Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün402
DünənDünən415
Bu həftəBu həftə817
Bu ayBu ay49513
Bu günə qədərBu günə qədər7476847

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Dünya kuboku yarışlarında 3 atıcı ilə təmsil olunacağıq

altİspaniyanın Qranada şəhərində iyulun 5-dən 11-dək güllə və stend atıcılığı üzrə Dünya kuboku yarışları keçiriləcək.

 Azərbaycanı güllə atıcılığı yarışlarında pnevmatik tapançadan atəşaçma və tələsik atəşaçma növlərində Ruslan Lunov təmsil edəcək.

Trap yarışlarında Elvin İsmayılov, stend atıcılığının skit növündə isə Olimpiya çempionu Zemfira Meftəhətdinova mübarizə aparacaqlar.

Avropa Çempionatı - 2016 - nın loqotipi təqdim olundu

altBu gün futbol Fransanın paytaxtı Paris şəhərində AÇ-2016-nın rəsmi loqotipi ictimaiyyətə təqdim olunub. 

Mərasimdə UEFA prezidenti Mişel Platini, Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel le Qrae və AÇ-2016-nın Təşkilat Komitəsinin sədri Jak Lamber iştirak edib.

Yeni loqotip özündə Anri Delone kubokunu, Fransa bayrağının rənglərini (göy, ağ, qırmızı) və bu ölkənin mədəniyyətini əks etdirir. Bu loqotip Portuqaliya Agentliyi tərəfindən tərtib olunub. Həmin agentlik AÇ-2012-nin də loqotipini təşkil etmişdi.

Qeyd edək ki, AÇ-2016-nın oyunları 10 iyun - 10 iyul tarixlərində Fransanın 10 stadionunda keçiriləcək. Bu turnirdə ilk dəfə olaraq 16 milli komanda iştirak edəcək.

AÇ-2013 son gün: 2 final, 1 bürünc medal görüşü

altÇernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. 

54 kq

Niyazi Məmmədov ardıcıl olaraq Xorvatiya (7:2) və İtaliyadan (6:2) olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinal görüşü təmsilçimiz üçün uğurlu alınmayıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimizin rəqibi Rusiya-Rumıniya cütlüyünün qalibi olacaq.

63 kq

1/8 final mərhələsindən mübarizəyə başlayan Sənan Əlimirzəyev bütün rəqiblərindən üstün olub və finala yüksəlib. İsrail təmsilçisini (8:3), macar güləşçini (7:0) və Serbiyadan olan rəqibini (7:0) mübarizərədən kənarlaşdıran pəhləvanımızın finalda rəqibi Ukraynalı idmançı olacaq.

76 kq

İslam Abbasov da finala qədər maneəsiz irəliləyib. Buna qədər o, gürcü rəqibini (9:1), bolqar güləşçisini (7:0) və Rusiyalı rəqini (10:2) arxada qoyub. Final qarşılaşmasında rəqib Almaniya təmsilçisi olacaq.

46 kq

İlk görüşündə gürcü rəqibi ilə mübarizədən məğlub ayrılan Namaz Rüstəmov çempionatı medalsız tamamlayıb.

 

Çelsi" hücum xəttini gücləndirir

İngiltərənin "Çesli" və İtaliyanın "Napoli" komandaları futbolçu Edison Kavaninin London təmsilçisinə transfer edilməsi barədə prinsipial razılığa gəliblər.Uruqvaylı hücumçunun transfer qiyməti 58 milyon avro təşkil edəcək.

Ançelotti "Real"a keçidinə görə PSJ-yə 2 milyon avro ödəməyə hazırdır

Fransanın PSJ klubu müqavilənin vaxtından əvvəl pozulmasına görə 4 milyon avro əldə edərsə, klubun baş məşqçisi Karlo Ançelotti "Real"a rəhbərlik edə biləcək.

53 yaşlı məşqçi artıq bu məbləğin yarısını öz üzərinə götürməyə hazır olduğunu bildirib. Qalan iki milyon avronu isə Madridin "Real" klubu ödəyəcək.

Tərəflər danışıqları bu həftənin sonuna kimi yekunlaşdırmaq niyyətindədir. Belə olan halda Ançelotti öz ad günündə, iyun ayının 10-da "Real"ın baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, daha əvvəl PSJ-nin idman drektoru Leonardo bildirmişdi ki, klub Ançelottini baş məşqçi postunda saxlamaq niyyətindədir.

Azərbaycan Lüksemburqla heç-heçə edib: 1-1

Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 7-ci matçına çıxıb.

Berti Foqtsun komandası doğma meydanda Lüksemburq yığmasını qəbul edib.

Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan millimiz bu görüşün əsas favoriti hesab olunurdu.

Lakin bu dəfə də Azərbaycan Lüksemburqla heç-heçə edib: 1-1.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti matçını sentyabrın 6-da səfərdə İsrailə qarşı keçirəcək.

"Qalatasaray" - "Fənərbağça" arasında Superkubok oyununun keçiriləcəyi stadion müəyyənləşdi

Türkiyə Futbol Federasiyası (TFF) ölkə Superkuboku uğrunda qarşılaşmanın keçiriləcəyi məkanı müəyyənləşdirib.

"Fənərbağça" ilə "Qalatasaray" arasındakı görüş böyük ehtimalla Mersin şəhərində baş tutacaq.

Xatırladaq ki, TFF əvvəlcə bu oyunun Bakıda keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə müraciət etsə də, AFFA vaxt məhdudluğunu əsas gətirərək təklifi rədd etmişdi.

Qeyd edək ki, "Mersin Arena" stadionu 25 min azarkeş tutumuna malikdir.

Saytda Axtarış

Son xəbərlər