Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün640
DünənDünən634
Bu həftəBu həftə7076
Bu ayBu ay51775
Bu günə qədərBu günə qədər7422249

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Bred Pitt Ancelina Colini məhkəməyə verdi - Uşaqlarına görə

Hollivudun məşhur cütlüyü yenidən dünya mətbuatının gündəminə gəlib.

Dalga TV  xəbər verir ki, aktyor Bred Pitt uşaqlarına himayədarlıq etmək niyyəti ilə həyat yoldaşı,6 uşağının anası, aktrisa Ancelina Colini məhkəməyə verib.

Ancelina Coli 20 sentyabr tarixində məhkəməyə boşanma ərizəsini təqdim edib. Bundan sonra uşaqlar üzərində himayə məsələsi boşanma prosesinin əsas mövzusuna çevrildi. Hazırda hüquq-mühafizə orqanları Bred Pittin övladlarına qarşı zorakılıq edib etməməsini araşdırır. Buna görə də, aktyora öz uşaqlarını xüsusi nəzarət altında görməyə icazə verilib.

Ancelina Coli və Bred Pitt cütlüyü boşanmalarına səbəb kimi “şiddətli keçimsizliyi” göstəriblər.

Bir erməninin Bakı gəzintisi...

Məşhur erməni hüquq-müdafiəçisi Vahe Avetyanın Bakıda qonaq olmağına icazə verilib.

Qafqazinfo”nun məlumatına görə, Sarkisyan rejiminin tənqidçisi bu gün Bakının mərkəzini gəzib. O, paytaxtda “erməni kilsəsi” kimi tanınan abidədə olub, erməni dilində kitablarla tanış olub.

İçərişəhərdə dolanan Vahe Avetyan tarixi abidələrə baş çəkib, onların fotolarını çəkərək paylaşıb.

Qeyd edək ki, Avetyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən ilk ermənilərdəndir.

Nənə-baba da onlardan imtina etdi - Ata analarının başını kəsmişdi...

alt

“Zərdabda ailə-məişət zorakılığı zəminində baş verən qətil hadisəsinin şahidi olan 3 azyaşlı uşağa psixoloji dəstək göstərilir”.

Qafqazinfo” xəbər verir ki, bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib. Onun sözlərinə görə, komitə hazırda həmin uşaqların gələcək taleyi ilə məşğul olur: “Onlara birinci növbədə psixoloji dəstək lazımdır. Zərdabda Uşaq və Ailələrə Dəstək Mərkəzimiz var və oranın psixoloqları azyaşlılarla məşğul olur. Onlarla görüşür və reabilitasiya işləri aparırlar”.

T.İbrahimova bildirib ki, yaxın qohumları uşaqlardan imtina edib, səbəb kimi vəziyyətlərinin yaxşı olmadığını qeyd ediblər:

“Uşaqlar çox güman ki, dövlət himayəsinə veriləcək. Bununla bağlı işlər aparılır. Qohumlar uşaqlardan imtina edir. Nənə, baba və digər qohumları vəziyyətlərinin yaxşı olmadığını deyərək uşaqlardan üz döndəriblər. İndi həmin uşaqların sənədləri hazırlanır və onlar dövlət himayəsinə veriləcəklər”.

Qeyd edək ki, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətil hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə az yaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Mini yubkaya görə 40 qamçı və 5 gün həbslə cəzalanmışdı - İndi isə...

alt

15 yaşında olarkən dostlarından birinin evində verdiyi partidə mini yubka geyindiyi üçün 40 qamçı və 5 gün həbslə cəzalandırılan 35 yaşlı iranlı modelyer Tala Raassi yeni addımı ilə ölkə gündəminə düşüb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, 20 il öncə yaşadığı pis günləri unutmayan gənc qadın ABŞ-a köçərək orda xəyallarını gerçəkləşdirib. Belə ki, o, “Dar Be Dar” adını verdiyi “kupalnik” kolleksiyası ilə ABŞ moda aləmində məşhurlaşıb.

