Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün589
DünənDünən859
Bu həftəBu həftə2936
Bu ayBu ay51632
Bu günə qədərBu günə qədər7478966

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Azərbaycanlı idmançılar Dünya Karate Kuboku yarışlarında iştirak edəcəklər

Avqustun 10-dan 20-dək Yaponiyanın Miyaqi şəhərində Dünya Karate Kuboku yarışları keçiriləcəkdir.
 Azərbaycan Ənənəvi Karate-do Federasiyasından  bildirmişlər ki, yarışlarda ölkəmizi bu idman qurumun prezidenti Əhməd Hətəmovun başçılığı altında altı idmançıdan ibarət nümayəndə heyəti təmsil edəcəkdir.
Heyətdə Mehman Zeynalov, Fuad Əliyev, Orxan Heydərli, Süleyman Həsənov, Pənah Abdullayev və Firdovsi Fərzəliyev yer almışlar.
Qeyd edək ki, Azərbaycanlı arbitr Yusif Məmmədov yarışlarda hakimlik edəcəkdir.

Erməni hakimlərə ağır zərbə

alt

Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Avropa Liqasında keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə iki hakimin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul edib.

Bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.

Söhbət Avropa Liqasının I kvalifikasiya raundunda Finlandiyanın “İnter” və Farer adalarının “Vikinqur” komandaları arasında iyulun 11-də keçirilmiş cavab oyununa hakimlik etmiş baş hakim Andranik Arsenyan və onun köməkçisi Oqanes Avaqyandan gedir. 

“Fənərbağça”nın sabiq futbolçusu vəfat etdi

alt

Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Selçuk Yula dünyasını dəyişib. Yula 53 yaşında ikən vəfat edib.

O, xəstəxanada keçinib. Lakin ölüm səbəbi hələ açıqlanmır.

Qeyd edək ki, Selçuk Yula son zamanlar idman şərhçisi kimi çalışıb. O, Topaz Premyer Liqasında ayın futbolçularının mükafatlandırma mərasimlərinə müntəzəm qatılıb.

"Mançester Yunayted" Ronaldoya görə 80 milyon funt xərcləməyə hazırdır

altİngiltərənin "Mançester Yunayted" klubu "Real Madrid"də çıxış edən Kriştian Ronaldonun transferinə görə 80 milyon funt-sterlinq (təqribən 92 milyon dollar) ödəməyə hazırdır.

 Son iki həftə ərzində klublar bu məsələ ilə bağlı danışıqlar aparıblar.

"Mançester Yunayted" əmindir ki, Ronaldonu geri qaytara biləcək. Madrid təmsilçisi futbolçu ilə müqaviləni uzatmaq niyyətindədir. Ronaldoya gəlincə isə o, İngiltərəyə qayıtmaq barədə düşünür.

“Qalatasaray“ qələbə qazandı

alt

"Emirates Cup"da ilk oyunlar keçirilib

Yay mövsümün önəmli turnirlərindən olan "Emirates Cup"da ilk oyunlar keçirilib. Son Türkiyə çempionu "Qalatasaray" ilk matçında "Porto" ilə qarşılaşıb.

Matçın 70-ci dəqiqəsində Felipe Melonun penaltidən vurduğu qol "Cim Bom"a qələbə qazandırıb - 1:0. Digər oyunda isə "Arsenal" "Napoli" ilə 2:2 bərabərə qalıb.

"Qalatasaray" - "Porto" 1:0
Melo, 70-pen (1:0)

"Arsenal" - "Napoli" 2:2
İnsayn, 7 (0:1), Pandev, 28 (0:2), Jiru, 73 (1:2), Koselni, 87 (2:2)

Dünya çempionu 23 yaşlı qızı zorladı

alt

Hadisə bir neçə gün əvvəl Moskvadakı mənzillərdən birində baş verib

23 yaşlı qız rusiyalı əlbəyaxa döyüş ustası Aleksandr Yemelyanenko tərəfindən zorlandığını iddia edib. 

Qız artıq Rusiya İstintaq Komitəsinə şikayət ərizəsi ilə müraciət edib. 

Hadisə dünən Moskvadakı mənzillərdən birində baş verib. Artıq qızın və Yemelyanenkonun ifadələri alınıb. 

Aleksandr Yemelyanenko müxtəlif təkbətək döyüş növləri və versiyaları üzrə dünya çempionudur.

AFFA-nın prezidenti “Qarabağ” komandasını təbrik etmişdir

Xəbər verildiyi kimi, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” komandası İsveçrənin “Gefle” kollektivini qəbul etmişdir. Oyun 1:0 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatmışdır.
Oyundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev paltardəyişmə otağına gələrək “Qarabağ” komandasının üzvlərini qələbə münasibətilə təbrik etmiş, futbolçulara UEFA Avropa Liqasında yeni qələbələr arzulamışdır.

Dünyanın ən yaxşı 50 futbolçusu

alt

Dünyanın ən məşhur idman saytlarından biri olan Goal.com ilin ən yaxşı 50 futbolçusunun siyahısını açıqlayıb. 

