Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün441
DünənDünən1775
Bu həftəBu həftə5911
Bu ayBu ay54607
Bu günə qədərBu günə qədər7481941

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Mayk Tayson dəfələrlə intihara cəhd edib

alt

Boks üzrə sabiq dünya çempionu Mayk Tayson həyatında bir neçə dəfə intihara cəhd edib. 

Bu barədə Dəmir Mayk mətbuata verdiyi müsahibəsində deyib. 

Onun sözlərinə görə, narkotik asılılığı və həyatın çətinliyi ilə bağlı problemlərə bu üsulla son qoymağa çalışıb.

"İnanın, mən intihar etmək istəmişəm. Hər axşam həddən artıq narkotik qəbul edirdim", - o əlavə edib. 

Futbol tarixinin ən bahalı transferi

alt

Uzun müddətdi “Real”a transferi gözlənilən Uels yığmasının futbolçusu Qaret Beyllə bağlı yeni xəbər yayılıb. 

İspaniyanın “Cadena Cope” radiosu madridlilərin “Tottenhem”in sol cinah oyunçusunun keçidini 99 milyon avroya bitirdiyini iddia edir. Belə ki, Qaretin 6 illik müqaviləyə imza atdığı deyilir.

Bununla da legioner “Real”ın tarixində ən bahalı transfer adına sahib çıxır. Belə ki, bunadək nəinki klubun, ümumiyyətlə, dünya futbol tarixində ən bahalı transfer – 2009-cu ildə “Mançester Yunayted”dən 96 milyon avroya alınan portuqaliyalı hücumçu Kriştianu Ronaldo idi.

“Real”ın bu axşam keçiriləcək “Bernabeu kuboku”na kölgə salmamaq üçün yeni transferini cümə günü açıqlayacağı qeyd olunur. 

AFFA-nın baş katibi beynəlxalq təyinat alıb

alt

AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb. 

Avqustun 30-da, Çexiyanın paytaxtı Praqa şəhərindəki Eden stadionunda keçiriləcək UEFA Super Kuboku uğrunda oyunun UEFA nümayəndəsi Elxan Məmmədov olacaq.

Super Kubok uğrunda oyunda Çempionlar Liqasının son qalibi "Bayern" (Münxen, Almaniya) və ötən mövsüm UEFA Avropa Liqasında ən yüksək nəticəyə imza atmış "Çelsi" (London, İngiltərə) klubları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Məşhur futbolçu intihar etdi

alt

Məşhur rumın futbolçusu və məşqçisi Kostike Ştefenesku Buxarestdəki hərbi hospitalın 5-ci mərtəbəsindən özünü aşağı ataraq intihar edib. 

Kostike Ştefenesku xərçəngin ağır formasından əziyyət çəkirmiş. Xəstəxanaya daxil olmamışdan əvvəl o Almaniyada uğursuz müalicə kursu keçib. 

Rumıniyanın üçqat çempionu, ölkə Kubokunun beşqat sahibi olan Ştefenesku 1977-1985-ci illərdə milli yığmanın tərkibində çıxış edib. 1986-cı ildən 2012-ci ilədək “Styaua”, “Politexnik” və “Universitati” klublarının baş məşqçisi olub.

Türkiyə millisinin baş məşqçisi istefa verdi

alt

Türkiyə milli futbol komandasının baş məşqçisi Abdullah Avcı istefa verib.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

2011-ci ildən qardaş ölkə yığmasını çalışdıran 50 yaşlı mütəxəssis istefa mətnində bu sözləri qeyd edib: “Futbolda qazanmaq da, məğlub olmaq da olduğu kimi birlikdə çalışmaq da, ayrılmaq da var. Mən də ayrılmağın ən doğru qərar olduğunu düşündüm və bu fikrimi TFF prezidenti cənab Yıldırım Dəmirörən ilə paylaşdım. Başda federasiya rəhbəri olmaq üzrə bütün TFF rəsmilərinə mənə verdikləri dəstəyə görə təşəkkür edirəm”.

“Qarabağ“ - “Xəzər Lənkəran“ matçından sonra düşən dava- Video

alt

"Qarabağ" - "Xəzər Lənkəran" matçından sonra düşən davanın yeni videosu yayılıb. 

Dalgatv.ge istinadən həmin videonu təqdim edir:

Nizami rayon polis bölməsindən "Qafqazinfo"ya verilən məlumata görə, sözügedən hadisə ilə bağlı bölməyə heç bir məlumat daxil olmayıb.

Xatırladaq ki, "Qarabağ"- "Xəzər Lənkəran" qarşılaşmasında hesab 2-0 "Qarabağ"ın xeyrinə başa çatıb.

İspaniyalı futbolçu: “Simurq”la heç-heçə biabırçılıqdır”

"Xəzər Lənkəran”ın ispaniyalı futbolçusu Alvaro Silva komandasının Topaz Premyer Liqasındakı startını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi ilk turda “Sumqayıt”la heç-heçədən sonra “Simurq”la görüşdə də xal itirilməsini bağışlanmaz sayıb.


