Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün591
DünənDünən1775
Bu həftəBu həftə6061
Bu ayBu ay54757
Bu günə qədərBu günə qədər7482091

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Bakıdan Budapeştə cəmi 39 avroya

"Wizz Air" qiymətləri açıqladı.

"Wizz Air" aviaşirkətinin həyata keçirəcəyi Budapeşt-Bakı-Budapeşt reysləri üçün biletlərin qiymətləri məlum olub.

 

"Dalğa TV" apa-ya istinadən xəbər verir ki, "Wizz Air""Ground Handling Company" arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində "Wizz Air" şirkətinin təmsilçisi Yojef Varadi deyib ki, bir tərəfli gediş üçün biletlərin qiyməti 39,99 avro olacaq.

Bakıda iki nəfər intihar edib

Bakı şəhərində iki nəfər intihar edib.
"Dalğa TV"nin məlumatına görə, hadisələrdən biri bu gün Binəqədi rayonunda yerləşən dülgər sexində qeydə alınıb. Orada usta işləyən 1962-ci il təvəllüdlü Etibar Məhəmməd oğlu Quliyev iş yerində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Digər hadisə isə Qaradağ rayonunda qeydə alınıb. Rayon sakini, 30 yaşlı Xədicə Dünyamalı qızı Cavadova yaşadığı evdə özünü asaraq intihar edib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gənc oğlan 6-cı mərtəbədən yıxıldı - VİDEO (18+)

Görüntülərin Rusiyanın muxtar respublikalarından birində qeydə alındığı bildirilir

Binanın damına çıxan gənc oğlan, yıxılıb. Gənc, damın örtüyündən yapışsa da, xilas ola bilməyib. Oğlan hadisə yerində dünyasını dəyişib.

Həmin görüntüləri təqdim edirik:

 

 

Əli İnsanovun qardaşı vəfat etdi

Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd Binnət oğlu İnsanov vəfat edib. 

"Dalğa TV" xəbər verir ki, bu barədə məlumatı musavat.com-a Deportasiya Qurbanları Cəmiyyətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bu günlərdə Ə.İnsanovun həbs edilməsinin 10 ili tamam olub.

Heydər Əliyev Mərkəzinin binası mavi rəngə boyandı - FOTO

Oktyabrın 24-də Heydər Əliyev Mərkəzi Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyi münasibətilə keçirilən "Dünyanı BMT mavi rənginə boya" adlı qlobal kampaniya çərçivəsində mavi rəngdə işıqlandırılıb.

"Dalğa TV"nin Trend-ə istinadən məlumatına görə, 45-dən çox ölkədə 150-dən artıq bina, muzey, körpü və s. memarlıq abidəsinin qoşulduğu aksiya Mərkəzdə Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə İdarə Heyətinin əməkdaşlığı nəticəsində reallaşıb.

Heydər Əliyev Mərkəzi bu aksiyaya qoşulmaqla, həmçinin BMT prinsipləri və firavanlıq prinsiplərinə sadiqliyini nümayiş etdirmiş olur.

BMT Günü münasibətilə bu qlobal kampaniya Yeni Zelandiyadan başlayıb, Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edib. Dünya üzrə memarlıq abidələri bu beynəlxalq tədbirə qatıldıqca BMT-nin mavi rəng dalğası ölkə və qitələrə səyahət edir. Avstraliya Sidney Opera Evindən başlayaraq Misirin Qiza şəhərindəki böyük piramidalara qədər, Rio-de-Janeyro şəhərindəki İsa Məsih abidəsindən Nyu-York şəhərindəki "Empire State Building"ə qədər dünyanın bir çox tanınmış abidələri mavi rənglə işıqlandırılır. Aksiya iştirakçıları sırasında Rusiyanın Dövlət Ermitaj Muzeyi, İordaniyanın qədim Petra şəhəri, İtaliyanın Piza şəhərindəki Əyilən Qüllə, Birləşmiş Krallığın Edinburq Qəsri və Vestminster Sarayı, Cənubi Afrikanın Teybl Dağı, Yaponiyanın SkayTri Qülləsi, İspaniyanın Əlhambra Sarayı və digər məşhur abidələr də var.

