Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün398
DünənDünən3147
Bu həftəBu həftə398
Bu ayBu ay53889
Bu günə qədərBu günə qədər4000606

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

2016-cı ilin böyük fəlakəti “Əl Nino” olacaq

Qlobal iqlimə təsir edən “Əl Nino”nun 2016-cı ildə qıtlığı və xəstəlikləri, milyonlarla adamın zərər çəkməsini artırması gözlənilir. Modern.az bildirir ki, BBC-nin xəbərinə görə, yardım quruluşları “Əl Nino”nun dünyanın bəzi  bölgələrində quraqlığa, bəzi bölgələrində isə sellərə gətirib çıxaracağı və fəlakətlərin milyonlarla insana təsir edəcəyi ilə bağlı xəbərdar edib.

Mütəxəssislərin fikirlərinə yer verilən xəbərdə “Əl Nino”nun təsirinin ən şiddətli şəkildə Afrika qitəsində görüləcəyi, bölgədə qida çatışmazlığının fevral  ayında artacağı iddia edilib.

“Əl Nino”nun təsirlərinə gələcək altı ayda Karib hövzəsində, Orta və Cənubi Amerikada da rast gəlinəcəyi, quraqlıq və davamlı yağıntıların Qvatemala, Honduras, Salvador və Nikaraquada iki milyon adama təsir edəcəyi təxmin olunur.

Afrika qitəsində indiki vaxtda təxminən 31 milyon adamın qida  çatışmazlığı ilə qarşı-qarşıya qaldığı və bu vəziyyətdəkilərin üçdə birinin Efiopiyada yaşadığı bildirilir.

“Oxfam” kimi yardım təşkilatı 2016-cı ildə Efiopiyada 10,2 milyon, Cənubi Afrikada da mart ayından əvvəl üç milyon adamın köməyə ehtiyac hiss edəcəyini vurğulayır.

“Əl Nino” yaratdığı isidici təsir səbəbi ilə qasırğalara, şiddətli yağmurlara, su basqınlarına, quraqlıqlara, yanğınlara və əkinçilik məhsullarında itkilərə gətirib çıxarır. Bütün bunların nəticəsində epidemiya xəstəliklər artır və çox sayda insan ölə bilir.

Gürcüstandan Azərbaycana avtomobil idxalı azaldı - 5 dəfə

2015-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 3 377 avtomobil idxal olunub ki, bu ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 4,97 dəfə azdır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, müvafiq dövr ərzində Gürcüstandan Azərbaycana ümumilikdə 61,24 milyon dollar dəyərində avtomobil idxal olunub.

Gürcüstana isə avtomobillər xaricdən idxal olunur.

Gürcüstandan Azərbaycana digər malların idxalına gəlincə, 2015-ci ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 2,21 dəfə az mal idxal olunub. 11 ay ərzində Gürcüstandan ümumilikdə Azərbaycana 231,28 milyon dollar dəyərində mal idxal olunub.

On ildən sonra alimlər çoxdan ölmüş heyvanları dirildə biləcəklər

Harvard Universitetindən genetika mütəxəssisi Corc Çerç güman edir ki, mamontların həyata qaytarılması üçün təqribən 7-10 il vaxt lazım olacaq. Mamontların canlandırılması mexanizmi kifayət qədər sadədir – mamontun DNT-si Asiya filinin genomuna yeridiləcək.

AZƏRTAC “argumenti.ru” saytına istinadla xəbər verir ki, bu sahədə elmi tədqiqatlar çoxdan aparılır, bu prosesdə Çerçin özü də iştirak edib. Texnologiya CRISPR-Cas9 adlanır. Onun köməyi ilə hər hansı bitkinin və ya heyvanın genomunun fraqmentini dəyişdirmək olar.

Gürcüstana gedənlərin işi asanlaşdı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Bakı-Tbilisi- Bakı marşrutu üzrə hərəkət edəcək qatarlara əlavə vaqonlar qoşulacaq.

