Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün387
DünənDünən3147
Bu həftəBu həftə387
Bu ayBu ay53878
Bu günə qədərBu günə qədər4000595

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Prezidentin qızının adından məktubu yayıldı - “Tezliklə öləcəm...Eşit ana...”

alt

Tvitterdə özünü Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə kimi təqdim edən hesab açılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Afina adlı istifadəçi artıq sözügedən hesabla iki məktub paylaşıb. O, ilk məktubunda anasına müraciət edərək “Tezliklə öləcəm...Eşit ana...daha bacarmıram” yazıb.

Daha sonra isə “Artıq qana vərdiş etmişəm. Ov damarlarımı kəsəcək” yazıb.

Məktubunda onu qızı İmandan ayırdıqlarını və atası ilə vidalaşmağa qoymadıqlarını da bildirib.

“... Azərbaycanlı kişi sevməmişəm” - Hollivud ulduzu

alt

Bu gün "Cinema Plus"da "Əli və Nino" filminin qəhrəmanları ilə mətbuat konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirə filmin yaradıcı heyəti qatılıb. Azərbaycandan isə aktrisa Mehriban Zəki iştirak edib. Filmin baş qəhrəmanı, Hollivud ulduzu Maria Valverde Azərbaycana aşiq olduğunu bildirib:

"Mən gürcü qadın obrazını canlandırmışam. Əlbəttə, real həyatda azərbaycanlı kişini sevməmişəm, ancaq hamımız Azərbaycana aşiq olduq. Bakıdan növbəti dəfə təklif alsam sevinərəm".

Filmin digər ulduzu Numan Acar isə Xınalıq kəndini çox sevdiyini bildirib: "Film çəkilişi zamanı çox şey yadımda qalıb. Ssenaristim zəng vurub dedi ki, 2 metr Xınalığa qar yağıb. Ancaq bu hadisə xüsusi yadımda qalıb".

Məbuat konfransında əsərin baş qəhrəmanı, Əli Xan obrazını canlandıran Adam Bakrinin Bakıya gəlməməyi barədə məlumat verilib. Qeyd olunub ki, aktyorun "green kart"ı ilə bağlı problemi olub, Bakıya gələ bilməyib.

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Gürcüstanda beynəlxalq konfransda çıxış ediblər

alt

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, direktorun elmi işlər üzrə müavini Fərhad Əzizov və əməkdaşlardan bir qrupu Tbilisidə “Kənd təsərrüfatının davamlı inkişafı naminə ekoloji təmiz məhsullar istehsalının müasir texnologiyaları” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, konfrans Gürcüstanın Kənd Təsərrüfatı Akademiyasının təşkilatçılığı və Şota Rustaveli adına Milli Elm Fondunun maliyyə dəstəyi ilə keçirilib.

Tədbirdə azərbaycanlı alimlər “İpəkçilikdə flüoresent maddələrin tətbiqi ilə rəngli baramanın alınması”, “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin yerli armud (Pyrus communis L.) sortlarının tozcuqlarının tədqiqi”, “Azərbaycanın Şəki-Zaqatala zonasında yetişdirilən Amarant (Amaranthus L.) bitkisinin biomorfoloji xüsusiyyətləri” və “Azərbaycanın şimal-qərb bölgəsində kənd təsərrüfatının davamlı inkişafında ekoloji təmiz əkinçiliyin əhalinin məşğuliyyətində rolu və əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

15 yaşlı qız bacısının əri ilə qaçıb... - Cəlilabadda şok olay

alt

Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, 15 yaşlı A.Nağıyevanın öz doğma bacısının həyat yoldaşı ilə qoşulub qaçdığı müəyyən edilib:

"Məlumatı oğlanın anası verib. Məlum olub ki, oğlan öz baldızı ilə Bakıya qaçıb".

Polis şöbəsindən bildiriblər ki, artıq A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

Məlumata görə, A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyir və Buta qəsəbəsində kirayədə yaşayır. O, ayda bir dəfə Cəlilabada ailəsinin yanına gəlirmiş. Sentyabrın 22-də hər iki şəxs qəfil yoxa çıxıb.

Hazırda Cəlilabad rayon Polis şöbəsinin əməliyyat-axtarış qrupu axtarışı davam etdirir.

***

15 yaşlı baldızını qaçırdığı iddia edilən Məmmədov Ələmdar Əli oğlunun anası “ölkə.az” saytına açıqlama verib. Rəvayət Məmmədova bildirib ki, gəlini hadisə olandan sonra atası evinə gedib. Eyni zamanda, “oğlunuz hər ikisiylə yaşamaq istəsə razı olarsız” sualına Ələmdarın anası “əgər məsləhət olsa, razı olaram” cavabını verib. 

Əl-ayağını bağlayıb, vanna otağına aparıblar - Kardaşyanın qarət olunmasının təfərrüatları

alt

Erməni əsilli teleulduz və model Kim Kardaşyanın qarət olunmasının təfərrüatları məlum olub.

