Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün816
DünənDünən634
Bu həftəBu həftə7252
Bu ayBu ay51951
Bu günə qədərBu günə qədər7422425

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

17 yaşlı məktəbli milyoner oldu

alt

ABŞ-da 17 yaşlı məktəbli milyoner olub.


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Nyu-York sakini Məhəmməd İslam “Foreks” valyuta birjasında oynayaraq 72 milyon dollar qazanıb. Məhəmmədin bildirdiyinə görə, o, 9 yaşından birja oyunlarıyla maraqlanır və gələcəkdə Hedcinq Fondu açmaq arzusundadır.

Qeyd edilir ki, 17 yaşında Məhəmməd artıq “BMW” markalı avtomobilin sahibidir, lakin azyaşlı olduğuna görə sürücülük vəsiqəsi hələlik yoxdur.

Günün terrorçusu tutuldu

altAvstraliya polisi silahlı terrorçunun girovlarla birgə saxladığı Sidney mərkəzindəki, “Lindt” kafesinə hücum etmək qərarı verib.

AzNews.az-ın məlumatına görə, silahlı asayiş qoruyucuları binaya daxil olduqdan sonra atəş və hətta partlama səsi eşidilib. Bu zaman girovlardan bir çoxu binanın tərk edə bilib.

Cinayətkar “Şeyx Xaron” ləqəbli, 49 yaşlı Men Xaron Monisdir. Xəbər verilir ki, o, Avstraliyaya 1996-cı ildə İrandan qaçqın statusu ilə gəlib. Əvvəllər o seksual xarakterli cinayətlərdə və qətldə iştrakdan məhkum edilsə də girov müqabilində sərbəst buraxılıb.

Qeyd edək ki, hadisə yerli vaxtla bazar ertəsi səhər cərəyan edib. Martin Pleys meydanında olan “Lindt” kafesi içindəki müştərilər ilə birgə silahlı şəxs tərəfindən nəzarətə götürülüb. Polis neçə nəfərin girov götürülməsi və cinayətkarın tələbi barədə heç bir məlumat vermirdi. Terrorçu girovları əlləri yuxarı vəziyyətdə kafenin vitrinlərinə tərəf düzmüşdü. Bir neçə dəqiqə iki girovun əlində qara bayraq tutulur. Bayraqda ağ hərflərlə “Allahdan başqa Allah yoxdur, Məhəmməd Allahın Rəsuludur” sözləri yazılmışdı.

Azərbaycan cəlbedici ölkədir

altAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan ilə Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin ticarət dövriyyəsinin artdığını da məmnunluqla qeyd edib. Dövlət başçısı ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensialın olduğunu deyib.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafının regional əməkdaşlıq baxımından önəmini, Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının uğurlu olacağına əminliyini söyləyib.

Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyən Yanuş Pexoçinski əldə olunan uğurlar münasibətilə dövlət başçısını təbrik edib. O, Polşa Prezidenti Bronislav Komorovskinin və Polşanın Baş naziri xanım Eva Kopaçın salamlarını dövlət başçısına çatdırıb.

Ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlərə toxunan Yanuş Pexoçinski Azərbaycana özü ilə Polşa iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğulayıb və ölkəmizin əməkdaşlıq üçün cəlbedici olduğunu məmnunluqla deyib. Yanuş Pexoçinski Azərbaycanda qeyri-neft sektorunda əldə edilən uğurların da ölkəsində maraqla izlənildiyini bildirib.

Dövlət başçısı Prezident Bronislav Komorovskinin və Baş nazir xanım Eva Kopaçın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Polşanın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.

Azərbaycan vətəndaşı “Coca-Cola”nın direktorunu necə öldürdüyünü dedi

alt“Coca-Cola” şirkətinin Sankt-Peterburqdakı zavodunun direktoru Dmitri Soşnevi öldürməkdə şübhəli bilinən qatilə qarşı rəsmən ittiham irəli sürülüb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq regional idarəsindən məlumat verilib.