Bu barədə ANS PRESS-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə Gürcüstan istiqamətində hərəkət edəcək qatarlara ümumilikdə 20 vaqon qoşulması planlaşdırılır. Bu il ötən ilə nisbətən tələbat azlığı olduğu üçün turist qatarları xəttə buraxılmayacaq.

N.Əzməmmədov əlavə vaqonların dekabrın 29-30-da hərəkət edəcək qatarlara qoşulacağını bildirib: “Sərnişin sıxlığı dekabr ayının 29 və 30 tarixlərində olacağı müşahidə edilib. Bu səbəbdən əlavə vaqonlar bu iki gün ərzində qatarlara qoşulacaq. Lakin növbəti günlərdə də sıxlıq müşahidə olunarsa o zaman xəttə yenidən əlavə vaqonlar buraxılacaq”, – deyə N.Əzməmmədov vurğulayıb.

Qurum rəsmisi onu da əlavə etdi ki, artıq bayramla əlaqədar sərnişinlərə xəbərdarlıq da edilib. Sərnişin daşımaları departamentin kollektivi yeni 2016-cı il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək."

Tbilisi zooparkının begemotu “Time” jurnalının ən yaxşı 100 fotosuna düşdü

"Time" jurmalı 2015-ci ilin 100 ən yaxşı fotosunu dərc etdi.

Onların əksəriyyəti Avropada məcburi köçkünlərin böhranına aiddir. Top yüzlüyə 13 iyun Tbilisidə baş verən daşqın zamanı çəkilən foto da düşüb. Fotoda zooparkdan qaçan beqemot çəkilib. Fotonun müəllifi gürcü fotoqrafı Beso Qelaşviulidir.

Təbii fəlakətlər digər fotolarda da əks olunub. Həmçinin daşqınlar, zəlzələlər və vulkan püskürmələri də. Elə bu 100 foto arasında siyasətçilər - Barak Obama, Hilari Klinton, Vladimer Putin və digərlərinin fotoları yer alıb. "Time" jurnalının fotokollajında heyvanlar və alimlərin maraqlı fotoları da var.

Putinin rədd etdiyi anası oğlundan necə ayrıldığını danışıb - MARAQLI

Türkiyənin Rusiyaya məxsus Su-24 hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı böhranı böyüdən və təhdidedici fikirlər səsləndirən prezident Vladimir Putinin anası ilə bağlı maraqlı faktlar açıqlanıb.Modern.az saytı xəbər verir ki, türkiyəli jurnalistlər Putinin öz tərcümeyi-halında heç vaxt yer vermədiyi gerçək anası Vera Putina haqqlnda yazıblar.Məlum olub ki, Rusiya prezidentinin anası Vera Putina 87 yaşındadır və Gürcüstanın paytaxtı Tiflisin yaxınlığındakı Metehi kəndində yaşayır. Vera Putinanın vaxtilə Putin haqqında söylədiklərini araşdıran 2 jurnalist edam edilib. Kənddə heç kim bu mövzudan danışa bilmir, danışanlar ortadan itir. Taksiçilər belə, qorxudan kəndə sərnişin aparmır.

Rusiyalı jurnalist Artyom Borovik Vera Putinanın həyatından yazmaq üçün araşdırma aparmağa başlayınca, 2000-ci ildə Ukraynanın paytaxtı Kiyevdə bir təyyarə qəzasında ölüb. Vera Putinanın fotolarını çəkən və hadisəni araşdıran italiyalı jurnalist Antonio Rossi də Tiflis yaxınlarında vurularaq öldürülüb. Vera Putina Gürcüstanda hələ də sirrini qoruyur.

1999-cu ildə Rusiya xüsusi xidmət orqanı olan Federal Təhqiqat Xidmətinə rəhbərlik etmiş Vladimir Putinin doğulduğu 1950-ci illə uşaqlığının keçdiyi 1960-cı illər arasındakı həyatı haqqında heç bir məlumat tapılmır. Putinin özünün hazırladığı tərcümeyi-halında gerçək anasından heç bəhs etmədiyi, hadisəni gizli saxladığı bilinir.