Dalga TV Reuters agentliyinə istinadən xəbər verir ki, oğrular xizək maskasında olublar, eyni zamanda üzərində polis nişanı olan gödəkçə geyiniblər. Kardaşyanın əl-ayağının sarılaraq vanna otağında bağlı saxlanıldığı iddia olunur.

Əldə olunan məlumata görə, oğrular içərisində 5 milyon avrodan 6 milyon avroya qədər dəyəri olan zinət əşyalarının olduğu mücrünü, həmçinin dəyəri təxminən 4 milyon avro olan üzüyü oğurlayıblar.

Bundan əlavə məlum olub ki, Kardaşyan oteldə deyil, Madlen kilsəsi yaxınlığında yerləşən gizlin elit iqamətgahda qarət olunub. Belə binalarda tez-tez məşhurlar və imkanlı müştərilər qalırlar. Kardaşyanın daha öncə də ən azı 1 dəfə burada qaldığı bildirilir.

Ana öz oğluna vəhşicəsinə işgəncə verdi - Ərinə oxşadığına görə

Ana 10 yaşlı oğlunu günlərlə ac-susuz qoyub, bədənini isti su ilə yandırıb. Uşağı ölümcül hala salandan sonra xəstəxanaya aparıb.
Hadisə Türkiyənin paytaxtı Ankarada baş verib. Araşdırma zamanı məlum olub ki, qadın keçmiş həyat yoldaşına bənzədiyi üçün oğluna işgəncə verirmiş.

Ayşə Özat adlı qadın bu ilin yanvar ayında həyat yoldaşından ayrılıb. Ayrılmalarına səbəb həyat yoldaşının ona və uşaqlarına işgəncə verməsi olub. Məhkəmənin qərarı ilə ailənin iki uşağı da Uşaq evinə yerləşdirilib. 9 ay əvvəl isə qadın uşaq evinə müraciət edib. 10 yaşlı Baran Efe Özat və adı bəlli olmayan 13 yaşlı iki uşağını da oradan götürmək istədiyini deyib.

Evdə sosial və maddi yardım alacağını deyən qadın dövlət qurumunu uşaqların ona verilməsinə razı salıb.

Son altı ay ərzində o, oğluna işgəncə verməyə başlayıb. Xəstəxanada uşağın bədəninin müxtəlif yerlərində yanıq, hətta deşilmiş, kəsilmiş yaralar da aşkarlanıb. Hazırda həkimlər uşağı həyata qaytarmaq üçün çalışır. Lakin uzun müddət qida qəbul etməyən oğlanın vəziyyəti ağır dəyərləndirilir.

Qadın işgəncələr verdiyi oğlunun keçmiş həyat yoldaşına oxşadığını deyib. Onun sözlərinə görə, əri də ona belə işgənncələr verirmiş. O, gördüyü hallüsinasiyalar səbəbindən oğlunu əri zənn etdiyini və bu hərəkətləri törətdiyini deyib.

Gürcüstan prezidenti: “Roma Papasının səfəri regionda təhlükəsizliyi təmin etmək üçün mesajdır”

 Gürcüstan prezidenti Georgi Marqvelaşvili Roma Papası ilə Fransisklə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş jurnalistlər üçün qapalı keçib.

Mətbuat konfransında jurnalistlərə açıqlama verən Gürcüstan prezidenti G. Marqvelaşvili Gürcüstanın qarşıdurma yaradan ölkə olmadığını, torpaqlarının işğal olunduğunu və ölkənin sülh yolu ilə addımladığını bildirib: “Bu gün biz təcavüzün 40 kilometrliyindəyik. Torpaqlarımızın 20%-i işğal olunub. Hər gün etnik gürcülərin yaşadığı bölgədə təcavüz, insan oğurluğu, ölüm hadisələri baş verir. Bu hadisələr ona görə baş verir ki, işğal olunan ərazilərin yaxınlığında yaşayanlar etnik gürcülərdir. Bu insanlar qonşuları ilə görüşə bilmir və onlara yaxınları ilə görüşmək qadağan olub. Bizim başlıca məqsədimiz torpaqlarımızı qaytarmaqdır. Əhali siyasi situasiyaya görə əziyyət çəkməməlidir”.
 


Prezident mətbuat konfransında Vatikan rəhbərinə onun Gürcüstana səfərinin dünyaya sülh çağırışı olduğunu bildirib.  

Roma Papası isə Gürcüstana sülh və əmin-amanlıq arzulayır. 

Roma Papası Tbilisiyə səfərə gəlib

Roma Papası Fransisk sentyabrın 30-da Tbilisiyə səfərə gəlib. Şota Rustaveli Beynəlxalq Aeroportunda Papanı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Gürcüstanın katolikosu ikinci İlya və digər rəsmi şəxslər qarşılayıblar.

