Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün927
DünənDünən3100
Bu həftəBu həftə17129
Bu ayBu ay26665
Bu günə qədərBu günə qədər7514882

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Azərbaycan cüdoçusu Elxan Məmmədov dünya çempionu olub

altBraziliyanın Rio de Janeyro şəhərində cüdo üzrə dünya çempionatı davam edir.


APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, yarışların altıncı günü Azərbaycan yığması daha bir medala sahib olub.

Belə ki, milli komandamızın heyətində Orxan Səfərovun (60 kq) “bürünc” qazanmasından sonra Elxan Məmmədov da fəxri kürsüyə yüksəlməyi bacarıb.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Dominik Dyuqassen (Seyşel), Or Sasson (İsrail), David Alarza (İspaniya) və Takaşi Onoya (Yaponiya) qalib gələrək, finala yüksəlib.

Qızıl medal uğrunda görüşdə isə həmyerlimiz hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.

“Neftçi” darmadağın oldu, “Xəzər Lənkəran” yenə uduzdu

alt"Sumqayıt" autsayder "Rəvan"ı qəbul edib. Bu oyunda "Rəvan" ilk 3 xalını qazanıb (0:1).

Son iki oyunda məğlub olan "Qəbələ" cəmi 3 xal toplayan "Xəzər Lənkəran"ı öz meydanında sınağa çəkib. Bu qarşılaşmada "Qəbələ" 2 cavabsız topla qalib gələrək xal ehtiyatını 9-a çatdırır. Daha bir görüşdə isə "Bakı" "Neftçi"ni qəbul edib. Paytaxt derbisin "Neftçi" darmadağın edilir. İkinci hissənin əvvəllərindən "Bakı" 10 nəfərlə qalsa belə daha bir top vurmaqla hesab fərqini üçə çatdıra bilib (3:0).

Avropa Superkubokunu “Bavariya“ qazandı

alt

UEFA Superkubokunun yeni qalibi müəyyənləşib. Həlledici görüşdə "Bavariya" və "Çelsi" komandaları üz-üzə gəlib.

Oyunun əsas vaxı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İkinci hissənin sonunda "Çelsi" azlıqda qalıb: braziliyalı yarımmüdafiəçi Ramires ikinci sarı kartla meydandan qovulub. Əlavə edilmiş vaxtda komandalar hərəyə daha bir qol vurublar. Qalib penaltilərlə müəyyənləşib. Penaltilərdə Qvardiolanı yetirmələri daha dəqiq olublar - 5:4.

“Qarabağ” belə uduzdu- Video

alt

“Qarabağ” Avro Liqanın play off mərhələsinin cavab oyununda “Ayntraxt” la oyuna çıxıb. Təmsilçimiz 2-0 hesabı ilə uduzub.

“Qarabağ” məğlub oldu

alt

“Qarabağ” Avro Liqanın play off mərhələsinin cavab oyununda “Ayntraxt” la oyuna çıxıb. 

Bu cütlüyün ilk görüşündə təmsilçimiz 2-0 hesabı ilə uduzub.

Görüşü portuqaliyalı hakim Duarte Qomes idarə edib.

“Qarabağ”: 89. Miro Varvodiç, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 16. Corc Leroy, 20. Riçard Almeyda, 70. Cumbinyo, 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov 

“Ayntraxt”: 1. Kevin Trapp. 5. Karlos Zambrano. 6. Bastian Oçzipka, 22. Stefano Celozzi, 23. Anderson Bamba, 8. Takaşi İnui, 14. Aleksandr Meyer (k), 16. Stefan Aigner, 18. Yohannes Flum, 20. Sebastian Rode, 27. Pirmin Şvegler

Ronaldu mükafatlandırma mərasiminə qatılmayacaq

alt

İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldu Avropada ilin oyunçusunun mükafatlandırma mərasiminə qatılmayacaq. 


Portuqaliyalı hücumçu Monakodakı tədbirə getməkdənsə, La Korunya şəhərinə yollanmağı üstün tutub.

Həmin şəhərdə Gerrero kuboku uğrunda keçiriləcək matçda “kral klubu” “Deportivo”nun qonağı olacaq və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Qeyd edək ki, Avropanın ən yaxşı futbolçusu adına Kriştianu Ronaldudan əlavə, Lionel Messi (“Barselona”, Argentina) və Frank Riberi (“Bavariya”, Fransa) də namizəddir.

“Qarabağ” bu gecə oynayacaq

alt

Bu gün Avro Liqanın play – off mərhələsində cavab oyunları keçiriləcək. 

Bir həftə qabaq Tofiq Bəhramov adına Respublika stadionunda 2-0 hesab ilə məğlub olan və demək olar ki, qruplara qalmaq şansını itirən “Qarabağ” bu gecə “Ayntraxt”a lazımi cavab vermək üçün oynayacaq. İlk oyunda zədə səbəbindən meydana çıxa bilməyən Reynaldo bu gün oynaya bilər. Çünki Topaz premyer Liqasının III turunda “Xəzər Lənkəran”la matçda zədə alan futbolçunun 10 gün yaşıl meydanlardan kənarda qalacağı deyilirdi. 

Qeyd edək ki, “Qarabağ” artıq Frankurtdadır. Görüş Bakı vaxtı ilə saat 23:30-da keçiriləcək. Oyunun baş hakimi portuqaliyalı Duarte Qomes olacaq.

Futbolçu meydanda dünyasını dəyişdi

alt

Argentina çempionatının III dəstəsində mübarizə aparan “Laferrrere” klubunun hücumçusu Ektor Sanabriya oyun zamanı həyatını itirib. 