3 yaşında yetim qalmış saratovlu oğlanın milyarderliyə gedən yolu - MARAQLI

Bu gün rusiyalı milyarder, “Çelsi” futbol klubunun sahibi və Çukotka muxtar dairəsinin yəhudi əsilli keçmiş qubernatoru Roman Abramoviçin ad günüdür. 1966-cı il oktybarın 24-də anadan olan Abramoviçin 49 yaşı tamam olur. “Forbes” jurnalının 2015-ci il üçün tərtib etdiyi sonuncu reytinqində Abramoviç 9,1 milyard şəxsi sərvətlə 12-ci ən zəngin Rusiya milyarderidir.

Modern.az saytı Rusiyanın “Qızıl yəhudi oğlanı”nın həyatına qısa nəzərə salır.

Roman Abramoviç 1966-cı il oktyabrın 24-də SSRİ-nin Saratov şəhərində anadan olub. Onun 1 yaşı olarkən anası İrina Abramoviç, 3 yaşı olarkən isə atası Arkadi Abramoviç vəfat edir. Erkən yaşda yetim qalan uşağı əmisi Leyb Abramoviç öz himayəsinə götürür. Sonrakı azsaylı müsahibələrinin birində Roman Abramoviç həyatının bəlkə də ən çətin dövrü olan uşaqlığını belə xatırlayacaqdı:

“Mən Saratovda doğulmuşam. Öz valideynlərimi demək olar ki, xatırlamıram: onlar erkən vəfat etmişdilər. Bundan sonra mən Moskvada əmimgildə qalmışam, məktəbi burada bitirmişəm. Əsgərlikdə artilleriya alayında, avtobölükdə xidmət etmişəm. İnstitutda oxuyurdum və paralel olaraq “Uyut” adlı kooperativ təşkil etmişdim. Biz polimerdən oyuncaqlar hazırlayırdıq. Oyuncaqların nümunələrini İra (Abramoviçin 2-ci həyat yoldaşı- red.) səfər etdiyi xarici ölkələrdən gətirirdi”.

80-ci illərin ortalarında gələcək milyarder artıq Uxtin Sənaye İnstitutunun tələbəsi idi. Onun qrup yoldaşlarından biri “Maşina vremeni” rok qrupunun klavişçisi Andrey Derjavin idi.

Roman Abramoviçin ikinci həyat yoldaşı İrina stüardessa idi. Onların tanışlığı da reyslərin birində baş vermişdi. Bu nikah 16 il davam etmişdi. Bundan əvvəl isə 21 yaşlı Abramoviç Olqa Lısoyeva ilə evli olmuşdu. 1987-ci ldə bağlanan ilk nikah 3 il davam etmişdi.

Roman Abramoviç hazırki, sayca 3-cü həyat yoldaşı Darya Jukova ilə 2005-ci ilin qışında Barselonada tanış olub. Bu, “Çelsi” futbol klubunun matçından sonra keçirilən gecədə baş verib. Gələcək cütlüyü bir-biri ilə tanış edən Abramoviçin gələcək qayınatası, biznesmen Aleksandr Jukov olub. Amma ilk dəfə tanış olduqları zaman Abramoviç evli, Jukova isə tennisçi Marat Safinlə sevgili idi.
1 il sonra isə Abramoviç 2-ci həyat yoldaşından boşanır və ona boşanma razılşamasına əsasən 300 milyon dollar pul, Britaniyada 4 villa və 2 mənzil verməli olur.

Həmin vaxt artıq Marat Safindən ayrılan İrina Jukova müxtəlif məkanlarda tez-tez Abramoviçlə birlikdə görüntülənməyə başlayır.

Hazırda 2 övladı olan cütlüyün nikahını rəsmləşdirib-rəsmləşdirmədiyi ilə bağlı Qərb mediasında geniş disskusiyalar gedir.

Darya Jukova “İRİS Foundation” təşkilatının sədri, “Qaraj” müasir incəsənət mərkəzinin sahibi və “LACMA” (Los-Ancelse incəsənət muzeyi” icraiyyə şurasının üzvüdür.

O, rəfiqəsi Kristin Tnaq ilə birlikdə geyim istehsal edən “Kova&T” şirkətinin sahibidir.

“The Sun” qəzetinin məlumatına görə, Roman Abramoviç 2003-cü ildə satın aldığı “Çelsi” futbol klubuna 10 ildə 2 milyard dollar yatırım edib.

Əgər milyarder klubun baş məşqçiliyinə gətirdiyi Joze Maurinyonu istefaya göndərmək istəsə, müqavilə şərtlərinə görə 40 milyon dollar kompensasiya ödəməli olacaq.

