Dalga Televiziyasi Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1461
DünənDünən2577
Bu həftəBu həftə19287
Bu ayBu ay57104
Bu günə qədərBu günə qədər3500099

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir

 Gürcüstanda həqiqi hərbi xidmət keçən milli azlıqların nümayəndələri üçün gürcü dilinin tədrisinə başlanılıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Xtsisi" hərbi bazasında start verilən 7 həftəlik proqramda 82 azərbaycanlı və 41 erməni çağırışçı iştirak edir. Dil kursu Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin müəllimləri tərəfindən keçirilir.

Proqram çərçivəsində çağırışçılar dövlət dilində yazmaq, oxumaq, danışmaq, rəsmi məktub və sənədləri yazmağı öyrənəcəklər. Kursun başa çatmasından sonra çağırışçılar sertifikatlarla təltif olunacaqlar.

Tədris proqramının həyata keçirilməsində məqsəd milli azlıqlardan olan Gürcüstan vətəndaşlarının dövlət dili üzrə biliklərinin artırılması, silahlı qüvvələrə inteqrasiyası, karyeralarının silahlı qüvvələrdə davam etdirilməsinə imkanın yaradılmasıdır. Layihə Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. 

 

Saytda Axtarış

Son xəbərlər