Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün726
DünənDünən634
Bu həftəBu həftə7162
Bu ayBu ay51861
Bu günə qədərBu günə qədər7422335

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Gürcüstanın Telavi rayonunun Vardisubani və azərbaycanlıların sıx yaşadığı Qaracala kənd sakinləri arasında qarşıdurma baş verib.

Dalga tv report-a istinadən bildirir ki,Vardisubani kəndindən olan 6 nəfər taxta və dəmir dəyənəklərlə bazar ərazisində Qaracala kənd sakinlərinə hücum edib.

İnsident zamanı odlu silahdan da atəş açılıb. Nəticədə üç nəfər yaralanıb, 14 yaşlı yeniyetmə isə döyülüb. Onlar Telavi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların həyatlarının təhlükədə olmadığı bildirilib.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev  bildirib ki, Vardisubani və Qaracala kəndlərinin sakinləri arasında münaqişə bir həftə öncə də baş verib: "Bu gün isə Vardisubani sakinləri Qaracala kənd sakinlərindən mal-qaranın bazar ərazisində onlara məxsus sahədən çıxarılmasını tələb etsələr də, qarşı tərəf buna əməl etməyib”.

Ə.Babayev insidentlə bağlı Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili ilə telefon əlaqəsi yaratdığını deyib: "Qubernator baş vermiş hadisəni diqqətdə saxladığını bildirdi. O, insidentin ətraflı araşdırılacağını və günahkarların qanun çəçivəsində cəzalandırılacağını söylədi".

Ə.Babayev qeyd edib ki, xəsarət alan Qaracala kənd sakinlərinin vəziyyəti stabildir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb.

Təbiət bir saata Bakı üzrə “aylıq plan”ı doldurdu

Sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçmiş, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxmış, arabir yağış yağmış,  bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Düşən yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir.

Oğuzda 31 mm (aylıq normanın 42 %-i), Qəbələdə 28 mm  (36%), Kişçayda (Şəki) 27 mm (41 %), Ordubadda 22 mm (175 %), Mingəçevirdə 15 mm  (60%) olub.

Bakı suyun altında qaldı

Səhər saatlarından Bakıda yağan leysan nəticəsində bir neçə küçəni su basıb.

Yağışdan sonra paytaxtın mərkəzi küçələri suyun altında qalıb.

Füzuli küçəsində suyun səviyyəsi 20 santimetr təşkil edir. 

Bakının küçələrində çəkilən fotoları diqqətinizə təqdim edirik.

Gürcüstanda uşaq bağçalarında zəhərlənən uşaqların sayı 26-ya çatıb

Gürcüstanın Tsxaltubo bələdiyyəsində Gequti kəndi ilə yanaşı, beş kəndin uşaq bağçasında da zəhərlənmə qeydə alınıb.

Ümumilikdə, 26 uşaq zəhərlənmə əlamətləri ilə xəstəxanalara yerləşdirilib. Onların bəziləri artıq evə buraxılıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Paata İmnadze uşaqlarda bağırsaq infeksiyasının olduğunu bildirib.

"İnfeksiyaya səbəb olan qida məhsulunu müəyyən etmək üçün araşdırmalar aparılır. Bağçaların təmin olunduğu bütün ərzaq məhsulları yoxlanılır".

Araşdırmalarla əlaqədar Tsxaltubo bələdiyyəsindəki uşaq bağçalarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Alimlərdən yeni açıqlama: “Kabab da siqaret kimi insana ziyandır”

"American Journal of Respiratory and Critical Care Medicine" jurnalında alimlərin yeni tədqiqatının nəticələri dərc edilib.

Alimlərin fikrinə əsasən, od və kömür üzərində açıq şəkildə bişən qidalar pnevmaniya, astma və ağ ciyər xəstəlikləri riskini 40-60% artırır. Bu isə közdə açıq şəkildə bişən qidaları siqaret qədər təhlükəli edir.