Roman Abramoviçin geniş avtomobil parkı var. Buraya 2 zirehli Maybach 62, Ferrari FXX, Bugatti Veyron, Maserati MC12 Corsa, Ferrari 360, Porsche Carrera GT, Porsche 911 GT1, Mercedes Benz CLK GTR, Rolls Royce Corniche avtomobilləri daxildir. Onun qarajında Ducati markalı motosiklet də var.

Digrə nəqliyyat vasitələrinə gəldikdə isə Abramoviçin şəxsi “Boing 767-300” və “Airbus A380” təyyarələri var. Digər bir diqqət çəkən nəqliyyat vasitəsi isə 1,2 milyard dollarlıq ehtişamlı “Eclipse” yaxtasıdır. Yaxtanın göyərtəsində kino və konfrans zalı, uşaq otaqları, rəqs zonası, gözəllik salonu, 2 hovuz və sauna var. “Ecpipse”də 2 vertolyot meydançası, sualtı qayıq və hava hücumundan müdafiə sistemi də mövcuddur.

2000-ci ildə Abramoviç Çukotkanın qubernatoru oldu. Rusiyanın geriləyən subyektlərindən sayılan vilayətin inkişafı üçün Abramoviç 5 illik qubernatorluğu dönəmində öz cibindən bəzi məlumatlara görə 180, digər məlumatlara görə isə tam 1 milyard dollar pul xərcləyib.

2010-cu ildə Abramoviç Sankt-Peterburqun mərkəzində yerləşən Yeni Hollandiya adasını satın almaqla gündəmə gəldi. Milyarder xanımı Jukova ilə birlikdə burada mədəniyyət və əyləncə mərkəzi yaratmaq istəyir.

Roman Abramoviç 7 uşaq atasıdır. İkinci həyat yoldaşı İrina Abramoviçlə nikahdan 3 qızı – Anna, Sofiya və Arina və 2 oğlu – Arkadi və İlya doğulub.

Darya Jukova ilə münasibətlərdən isə milyarderin Leya adlı qızı və Aaaron adlı oğlu var.

2012-ci ildə Abramoviçin 19 yaşlı qızı Anna ən zəngin potensial gəlinlər siyahısına düşmüşdü. Onun bank hesabında 3,4 milyard dollar pul var idi.

Abramoviçin mühafizəsini 40 nəfərdən ibarət cangüdən dəstəsi həyata keçirir. Bu, ona ildə 2 milyon dollara başa gəlir.

O, 2008-ci ildə Frensis Bekon və Lüsyen Freydin rəsm əsəri üçün 120 milyon dollar pul ödəyib. Hazırda həmin rəsmlər Abramoviçin Londondakı mənzillərindən birindədir.

Yəhudi əsilli biznesmenin ən zəngin olduğu il 2008-ci ilə təsadüf edir. Həmin vaxt Abramoviçin hesabında 23 milyard dollar kapital toplanmışdı. Bu göstərici ilə o, dünyada 15-ci, Rusiyada isə 3-cü ən zəngin şəxs idi. Yazının əvvəlində də vurğulandığı kimi, hazırda, bu göstərici 9,1 milyard dollara bərabərdir.

Erkən yaşda yetim qalan Roman Abramoviçin həyatı, mümkünsüzün mümkün olduğunu isbat edən təcrübə yoludur. Sadəcə, bu yolu sona qədər getmək üçün iradə, intellekt və mübarizə ruhu olmalıdır.

Həyat yoldaşı ilə mübahisə etdi - Özünü yandırdı

Bu gün axşam saatlarında Gəncədə yanğın hadisəsi baş verib.

AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Cavadxan qəsəbəsində Dilqəm Qocayev ailə münaqişəsi zəminində həyat yoldaşı Ruhanə Qocayeva ilə mübahisə edib və bundan sonra üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. R.Qocayeva və qayınatası Yusif Əhmədov onu xilas etmək istəyərkən özləri də yanıq xəsarətləri alıblar.

Eyni zamanda hadisə baş verən fərdi evin bir otağı yanıb. Hadisə yerinə Gəncə Şəhər Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hər üç şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ankaradakı dəhşətli partlayışın yeni görüntüləri üzə çıxdı - VİDEO

 
Ankaradakı dəhşətli partlayışın yeni görüntüləri üzə çıxdı

Ankaradakı dəhşətli partlayışın yeni görüntüləri üzə çıxdı

Posted by Dalğa TV on Monday, 12 October 2015

 

Türkiyədə Azərbaycan Hava Yollarına məxsus təyyarənin enişi zamanı qəza baş verib.