Xəbərdə deyilir ki, qətli törətmək şübhəsi ilə saxlanan Vyaçeslav Finogenova dekabrın 9-da, Azərbaycan vətəndaşı olan Denis Çxitauriyə isə dekabrın 10-da ittiham irəli sürülüb. Hər iki şəxs ittihamla razılaşaraq iş adamının qətlindəki iştiraklarını etiraf ediblər.

28 yaşlı D.Çxitauri və 46 yaşlı V.Finogenov saxlandıqdan sonra mərhumun meyitini və silahı gizlətdikləri qarajı nişan veriblər. Faktla bağlı istintaq davam edir.

D.Çxitauri və V.Finogenov dekabrın 3-də həbs ediliblər. Qətlin hansı zəmində törədildiyi də məlum olub. Xəbərə görə, Soşnev uzun müddətdir narkotik asılılığından əziyyət çəkirmiş, narkotik maddəni isə müntəzəm olaraq Çxitauri və Finogenovdan alırmış.

Biznesmen noyabrın 28-də növbəti partiyanı almaq üçün narkodilerlərlə görüşə gedəndə onlar imkanlı müştərini qətlə yetirməyi və pullarını ələ keçirməyi düşünüblər. Bu zaman Soşnevlə narkodilerlər arasında dava olub. Amerika şirkətinin top-meneceri əldəqayırma odlu silahdan açılan atəşlə öldürülüb. Cinayətkarlar onun cibindəki və portfelindəki pulları alıblar. Bundan sonra biznesmenin cəsədini gizlədib və hadisə yerindən qaçıblar.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsindən verilən məlumata görə, Soşnev çoxdandır həmin narkodilerlərin müştərisi olub. Lakin narkodilerlər onun imkanlı olduğunu bilsələr də harada işlədiyindən xəbərsiz olublar.

D.Soşnevin yoxa çıxmasından sonra onun anası hüquq-mühafizə orqanlarına məlumat verib. Bildirib ki, oğlunun üstündə iri məbləğdə pul olub.

Məlumata görə, top-meneceri güllələyən Finogenovdur. O və cinayət ortağı Çxitauri Soşnevin cibindən 150 min rubl pulu və “BMW” markalı avtomobilini götürüblər. Sonradan maşını 1 milyon rubla satmağa cəhd ediblər.

İlin ən çox axtarılan qadını (FOTO)

alt“Yandex” internet istifadəçilərinin 2014-cü ildə internetdə ən çox axtardıqları sorğuları yayımlayıb.

ANS PRESS-in məlumatına görə, bu il insanları ən çox rusiyalı müğənni Janna Friske və “Eurovision 2014” mahnı müsabiqəsinin qalibi Konçita Vurst maraqlandırıb.

Qeyd edək ki, internetdə ən çox axtarılan qadınlardan birincisi olan müğənni Janna Friskeyə 2014-cü ilin yanvarında beyin xərçəngi diaqnozu qoyulmuşdu. Almaniyada müalicə alan müğənninin səhhətinin getdikcə yaxşılaşdığı deyilir.

2014-cü ildə insanları ən çox maraqlandıran kişi isə avstriyalı müğənni Konçita Vurstun əsl adı Tomas Noyvirtdir. O, insanların yaddaşında daha çox “saqqallı qız” kimi qalıb.

Ən çox axtarılanlar siyahısına həmçinin internetdə səs-səda doğuran hadisələr, filmlər, musiqi kompozisiyaları və başqa hadisələr də düşüb.

Məsələn, sona çatmaqda olan ilin ən məşhur təqdimatı isə iPhone 6 telefonunun sentyabrın 9-da keçirilən təqdimatı olub. Telefon ətrafında ajiotaj o qədər yüksək olub ki, insanlar telefonu birinci almaq üçün smartfonun satışına bir neçə gün qalmış şirkətin dükanının önündə çadırlar qurub gözləyiblər.