Oksford universitetinin alimi Ka Xun Çan bəyan edib:

Bizim həmkarlar dəfələrlə bildiriblər ki, kömür və odun ağ ciyərin xroniki xəstəliklərinin inkişafına səbəb ola bilər. Alimlər ağ ciyərin fəaliyyətinin dəyişməyini nəzərdə tuturdular və xəstəliyin inkişafı və ölüm hallarını ehtimal etmirdilər. Biz isə bunu da yoxladıq və xəstəliklə sözügedən məsələnin əlaqəsini araşdırdıq".

Ocaq tüstüsünün tərkibində kanserogen miqdarı, dəm qazı və insan həyatına mənfi təsir edən digər maddələr var. Hətta yanğınsöndürənlər qısa müddət alovla təmasda olanda da qanlarında kanserogenin miqdarı 2.5-5 dəfə artır. Bu isə xərçəngin inkişaf ehtimalını yüksəldir.
İnkişaf etmiş ölkələrin sakinləri kömür və ocaqla nadir hallarda, kabab və barbekyu zamanı qarşılaşırlar. Amma inkişaf etməkdə olan ölkələrdə vəziyyət başqadır. Çində və inkişaf etməkdə olan ölkələrdə yeməklərin hazırlanması və evlərin isidilməsi üçün 40% əhali kömür və odundan istifadə edir.

Çan və həmkarları Çində yaşı 30-79 arası dəyişən 277 min sakin üzərində təcrübə aparıblar. Onların yarısı müntəzəm və daimi olaraq qida bişirmək, evi isitmək və digər ehtiyacları üçün kömür və odundan istifadə ediblər. Onlardan heç biri siqaret aludəçisi olmayıb və ağ ciyər problemindən əziyyət çəkməyib.

10 il ərzində onlardan 20 min nəfəri xərçəng və ağ ciyər xəstəliklərindən vəfat edib, eyni diaqnozla xəstəxanaya düşüb. Bu isə alimlərə ocaq və kömür peçinin insan sağlamlığına təsirini qiymətləndirməyə imkan verib. Məlum olub ki, belə şərait çinlilərin sağlamlığına siqaret qədər ziyan vurub. Orta hesabla, bu insanların 54%-i ağ ciyər xəstəliklərindən dünyasını dəyişib.
Odun ağ ciyər xəstəlikləri riskini 37%, kömür isə 22% artırır.

Közdə bişən kabab vərəm, astma və digər xroniki ağ ciyər xəstəlikləri riskini 1.5-2 dəfə artırır.

Payız aylarında bu QİDALARDAN İSTİFADƏ EDİN

Artıq payız ayıdır. Payız aylarında da qidalanmaya xüsusi diqqət ayırmaq lazımdır. Sağlam qara ciyər qüvvətli immunitet sisteminin açarıdır.

Bu səbəbdən də qara ciyərə faydası sübut edilmiş gül kələmi, kələm və kahı ilə qidalanmaq immunitet sistemini gücləndirməyə kömək edəcək.

Gül kələmi, kahı və kələm

Sağlam qara ciyər güclü immunitet sisteminin açarıdır. Qara ciyər nə qədər sağlam olsa, immunitet sistemini gücləndirən hormon və hüceyrələr də o dərəcədə güclü olub. Bu səbəbdən gül kələmi, kahı və lahana qəbul etmək lazımdır.

Qaragilə

Qaragilənin qurudulmuşunu da tapmaq olur. Amma qaragiləni qurudanda şəkər və günəbaxan yağından istifadə edilir. Marketlərdən qurudulmuş qaragilə alanda içindəki kağızı mütləq oxumaq lazımdır. Qaragilənin tərkibindəki antioskidantlar immunitet sistemini gücləndirir. Bundan başqa portağala nisbətən qaragilənin tərkibində C vitaminin miqdarı 5 dəfə çoxdur.

Su

Su orqanizmdəki artıq maddələri qan və limfa mayeləri vasitəsilə daşıyır. Gündə ən azı 2 litr su içmək qidaların hüceyrələrə çatması və artıqların ifraz olunması üçün lazımdır. Su həm də orqanizmə oksigen daşıyır. Orqanlarımızın oksigenlə qidalandığını düşünsək, su içməyin önəmini anlaya bilərik.