Bakıdan gələn "J2-079" səfər saylı təyyarə Atatürk Hava limanına yerli vaxtla saat 18:40-da eniş edib.


Təyyarə daha sonra Daxili Xəttlər Terminalındakı parking ərazisinə yönəlib.

Bu zaman təyyarəni əlindəki çubuqla istiqamətləndirən Kenan Ecer adlı işçi qəzaya düşüb.

Onun əlindəki işıqları görməyən mikroavtobusu Eceri vurub. Qəzada Kenan Ecer başından və ayağından yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım Ecerə ilk tibbi yardımı göstərib.

Yaralı işçi yaxınlıqdakı dövlət xəstəxanasına aparılıb. Ecerin vəziyyətinin yaxşı olduğu öyrənilib.

Azərbaycanda Qırmızı kitaba düşən bəbiri öldürmüş şəxs dərisini 15 min manata satmaq istəyib

Oktyabrın 9-da Astara rayonu ərazisində ovlanan bəbirin dərisini satmağa çalışan rayon sakinləri, 1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu və Fərəcov Səməd Yaqub oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Natiq Böyükağazadə ilkin ifadəsi zamanı bu ilin avqust ayında Astara rayonu dağ-meşə massivində mühafizə olunan ərazidə vəhşi bəbir ovladığını etiraf edib.

Natiq Böyükağazadə bəbiri ovladıqdan sonra dərisini satmaq məqsədi ilə soyaraq, uyğun müştəri axtarıb. Qohumu Fərəcov Səməd Yaqub oğlu ilə Astara rayonu Çükəz kəndi ərazisində bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb.

Dünya faunasının nadir incisi hesab olunan Qafqaz bəbirləri Azərbaycan Respublikasının Qırmızı Kitabı və Təbiətin Mühafizəsi Beynəlxalq Birliyinin Qırmızı Siyahısına daxil edilib. Qanunsuz ovlanma və təbii yaşayış arealının pisləşməsi səbəbindən bu nadir heyvan növünün sayı son on illiklərdə kəskin şəkildə azalıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi (WWF) Təşkilatı tərəfindən Hirkan və Zəngəzur Milli Parklarında quraşdırılmış fotokamera nəzarətinə əsasən və aparılan araşdırmalar nəticəsində ölkəmizdə 6 Qafqaz bəbirinin yaşadığı məlum olub.

Bu günədək IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi təşkilatının birgə səyləri nəticəsində Qafqaz bəbirlərinin mühafizəsi və sayının artırılması istiqamətində bir sıra tədbirlər görülüb. Belə ki, bəbirlərin məskunlaşdığı ərazilərin mühafizəsi gücləndirilib, onların əhəmiyyəti, eləcə də nəsli kəsilməkdə olan bəbirlərin mühafizəsi barədə ictimaiyyətin maarifləndirilməsi üçün silsilə tədbirlər təşkil olunub. Əhali arasında maarifləndirmə istiqamətində IDEA tərəfindən “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi həyata keçirilib. Bu layihənin həyata keçirilməsində məqsəd Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayanları bu nadir növ haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etmək olub. Bəbirlərin mühafizəsi ilə bağlı son illərdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün - ayı, canavar, ceyran, qartal və bəbirin qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində tədbirlər həyata keçirilib.

Bununla belə biznes və tamah maraqlarından irəli gələrək bu nəsli kəsilməkdə olan heyvanları ovlamaq niyyətində olanlar hələ də var. Bu baxımdan IDEA İctimai Birliyi Azərbaycanın endem və nəsli kəsilməkdə olan heyvan növünün öldürülməsi faktı ilə bağlı ciddi narahatlığını bildirir.

Qeyd edək ki, 2009-cu ildə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəbirlərin mühafizəsinin gücləndirilməsinə dair milli fəaliyyət planı qəbul edib. Bəbirlərin yaşayış məskənlərində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi artırılıb. Bəbirlərin ovlanmasına qadağa tətbiq edilib və milli qanunvericiliyimizdə bu heyvan növlərinin öldürülməsinə görə nəzərdə tutulan inzibati məsuliyyət sərtləşdirilib. Azərbaycan Respublikasının qanunvericiliyində bəbirlərin öldürülməsinə görə iri həcmli maliyyə cəriməsi ilə yanaşı, cinayət məsuliyyəti də müəyyən edilib.