“İlin hadisəsi” isə Soçidə keçirilən Qış Olimpiya Oyunları olub. İnternetdə ən çox oynanılan oyun isə “Tankların dünyası” (“World of Tanks”) adlı kütləvi onlayn oyun olub. Oyunun istehsalçı şirkəti olan Wargamin-in məlumatına görə, yanvarın 19-da oyunun rus serverində eyni anda 1 milyondan çox adam olub. Ümumilikdə isə oyunun qeydiyyatından 75 milyondan çox adam keçib.

İslam dünyasını ayağa qaldıran filmin rejissoru danışdı

altİranlı kinorejissor Məcid Məcidi islam aləmində səs-küyə səbəb ola biləcək film çəkib. Peyğəmbər Həzrəti Məhəmmədin həyatından bəhs edən filmdə ilk dəfə onun səsli və görüntülü olaraq təsvir edildiyi deyilir.

ANS TV-nin Tehran bürosu filmin ölkədə hansı rəaksiyalara səbəb olduğunu araşdırıb.

Ekran əsərində peyğəmbərin uşaqlığından bəhs edilir və film onun doğumu ilə başlayır. Peyğəmbərin obrazını hansısa aktyorun canlandırması artıq bəzi müsəlman ölkələrində etirazla qarşılanıb. Livan müftisi Məhəmməd Əli əl-Cuzu bunun İslama təhqir olduğunu deyib. Çünki, islam ölkələrində Həzrət Məhəmmədin şəxsiyyətini kiminsə əks etdirməsi qadağandır.

İran kinomatoqrafiyasında bundan əvvəl də peyğəmbərlərdən bəhs edən filmlər çəkilib. Məsələn, Yusif peyğəmbərin həyatını əks etdirən film böyük maraqla qarşılanıb. Amma sadə İran vətəndaşları da Həzrəti Məhəmməd peyğəmbərin təsvirini düzgün saymır.

İranlı kinorejissorlar isə həmkarları Məcid Məcidinin dini filmlərin ekranlaşdırılması sahəsində böyük təcrübəsinin olduğunu əsas gətirərək bu filmdə də islama xələl gətirəcək məqamların olmayacağına inanırlar.

Rejissor Rəhim Mortəzavəntin sözlərinə görə, Həzrəti Məhəmmədlə bağlı çəkilən yeni film böyük əsər olacaq: "Çünki Məcidi öz işində çox güclüdür. Buna görə İranda, həm də digər ölkələrdə də yaxşı tanınıb”.

Məcid Məcidi özü isə artıq indidən səs-küyə səbəb olan Həzrəti Məhəmməd filmində peyğəmbərin surətinin görünməyəcəyini deyir.

Filmin rejissoru Məcid Məcidin sözlərinə görə, Peyğəmbərin (s) üzünü ehtiram əlaməti olaraq göstərməyəcəyik: “Filmdə fiziki olaraq görünür, amma üzü görünməyəcək. Qərb dünyası Həzrəti İsayala bağlı 200-ə yaxın film çəkib. Amma Peyğəmbərimiz haqqında bu günə qədər yalnız iki film çəkilib. Biz niyə Peyğəmbərimizi (s) və İslamın gerçək üzünü dünyaya bu cür filmlərlə çatdırmayaq? Bu filmə yalnız İslam gözüylə yox, insan baxışıyla baxdıq”.

Film üç hissədən ibarət olacaq ki, birinci hissəsi təmamilə hazırlanıb və tezliklə ekrana çıxarılacaq.

Məhəmməd Peygəmbər(s) filminin ekrana çıxarılması 2015-cü ilin əvvəllərində İranın Fəcr Film Festivalında qeyri-müsabiqə hissəsində gozlənilir. Bu kino filmi ki, çəkilişi və hazırlanması 7 il vaxt aparıb. 50 milyon dollar büdcə ilə daxili və xarici nümayiş üçün hazırlanıb.

