Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün40
DünənDünən957
Bu həftəBu həftə9241
Bu ayBu ay46979
Bu günə qədərBu günə qədər7474313

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

"Qarabağ"la işimiz çətin olacaq - Konte

“Qarabağ” güclü komandadır və sabah bizi çətin oyun gözləyir. Lakin qələbə qazanıb növbəti mərhələyə vəsiqəni təmin etməyə çalışacağıq.

Dalga tv axar.az-a istinadən xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olan “Çelsi” klubunun baş məşqçisi Antonio Konte mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib: “Sabahkı oyunda diqqətli olmalıyıq. Bizim üçün çox vacib görüşdür. İlk oyunda böyük hesablı qələbəmizdə bəxtimizin gətirdiyini deyə bilərəm. “Qarabağ” Avropanın ən güclü komandalarından olan “Atletiko Madrid” ilə heç-heçə etdi. “Roma” isə Bakıda çətin qələbə qazandı. Azərbaycanda futbolun səviyyəsi getdikcə yüksəlir. Sabah bizi çətin oyun gözləyir. “Qarabağ” ilə oyundan sonra bizi uzun səfər və Premyer Liqada “Liverpul” ilə qarşılaşma gözləyir. Komanda üçün həmişə düzgün qərarlar verməyə çalışıram. Komandamız ən azı iki sistemdə oynamağı bacarmalıdır. Stadiona hansı düzülüşdə çıxmağımız oynadığımız komandalara görə dəyişir. Komandada zədəli oyunçularımız var. Şadam ki, Edin Hazzard artıq zədəsini sağaldıb”.

“Çelsi” komandasının qapıçısı Tibo Kurtua isə oyunlar barədə danışaraq deyib: “Biz tam olaraq sabahkı oyuna köklənmişik. İlk matçda böyük hesabla qalib gəlsək də, sabah bizim üçün çətin olacaq. “Qarabağ” klubu “Roma” və “Atletiko”ya qarşı yaxşı oyun göstərdi. Rəqibimizə hörmətlə yanaşırıq. Oyundan üç xalla ayrılmaq istəyirik. Amma rəqibin “Atletiko” ilə oyununa nəzər yetirəndə kifayət qədər güclü olduğunu görürük. İlk olaraq, növbəti mərhələyə vəsiqəni təmin etmək üçün qələbə qazanmalıyıq. “Qarabağ”ın hücum xətti çox təhlükəlidir. Komanda əlverişli şanslardan maksimum yararlanmağa çalışacaqdır”.

“Çelsi”nin Bakıya gəlişi avrokuboklar tarixində ən uzunmüddətli səfəri oldu

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq “Çelsi” artıq Bakıdadır.

Dalga tv APA-ya istinadən xəbər verir ki, klubun paytaxtımıza səfəri “zadəganlar”ın tarixinə düşüb. Bu barədə məlumat klubun rəsmi saytına yerləşdirilib.

Belə ki, komandanı gətirən təyyarə Londondan bura 3975 km məsafəni 6 saata qət edib. Bununla, Bakı “Çelsi”nin avrokuboklar tarixində ən uzunmüddətli səfərinə çevrilib. Buna qədər rekord 2001-ci ildə Təl-Əvivə olan səfər idi.

İngiltərə təmsilçisinin tarixi ərzində ən uzunmüddətli 10 səfəri:

