Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün61
DünənDünən1299
Bu həftəBu həftə8305
Bu ayBu ay46043
Bu günə qədərBu günə qədər7473377

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

“Qarabağ” bu gün yeni avrokubok mövsümünə start verəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxacaq.

Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayacaq Ağdam təmsilçisi “Samtredia” ilə üz-üzə gələcək. Gürcüstan çempionu ilə ilk qarşılaşma Bakıda baş tutacaq. Təmsilçimiz evdə keçirəcəyi ilk oyunda gələn həftə baş tutacaq cavab qarşılaşması üçün sərfəli nəticə əldə etməyə iddialıdı. Ardıcıl 3 dəfə Avropa Liqasının qrupunda çıxış etmiş “Qarabağ” bu dəfə hədəfini daha da böyüdüb. Komanda nüfuzlu Çempionlar Liqasında eyni uğuru təkrarlamaq niyyətindədi. Bu yolda ilk səddi adlamaq üçün “Samtredia” mübarizədən kənarlaşdırılmalıdır.

Son üç mövsümdə Çempionlar Liqasında ilk rəqiblərini adlayan ağdamlıların bu dəfə necə çıxış edəcəyi maraqla gözlənilir. “Valletta”, “Rudar” və “Düdelanj”la görüşlərdə mərhələni məğlubiyyətsiz keçən çempionumuzun qonşu ölkə təmsilçisinə qarşı da bu qədər uğurlu çıxış edib-etməyəcəyinə bu gün aydınlıq gələcək. Qarşılaşma “Qarabağ”ın avrokuboklardakı ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

Baş hakim: Mete Kalkavan (Türkiyə)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Türk idmançı ermənini yenib, Azərbaycan bayrağı qaldırdı

Türkiyə güləşçisi Cemal Mutlu Azərbaycana böyük jest etməsi ilə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşçisi gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Mutlu bu sevinci Azərbaycan bayrağını qaldıraraq yaşayıb.

Belə ki, Almaniyanın Dortmund şəhərində keçirilən qitə birinciliyində 50 kq çəki dərəcəsində mübarizə aparan Cemal bürünc medal uğrunda görüşdə ermənistanlı Aşot Mxitaryanla üz-üzə gəlib.

Rəqibini döşəyə çıxmağına peşman edən qardaş ölkə nümayəndəsi 10:2 hesablı qələbə qazanıb. Görüşün ardından isə gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqlarını havaya qaldıraraq döşəkdə dövrə vurub.

Qeyd edək ki, Türkiyə Avropa çempionatında komanda hesabında 3-cü yeri tutub. Rusiya 1-ci, Gürcüstan isə 2-ci pillənin sahibi olub.

Mahir Məmmədov: “Bu, təxribat kimi başa düşülməməlidi”

“Qarabağ”ın “Samtredia” ilə Gürcüstanda keçirəcəyi oyunda hər hansı problemin yaşanacağını gözləmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

Eyni zamanda, AFFA İcraiyyə Komitəsinin üzvü olan Məmmədov Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” görüşündə hansısa problemin yaşanmaq ehtimalının olmadığını açıqlayıb. Onun sözlərinə görə, 2-3 nəfər tərəfindən buna cəhd olarsa, yenə təxribata cəhdin qarşısı vaxtında alınacaq.

Məmmədov söhbət əsnasında 2 il öncə, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Tbilisidə keçirilmiş “Dinamo” – “Qəbələ” oyununu xatırladıb: “Yadımdadı, həmin matçda 2-3 nəfər, başı işləməyən adam plakat açmışdı. Dərhal mühafizə orqanları plakatları yığışdırmışdılar. Bu, təxribat kimi başa düşülməməlidi. Çünki kiçik bir qrupun cəhdi idi”.

O bildirib ki, AFFA və Gürcüstan Futbol Federasiyası arasında təhlükəsizlik tədbirləri ilə bağlı danışıq aparılacaq: “Hər hansı problemin yaşanmasını heç kim istəməz. Yəqin ki, “Qarabağ” rəhbərliyi bu barədə fikirləşəcək. AFFA, yəni biz də Gürcüstan Futbol Federasiyası ilə məsləhətləşmələr aparacağıq. Mən elə bir problem gözləmirəm. Əlbəttə ki, Azərbaycan dövlətinin Gürcüstandakı qurumu kimi, biz də ayıq davranmalı və hər hansı hadisənin yaşanmaq ehtimalına hazır olmalıyıq. Amma kiminsə cibində nəsə gətirib, oyunun gedişində kameraya göstərməsi istisna deyil. Şəxsən mən həmin qarşılaşmanı canlı izləyəcəm”.