2 turdan sonra hesabında 2 xal olan cənub təmsilçisinin arxa xətt futbolçusu III turun “Qarabağ”la avqustun 18-dəki səfər oyununda qələbənin vacibliyini vurğulayıb: “Son oyunumuzdakı 0:0 hesabı biabırçılıqdır. Biz ona görə qalib gələ bilmədik ki, buna layiq deyildik. Artıq başqa çıxış yolumuz yoxdur: oyunumuzu təkmilləşdirib növbəti turda qələbə qazanmalıyıq”. 

“Bakı” uduzdu, “Neftçi” qələbə qazandı

alt

Dünən Topaz Premyer Liqanın II turuna start verilib. 

Ilk oyun günündə iki qarşılaşma keçirilib.

Hər iki qarşılaşma Bakıda baş tutub. İlk turda uduzan "Bakı" bu dəfə AZAL-a minimal hesablı məğlub olub.

İlk turu xalsız başa vuran "Rəvan" isə bu dəfə çempion "Neftçi"yə buraxdığı iki cavabsız qolla yenilib. 

Qeyd edək ki, bugün keçiriləcək üç oyunla tura yekun vurulacaq.

Topaz Premyer Liqası
II tur

10 avqust

AZAL – “Bakı” - 1:0

QOL: Viktor İqbekoi, 27 

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Yaşar Abbasov, Ömər Paşayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AZAL Arena stadionu

“Rəvan” – “Neftçi” - 0:2

QOLLAR: Bahodir Nasimov, 15; 86 

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elşən Acalov, Ramil Əhmədov
Bayıl Arena stadionu 

Cüdoçularımız Dünya Çempionatında 2 medal qazandı

altİki cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb


Avqustun 8-dən 11-dək Mayamidə keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatının ilk günündə cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar. Anspress Cüdo Federasiyasına istinadən xəbər verir ki, Mayamidə dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparır. 50 kq çəki dərəcəsində Natiq Qurbanlı bütün rəqiblərindən güclü olaraq komandamıza ilk qızıl medalı qazandırıb. Qızlar arasında isə 40 kq Leyla Əliyeva yalnız Yaponiya təmsilçisindən geri qalaraq ikinci olub.

Qeyd edək ki, Dünya Çempionatını izləməyə Azərbaycan Cüdo Federasiyasının Vitse-prezidenti Elnur Kələntərov və Baş Katibi Elnur Camalxanov da qatılıb. 50 kq çəkidə qalib gəlmiş Natiq Qurbanlıya qızıl medalı Elnur Kələntərov təqdim edib.

İlk dəfə 2009, daha sonra 2011-ci ildən keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatı artıq 3-cü dəfədir ki baş tutur. Yeniyetmə cüdoçularımız isə ilk dəfədir ki bu Çempionatda medal qazanır. Beləliklə, cari ilin nəticələrinə görə Dünya Çempionatı ölkəmiz üçün tarixi qələbələrlə yadda qalır.

Digər bir sevindirici xəbər isə artıq iki cüdoçumuzun 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanmasıdır.

“Fənərbaxça“nın rəqibi müəyyənləşdi

alt

İsveçrənin Nyon şəhərində cümə günü UEFA Çempionlar Liqasında "pley-off" mərhələsinin püşkü atılıb.

Püşkün nəticələrinə görə, Türkiyənin "Fənərbaxça" klubu bu mərhələdə İngiltərənin adlı-sanlı "Arsenal" klubu ilə qarşılaşacaq.

"Pley-off" mərhələsinin oyunları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

Digər cütlüklər:

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Avstriya" (Avstriya)

"Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə)

"Viktoriya" (Çexiya) - "Maribor" (Sloveniya)

"Şaxtyor" (Karaqandi, Qazaxıstan) - "Seltik" (Şotlandiya)

"Styaua" (Rumıniya) - "Legiya" (Polşa)

"Lion" (Fransa) - "Real Sosyedad" (İspaniya)

"Şalke" (Almaniya) - "Metallist" (Ukrayna)

"Pakos de Fereyra" (Portuqaliya) - "Zenit" (Rusiya)

PSV (Hollandiya) - "Milan" (İtaliya)

Azərbaycan Olimpiya Oyunlarına 2 lisenziya qazandı

alt

ABŞ-ın Mayami şəhərində yeniyetmə cüdoçular arasında dünya birinciliyinə start verilib. 

Yarışın ilk günü Azərbaycan millisi üçün uğurla başa çatıb.

Belə ki, tatamiyə çıxan 5 idmançımızdan 2-si fəxri kürsiyə yüksəlməyi bacarıb. Cüdoçularımızdan Natiq Qurbanlı (50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olduğu halda, Leyla Əliyeva (40 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.

Onlar həlledici görüşə çıxmaqla, həmçinin gələn il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya da qazanıblar.

Qeyd edək ki, hələ 7 cüdoçumuzun da mübarizəyə qoşulacağını nəzərə alsaq, lisenziyaların sayı daha da arta bilər.

“Qarabağ“ klubunun rəqibləri müəyyənləşdi

alt

Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Ağdamın "Qarabağ" klubunun beş potensial rəqibi müəyyənləşib. 

UEFA-nın saytında bildirilir ki, komandamızın rəqibi beş komandadan biri - "Sevilya" (İspaniya), "Standart" (Belçika),
"Ayntraxt" (Almaniya), "Zalsburq" (Avstriya) və "Nordsjeeland" (Danimarka) olacaq.

Avroliqanın püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16.00-da başlanacaq.

Saytda Axtarış

Son xəbərlər