƏRTAC xəbər verir ki, muzeyin təşkilatçılığı ilə keçən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Tbilisi və Kutaisi şəhərlərinin məktəbliləri, musiqi kollektivləri iştirak ediblər. 

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq Milli Dirçəliş Günü barədə məlumat verib. 

Azərbaycan səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə çıxışında qeyd edib ki, xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan Milli Dirçəliş Günü dövlət müstəqilliyimizin bərpasında tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. 

Bildirilib ki, bu gün Azərbaycan və Gürcüstan müstəqil dövlətlərdir. Bütün təzyiqlərə, ərazilərimizin işğal olunmasına baxmayaraq, siyasi liderlərimizin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində hər iki dövlət müstəqil olaraq dünyada öz layiqli yerlərini tutub. Dost və qardaş xalqlarımız arasındakı münasibətlər də dünyada nümunədir. Bugünkü tədbirdə hər iki xalqın məktəblilərinin, musiqi kollektivlərinin iştirakı bunu sübut edir.

Sonra Kutaisidən gəlmiş “Pirimze” ansamblının rəhbəri Nino Silaqadze, müəllimə Maka Trapaidze, “Meydan” ansamblının rəhbəri Nargilə Mehtiyeva və başqaları çıxış edərək Azərbaycan ilə Gürcüstan xalqları arasındakı oxşar tarixi proseslərdən, mədəniyyət nümunələrindən, müstəqillik uğrunda mübarizədən söz açıblar. 

Çıxışlardan sonra “Pirimze” ansamblı, “Ceyran” rəqs qrupu və Muzeyin nəzdində fəaliyyət göstərən “Meydan” musiqi kollektivi maraqlı konsert proqramı ilə çıxış ediblər.

“Meydan” Azərbaycan musiqi qrupu Tbilisidə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirdə çıxış edib

alt

Gürcüstanda Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib. 

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun və beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ketevan Tsixelaşvili çıxışında bildirib ki, hər il keçirilən Tolerantlıq Həftəsinin və Tolerantlıq Gününün Gürcüstan üçün xüsusi önəmi var. O deyib: “Tolerantlıq qarşılıqlı hörmət deməkdir. Bu bayram vətəndaşlarımızın hər birinin bərabər olduğunu xatırladır və bu bərabərlik onlara həyatın bütün sahələrində iştirak etmək imkanı yaradır. Bu prosesi daha da sürətləndirmək üçün hər bir vətəndaşın istedadı bizim üçün önəmlidir. Etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın özünü təhlükəsiz hiss etməsi və haqqının qorunması üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik”.

Tədbirdə Gürcüstanda yaşayan millətlərin nümayəndələrinin folklor qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin nəzdində fəaliyyət göstərən “Meydan” musiqi qrupu tədbirdə Azərbaycanın xalq və bəstəkar mahnılarını səsləndirib.

Tbilisidə yaşayış binasında partlayış nəticəsində xəsarət alan azərbaycanlıların vəziyyətindən xəbər var

alt

Tbilisidə ötən gün qaz sızması nəticəsində yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan Məmmədovlar ailəsinin üzvlərinin vəziyyəti sabitdir.

Bunu Yanıq Mərkəzinin direktoru Quqa Kaşibadze bildirib.

O deyib ki, xəsarət alan kişi, onun oğlu və uşağın müalicəsi mərkəzin reanimasiya şöbəsində davam etdirilir: “Onlar bədənin müxtəlif yerlərində yanıq xəsarətləri alıblar. Yaşlı kişinin bədəninin 65%-i, onun oğlunun bədəninin 55%-i, uşağın bədəninin isə 12%-i yanıb”.

Qeyd edək ki, Tbilisinin Zemo Poniçala qəsəbəsində ötən gün səhər saatlarında doqquzmərtəbəli binada təbii qaz sızmasından güclü partlayış baş verib. Nəticədə üç nəfər – 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsi xəsarət alıblar. Hadisə nəticəsində gənc qadın və onun övladı dağıntılar altında qalaraq ölüb.

Məhkəmə Gürcüstan vətəndaşına 290 il həbs cəzası kəsdi

"Məhkəmə Gürcüstan vətəndaşına 290 il həbs cəzası kəsdi".

Bu barədə ekathemirini nəşri məlumat yayır.

Yayılan məlumatda bildirilib ki, İnsan alveri ilə məşqul olan qrupda Gürcüstan vətəndaşıyla yanaşı bir nəfərdə Yunanıstan vətəndaşı olub və 69 illiyinə azadlıqdan məhrum edilib eləcə də Moldova vətəndaşı 36 illiyinə həbs olunub.

