Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün119
DünənDünən859
Bu həftəBu həftə2466
Bu ayBu ay51162
Bu günə qədərBu günə qədər7478496

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Üzgüçülərimiz dünya çempionatında iştirak edəcək

alt

Azərbaycan üzgüçüləri iyulun 28-də Barselonada keçiriləcək su idmanı növləri üzrə dünya çempionatında medallar uğrunda mübarizəyə qoşulacaqlar. Bu barədə Azərbaycan Su İdmanı Növləri Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.

Onun sözlərinə görə, ümumilikdə yarışlarda Azərbaycanı 4 idmançı təmsil edəcək. Bundan başqa, idmançılarımız suya tullanma üzrə yarışlarda da mübarizə aparacaqlar.

Baş katib bildirib ki, çempionat ərəfəsində FINA-nın (Beynəlxalq Üzgüçülük Federasiyası) iclası keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyi və Federasiya təmsilçilərinin daxil olduğu nümayəndə heyəti iclasda iştirak edib.

İclas zamanı Xulio Maqlione yenidən FINA-nın prezidenti seçilib.

“Xəzər Lənkəran“ məğlub oldu - 0:8

alt

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. 

Təmsilçilərimizdən “Xəzər Lənkəran” öz meydanda İsrailin “Makkabi” (Hayfa) klubunu qəbul edib. 

Cənub təmsilçisin ilk oyunda rəqibinə uduzmağını və “Makkabi”nin komandamızdan birbaş güclü olmağını nəzərə alsaq, İsrail klubunun mərhələ adlayacağı daha real görünürdü. Çünki təmsilçimiz növbəti mərhələyə adlaması üçün güclü "Makkabi" klubuna ən azı 3 cavabsız qol vurmalı idi. 

Amma bunun əksi oldu. "Makkabi" "Xəzər Lənkəran"ı biabırçı məğlubiyyətə uğratdı. İsrail klubu 90 dəqiqə ərzində komandamızın qapısından 8 cavabsız top keçirdi.

“Neftçi”nin baş məşqçisi istefa verdi

alt

Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclası keçirilib.

Klubdan bildiriblər ki, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib. Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.

"Neftçi" sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.

“DÇ-2022”-nin final mərhələsi nə vaxt keçiriləcək?

alt

FİFA rəhbərliyi 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının final mərhələsinin təqvimini təxminən müəyyənləşdirib. Bu haqda Almaniyanın nüfuzlu “Kicker” jurnalı məlumat yayıb.

Təqvimə əsasən, turnirin açılış matçı noyabrın ortalarında, final görüşü isə dekabrın 18-də keçiriləcək.

Jurnal yazıb ki, məhz bu səbəbdən Almaniya bundesliqası yaz-payız sistemində keçirilə, çempionata oktyabrda yekun vurula bilər.

Xatırladaq ki, DÇ-nin final mərhələsinin qışda keçirilməsi təşəbbüsü ilə FİFA prezidenti Yozef Blatter çıxış edib. Buna səbəb yayda Qətərdə havanın hərarətinin 50 dərəcəyədək çatmasıdır.

“Real“ Madriddən “Barselona“ya gözlənilməz açıqlama

alt

"Barselona"nın baş məşqçisi Tito Vilanovanının gedişi haqda "Real" Madrid rəsmi səhfəsində başsağlığı verib.

"Real" Tito Vilanovaya öz sevgisini çatdırıb: "Biz, həmçinin Titonun ailəsinə, dostlarına və "Barselona" klubuna öz sevgi və sayğımızı izhar edirik".

Xatırladaq ki, 43 yaşlı mütəxəssisin vəziyyəti yenidən nasazlaşıb və müalicə kursu keçmək məcburiyyətində qalıb.

Dünyanı şoka salan açıqlama

altƏl-Xəlaifi "Barselona" futbol klubunu açıq şəkildə hədələyib.

 Fransa birinci liqasının çempionu - PSJ klubunun rəhbəri Nasir Əl-Xəlaifi gündəmi sarsıdacaq açıqlama verib.

"Barselona"nın brazilyalı müdafiəçisi Tadio Silvanı təkidlə istəməsindən sonra açıqlama verən Nasir Əl-Xəlaifi İspaniya kulubunu hədələyib:

"Tadio Silvianın 4 illik müqaviləsi var və PSJ-də qalmaq istəyir.
"Barselona"nın təklifini qəbul etməyəcək. Əgər "Barselona" Tadio Silvianın müqaviləsini ləğv olunma cəriməsini ödəyib onu bizdən alarsa, mən də Messinin xasiyyətnaməsini geri alaram".

Azərbaycan güləşçiləri Gürcüstandan 6 medalla qayıdıblar

altGürcüstanda keçirilən Temo Kazaraşvilinin xatirə turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanıb.

Finala qədər maneəsiz gələn güləşçilərimizdən Nofəl Babayev (42 kq) və Mehrac Kərimov (69 kq) gürcü, Elçin Məmmədov (54 kq) və Zahid Ələkbərzadə (58 kq) isə türk güləşçi ilə görüşdən məğlub ayrılıb və gümüş medalla kifayətləniblər.

Adambek Şidukov (100 kq) gürcü güləşçi ilə həlledici görüşdə qalib gəlib və bürünc medal qazanıb. 100 kq çəkidə digər təmsilçimiz Cavid Feyziyev də bürünc medala sahib olub.