Rəsmi qarşılanma mərasimindən sonra Roma Papası Gürcüstanın Prezident sarayına gəlib, burada dövlət başçısı Giorgi Marqvelaşvili ilə görüşüb.

Sonra Papa sarayın həyətində hökumət üzvləri, vətəndaş cəmiyyətinin və diplomatik korpusun nümayəndələri ilə görüşüb.

Oktyabrın 1-də Papa Tbilisidəki Mixeil Mesxi adına stadionda Müqəddəs ayin həyata keçirəcək. Liturgiyadan sonra Fransisk Gürcüstandakı katolik kilsəsinin keşişləri və din xadimləri ilə görüşəcək.

Oktyabrın 2-də isə Papa Fransisk Tbilisidən Bakıya səfər edəcək.

Düyməni basmaqla genişlənən ev

ABŞ-ın təkər üstündə ev tikintisi sahəsində ixtisaslaşan “Tiny Idahomes” şirkəti mobil yaşayış evinin yeni modelini təqdim edib.

AZƏRTAC “novate.ru" saytına istinadla bildirir ki, bütün standartlara cavab verən evin divarları lazım olduğu halda düyməni basmaqla aralanaraq, genişlənə bilir.

Evin ümumi sahəsi 23 kvadratmetr təşkil edir. Rahat yaşayış üçün burada hər cür şərait yaradılıb. Belə ki, qonaq otağında divan, mətbəxdə isə qaz sobası, soyuducu və məişət əşyalarını saxlamaq üçün şkaf qoyulub.

İşıqlandırma sistemi işıq diodları lampaları ilə həyata keçirilir. Evin damında isə günəş batareyaları quraşdırılıb. Modul evin qiyməti 68 899 dollardır.

Gəlinin atası toyda qumbara partlatdı - 16 ölü

Yəmənin cənub-qərbində Yarim şəhərində keçirilən toyda partlayış baş verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, toyda iki qumbara partlaması nəticəsində 16 nəfər ölüb. Onlardan 12-si qadın, 4-ü uşaqdır. 20 yaralı isə Damar vilayətindəki xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qumbaralarıı gəlinin əqli çatışmazlığı olan atası partladıb. Ölənlərin arasında gəlinin anası və nənəsi də var.

Gənc qızla oğlan özünü dənizə atdı

Bakı bulvarında növbəti dəfə intihara cəhd olub.

1996-cı il təvəllüdlü Vüsal Şahlar oğlu Alpənahov Dənizkənarı Milli Park ərazisində (“Park Bulvar”ın yanı) özünü dənizə ataraq intihara cəhd edib. Xilasedicilər intihara cəhd edən və onu xilas etmək istəyən daha 2 nəfəri xilas edərək dənizdən çıxarıb.

Bundan başqa 1997-ci ildə Sabirabadda anadan olmuş Əhmədova Rəqsanə Abbas qızı bulvar ərazisində (“Mirvari” kafesinin qarşısında) özünü dənizə ataraq intihara cəhd edib. Bulvarın mühafizəçiləri və vətəndaşlar onu sudan çıxarıblar. O ilkin ifadəsində həyatdan bezdiyini deyib.

Toyda analarının ölüm xəbərini aldılar - Qayıdanda qəzaya düşdülər (Yenilənib)

Şəki rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Cuma kəndi ərazisində qeydə alınıb.

Nəticədə 5 nəfər ağır yaralanıb. Yaralılar təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, vəziyyətləri ağır olan yaralıların hələlik şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report.az

16:19
***


Toyda analarının ölüm xəbərini alaraq qayıdan şəxslər yolda qəzaya düşüblər.

AzNews.az Region TV-yə istinadən xəbər verir ki, Qaxın Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə, eyni istiqamətdə hərəkət edən Şəkinin Cuma kəndi ərazisində yaşayan məcburi köçkün Vaqif Abdullayevin idarə etdiyi VAZ 21 011 markalı avtomobil toqquşub.

Toqquşmanın təsirindən “Mercedes” markalı avtomobil yol kənarındakı çökəkliyə aşıb.

Hadisə nəticəsində “Mercedes”də olan 4 sərnişin- Qaxın Turaclı kənd sakinləri Vəliyeva Diləfruz Əsəd qızı, Əsədova Tünzalə Məhəmməd qızı, Həsənova Sevgili Köçəri qızı və Həsənov Səbuhi Əsəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadaları ilə Şəki MRX-yə çatdırılıb.

İlkin məlumatlara görə, qəzaya səbəb yüksək sürət və dönmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub. Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, “Mercedes” markalı avtomobilin sürücü və sərnişinləri Mingəçevir rayonunda toyda olarkən onlara analarının öldüyü xəbərini veriblər və onlar məclisi tərk edərək dərhal Qax rayonuna yas mərasiminə tələsiblər.

Saytda Axtarış

Son xəbərlər