İddiaya görə, anasının evliliyini həzm edə bilməyən və bu səbəbdən öldüyünü söyləyən Rusiya lideri Putin gerçək həyatını ehtiva edən tərcümeyi-halını xüsusi kassasında saxlayır.

Putinin “Anam 1998-ci ildə öldü” deməsinə baxmayaraq, gürcüstanlı Vera Putina Rusiya liderin gerçək anası olduğunu açıqlayıb. Putinlə 4 yaşında ikən birlikdə çəkdirdikləri fotoşəkili göstərən Vera Putina oğlunun 4-cü sinfə qədər kəndin ibtidai məktəbində təhsil aldığını söyləyıb. Vera Putina bunları açıqlayıb:


“Putinin atası Platon Privalov bir mexanik idi. Başqası ilə evli idi, amma mənimlə də yaşayırdı. Vladimir Putin 1950-ci ildə doğuldu. Daha sonra Giorgi Osepasvili adlı bir əsgərlə evləndim və Gürcüstana yerləşdim. Vladimir mənim yanımda idi. Lakin ərimin təzyiqi ilə onu 1960-cı ildə Rusiyadakı babası və nənəsinin yanına buraxmaq məcburiyyətində qaldım. Məcburən onu tərk etdim. Mən uşaqlığında onu Vova deyə çağırardım”.

Vera Putinanın “gəlin mənim DNT-mi alın. Oğlum ilə müqayisə edin” deməsinə baxmayaraq, ruslar bunu heç bir zaman diqqətə almayıb. Gurcü jurnalistlər isə Amerikanın Vera Putinaya DNT testi tətbiq etdiklərini və Putinin anası olduğunu təsdiqlədiklərini söyləyirlər.

Rusiyanın dövlət başçısı Vladimir Putin bir neçə dəfə açıqlamasında anasının öldüyünü söyləyib. O, Vera Putinanın anası olmağı barədə iddiları rədd edib. Ancaq Rusiya prezidentinin anası olduğunu israr edən 87 yaşlı Vera Putina Gürcüstanın Metehi kəndində həyatını sürdürür. Gurcü mətbuatı da DNT testi ilə də bu xəbərin təsdiqləndiyini iddia edib.

Vera Putinanın “Putinin atası Platon Privalov evli idi, amma mənimlə də əlaqəsi oldu. Putin doğulduqdan iki il sonra başqası ilə evləndim. Putini də 10 yaşında Rusiyadakı babasına bıraxdım” sözləri Rusiyada birmənalı qarşılanmayıb. 
Bunu yazan iki jurnalist müəammalı şəkildə öləndə hər kəs qorxuya düşüb. İndi Putinin anası haqda araşdırma aparmaq cəsarət tələb edir.

Azərbaycanlı biznesmenin oğlu oğurlanıb - FOTO

Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan Malik Pirverdiyevin oğlunu oğurlayıblar.

AzNews.az Xəzərnews.az-a istinadən xəbər verir ki, M.Pirverdiyevin oğlu bir neçə müddətdir oğurlansa da bu fakt ictimaiyyətdən gizli saxlanılır, yalnız onun itkin düşdüyü barədə informasiyalar verilir.

M.Pirverdiyevin oğlu Camal Pirverdiyev 1993-cü ildə anadan olub, 22 yaşı var, sosial şəbəkələrdə fəal olub və komfort həyat tərzini nümayiş etdirməyi çox xoşlayıb.

İnternetdə axtarışlar zamanı hətta C.Pirverdiyevin Ukraynada söz-söhbətə səbəb olan bir neçə hadisədə iştirakı ilə də rastlaşmaq mümkündür.

Ukrayna internet saytlarında C.Pirverdiyevin 2015-ci il, oktyabrın 14-də itkin düşdüyü barədə informasiyalar yer alıb. Bildirilir ki, M.Pirverdiyev Donetskdə nüfuzlu azərbaycanlı iş adamlarındandır. Onun oğlunun Azərbaycanda çəza çəkən “Quli” ləqəbli “qanuni oğru”nun adamları tərəfindən oğurlandığı iddia olunur.

