Dalga Televiziyasi İdman
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1130
DünənDünən2487
Bu həftəBu həftə21900
Bu ayBu ay65368
Bu günə qədərBu günə qədər2693046

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Tiflisdən medalsız qayıdırıq

Bu gün cüdo üzrə Tiflis Qran-Prisi başa çatıb.

Dalga tv apasport.az-a istinadən xəbər verir ki, yarışın son günündə 5 azərbaycan idmançısı tatami üzərinə çıxıb.

Kişilər

90 kq

Əbdülhəqq Rəsullu yarışa 1/16 final mərhələsindən start verib. Cüdoçumuzun ilk rəqibi Peter Jilka olub. Əbdülhəqq bu sınağı keçə bilməyərək, turnirlə vidalaşıb.

Bu çəkidə yarışan digər təmsilçimiz Firudin Dadaşov isə turnirə 1/8 finaldan başlayıb. O, da rusiyalı Mixail İqolnikovla ilk görüşündən məğlub ayrılıb.

100 kq

 

Zelim Kotsoyev Qran-Priyə 1/8 finaldan gürcü idmançı Laşa Taveluri ilə başlayıb. İlk rəqibini geridə qoyan idmançımız 1/4 finalda Martin Paçeklə qarşılaşıb. İsveçliyə uduzan Zelim çıxışını təsəlliverici görüşlərdə davam etdirəcək. Onun "bürünc" yolundakı ilk rəqibi braziliyalı Lusiano Korrea olub. Qalib gələn təmsilçimiz medal almaq üçün yenə braziliyalı ilə mübarizə aparmalı olub. Həmyerlisindən fərqli olaraq Rafael Buzakarini idmançımıza şans verməyib.

Cəlil Şükürov 1/16 finalda Matey Hajasa qalib gəlsə də, növbəti mərhələdə rus Kazbek Zankişiyevlə bacarmayıb və turnirlə vidalaşıb.

Qadınlar

78 kq

Qadınların yarışındakı son təmsilçimiz Günel Həsənli tunirə 1/16 finaldan start verib. O elə ilk görüşündəcə rusiyalı Aleksandra Babinçevaya məğlub olub və yarışı başa vurub.

Beləliklə, Tiflis Qran-Prisi cüdoçularımız üçün medalsız başa çatıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib

 Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

"Dalga tv"nin məlumatına görə, açılış oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 60-cı dəqiqədə Bəxtiyar Həsənalızadə, 63-cü dəqiqədə isə Amil Yunanov vurub.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 28-ə çatdıraraq, "Neftçi"ni keçib və 5-ci pilləyə yüksəlib. Flaqman isə 26 xalla 6-cı pilləyə enib.

“Neftçi” yubileyində “Qarabağ”a məğlub olub

“Qarabağ” komandası futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçında “Neftçi”ni məğlub edib.

Dalga tv Xəzər TV-yə istinadən məlumat verir ki, Ağdam klubu rəqibini iki cavabsız qolla üstələyib.

“Neftçi”nin 80 illik yubileyi ilə bağlı təşkil edilən tədbirlərə təsadüf edən matçda Azərbaycan Kubokunun son qalibi olan “Qarabağ” ilk hissədə əcnəbi futbolçularının vurduğu qollarla qələbə qazanıb – 2:0. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində Muarem Muaremlə Dino Ndlovu fərqləniblər.

“Neftçi” “Qarabağ”la oyuna 200-ə yaxın veteran futbolçusunu dəvət edib

“Neftçi” futbol klubu 80 illik yubileyi ilə bağlı silsilə tədbirlərini Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la görüşdə də həyata keçirəcək.

Klubdan Dalga tv-yə verilən məlumata görə, martın 30-da baş tutacaq matçı “Neftçi”nin formasını geyinmiş ümumilikdə 200-dək veteran futbolçu da izləyəcək. 

Onlar arasında hazırda ölkədə yaşayanlarla yanaşı, xaricdən dəvət olunmuş 10-a yaxın veteran futbolçu da olacaq.