1. Bakı, Azərbaycan – 3975 km

“Qarabağ”. Çempionlar Liqası, 2017-ci il, noyabr

2. Təl-Əviv, İsrail – 3560 km

“Hapoel”. UEFA Kuboku. 2001-ci il, oktyabr

“Makkabi”, Çempionlar Liqası, 2015-ci il, noyabr

3. Nikosiya, Kipr – 3221 km

APOEL. Çempionlar Liqası, 2009-cu il, sentyabr

4. Donetsk, Ukrayna – 2724 km

“Şaxtyor”, Çempionlar Liqası, 2012-ci il, oktyabr

5. Moskva, Rusiya – 2503 km

MOİK. Çempionlar Liqası, 2004-cü il, noyabr

“Mançester Yunayted”. Çempionlar Liqasının finalı, 2008-ci il, may

“Spartak” (Moskva). Çempionlar Liqası, 2010-cu il, oktyabr

“Rubin”. Avropa Liqası, 2013-cü il, aprel

6. İstanbul, Türkiyə – 2486 km

“Qalatasaray”. Çempionlar Liqası, 1999-cu il, oktyabr; 2014-cü il, fevral

“Fənərbaxça”. Çempionlar Liqası, 2008-ci il, aprel

7. Afina, Yunanıstan – 2394 km

“Real”. Kuboklar Kuboku, 1971-ci il, may

“Olimpiakos”. Çempionlar Liqası, 2008-ci il, fevral

8. Tromse, Norveç – 2250 km

“Tromse”. Kuboklar Kukobu, 1997-ci il, oktyabr

9. Saloniki, Yunanıstan – 2139 km

“Aris”. Kuboklar Kuboku, 1970-ci il, sentyabr

10. Kiyev, Ukrayna – 2136 km

“Dinamo”. Çempionlar Liqası, 2015-ci il, oktyabr

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da başlayacaq.

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası noyabrın 15-dən 20-dək Tbilisidə təlim-məşq toplanışında olacaq.

Dalga tv  AFFA-ya istinadla xəbər verir ki, millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq oyunlarının noyabrın 17-də və 19-da keçirilməsi nəzərdə tutulub.

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Kiprin Larnaka şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyinə start verilib. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk günü yığmamız üçün uğurlu alınıb.

Belə ki, 45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə rəqiblərinə şans verməyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finaladək Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10, qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Həlledici döyüşdə rusiyalı Dmitri Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.

Bununla da, Quluzadə Avropa birinciliyində ikinci dəfə çempionluq sevinci yaşayıb. O, 2015-ci ildə yeniyetmələr arasında Fransada təşkil edilən yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Qeyd edək ki, sayca 21-ci olan Avropa birinciliyi noyabrın 5-də başa çatacaq. Yarışda yığmamız 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə təmsil olunur.

''Qarabağ'' Bakıya qayıtdı, heç kim qarşılamadı

Səfərdə "Atletiko” ilə oyunu 1-1 hesabı ilə bitirən "Qarabağ” klubu bu gün səhər ölkəmizə qayıdıb.

Dalga tv Oxu.az -a istinadən xəbər verir ki, futbolçularımız 09:30-da Heydər Əliyev adına Hava Limanında olsalar da, onları qaşılamağa heç kim getməyib. 

Hər uğurlu səfər matçından sonra azarkeş ordusu ilə qarşılanan futbolçuları bu dəfə qarşılamağa sadəcə bir neçə xanım çıxıb.

“Qarabağ” “Atletiko”nu yenə məyus etdi

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Dalga tv-nin Oxu.Az-a istinadən xəbərinə görə, səfərdə İspaniyanın “Atletiko” komandasının qonağı olan Ağdam təmsilçiləri inamlı təsir bağışlayıblar.

“Metropolitano” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Hesabı 40-cı dəqiqədə Miçel açıb.  56-cı dəqiqədə isə Tomas meydan sahiblərinin bərabərlik qolunu vurub.

Bu qrupun digəri oyununda “Roma” doğma meydanda “Çelsi”ni 3:0 hesabı ilə məğlub edib.

Dörd turdan sonra C qrupuna səkkiz xalla “Roma” başçılıq edir, “Çelsi” yeddi xalla ikinci, “Atletiko” üç xalla üçüncü, “Qarabağ” isə dörd xalla sonuncu pillədə qərarlaşıb.

Yunanıstanda 2018-ci il Qış Olimpiya Oyunlarının məşəli alovlandırıldı

2018-ci ildə Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəlinin yandırılma mərasimi Olimpiyada (Yunanıstan) baş tutub.

Dalga tv  xəbər verir ki, ənənəyə uyğun olaraq mərasim qədim məbəddə keçirilib, alov isə günəş şüalarından yandırılıb. Məşəlin ilk daşıyıcısı yunan xizəksürən Apostopolos Angelis olub.