Qeyd edilir ki, M.Pirverdiyevlə yanaşı başqa bir iş adamının da hazırda Ukraynada təhsil alan oğlu məlum dəstə tərəfindən oğurlanıb.

Verilən məlumata görə, hər iki oğurlanan gəncin buraxılmasından ötrü ayrı-ayrılıqda 1 milyon dollar “xərac” tələb olunur.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və “Vaşaq” xüsusi çevik dəstəsinin əməkdaşları adam oğurluğu, soyğunçuluq və zorakılıq əməllərində şübhəli bilinən etnik mütəşəkkil qrupun üç üzvünü yaxalayıb. Şübhəli şəxslərin hazırda Azərbaycanda cəza çəkməkdə olan “Quli” ləqəbli “qanuni oğru”nun idarə etdiyi bildirilir.

Xatırladaq ki, həmin “vor zakon”un “Lotu Quli” olduğu güman edilir.

Sevdiyi qızı qətlə yetirən şəxsə 20 il iş verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

“ASALA” Azərbaycan İpoteka Fondunun saytını dağıdıb

Azərbaycan İpoteka Fondunun rəsmi internet səhifəsinə haker hücumunun nəticələri aradan qaldırılıb.

Məlumata görə, artıq saytın fəaliyyəti tam bərpa olunub.

Qeyd edək ki, bu gün fondun internet səhifəsinin fəaliyyət tarixində ilk dəfə olaraq sayta ciddi haker hücumu olub. Səhər saatlarında erməni terror təşkilatı "ASALA" tərəfindən dağıdılan http://www.amf.az saytına daxil olmaq mümkün olmayıb.

AST Telmanın milyardlıq otelinin satışında sürpriz

“Mardan Palace” oteli üçün keçirilən tender ləğv oluna bilər. 
Türkiyənin Antalya şəhərində olan və borclarına qarşılıq “Halk” bankına satılan “Mardan Palace” oteli üçün keçirilən tender ləğv oluna bilər. ANS PRESS-in məlumatına görə, otelin tikintisində iştirak edən və alacağı olan “Güclü” tikinti firması tenderin ləğv olunması üçün noyabrın 9-da Antalya 1-ci instansiya məhkəməsinə müraciət edib. Məhkəmə müraciətində satış elanının üsuluna uyğun həyata keçirilmədiyi, tenderin vaxtına riayət olunmadığı və tenderin əsas alacaqlılar nəzərə alınmadan baş tutduğu iddia olunub.

Tenderin ləğv olunması üçün qaldırılan iddia səbəbindən “Garanti” bankının alacağına görə, “Halk” bankı tərəfindən Antalya 6-ci icra idarəsinin hesabına köçürülən 207 milyon 244 min 403 lirə (təx. 75 milyon 914 min AZN) məbləğində pulun məhkəmə başa çatana qədər depozit hesabından faiz hesabına transfer olunmasına qərar verildi.

"Mardan Palace" oteli

Qaldırılan iddialar doğru çıxarsa tender ləğv olunacaq. Əks təqdirdə tenderin ləğvini tələb edən firma satış məbləğinin 10 faizi, yəni 36 milyon lirə (təx. 13 milyon 187 min AZN) cərimə olunacaq.

Azərbaycan əslli milyarder Telman İsmayılovun 1.4 milyard dollara tikdirdiyi “Mardan Palace” oteli borcları səbəbindən noyabrın 2-də tender yoluyla 36 milyon 50 min lirəyə (131 milyon 886 min AZN) “Halk” bankına satılıb.

Azərbaycanlı milyarderin oteli "Mardan Palace" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.

İş adamı oteli atasının şərəfinə adlandırmışdı. Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır.

Rusiya banklarına da kifayət qədər borcu olan Telman İsmayılovun yoxa çıxdığı iddia olunur. Biznesmenin Moskvada olan qohumların ANS-in bölgə müxbirinə onun Türkiyədə və ya İsraildə olduğunu deyib.

