Dalga Televiziyasi Georgi Tsetsadze: "Bakıda edə bilmədiyimizi sabah etməyə çalışacağıq"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün813
DünənDünən634
Bu həftəBu həftə7249
Bu ayBu ay51948
Bu günə qədərBu günə qədər7422422

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Georgi Tsetsadze: "Bakıda edə bilmədiyimizi sabah etməyə çalışacağıq"

 "Bakıda keçirilən ilk görüşdə edə bilmədiyimizi sabah ortaya qoyaraq, qalib gəlməyə çalışacağıq".

"Report"un məlumatına görə, bunu Gürcüstan "Samtredia"sının baş məşqçisi Georgi Tsetsadze "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Samtredia"nın ilk görüşdə 0:5 hesablı məğlubiyyətə layiq olmadığını deyən "Qarabağ"lı həmkarı Qurban Qurbanova minnətdarlıq edib. O, nəticənin hər şeyi ifadə etdiyini təsdiqləyib. Bununla yanaşı, G.Tsetsadze oyuna köklənə bilmədiklərini söyləyib:

"5 qoldan 4-nü ilk və ikinci hissənin sonlarında buraxdıq, 1-ni isə oyunun əvvəlində. Bu, analiz olunası detallardan biridir. Lakin mən yaxşı oynadığımızı deyə bilmərəm. Hazırda "Qarabağ" çox yaxşı komandadır".

G.Tsetsadze cavab görüşündə korrektələr edəcəklərini vurğulasa da, bu addımı rəqibin imkanlarına uyğun atacaqlarını açıqlayıb:

"2014-cü il dünya çempionatında Almaniya Braziliyanı 7:1 hesabı ilə yenmişdi. Bu, iki komanda arasındakı oyun fərqindən xəbər vermirdi. "Qarabağ"la bizim aramızda da belə bir fərq yox idi. Lakin tarixdə nəticə qalır. Rəqibi aşağılamaq istəmirəm. Onlar qələbəyə layiq idilər. Daha yaxşı olardı ki, görüş 0:5 yox, 0:0 və ya 0:2 hesabı ilə nəticələnərdi. İlk oyunda rəqib bizə hücum imkanı yaratmışdı. Sabahkı görüşdə dəyişikliklər edəcəyik. Amma bu o demək deyil ki, mütləq 6:0 hesabı ilə qalib gələcəyik".

Baş məşqçi Şotlandiya "Reyncers"inə qalib gələn Lüksemburq "Proqres"i kimi mərhələ adlaya bilməmələrinin səbəbini belə izah edib:

"Bizi nə Lüksemburq, nə də "Barselona" ilə müqayisə edin. Öz inkişafımızın qayğısına qalın. Klublarda məşqçilər və oyunçular inkişaf etməsə, problemlər həllini tapmayacaq. Kifayət qədər problem var. Hazırkı mətbuat konfransı isə bunun üçün deyil".

Qeyd edək ki, Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Saytda Axtarış

Son xəbərlər