Yaşar Məmmədzadə (46 kq) və Şamo Süleymanov (58 kq) isə beşinci olub.

Komanda hesabında Azərbaycan güləşçiləri üçüncü sırada qərarlaşıb. İlk sıranı Gürcüstan, ikinci yeri Türkiyə pəhləvanları tutub.

Azərbaycan boksçuları Ukraynada 4 medal qazandılar

alt

Ukraynanın Mariopol şəhərində Makar Mazayın xatirəsinə həsr olunmuş sayca 47-ci turnirə yekun vurulub.

"İliçevets" İdman Sarayında keçirilən yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Komandamz Ukraynadan 1 gümüş və 3 bürünc medalla dönüb.

64 kq çəki dərəcəsində mübarizə aparan Kamran Baxşəliyev finala kimi irəliləsə də, həlledici döyüşdə yerli idmançı Aleksandr Qreçixə uduzaraq 2-ci yerə layiq görülüb. Əbdürrəhman Şirinov (52 kq), Fərid Ağamoğlanov (56 kq) və Ariz İbrahimov (60 kq) bürünc medalla kifayətləniblər.

“Mançester Yunayted“ “Çelsi“nin təklifini rədd etdi

alt

İngiltərənin "Mançester Yunayted" klubu London təmsilçisi "Çelsi"nin hücumçu Ueyn Runinin transferi ilə bağlı təklifini rədd edib. 

Runinin "Mançester Yunayted"i tərk edəcəyi barədə şayiələr uzun müddət davam edirdi. Mövsümün sonunda 1986-ci ildən etibarən kluba rəhbərlik edən Aleks Ferqyusonun komandanı tərk etməsindən sonra Runinin digər kluba keçməsi barədə şayiələr daha da artdı.

Ötən həftə "Mançester Yunayted"in yeni baş məşqçisi Devid Moyes Runi ilə görüşdən sonra bildirib ki, futbolçu klubda qalacaq.

Xatırladaq ki, Runinin müqaviləsinin müddəti 2014/2015-ci il mövsümünün sonuna kimidir.

Azərbaycan-Türk Futbol Məktəbinə daha bir dəstək

alt

Azərbaycan- Türk Futbol Məktəbinin acılması Türkiyədə böyük maraqla qarşılanıb. Türkiyənin tanınmış texniki direktorlarından biri olan Yilmaz Vuraldan sonra daha bir dəstək də Güvən Kurtardan gəlib.

G.Kurtar Azərbaycan- Türk Futbol Məktəbinin direktoru və özünün xarici ölkələrdəki meneceri olan Yusuf Uncular vasitəsilə təbriklərini çatdırıb. O, məktəbin açılışında içtirak edəcəyini və məktəbin fəaliyyətinə böyük ümidlər bəslədiyini vurğulayıb.

Qeyd edək ki. G.Kurtar qısa müddət əvvəl Mübariz Mənsimovun “Xəzər Lənkəran”a gəlmək təklifini qəbul etməmişdi.

G.Kurtar “Kocaelispor”u çempionluğa çıxararaq, UEFA-da çıxış edən bir sıra komandaları çalışdırıb.

UEFA siyahı açıqladı

alt

UEFA 2012/2013-cü il mövsümündə Avropanın ən yaxşı oyunçusu adına on namizədin siyahısını açıqlayıb.

Siyahı UEFA-ya daxil olan ölkələrin jurnalistlərinin səsverməsi nəticəsində müəyyənləşib. Onluğa “Bavariya” klubundan dörd futbolçu – Tomas Müller, Frank Riberi, Aryen Robben və Bastian Şvaynştayqer daxildir. Bundan başqa Kriştianu Ronaldu (“Real”), Lionel Messi (“Barselona”), Zlatan İbrahimoviç (PSJ), Qaret Beyl (“Tottenxem”), Robert Levandovski (“Borrusiya”) və Robin van Persi (“Mançester Yunayted”) də ilk onluqda yer alıblar.

Ronaldo Gürcüstanda futbol akademiyasının açılışını edib

alt

Dünya futbolunun ulduzu, Portuqaliya yığmasının və Madridin "Real" komandasının oyunçusu Kriştianu Ronaldu Tbilisidə bazar günü Tbilisi "Dinamo"sunun futbol akademiyasını açıb. 

Məktəbə Vitali Daraseliyanın adı verilib.

Açılışda həmçinin Ukrayna futbolçusu Andrey Şevçenko və Gürcüstanın energetika naziri, Gürcüstan yığmasının sabiq kapitanı Kaxa Kaladze də olublar.

Tbilisi "Dinamo"sunun prezidenti Roman Pipiyanın bildirdiyinə görə, bu regionda ən böyük və müasirləşdirilmiş futbol məktəbidir.

Ronaldu öz növbəsində qeyd edib ki, o, həmişə futbol məktəblərinin açılışı ilə bağlı belə təntənəli tədbirlərdə iştirak etməyə şaddır.

"Uşaqların futbolçu olması və sonra özlərinin həyatını təmin etməyə imkan əldə etməsi çox yaxşı haldır", Ronaldu qeyd edib.

Saytda Axtarış

Son xəbərlər