Məmmədov komandalarımızın avrokuboklardakı şanslarını da dəyərləndirib: “Qarabağ”ın növbəti mərhələyə adlayacağına inamım çox böyükdü. Bizim klublar artıq püxtələşib, birinci mərhələni keçməyə öyrəşiblər. Azarkeşləri də buna alışdırıblar. Əksər hallarda, ilkin mərhələni problemsiz adlayırlar. Çətinliklər növbəti mərhələlərdə başlayır. Klublarımız artıq Avropa Liqasının qrupunda da iştirak ediblər. Ümidvaram ki, “Qarabağ” və “Qəbələ” yenə də minimum qrup mərhələsinə qədər irəliləyəcək”.

İcraiyyə Komitəsinin üzvü əlavə edib ki, növbəti iclaslarının vaxtı hələ bilinmir: “AFFA-nın baş katibi Elxan Məmmədov bu barədə bizə məlumat verəcək. Dəqiq vaxtı biləndən sonra yığışacağıq”. 

Formulada bir gündə üç qəza

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı daha bir qəza baş verib. 

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, “Renault Sport”un pilotu Colion Palmer Qız Qalasının yaxınlığında qəzaya düşüb.

Onun bolidi səddə çırpılıb.

 

“Qarabağ” – “Samtredia” oyununun başlama saatı dəqiqləşib

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə keçirəcəyi ilk oyunun başlanma saatı məlum olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gürcüstan təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

İyulun 11-də keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü isə iyulun 18-də Gürcüstanda olacaq.

“Qarabağ”ın rəqibindən əzmkar qələbə

Gürcüstan çempionatında XVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Samtredia” öz meydanında “Dila”nı qəbul edib.

Matçın gedişində qonaqlar iki dəfə hesabda önə keçmələrinə baxmayaraq, bərabərliyi təmin edən Gia Tsetzadzenin yetirmələri son 10 dəqiqədə məğlubiyyətdən qaçmaq bir tərəfə, hətta qələbə də qazana bilib. Belə ki, öncə 81-ci dəqiqədə status-kvonu bərpa edən “Samtredia” rəqibin meydanda azlıqda qalmasından yararlanaraq, 88-ci dəqiqədə 3 xalı gətirən qolu vurub.

Bu qalibiyyət sayəsində turnir cədvəlində 3-cü pillədəki mövqeyini möhkəmlədən Azərbaycan çempionunun rəqibinin aktivində 33 xal var.

“Samtredia” – “Dila” – 3:2
Qollar: G. Datunaşvili, 23; D. Razamaşvili, 81; N. Sandoxadze, 88 – Z. Dereti, 10, 51
“Samtredia”: Omar Migineşvili, Davit Mtivlişvili, Nika Sandoxadze, Cemal Qoqiaşvili, Georgi Mçedlişvili, Georgi Datunaşvili, Davit Razamaşvili, Giuli Mancqaladze (Laşa Kasradze, 90+5), Teymuraz Markozaşvili (Davit Jikia, 60), Quram Samuşia (Konstantin Belov, 90), Georgi Beriaşvili

https://youtu.be/zcbpBLk8AGo

 

"Qarabağ" Gürcüstan çempionuna rəqib oldu

Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması olub. Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Qarabağ” da rəqibini tanıyıb.

Çempionumuzun mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünüb. "Səpələnmişlər" sırasında yer alan “Qarabağ”ın rəqibi daha zəiflər - "səpələnməmişlər arasından seçilbi.

Püşk "Qarabağ"ı bu mərhələdə Gürcüstan çempionu “Samtredia” ilə üz-üzə qoyub. Bu mərhələnin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.
 
Çempionlar Liqası
I təsnifat mərhələsi

 
1. Vikinqur (Farer adaları) - Trepça (Kosova)
2. Hibernians (Malta) - İnfonet (Estoniya)
3. Alaskert (Ermənistan) - Santa Koloma (Andorra)
4. TNS (Uels) - Europa (Cəbəllütariq)
5. Linfild (Şimali İrlandiya) - La Fiorita (San Marino)


II təsnifat mərhələsi
 
APOEL (Cənubi Kipr) - Dudelanj (Lüksemburq)
Jalgiris (Litva) - Ludoqorets (Bolqarıstan)
Qarabağ (Azərbaycan) - Samtredia (Gürcüstan)
Partizan (Serbiya) - Buduçnost (Monteneqro)
2-ci cütün qalibi - Zalsburq (Avstriya)

Şerif (Moldova) - Kukesi (Albaniya)
Astana (Qazaxıstan) - Spartak (Latviya)
BATE (Belarus) - 3cü cütün qalibi
Jilina (Slovakiya) - Kopenhagen (Danimarka)
Hapoel (Beyer Şeva, İsrail) - Honved (Macarıstan)
Riyeka (Xorvatiya) - 4-cü cütün qalibi

Malmö (İsveç) - Vardar (Makedoniya)
Zrinski (Bosniya və Herseqovina) - Maribor (Sloveniya)
Dandalk (İrlandiya) - Rusenborq (Norveç)
Hafnarfyordur (İslandiya) - 1-ci cütün qalibi
5-ci cütün qalibi - Seltik (Şotlandiya) 
Mariehamn (Finlandiya) - Legiya (Polşa) 

Azərbaycan yığması Ermənistan yığmasını darmadağın etdi

Bolqarıstanda keçirilən həndbol üzrə İnkişaf Etməkdə Olan Ölkələrin çempionatında oyunlar davam edir. 