Müğənni arvadını öldürüb intihar etdi

altAmerikalı repper əvvəll arvadını öldürüb, sonra isə intihar edib. ANS PRESS-in məlumatına görə, 34 yaşlı Earl Hayes həyat yoldaşını xəyanətdə ittiham edib. O, düşünüb ki, 30 yaşlı rəqqasə və aktrisa olan sevgilisi Stefani Moseleyi qətlə yetirib.

Hayes törətdiyi qəli və intiharını görüntülü zənglə danışdığı boksçu dostu Floyd Mayveater Jr.a izlədib. Repper danışıq sırasında əvvəlcə arvadını, sonra isə özünü güllə ilə vurub.
Qan donduran cinayət cütlüyün Los Ancelesdəki evində gerçəkləşib.

Hayes arvadının məşhur bir müğənni ilə münasibətdə olmasından şübhələnib.

Hadisə səhər saatlarında baş verib. Hadisə yerinə gedən polis evdə cütlüyün cansız bədənləri ilə qarşılaşıb. Qonşular hadisə zamanı 10 silah səsi və qışqırıqlar eşitdiklərini deyib.

Elnur Hüseynov “Medcezir”də

altTürkiyənin məhşur mahnı müsabiqəsi “ O səs Türkiyə” də bütün münsiflər heyətini heyrətləndirən azərbaycanlı iştirakçı Elnur Hüseynov bu ölkədə özünü aktyor kimi də sınayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə o, ilk dəfə bakupost.az-a danışıb. Elnur bildirib ki, “Medcezir” serialından gələn təklifi artıq qəbul edib.

O, bu yaxınlarda çəkilişlərə başlayacağını deyib. Türkləri heyran qoyan Elnur həm də Avrovada konsert turu keçirmək niyyətindədir. "Yanvar ayında Bakıda Yaşıl Teatrda konsertim gozlənilir.

E.Hüseynzadə hər zaman Azərbaycan şou-biznesindən uzaq gəzdiyini deyib. Buna səbəb isə bizim şou-biznes saxta fiqurlar üzərində qurulmasıdır. "Düşünürəm ki, müğənni konsertlər verməli, albom çıxarmalı və tədbirlər keçirməlidir. Azərbaycanda belə deyil. Müğənni bunların heç birinə üstünlük vermir. Sadəcə, pul qazanmaq üçün başqa üsullar seçir. Qalmaqal və toylara getmək! Bu, məni Azərbaycan şou-biznesindən soyudur. Türkiyədə isə tam fərqli bir şou-biznes gördüm, burda müğənnilər sadəcə şou-biznes üçün çalışmır, öz işlərini görür. Başqa sözlərlə desək, işləri ilə gündəmə gəlir.
Mənim şou-biznesə daxil olmaq fikrim yoxdur, sadəcə öz işimi görmək və Azərbaycanı təmsil etməyi düşünürəm"

Atasına görə özünü yandırdı

altMeksikada fermer üsyanları davam edir Meksikada fermer üsyanları davam edir

“The Associated Press” agentliyinin Meksikadan verdiyi xəbərdə deyilir ki, bu ölkənin cənubundan olan gənc fermer özünə od vurub. Çiapas ştatındakı yerli parlamentin qarşısına gələn gənc tələb edib ki, onun atasını həbsdən buraxsınlar. Həmin şəxs isə yerli lider hesab olunur və 2011-ci ildə zoraklıqla müşahidə olunan kütləvi etiraz aksiyalarının təşkilatçısıdır.

Gənc fermer olan Aqustin Qomes Peresin 21 yaşı var. O, üzərinə yanacaq töküb və özünə od vurub. Od içində olan şəxsi digər etirazçılar yerə yıxaraq, söndürüblər. Fermer təcili xəstəxanaya çatdırılıb. Onun ögey anası deyib ki, Qomesin vəziyyəti ağır olsa da, stabildir. Bədənində 2-ci və 3-cü dərəcəli yanıq yerləri var.