İŞİD ərazisinin böyüklüyünə görə Azərbaycanı geridə qoydu

“İslam Dövləti” (İŞİD) terror qruplaşması İraq və Suriya ərazisində 91,1 min kvadrat kilometr əraziyə nəzarət edir.

 

"Dalğa TV" xarici mətbuata istinadən xəbər verir ki, qruplaşmanın nəzarət etdiyi ərazi bu göstərici ilə sahəsinə görə dünyanın 110-cu dövləti sayıla bilər.
Sahəsinə görə 112-ci olan Azərbaycan (86,6 min kvadrat kilometr), 111-ci Serbiya (88,3 min kvadrat kilometr), 110-cu İordaniyanı (89,4 min kvadrat kilometr) geridə qoyan qruplaşma bir neçə ay bundan əvvəl daha geniş sahəyə malik idi.

Hazırda kürd qüvvələrinin, Suriya və İraq qoşunlarının və beynəlxalq koalisiyanın aviasiya hücumlarına məruz qalan İŞİD yaxın vaxtlarda növbəti ərazi itkiləri ilə üzləşə bilər.

İŞİD-in yaradılması barədə qərar 2014-cü il iyunun 28-də İraqın Mosul şəhərində elan edilib. “Dövlət”in paytaxtı isə Suriyada yerləşən Rakka şəhəridir.

Bu ölkələr vətəndaşlığı pul qarşılığında verir – SİYAHI

Pul qarşılığında vətəndaşlıq verən ölkələrin siyahısını oxuculara təqdim edirik:

1. Malta
650 min avro qarşılığında Malta dövləti vətəndaşlıq vermək haqqını tanıyır. Avropa Birliyi vətəndaşı olma şansı, Şengen bölgəsində olması və ABŞ ilə viza razılaşmasının olması Maltanı digər ölkələrdən fərqləndirir.

2. Sinqapur
Əgər bank hesabınızda 2 milyon dollar varsa, Sinqapur vətəndaşlığı almağa gücünüz yetər. Lakin bir şərt daha var: illik 160 milyon dollar ətrafında bir ciroya (160 milyon dollarlıq çek hesabınız varsa) sahib olmalısınız. Yəni bu sizlər üçün çox əla bir variantdır.


3. Avstriya
Avstriya dövləti də pul qarşılığında vətəndaşlıq vermək haqqını tanıyır. Amma nə qədər pul tələb etdikləri bilinmir, bu rəqəm bir çox adam üçün gizli tutulur. Vətəndaşlıq üçün pul xaricində insanlardan qeyri-adi bir qabiliyyət və ya müvəffəqiyyət kimi maraqlı istəklər də tələb olunur. Yəni dilinizi burnunuza çatdıra bilirsinizsə, müraciət etməyə dəyər.

4. Belçika
Belçika vətəndaşı olmaq üçün ən az 3 il Belçikada yaşamaq lazımdır. Bu şərti yerinə yetirsəniz, dövlət tərəfindən sizin üçün təyin olunan bir miqdar pul qarşılığında Belçika vətəndaşı ola bilərsiniz.


5. Cənubi Kipr
Rəsmi olaraq tanınmasa da, Avropa Birliyi üzvü olan Kipr Rum seqmentinin vətəndaşlıq haqqı üçün tələb etdiyi pul 3 milyon avrodur.


6. Çernoqoriya
500 min avronuz varsa, köhnə Yuqoslaviyanın dağılmasından sonra müstəqillik qazanan kiçik Balkan ölkəsinin vətəndaşı ola bilərsiniz.


7. Antiqua və Barbuda
Karib dənizinin şərqində, Kiçik Antil ada qrupundakı müstəqil bir ada ölkəsi olan Antigua və Barbuda vətəndaşlıq üçün 400 min dollar istəyir.