Dəvətlilər sırasında 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, “ağ-qaralar”ın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var. Veteran futbolçular oyundan əvvəl Bakıdakı restoranlardan birində bir araya gələcəklər. Tədbir media üçün qapalı olacaq.

Qeyd edək ki, saat 19:30-da başlanacaq “Neftçi” – “Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər “Bakcell Arena”da maraqlı görüntülərə şahidlik edəcəklər. 

Messi hakimi təhqir etdiyi üçün oyundan kənarlaşdırıla bilər

Argentina yığmasının hücumçusu Lionel Messi FİFA tərəfindən oyundan kənarlaşdırıla bilər. 

Dalga tv xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 

Daha öncə Messinin Dünya çempionatının seçmə turunda Argentina və Çili yığmaları arasında matçda (1:0) hakimlərdən birini təhqir etdiyi barədə məlumat yayılmışdı. FİFA-dan həmçinin bildirilib ki, hadisədən sonra Argentina Futbol Assosiasiyasına (AFA) hadisəni araşdırmaq üçün müraciət edildiyi deyilib.

AFA bildirib ki, bu iddia üçün əsas görmürlər. O zaman FİFA bu oyunda hakimlik edən Braziliya hakimlər briqadasına müraciət edib. Onların hamısı Messidən təhqiramiz sözlər eşitdiklərini söyləyiblər.   

Bununla yanaşı, FİFA futbolçunun yolverilməz davranışı hakimlər tərəfindən təsdiqlənməsə belə, təşkilatın futbolçunu oyundan kənarlaşdırma hüququ olmasına dair AFA-ya xəbərdarlıq etmişdi.   

DÇ-2018-in seçmə mərhələsi: Azərbaycan - Almanya 1:4

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Apasport.az saytının məlumatına görə, komandamızın rəqibi yer aldığımız C qrupunun lideri Almaniya yığması olub.

İlk 4 görüşdə rəqiblərinə heç bir şans verməyən Bundestim Bakıda da 3 xalı rahat qazanıb. 4:1 hesabı ilə məğlub olan yığmamızın yeganə təsəlli tapdığı məqam isə Nazarovun qolu olub. Belə ki, cari seçmə mərhələdə qapısında qol görməyən Yoahim Lövün komandası ilk dəfə millimizlə oyunda məyus olub.

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

26 mart

Azərbaycan – Almaniya - 1:4

Qollar: Nazarov, 31 - Şürrle, 19,81 Müller, 36, Qomez, 45.

"Formula-1" üzrə 2017-ci il mövsümünün ilk mərhələsi başa çatıb

Bakı. 26 mart. REPORT.AZ/ "Formula-1" üzrə 2017-ci il mövsümünün ilk mərhələsinə yekun vurulub.

"Dalga tv"nin məlumatına görə, Melburn şəhərində təşkil olunmuş Avstraliya Qran-Prisində "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qalib olub.

Sonrakı iki yeri "Mersedes" pilotları - britaniyalı Lüis Hemilton və finlandiyalı Valteri Bottas tutub.

Yürüş 57 dövrədən ibarət olub. Fettel 1 saat 24 dəqiqə 11,672 saniyə nəticə göstərib. Hemilton ondan 9,975 saniyə, Bottas isə 11,250 saniyə geri qalıb. 7 pilot, o cümlədən ötən il Bakıda keçirilmiş Avropa Qran Prisinin səfiri Fernando Alonso finişə çata bilməyib. "Maklaren Honda"nın ispaniyalı pilotu 50-ci dövrədən sonra dayanıb.

İlk mərhələdən sonra Fettel 25, Hemilton 18, Bottas 15 xala malikdir. Avtomobillərin mübarizəsində isə "Ferrari" 37 xalla 1-ci,"Mercedes" 33 xalla 2-ci, "Red Bull" isə 10 xalla 3-cüdür.

Mövsümün ikinci mərhələsi - Çin Qran Prisi aprelin 9-da Şanxayda keçiriləcək.

Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.