Aqustin Qomes Peres və digər fermerlər ötən il həbs olunmuş Florentino Qomes Qironun azad edilməsini tələb edir. O isə qətl törətməkdə, sürü oğurluğunda, mütəşəkkil cinayətkarlıqda ittiham olunur. Onun adamları polis maşınlarına od vurublar, şəhər merinin binasını yandırıblar.

Gənc fermer atasına görə özünü yandırsa da, yerli rəhbərlik qeyd edib ki, onun atası hələ uzun müddət həbsdə qalmalı olacaq.
Qeyd edək ki, Meksika dünyanın ən kasıb ölkələrindən biridir. Orada bu kimi zoraklıqlarla müşahidə olunan kütləvi iğtişaşlar tez-tez olur.

6 yaşlı qıza qabırğasından qulaq düzəltdilər- FOTO

alt

Türkiyədə uğurlu əməliyyat həyata keçirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gaziantepdə tək qulaqlı doğulan 6 yaşlı Sude Aslanoğluya yeni qulaq düzəldilib. Əməliyyat zamanı qabırğasından götürülən qığırdaqdan qulaq hazırlanıb.

Həkimin sözlərinə görə, dünyada hər 6 min uşaqdan bir nəfərdə “mikro qulaq” adlanan xəstəlik meydana gəlir və bir qulaq inkişafdan dayanır.

O, 6 yaşlı qızın yeni qulağının digərindən fərqlənmədiyini bildirib.

12 il sonra sahibini tapdı

altPişik 12 il sahibəsini axtarıb. ANS PRESS-in məlumatına görə, Tobi ləqəbli pişik sahibəsi Cemme Lafı 12 il axtarıb. Qadına sevimli heyvanını 2002-ci ildə itirib. O, bir müddət pişiyi axtarsa da artıq onu tapacağına dair heç bir ümidi qalmamışdı.

Pişiyi itirdikdən sonra Cemme Laf gələcək həyat yoldaşı ilə tanış olub və yaşayış yerini dəyişib. Onun yeni evi Tobi ilə birgə yaşadığı evdən 112 km uzaqda yerləşir. Ona 16 yaşlı Tobinin tapılması haqddında baytar zəng edərək xəbər verib.

Məlum olub ki, son iki ayda Tobi reabilitasiya klinikasının ərazisində yaşayıb. Burada işləyən könüllülərdən biri onu evsiz heyvan zənn edərək klinikaya gətirib.

“Mən istərdim ki, o, mənə haralarda olduğunu yazsın. İtən zaman pəncələri ağ idi, indi isə bir az bozlaşıb. Güman etmək olar ki, bu zaman ərzində Tobi küçələrdə yaşayıb. Mən telefon zənginə inana bilmədim”-deyə Laf etiraf edib.

İçində uşaq olan araba dəmiryoluna düşdü

altAvstraliyada hamını qorxuya salan bədbəxt hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, uşaq arabası qatar xəttinin üzərinə düşüb. Hadisə qatar stansiyasında qeydə alınıb. Platformada dayanan ailənin bir anlıq diqqətsizliyi az qala faciəyə səbəb olacaqdı.

Belə ki, nəzarətsiz qalan içində uşaq olan araba hərəkətə gəlib. Platformanın kənarına gələn araba təxminən 2 metrlik məsafədən dəmir reyslərin üzərinə düşüb.

Ətrafdakıların köməyi ilə uşaq sağ-salamat xilas edilib. Ancaq video görüntülər internetdə yayıldıqdan sonra insanlar arasında geniş mübahisəyə səbəb olub. Videoya baxanlar diqqətsiz valideynləri təndiq hədəfinə çeviriblər.

Saytda Axtarış

Son xəbərlər