Amma təəssüf ki, təbii irsimizin məhvi hesabına maddi mənfəət əldə etmək axtarışında olan bəzi məsuliyyətsiz şəxslər yox olma təhlükəsi altındakı bəbirləri belə öldürməkdən çəkinmirlər.

Bütün görülən tədbirlərlə yanaşı, IDEA İctimai Birliyi vətəndaşları təbiətin ölkəmizə bəxş etdiyi zəngin bioloji müxtəlifliyini və endem fauna növlərini qorumağa, nəsli kəsilməkdə olan heyvanların məhvinə yönəlik əməllərlə mübarizə məqsədi ilə qanunsuz faktlar barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmağa çağırır.

Azərbaycanlı nazirlərin təhsil aldıqları ali məktəblər - SİYAHI

Trend azərbaycanlı nazirlərin hansı ali təhil müəssisələrini bitirdiyini araşdırmağa çalışıb. Araşdırma nəticəsində məlum olub ki:

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini,1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirib.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib.

Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.

Xarici İşlər naziri Elmar Məmmədyarov 1982-ci ildə Kiyev Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakülətəsini bitirib. Tarix elmləri namizədidir.

Energetika naziri Natiq Əliyev 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirib. Geologiya-mineralogiya elmləri namizədidir.

Nəqliyyat naziri Ziya Məmmədov Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.

Müdafiə Sənayesi naziri Yavər Camalov 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Rabitə və Yüksək texnologiyalar naziri, akademik Əli Abbasov 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. 1981-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1996-cı ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini bitirib. 1987-ci ilin noyabrında namizədlik, 2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. İqtisad elmləri doktorudur.

Kənd Təsərrüfatı naziri Heydər Əsədov 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində Fulbrayt professoru vəzifəsində çalışıb.Tarix elmləri doktoru, professordur.

Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib, magistr dərəcəsi alıb.

Təhsil naziri Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edən O.Şirəliyev professor, tibb elmləri doktorudur.

Ədliyyə naziri Fikrət Məmmədov 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 1978-ci ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib.

Gənclər və İdman naziri Azad Rəhimov 1986-cı ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib.

“Rusiyanın hərbi təyyarələrinin Suriya ərazisini bombalaması Moskvanın ərəb dünyası, Qərb və Türkiyə ilə münasibətlərini bir qədər də gərginləşdirib. Rusiya hərbi təyyarələrinin Türkiyə sərhədini pozması təsadüfi deyil. Kreml sərhəd pozuntusunu hava ş

Bakı Ağır Cinayətlər Məhkəməsində Yasamal rayon sakini Vamiq Aslanovun (1973-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

AzNews.az oxu.az-a istinadən xəbər verir ki, bu il aprelin 17-də Xəzər RPİ və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında Buzovna qəsəbəsinin Naxçıvani küçəsi, döngə 13, ev №5-də üzərində zorakılıq əlamətləri ilə şəhər sakini Nigar Məliklinin meyitini aşkar ediblər. Aparılan sorğu-sualla müəyyən edilib ki, qız dayısı Vamiq Aslanov tərəfindən öldürülüb. Faktla bağlı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, N.Məliklinin bədən səthində 34 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilib. Mərhumun ölümünə ciyərlərin, arteriya və venalarının deşilmiş-kəsilmiş yaraları nəticəsində törəmiş kəskin qanitirmə səbəb olub.

Hadisədən sonra qaçıb gizlənən şəxsin yeri 8 gündən sonra müəyyən edilib, ayın 25-də Vamiq Aslanov Səbail RPİ 9-cu polis bölməsi və Xəzər RPİ 2-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim edilib. Dindirmə zamanı, o cinayəti namus üstündə törətdiyini bildirib.

İstintaqla müəyyən edilib ki, Vamiq Aslanovla Nigar Məlikli arasında, sonuncunun mərhum bibisinə məxsus Yasamal rayonu, A.Şaiq küçəsi, 127 ünvanında yerləşən evindən qeydiyyatdan çıxmaması ilə əlaqədar uzun müddət sözlə mübahisələri davam edib. Ayın 17-si günorta saat 14 radələrində Aslanovun hamam otağındakı su kranını qırması və döşəməsini çirkləndirməsi ilə əlaqədar evə gələn Nigar ona qarşı nalayiq sözlər işlədib. Onun bu sözlərindən Vamiq hiddətlənib, nəticədə aralarındakı mübahisə daha da gərginləşib və Nigar ona məxsus, evdə saxladığı açılıb-qatlanan bıçağı otaqdakı rəfin üstündən götürərək onun başına atacağını bildirib. Aslanov qızın üzərinə getməklə, ona sillə və təpik vurub, bıçağın Nigarın əlindən yerə düşməsindən istifadə edərək kəsici aləti götürüb, açıb və sonuncuya çoxsaylı zərbələr endirib.