"Dalga tv"nin məlumatına görə, bu barədə millinin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı mütəxəssis ilk dəqiqələrdən Kamran Ağayev - Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Cavid Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev "11-liy"inə güvənəcəyini bildirib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Messiyə El-Klassikoya üç gün qalmış hökm oxunacaq

Aprelin 20-də, El-Klassikoya üç gün qalmış “Barselona” və Argentina yığmasının hücumçusu Lionel Messiyə hökm oxunacaq.

Dalga tv Report-a xəbər verir ki, futbolçunu 21 ay müddətinə həbs cəzası gözləyir.

Həmçinin, həbsin cərimə ilə əvəzlənəcəyi gözlənilir.

2016-cı ilin yayında argentinalı 4,1 milyon dollar məbləğində vergidən yayınmaqda ittiham olunub.

Azərbaycan – Almaniya oyununa satışda üç min bilet qalıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununa satışda üç min bilet qalıb.

Dalga tv  AFFA-ya istinadla xəbər verir ki, biletləri “28 Mall”, “Park Bulvar” ticarət mərkəzləri, “Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), “Bakcell Arena”nın və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan-Almaniya oyunu martın 26-da saat 20:00-da başlayacaq.

Çempionlar Liqasında dəyişiklik - 24 klub birbaşa qrupda

UEFA 2018/19 mövsümündə Çempionlar Liqasında iştirak edəcək klublarla yeni bağlı məlumat yayıb.

“Dalga tv” xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 2018/19 mövsümündən etibarən reytinq siyahısının ilk 4 pilləsində olan ölkə qrup mərhələsində 4 klubla təmsil olunacaq.

Əmsallar cədvəlində 5-6-cı yerləri turan 2 ölkənin 2 komandası yarışa birbaşa qrup mərhələsindən qoşulacaq. Bu ölkələrin daha 1 təmsilçisi isə qrup mərhələsinə düşmək üçün 2 mərhələ adlamalıdı.

Reytinqdə 7, 8, 9, 10-cu olan ölkənin 1 klubu qrup mərhələsində iştirak edəcəyi halda, 1 klub da yarışa seçmə mərhələdən başlayacaq. 

Cədvəldə 11 və 12-cı yeri tutan ölkələrin çempionları isə yarışa sonuncu təsnifat mərhələsindən qoşulacaqlar. 

Bununla da 2018/19 mövsümündən etibarən 24 klub ÇL-də mübarizəyə birbaşa qrup mərhələsindən start verəcək.

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına 50 gün qaldı

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına 50 gün qalmasını qeyd etmək məqsədlə bu gün Bakı bulvarında “Grassroots” proqramı çərçivəsində tədbir keçirilib.

Dalga tv-nin məlumatına görə, tədbirdə əvvəlcə Bakı-2017-nin idmançı səfirlərinin iştirakı ilə insanları idmana cəlb etmək məqsədilə açıq havada idman sessiyası olub.

Sonra tədbir çərçivəsində keçirilən viktorinalarda qalib gələn iştirakçılar hədiyyələr qazanıb.

Tədbir iştirakçıların böyük marağına səbəb olub.

Bakı-2017-nin ulduz səfiri Tünzalə Ağayeva istedadlı könüllülərə dəstək məqsədilə keçirilən bu layihəyə görə çox sevindiyini deyib və hər kəsi idmançılara dəstək olmağa çağırıb.

Bakı-2017-nin idmançı səfiri Rəsul Çunayev isə “Grassroots” proqramı çərçivəsində gənclərin idmana cəlbi məqsədilə həyata keçirilən layihələrdə iştirak etdiyini bildirib: “Bu gün artıq “İslam Həmrəyliyi Oyunlarına 50 gün qaldı” tədbirini qeyd edirik, yəni Oyunlara az qalıb. Ümidvaram ki, ölkəmizə böyük uğurlar qazandıracağıq. Hər kəsi biz idmançılara dəstək olmağa çağırırıq”.

Saytda Axtarış

Son xəbərlər