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, 15 avropa ölkəsindən komandaların iştirak etdiyi çempionatda Azərbaycan millisi də təmsil olunur. 

Bu gün Ermənistan komandası ilə üz-üzə gələn yığma komandamız oyunda 39:21 hesabı ilə qalib gəlib.

Komandamız növbəti görüşünü İrlandiya yığmasına qarşı keçirəcək 

Azərbaycan və Şimali İrlandiya yığmaları qarşılaşdı

Azərbaycan və Şimali İrlandiya yığmaları arasında futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oyun keçirilib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya yığmasını qəbul edib. 

Görüşdə yeganə qolu 90+2-ci dəqiqədə Stüart Dallas vurub.

2018-ci il dünya çempionatının seçmə mərhələsi 

10 iyun 20:00. Azərbaycan – Şimali İrlandiya - 0:1
Qol: Stüart Dallas, 90+2 
Xal durumu: Almaniya - 15; Şimali İrlandiya - 13, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San Marino - 0.

Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. 

“Report”un məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Şimali İrlandiya yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç mundiala vəsiqə şansını saxlamaq baxımından böyük əhəmiyyət kəsb edir. C qrupunun lideri Almaniya yığmasının büdrəyəcəyi real olmadığından, digər kollektivlər üçün əsas hədəf 2-ci pilləni tutub, pley-off mərhələsinə vəsiqə əldə etməkdir.

Hazırda Şimali İrlandiya 10 xalla Bundestimin ən yaxın izləyicisi statusunu daşıyır. Lakin Bakıdakı dueldən sonra vəziyyət dəyişə bilər. Hesabında 7 xal olan Azərbaycan yığması qalib gələcəyi halda 2-cilik ehtimalını artıracaq.

Daha əvvəl DÇ-2006 və DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinə rəqib olan Şimali İrlandiya yığması Bakıda qələbə üzü görməyib. 2004-cü il oktyabrın 9-da 0:0 hesablı heç-heçə qeydə alındığı halda, 2013-cü il oktyabrın 11-də “Bakcell Arena”da baş tutan matçda Berti Foqtsun rəhbərlik etdiyi yığma britaniyalıları 2 cavabsız qolla üstələyib.

Lakin səfər qarşılaşmaları ilə bağlı statistika rəqibin lehinədir. Əvvəlki iki tsikldə ümumilkdə 4 xal qazanan (2:0, 1:1) Şimali İrlandiya cari seçmə mərhələdə Belfastda 4:0 hesablı qələbəyə sevinib.

Azərbaycan yığması ilə oyun ərəfəsində Yeni Zelandiyanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə üstələyən britaniyalılar Bakıdakı iqlimə uyğunlaşmaq üçün iyunun 3-dən etibarən Türkiyədə 4 günlük hazırlıq keçib. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv isə paytaxtda və Avstriyada olmaqla, 20 günlük təlim-məşq toplanışında olub.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

VI tur, C qrupu

10 iyun

20:00. Azərbaycan – Şimali İrlandiya

Hakimlər: Xavyer Estrada Fernandes, Migel Martines Munuera, Teodoro Sobrino Maqan, Alexandro Xose Ernandes (hakimlər briqadası İspaniyadandır)

Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)

FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: Almaniya - 15; Şimali İrlandiya - 10, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San Marino - 0.

Azərbaycan - Gürcüstan matçında 10 qol

Azərbaycan və Gürcüstan futbol veteranları arasında yoldaşlıq görüşü keçirilib.

Dalga tv Xəbər.ge-yə istinadən xəbər verir ki, Əlincə Arenada baş tutan görüş 5-5 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, cavab qarşılaşması Gürcüstanda reallaşacaq.

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu

Futbol üzrə Çempionlar Liqasının final matçı keçirilib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, qarşılaşmada İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gəlib.

Uelsin paytaxtı Kardiffdəki “Millenium” stadionunda təşkil olunmuş matç “kral klubu”nun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. 

Çempionlar Liqası
Final

 “Yuventus” (İtaliya) – “Real Madrid” (İspaniya) - 1:4
Qollar: Mario Mancukiç, 27 - Kriştianu Ronaldu, 20; 64. Karlos Kazemiro, 61. Marko Assensio, 90
Qırmızı vərəqə: Xuan Kuadrado, 84 ("Yuventus")
Baş hakim: Feliks Brıx (Almaniya)

Saytda Axtarış

Son xəbərlər