Məşəl bir həftə ərzində Yunanıstanın müxtəlif şəhərlərini gəzəcək, oktyabrın 31-i isə “Pxençxan-2018”-in Təşkilat Komitəsinin nümayəndəsinə təhvil veriləcək.

 

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

“Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Atletiko” ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Çempionlar Liqası

Qrup mərhələsi

III tur

C qrupu

“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) - 0:0

“Qarabağ” "Atletiko" sınağına çıxır

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək.

Dlga tv xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya “Atletiko”sunu qəbul edəcək.

Çempionlar Liqası

C qrupu

III tur

18 oktyabr

20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano

Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö

Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)\

Bakı Olimpiya Stadionu

Xal durumu: “Çelsi” – 6, “Roma” – 4, “Atletiko” – 1, “Qarabağ” – 0.

Azərbaycan Çexiyaya qarşı – START HEYƏTLƏR

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Çexiya oyunu üçün start heyətləri açıqlanıb. 

Oxu.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Çexiya ilə matç kapitan Rəşad Sadıqovun millidə son oyunudu. 

Mümkün qələbə Azərbaycanın C qrupunda 3-cü olmaq şansı yaradacaq. 

Azərbaycan: 1. Kamran Ağayev (q), 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev

Baş məşqçi: Robert Prosineçki 

Çexiya: 23. Jiri Pavlenka (q), 2. Pavel Kaderabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Josef Huşbauer, 11. Mixael Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suşi (k), 18. Yan Boril, 20. Antonin Barak

Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik (q), 16. Tomaş Kubek (q), 4. Yan Sikora, 6. Mixael Lüftner, 7. Yaromir Jmrhal, 9. Barek Dokal, 12. Simon Falta, 15. Tomaş Suçek, 19. Yan Kliment, 21. Vaçlav Kadleç, 22. Filip Novak

Baş məşqçi: Karel Yarolim

"Qarabağ" - "Roma" oyunu rekorda imza atdı

Futbol üzrə Çempionlar Liqasının II turunda ən çox tamaşaçı tərəfindən izlənilən matç "Qarabağ" və İtaliyanın "Roma" komandaları arasındakı oyun olub. 

Dalga tv  Report-a istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmanı 67200 nəfər izləyib. Matç "Roma"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

Bu oyun Almaniyanın Dortmund şəhərində "Borussiya" ilə İspaniya "Real Madrid"ini üz-üzə gətirən görüşü də arxada qoyub. "Signal İduna Park"da qonaqların 3:1 hesablı qələbə qazandığı oyuna 65849 nəfər baxıb.

Üçüncü yerdə İspaniya "Atletiko"su ilə İngiltərənin "Çelsi" klublarının "Metropolitano"da üz-üzə gəldiyi qarşılaşma qərarlaşıb. 60643 nəfərin izlədiyi Madriddəki görüş "Çelsi"nin qələbəsi ilə yekunlaşıb - 2:1.

Ən azı tamaşaçı isə Fransa "Monako"su ilə Portuqaliya "Portu"su arasındakı görüşdə olub. Qonaqların 3:0 hesabı ilə qalib gəldiyi matçı 11703 nəfər izləyib.

Qeyd edək ki, turun 16 oyunundan yarısı qonaqların qələbəsi ilə yekunlaşıb. Bir görüşdə isə qalib müəyyənləşməyib.

“Qarabağ” – “Roma” matçının hakimləri açıqland

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Roma” matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Bakıdakı görüşə Portuqaliyadan olan hakimlər briqadasını göndərir.

Görüşün ədalət təmsilçisi Artur Dias olacaq. Ona Rui Tavares və Paulo Soareş kömək edəcəklər. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək.

Onların işinə israilli hakim-inspektor Haim Jakov qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Oleq Harlamov (Estoniya) olacaq.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" qarşılaşması saat 20:00-da başlayacaq.

 

Saytda Axtarış

Son xəbərlər