“Müsəlman bir qadın olaraq çimərlik paltarı kolleksiyası hazırladığım üçün məni bir çox qalmaqallara ortaq etmək istədilər və insanlar düşünmədən məni tənqid etməyə başladılar. Mənə deyirlər ki, hansı cəsarətlə belə bir şey etmisən? O insanlar bilsin ki, mən “kupalnik” hazırlayıram, çünki bu işi sevirəm və moda dünyasında bu sahədə formalaşmaq istəyirəm.

Azadlıq nə geyim, nə də hər hansı bir hərəkətlə deyil, həyatda nə etmək istədiyinə dair seçimini etməkdir. Bir qadın çimərlik paltarı və ya burkini geyinsə, fərq etməz. Bu, sizin öz seçiminizdir və seçiminiz sizə güc verir”, - deyə T. Raassi “Mail Online”a verdiyi reportajda bildirib.

Qeyd edək ki, Tala Raassi 2010-cu ildə “Miss Universe” Gözəllik Müsabiqəsinin sponsoru olub və ABŞ-da böyük satış uğuru əldə edib. 2012-ci ildə “Newsweek” tərəfindən Hillari Klintonla “Dünyanın ən qorxusuz qadını” seçilib. Onun eyni ildə “Fashion is Freedom” (“Moda azadlıqdır”) adlı kitabı dərc olunub.

Tatlısəs Ərdoğanla xanımından üzr istədi

alt

Bu gün Türkiyə Cumhuriyyətinin yaranmasının 93-cü ildönümüdür.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, bu münasibətlə Prezident Sarayında tədbir təşkil olunub. Dəvət olunan qonaqlar sırasında sənətçi İbrahim Tatlısəs də var. Lakin o, qrip olduğuna görə prezident Rəcəb Tayyib Ərdoğanın dəvətindən imtina etməli olub. Bu barədə müğənni “İnstagram” hesabında yazıb.

“Cumhuriyyətimizn 93-cü ili mübarək olsun. Türkiyə Cumhuriyyətinin qurulmasında və dimdik bugünlərə qədər gəlməsində canından keçən bütün şəhidlərimizi hörmətlə anıram.

İldönümü münasibətilə cənab prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın təşkil etdiyi 29 oktyabr tədbirinə ağır qripə tutulduğuma görə qatıla bilməyəcəyəm. Başda prezidentimiz və xanımı olmaqla dövləti təmsil edən bütün şəxslərdən üzr istəyirəm. Allah sizi başımızın üstündən əskik etməsin, xainlərə fürsət yaratmasın”.

Tutuquşu sahibini satdı - Xəyanətin üstünü açdı

Küveytdə qadın ərinin ona xəyanət etdiyini ev işçisi kimi danışan tutuquşudan öyrənib. 

Adı açıqlanmayan qadın ev quşundan seksual yaxınlıq çağırışı edən fikirlər eşidib. Əri isə heç vaxt ona belə sözlər deməyib. Ona görə qadın belə qərara gəlib ki, kişi bu formada evində işləyən qulluqçuya müraciət edib.

Küveytdə ərlə-arvadın xəyanəti cinayət hesab olunur. Tutuquşunun sözləri hüquq-mühafizə orqanlarının əməkdaşları üçün dəlil olub. Ancaq iş üzrə məhkəmə araşdırması zamanı quşun ifadəsindən istifadə etmək mümkün olmayıb. Nəticədə kişi həbsxanaya göndərilməkdən canını qurtarıb.

İki başlı tısbağa hamını heyrətə gətirdi

İranın Yezd əyalətində iki başlıl tısbağa dünyaya gəlib.

AzNews.az “Tehran Times”a istinadən xəbər verir ki, İranda qeyri-adi bir hadisə baş verib. Yezd əyalətinin Ətraf Mühit İdarəsinin sədri Sabər Afhami, iki başlı bir tısbağanın dünyaya gəldiyini bildirib. 