Hadisə “Xeneral Lamadrid”lə görüşün 29-cu dəqiqəsində baş verib.

Həkimlər futbolçuya meydanda ilkin tibbi yardımı göstərsə də, xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb. Matçın baş hakimi Ernan Mastranxelo Argentina mətbuatına bildirib ki, futbolçu huşunu itirən zaman onun ürək fəaliyyətinin dayanmasına səbəb ola biləcək hansısa güclü mübarizədə iştirak etməyib. Çempionatın qarşıdakı turunun bütün oyunları bu üzdən 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, Ektor Sanabriya sabah 28 yaşını qeyd edəcəkdi. 

“Fənərbaxça” iki il müddətinə Avropa klub turnirlərində iştirakdan məhrum edilib

altBeynəlxalq İdman Məhkəməsi (CAS) Türkiyənin “Fənərbaxça” klubunun Avropa kuboklarında iki il iştirakına qoyulan qadağadan verilən apellyasiya şikayəti əsasında qərar çıxarıb. APA-nın məlumatına görə, CAS “Fənərəbaxça”ya verilmiş iki illik cəzanı qüvvədə saxlayıb. Qərarda bildirilir ki, UEFA “Fənərbaxçanı” danışılmış oyunların təşkili ittihamı ilə əlaqədar Avropa kuboklarında iştirakdan iki il müddətinə məhrum edib. Klubun verdiyi apellyasiya şikayəti ilə əlaqədar CAS UEFA-nın qərarının tətbiqini təxirə salıb, apellyasiya ilə bağlı qərar məlum olana kimi “Fənərbaxça”ya Çempionlar Liqası təsnifat mərhələsində iştiraka icazə verib.

CAS 21-22 avqust tarixlərində keçirilmiş dfinləmələrin nəticəsi olaraq UEFA-nın qərarını qüvvədə saxlayıb və qərar əsasında “Fənərbaxça” klubu iki il müddətinə Avropa klub turnirlərində iştirakdan məhrum edilib.

İdmançımız 5 qat dünya çempionunu üstələdi

altAzərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Cənubi Koreyanın Çunqju şəhərindəki dünya çempionatında yarımfinala yüksəlib.

Azərbaycan Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 1 nəfərlik qayıqla (M1x) çıxış edən Aleksandrov ¼ final yürüşündə ilk “3-lük”ə düşməyi bacarıb.

Onun rəqibləri arasında 5 qat dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyl (Yeni Zelandiya), eləcə də 2000-ci il Sidney olimpiadasının bürünc mükafatçısı, 2002-ci ilin dünya çempionu Marsel Hakker (Almaniya) də olub. Hakker finişə hamıdan tez – 6 dəqiqə 57,37 saniyəyə çatıb. 2-ci yeri 6 dəqiqə 59,78 saniyə nəticə göstərən Aleksandrov tutub. Bolqarıstanlı Georgi Bojilov isə 7 dəqiqə 0,21 saniyə göstərici ilə 3-cü olub. Hər 3 avarçəkən əsas yarımfinala vəsiqə qazanıb.

Stadionda kəsilən qoyuna görə UEFA-ya şikayət olundu

alt

Futbol üzrə Çempionlar Liqasında Şotlandiya “Seltik”i ilə ilk “pley-off” matçından öncə Qazaxıstanın “Şaxtyor” komandasının stadionda qurban kəsməsi ictimai təşkilatların narazılığına səbəb olub. 

ABŞ-ın “İnsanlar heyvanlarla etik davranış lehinə” təşkilatı UEFA prezidenti Mişel Platiniyə müraciət edib.

Təşkilat Platinidən Avropa futbolunda qurban kəsilməsi hallarına qadağa qoymağı tələb edib: “Biz qoçun Qazaxıstan komandasına uğur gətirməsi münasibətilə kəsilməsindən çox narahatıq. Ümidvarıq ki, Platini müasir cəmiyyətdə heyvanların qurban verilməsinə yer olmadığı ilə razılaşacaq və UEFA gözəl oyunun heyvan qanına boyanmasına operativ reaksiya verəcək”.

Qeyd edək ki, Almatıdakı “Astana Arena”da qoyunun qurban kəsilməsi ritualı “Şaxtyor”a uğur gətirib. Qazaxıstan komandası 2:0 hesablı qələbə qazanıb. Cavab görüşü avqustun 28-də Qlazqoda olacaq.

“Bilirəm ki, AFFA mənim yerimə yeni baş məşqçi axtarır“

alt“Bilirəm ki, AFFA mənim yerimə yeni baş məşqçi axtarır. Lakin mən də yeni müqavilə imzalamaq fikrində deyiləm”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis vətənində verdiyi açıqlamada gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb. Foqts AFFA-nın ona əvəzləyici axtarışına başlamasına münasibət bildirərək ilin sonunda müqaviləsi başa çatdıqda sonra yeni anlaşma haqda düşünmədiyini bildirib: “Müqaviləm ilin sonunda başa çatacaq. Yenidən orada qalmaq istəmirəm. Bu üzdən müqaviləni uzatmamağa qərar vermişəm. Mənim başqa variantlarım da var. Yox, Almaniya Futbol ittifaqında çalışmaq fikrim yoxdur. Mən elə bir komandaya gedəcəyəm ki, orada titul uğrunda mübariz apara bilək. Təbii ki, həmin iddialı komandanın maliyyə durumu da yaxşı olmalıdır. Çünki futbolçuya bəzən 30 milyon avro da xərcləməli olursan”.

Qeyd edək ki, Foqts 2008-ci ilin martından yığmamızda çalışır.

Saytda Axtarış

Son xəbərlər