8. Dominika
Kiçik Antillerdə bir ada dövləti və rəsmi dili ingilis dili olan Dominika vətəndaşlıq haqqı üçün birbaşa pul istəmir. Dominikada 100 min dollar qarşılığında investisiya qoysanız vətəndaşlıq da əldə etmiş olarsınız.

9. Dominikan Respublikası
Dominika ilə qarışdırılmaması lazım olan bu ölkə də vətəndaşlıq üçün 100 min dollar istəyir. Amma bu rəqəm subay adamlar üçün keçərlidir. Evli və ya uşaqlarınız varsa, bu məbləğ 200 min dollara qalxır.

10. Qranada
Vətəndaşlıq hüququ üçün 100 min dollarlıq investisiya şərti qoyan digər ada ölkəsi də Qranadadır. Bu ölkə Karib dənizinin şərqində yerləşir.

11. Sent Kits və Nevis
İki adadan ibarət olan bu federal ölkə 250 min dollar qarşılığında vətəndaşlıq haqqını sizlərə verir. Ancaq bir istisnası var: Bu ölkə farslarl sevmir və İranlılara vətəndaşlıq verilmir.

12. ABŞ
ABŞ-dan vətəndaşlıq almağın şərtləri: Əgər 1 milyon dollarlıq şirkət qurub və ya 500 min dollarlıq investisiya etsəniz, müddətsiz vətəndaşlıq almaq imkanınız olar. Və beş il Amerikada fasiləsiz yaşayarsınız, vətəndaşlıq almaq hüququnuz var.

13. İngiltərə
Birləşmiş Krallığın vətəndaşı olmaq istəyirsinizsə 5 il müddətlə 1 milyon poundluq investisiya etməyiniz lazımdır.

14. Makedoniya
400 min avro dəyərində investisiya edib ən az 10 işçini işlə təmin etsəniz, Makedoniya vətəndaşı ola bilərsiniz.

15. Bolqarıstan
Bu ölkə də ən az bir il yaşayıb 1 milyon levalıq (1,2 milyon dollar) investisiya etsəniz, vətəndaşlıq ala bilirsiniz.

16. Albaniya
Albaniyanın şərti də 200 min dollar investisiya qoymaqla bağlıdır.

17. Almaniya
Almaniya vətəndaşlığı üçün lazımlı olan minimum investisiya miqdarı 250 min avrodur. Bununla alman vətəndaşlarına məşğulluq yaradırsınızsa, siz artıq vətəndaşlıq qazanmış olursunuz.

18. Qvatemala
Beş il müddətində ən azı 50 min dollarlıq investisiya etsəniz, Qvatemalalı ola bilərsiniz.

19. Honq Konq
Asiyanın ən böyük sərbəst bazarı və limanı, ən işlək ticarət, sənaye və turizm mərkəzi Honq Konq vətəndaşlığı üçün təxminən 1 milyon 260 min dollar məbləğində bir investisiya etməyiniz lazımdır.

20. Kanada
800 min dollarlıq varidatınız varsa və ölkədə 400 min dollarlıq yatırım qoyarsınızsa, artıq Kanadalı ola bilərsiniz.

21. Slovakiya
Avropa Birliyi ölkəsi olan Slovakiya vətəndaşlıq üçün 1 milyon avroluq sərmayə istəyir.

22. İrlandiya
500 min dollarlıq investisiya qoyarsınızsa, bu Avropa Birliyi ölkəsinin vətəndaşlığı üçün hökumətin müəyyən etdiyi tarixi gözləməyiniz lazımdır. Sizinlə bağlı 3 ay, yaxud 5 il sonra qərar veriləcək, bu artıq hökumətin öz işidir.

23. Uruqvay
Uruqvay vətəndaşı olmağınız üçün çox miqdarda pul verməyiniz lazım deyil. Yalnız yoluxucu xəstəlik olmaması və aylıq 1200 dollar maaşının olması kifayətdir. Bu ölkə də 3 il yaşamısınızsa, Uruqvay dövlətinin vətəndaşı ola bilərsiniz.

Saytda Axtarış

Son xəbərlər