Nəşrin yayımladığı məlumata görə, qrupun fəaliyyəti bu ilin aprel ayında İran vətəndaşının öldüyü yol qəzası nəticəsində müəyyənləşdirilib. İşin faylı ilə ortaya çıxır ki, qrupun üzvləri 2016-cı ilin oktyabrından 2017-ci ilin iyununa qədər doqquz insan alveri əməliyyatı ilə məşqul olublar. Onlar, Türkiyədən məcburi köçkünləri Yunanıstana köçürürlərmiş.

Kvemo Kartli bölgə qubernatoru: “Gürcüstan azərbaycanlılarının ictimai-siyasi fəallığı artıb”

alt

“Son illər Gürcüstanın Azərbaycan əsilli vətəndaşları ölkənin ictimai-siyasi həyatında daha fəal rol oynamağa başlayıblar”.

Bu sözləri Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili Gürcüstan Müsəlmanları İdarəsinin illik hesabatına həsr olunan tədbirdə deyib.

O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar, xüsusən də azərbaycanlı gənclər ölkədə baş verən bütün proseslərdə böyük fəallıq nümayiş etdirirlər: “Gürcüstanda deputat olmuş etnik azərbaycanlı Pərixanım Sofiyevanın adını qeyd etmək istərdim. O, müsəlman dünyasında deputat seçilən ilk qadındır. Bu, onu göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlılar tarixən ölkənin ictimai-siyasi həyatında yüksək fəallıqları ilə seçiliblər. Azərbaycanlı gənclərin Gürcüstanda çox fəal olması təqdirəlayiq haldır. Əlbəttə ki, cəmiyyətin bütün sahələrində daha fəal olmaq üçün dövlət dilinin öyrənilməsi əsas vacib şərtlərdən biridir”.

Ş.Rexviaşvili Gürcüstanda milli azlıqların hüquqlarının tam qorunduğunu bildirib: “Gürcüstan hər zaman dini və etnik müxtəlifliyi ilə seçilib. Ölkədə müxtəlif din və millətlərin nümayəndələri tarix boyu sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar. Gürcüstanda bu ənənə yaşamaqdadır və gələcəkdə daha da möhkəmləndiriləcək”.

DGK: Gürcüstandan idxal edilən və tərkibində zərərli orqanizmlər aşkarlanan 26 ton kartof tezliklə geri qaytarılacaq

Noyabrın 10-da bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatda Gürcüstandan idxal edilən 26042 kq kartofun tərkibində zərərli orqanizmlərin aşkarlandığı, bu ölkənin Maliyyə Nazirliyi istinadən ölkəmizin müvafiq qurumlarının məhsulun geri qaytarılmasına qərar verdiyi bildirilir, lakin kartofun geri qaytarılmadığı və guya "yoxa çıxdığına" eyham vurulur.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsidən "Report"a verilən məlumata görə, DGK bildirir ki, Gürcüstanda ölkəmizə idxal olunan kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb.

Buna görə də müvafiq gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Müayinələrin nəticəsinə görə məhsulun geri qaytarılmasına qərar verilib. Lakin gömrük orqanlarından asılı olmayan səbəblər üzündən-bayram və istirahət günləri ilə əlaqədar məhsulu idxal edən şirkətin bank əməliyyatlarında sənədləşmə işləri yubandığından və malın təkrar ixracı üçün lazım olan müvafiq sənədləri gömrük orqanlarına təqdim edə bilmədiyindən məhsulun geri göndərilməsi gecikib.

Dövlət Gömrük Komitəsi bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərkibində gövdə nematodu aşkarlanan 26042 kq kartof hazırda gömrük nəzarəti altındadır və sərbəst dövriyyəyə buraxılmayıb. Qısa zaman ərzində müvafiq sənədləşmə işləri başa çatdırılaraq məhsulun geri göndərilməsi təmin olunacaq.

Bundan əvvəl AQTA Gürcüstandan Azərbaycana gətirilən 26 ton zərərli kartofu geri qaytardığı bildirilib.

Xalq artisti Amaliya Pənahova vəfat edib

Azərbaycanın xalq artisti Amaliya Pənahova vəfat edib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, o, noyabrın 8-də 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ilin iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilib. 1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professoru olub. Prezident təqaüdçüsü olub. 

2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. 2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb. 17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Saytda Axtarış

Son xəbərlər