"Qalatasaray"ın forvardı Burak Yılmaz 20-ci yerdədir. İlk üçlükdə Kriştianu Ronaldu, Frank Riberi və Lionel Messi qərarlaşıb. 

50. Frank Lampard
49. Lee Keun-Ho
48. Robbie Keane
47. Hisato Sato
46. Fernandinho
45. Itumeleng Khune
44. Victor Wanyama
43. Henrikh Mkhitaryan
42. Andrea Pirlo
41. Roman Weidenfeller
40. James Rodriguez
39. Omar Abdul Rahman
38. Willian
37. Raphael Varane
36. Isco
35. Ilkay Gundogan
34. Paolo Guerrero
33. Jackson Martinez
32. Juan Mata
31. Luis Suarez
30. Igor Akinfeev
29. Mohamed Aboutrika
28. Thibaut Courtois
27. Manuel Neuer
26. Mario Gotze
25. Zlatan Ibrahimovic
24. Sunday Mba
23. Javi Martinez
22. Mario Mandzukic
21. Ignacio Scocco
20. Burak Yilmaz
19. Andres Iniesta
18. Dante
17. Radamel Falcao
16. Edinson Cavani
15. Robert Lewandowski
14. Neymar
13. Fred
12. Paulinho
11. Bastian Schweinsteiger
10. Robin van Persie
9. Arturo Vidal
8. Thiago Silva
7. Philipp Lahm
6. Gareth Bale
5. Arjen Robben
4. Thomas Muller
3. Cristianu Ronaldu
2. Franck Ribery
1. Lionel Messi

Azərbaycan referisi UEFA Avropa Liqasının oyununa təyinat aldı

alt

FIFA referisi Anar Salmanov UEFA Avropa Liqasının III təsnifat mərhələsinə təyinat alıb.

O, avqustun 1-də Norveçin "Tromse" klubu ilə Lüksemburqun "Differdange" komandası arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Anar Salmanova Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. 

Hakimlərimizin idarəçiliyinə Sergey Zuyev (Rusiya) qiymət verəcək.
Oyunun UEFA nümayəndəsi almaniyalı Tomas Veyinq olacaq.

Ronaldonun 7,5 milyon dollarlıq sərvəti

alt

Real Madridin ulduzu Kriştiano Ronaldonun qarajında 7,5 milyon dollarlıq sərvət var. Bahalı avtomobillərə qarşı xüsusi marağı olan oyunçu qarajında 14 ədəd bahalı avtomobil saxlayır. 

O sonuncu dəfə 500 min dollar ödəyərək dünyanın ən sürətli avtomobili sayılan “Koenigsegg CCX” alıb. 

Ronaldonun bir-birindən bahalı avtomobillərinin siyahısını təqdim edirik:


“Bugatti Veyron”- 3 milyon avro

“Ferrari 599 GTO”- 600 min avro

“Ferrari F430”- 450 min avro

“Bentley Continental GTC”- 450 minavro

“Koenigsegg CCX”- 400 min avro
“Aston Martin DB9”- 400 min avro

“Rolls Royce PD Coupe”- 355 min avro

“Audi R8”- 350 min avro

“Ferrari 599 GTB”- 300 min avro

“Maserati GranCabrio” 250 min avro

“Audi RS6”- 250 min dollar

“Audi Q7”- 200 min avro 

“Mercedes C220 CDI” - 150 min avro 

“Porsche Cayenne Turbo”- 85 min avro

Superkubokun qalibi müəyyənləşdi - VİDEO

alt

Futbol üzrə Almaniya Superkubokunun qalibi müəyyənləşib. Həlledici görüşdə "Bavariya" və "Borussiya" (Dortmund) komandaları üz-üzə gəlib.

Son Almaniya çempionu və ölkə kubokunun qalibinin dueli böyük maraq doğururdu. Bu görüşdə rəqibini 4:2 hesabı ilə məğlub edən "Borussiya" superkuboka sahib çıxıb.

Qeyd edək ki, "Bavariya" klubu avqustun 30-da UEFA Superkuboku çərçivəsində "Çelsi" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

"Borussiya" (Dortmund) - "Bavariya" - 4:2
Qollar: Reus, 6 (1:0), Robben, 54 (1:1), Van Buyten, 56-avtoqol (2:1), İlkay Gündoğan, 57 (3:1), Robben, 64 (3:2), Reus, 86 (4:2)

Arşavindən futbolçuya yaraşmayan hərəkət- VİDEO

alt

Rusiyanın "Zenit" və "Kuban" klubları arasında keçirilən oyunda Andrey Arşavinin futbolçuya yaraşmayan hərəkəti mətbuatın diqqətini cəlb edib. 

ANS PRESS-in verdiyi xəbərə görə, futbolçu "Kuban"ın qapıçısı Belonova qarşı kobud qayda pozuntusuna yol verib. 

Videodan göründüyü kimi Arşavinin bu hərəkətinə hakim sarı vərəqə vermir, yalnız yüngül xəbərdarlıqla kifayətlənir.

 

Saytda Axtarış

Son xəbərlər