Məhkəmə prosesində Vamiq Aslanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli hesab edərək bildirib ki, bacısı Mehriban işə gedərkən onun yatdığı qonaq otağına girərək, evindən çıxıb getməsini istəyib. Ümumiyyətlə, Mehriban bu sözləri ona evində qaldığı müddətdə dəfələrlə deyib, o hər dəfə cavabında “gedin ərizə yazın və Yasamaldakı evimdən qeydiyyatdan çıxın” deyə bildirəndə, bacısı “mən və qızım Nigar qeydiyyatdan çıxmayacağıq, bəyənmirsənsə bizim evdən çıx get” söyləyib.

Həmin gün səhər bacısı oğlu Zaur oxuduğu məktəbə gedib, saat 11 radələrində Vamiq qapının döyüldüyünü eşidərək, qohumu Fərhaddan qapını açmasını xahiş edib, sonuncu qapını açan zaman Nigar içəri daxil olaraq onu söyməyə başlayıb, “sənin arzuların ürəyində qalacaq, biz sənin qanını içəcəyik və qeydiyyatdan çıxmayacağıq” kimi sözlər deyib və qonaq otağındakı rəfdən bıçağı götürüb, bağlı vəziyyətdə ona göstərərək “bunu sənin başına vuraram” bildirib.

Bu sözdən sonra Aslanov Nigarın üzərinə hücum edib, sonuncu dəhlizə tərəf geri çəkilərkən sağ əli ilə qızın sifətinə bir dəfə zərbə vurub. Onlar mübahisə edən zaman Fərhad qonaq otağında televizora baxıb və mübahisələrinə müdaxilə etməyib. Nigar yıxıldıqdan sonra Vamiq bıçağı yerdən götürüb və sol əli ilə qızın saçından tutub, qarın nahiyəsinə bir zərbə endirib. Ardınca onu yıxılmağa qoymayaraq sayı dəqiq yadında qalmayan şəkildə Nigara çoxlu sayda bıçaq zərbələri endirib, təxminən 4-cü zərbədən sonra qız huşsuz vəziyyətə düşərək onu söyməyini dayandırıb.

Sonuncunun artıq səsinin gəlmədiyini hiss edərək, öldüyünə əmin olub, amma ona olan acığını çıxmaq üçün sonradan bədəninin müxtəlif nahiyələrinə yenidən zərbələr endirməyə davam edib. Qızı sol əli ilə artıq saxlaya bilmədiyi üçün, zərbələri dayandıraraq Nigarı buraxıb və o dəhlizdə arxası üstə yerə yıxılıb. Özü həmin vaxt heç bir xəsarət almayıb, bütün zərbələri sağ əlində tutduğu bıçaqla vurub.

Hadisədən sonra o, Fərhada Mehribanın oğlu Zaurun məktəbdən gələcəyini deyərək, qapını açmasını tapşırıb. Aslanovun sözlərinə görə, cinayətdə istifadə etdiyi bıçaq ona məxsus olmayıb, həmin alət Mehribanın evində olub. Hadisədən sonra bıçağı yuyub, qanlı paltarları dəyişərək digər paltarlar geyinib. Vamiq Aslanov törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban Aslanova bildirib ki, Vamiqin Nigarı öldürməsinə səbəb ev və ya mülk məsələsi olmayıb. O hesab edib ki, qardaşının onlardan tez-tez pul istəməsi, evi həmişə dağınıq halda saxlaması, saatlarla hamam otağında yuyunması və oradan çıxmaması səbəbindən həmin hadisə baş verib. Mehriban Aslanova təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etdiyini bildirib.

Məhkəmə tərkibi mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam və hərtərəfli baxılmasına əsaslanmaqla belə nəticəyə gəlib ki, xüsusi amansızlıqla qəsdən adam öldürmə və qanunsuz soyuq silahı əldə gəzdirmə cinayət əməllərinin Vamiq Aslanov tərəfindən törədilməsi sübutlar toplusu ilə öz təsdiqini tapıb.

Məhkəmənin hökmü ilə V.Aslanov cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Saytda Axtarış

Son xəbərlər