Avokado

Avokadonun tərkibində amin turşusu, antioksidant və digər yağlar var. Bu maddələr immunitet sistemini gücləndirməyə kömək edir. Hər gün yarım avokado yemək məsləhətdir.

Bal

Balı isti su ilə içmək həzmi asanlaşdırır, soyuqdəymə və qrip zamanı isə immunitet sisteminin mikroblarla savaşmasına kömək edir. Tünd rəngli balın tərkibində antioksidant miqdarı daha çoxdur.

Balıq

Yediyiniz balığın kifayət qədər yaxşı yağ tərkibli olduğuna əmin olun ki, immunitet sisteminizi gücləndirə biləsiniz. Tərkibində omeqa-3 yağları olan balıqlara üstünlük verin.

 

Leysan, dolu, şimşək - HAVA DƏYİŞİR

Sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası(MSK) bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyini qeydiyyata alıb.

Bu barədə ali seçki qurumundan məlumat verilib. 

Bildirilib ki, hazırda 6 namizədin qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir.

Qeydiyyat zamanı bir təşəbbüs qrupuna və bir siyasi partiyaya sənədlərində mövcud problemlə bağlı prezident seçkilərində namizədlə iştirak etməyə icazə verilməyib. Bundan başqa, 19 təşəbbüs qrupu MSK-ya imzaları təqdim etmədiyindən onların irəli sürdüyü namizədlərin qeydiyyatı məsələsinə baxılmayıb.

Gürcüstan MSK prezidentliyə namizədlərin qeydiyyat prosesinə sentyabrın 28-də yekun vuracaq.

Qeyd edək ki, qonşu ölkədə prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. MSK-ya seçkilərdə öz namizədi ilə iştirak etmək istəyən 20 siyasi partiya və 26 təşəbbüs qrupundan müraciət daxil olub.

Bakıda minik avtomobili elektrik dirəyinə çırpılıb, 4 nəfər ölüb

"Bakı şəhərində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub". 

Bunu açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb: "Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır".

Fındıq qabığını zibilliyə atmayın — ƏSL FAYDASI QABIĞINDA

Bu günə qədər hər birimiz fındığın qabığını atırıq. Meyvələri heç vaxt qabıqlı yemirik.

Əslində bir çox meyvənin əsl faydası qabığındadır.

Türkiyədə iki il davam edən tədqiqatın nəticələri açıqlanıb. Laboratoriya şəraitində aparılan tədqiqat nəticəsində fındıq qabığının inanılmaz təsiri ortaya çıxıb. Məlum olub ki, fındıq qabıqlarından kimyəvi terapiya dərmanlarının bir maddəsi əldə edilir. Artıq sınaq üçün istehsala başlanılıb.

 

Alimlər fındığın qabığı, gərzəyi və yarpaqları üzərində tədqiqat aparıblar. Məlum olub ki, xərçəngə qarşı kimyəvi terapiya dərmanlarının tərkibindəki təsirli olan bir maddə bu qabıqlarda var.

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıblar

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonu və Tbilisinin Poniçala qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, xüsusi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz saxlanılması və satışında şübhəli bilinən 4 azərbaycanlı saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sistematik olaraq narkotik vasitələrin satışı ilə məşğul olublar. Onların üzərində və evlərində axtarış zamanı 8 bağlama heroin və narkotik tərkibli müxtəlif həblər müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Zaqatalaya dolu yağıb, kənd təsərrüfatına ziyan dəyib

Zaqatala rayonuna yağan güclü dolu kənd təsərrüfatına ziyan vurub.

Sentyabrın 18-i axşam saatlarından başlayaraq 19-u səhər saatlarına kimi rayon ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb. Fasilələrlə rayon ərazisinə yağış yağıb. Sentyabrın 18-i gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüaftına ziyan dəyib.

Saytda Axtarış

Son xəbərlər