Tısbağanın səhhətinin yaxşı olduğunu bildirən Afhami, alimlərin hadisənin baş vermə səbəbini araşdıracağını deyib. 

SOCAR: Gürcüstandakı tələbələrimizin təhsil haqlarının ödənilməsində boşluq olub

 "2006-cı ildə Gürcüstan ali məktəblərində 10-15 azərbaycanlı tələbə təhsil alırdısa, 2016-cı ildə 2 minə qədər tələbə müxtəlif ali məktəblərdə müəyyən ixtisaslar üzrə təhsil alırlar". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov bildirib.


Onun sözlərinə görə, 2 minədək azərbaycanlı tələbənin təhsil haqqının 75-80%-i SOCAR tərəfindən tam şəkildə maliyyələşdirilir.

M. Məmmədov qeyd edib ki, tələbələrin təhsil haqlarının ödənilməsində 3-4 ay boşluq olub: "Mən buna çox təəssüf edirəm və buna görə hamıdan üzr istəyirəm. Amma indi belə boşluq yoxdur. Biz təhsil haqqı ilə bağlı problemi həll etmişik. Gələcəkdə çalışacağıq ki, belə boşluqlar olmasın. Biz çalışacağıq ki, gələcək nəsil savadlı olsun. Düşünürük ki, təhsilə yatırılan investisiyadan qiymətli heç nə ola bilməz".

Yeni sevgilisi özündən 21 yaş böyükdür

alt

Amerikalı aktrisa Cennifer Lourens özünə yeni sevgili tapıb.

Qafqazinfo”nun “Tatler.ru”ya istinadən verdiyi məlumata görə, 26 yaşlı aktrisa özündən 21 yaş böyük olan rejissor Darren Aronofski ilə sevgilidir.

Cütlüyün yaxın dostlarının dediyinə görə, aralarındakı böyük yaş fərqi onlar üçün əhəmiyyət daşımır. Həm də rejissor yeni filmində Lourensə baş rolu verib.

Prezidentin nəvələri Ronaldinyo ilə - Foto

Bakıda səfərdə olan məşhur futbolçu Ronaldinyonun prezidentin nəvələri ilə fotosu yayılıb.

Qafqazinfo” xəbər verir ki, Əli və Mikayıl Ağalarovlarla Ronaldinyonun birgə fotosu onların adına açılmış instagram hesabında yerləşdirilib. 

 

 

Dayanacaqdan 25 min AZN tapan qadına - Pul mükafatı verildi

alt

Türkiyədə avtobus dayanacağında 25 min Azərbaycan manatı ilə dolu çanta tapan və onu polisə təslim edən qadın mükafatlandırılıb. 

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerli bələdiyyə sədri çantanı polisə təslim edən qadın Hanife Önderin evində olub və ona örnək davranışına görə təşəkkür edib. Sədr qadına iki aylıq maaş həcmində pul mükafatı verib.

Bələdiyyə sədri qadının çarpayısı xaricində heç bir əşyası olmayan yoxsul həyatına da diqqət çəkib və bu məsələdə ona yardım edəcəklərini deyib.

ABŞ-da məşhur idmançının qızı öldürülüb

ABŞ-da məşhur sprinter, üçqat dünya çempionu Tayson Qeyin qızı öldürülüb.


APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident oktyabrın 16-a keçən gecə Leksinqton şəhərində baş verib.


Polisin məlumatına görə, 15 yaşlı Triniti Qey bir qrup şəxs arasında baş verən silahlı insident zamanı güllə yarası alıb. Xəstəxanaya çatdırılan qızı xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.


Qeyd olunur ki, Triniti Qeydə yüngül atlet olub, 2015-ci ildə gənclər üzrə bir sıra sprint yarışlarının mükafatını qazanıb. 

Saytda Axtarış

Son xəbərlər