Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün590
DünənDünən1299
Bu həftəBu həftə8834
Bu ayBu ay46572
Bu günə qədərBu günə qədər7473906

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

1,5 yaşlı möcüzə (FOTO)

altABŞ-da möcüzə sayıla biləcək bir hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Yuta ştatında içərisində 1,5 yaşlı uşaq olan maşın çaya düşüb.

İçərisində uşaq olan maşının sürücüsü idarəetməni itirib. Körpə qəzadan düz 14 saat sonra xilas edilib. Polisin məlumatına görə, uşaq xüsusi oturacağa bağlı olub. Onun oturacağı çayda suyun üzərində üzən vəziyyətdə olub.

Xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti yaxşı olsa da, həkimlər kritin vəziyyətin bir gün davam edəcəyini deyiblər. Körpni buz kimi sudan çıxarmaq üçün suya girən 3 polis də həkim nəzarətindədir.

Maşının sürücüsü, uşağın anası 25 yaşlı qadın yerindəcə keçinib.
İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub. Maşın yol kənarındakı bariyerlərə çırpılıb.

Putini filmə çəkdilər

alt"Rusiya 1" telekanalı Andrey Kondraşovun çəkdiyi "Vətənə Yol" adlı filmini nümayiş etdirəcək. Filmdə dövlət başçısı Vladimir Putin Krımın Rusiya tərkibinə qaytarılması ilə bağlı keçirilən əməliyyatdan danışacaq.

ANS PRSSS-in məlumatına görə, tezliklə göstəriləcək ekran əsərində V.Putin deyir: "Mən xüsusi xidmət orqanları rəhbərlərini, həmçinin Müdafiə Nazirliyinin rəhbərlərini Kremlə dəvət etdim və onların qarşısında Ukrayna prezidentinin həyatını xilas etmək məsələsini qoydum. Yoxsa, onu məhv edərdilər. Orada böyuk kalibrli pulemyotlar qoyulmuşdu."

Onun sözlərinə görə, bu, ötən il fevralın 22-dən 23-nə keçən gecə idi və biz səhər saat 7 radələrində əməliyyatı bitirdik. Mən ayrılanda yoldaşlara dedim: "Biz Krımın Rusiya tərkibinə qaytarılması üçün işə başlamağa məcbur edilmişik."

55 il əvvəl itkin düşən alpinistlər bu vəziyyətdə tapıldı ( FOTO 18+)

altMeksikada qarın altından 55 il əvvəl itkin düşən alpinistlər tapılıb.

ANS PRESS-in məlumarına görə, bir qrup alpinist 5 min 610 metr hündürlükdə yerləşən Piko de Orizaba zirvəsinə qalxıblar. Orada donmuş buzun üstündə bir cəsədin başını aşkar etdikdən sonra aiddiyyatı qurumlara xəbər veriblər. Həmin yerə gələn səlahiyyətli şəxslər araşdırma zamanı ikinci cəsədi də aşkarlayıblar. İndi həmin cəsədlərin kimə aid olduğu araşdırılır.

Qeyd edək ki, 55 il əvvəl 3 alpinistin itkin düşüb və həmin vaxtdan etibarən onlardan heç bir xəbər alınmayıb. Buna görə də Piko de Orizaba zirvəsində tapılan cəsədlərin 55 il əvvəl itkin düşmüş alpinistlərə aid olduğu güman edilir. Lakin bu mülahizələrin doğru olub-olmaması DNT testindən sonra müəyyən ediləcək.

İnsanlar ölmək üçün bu şəhərə gəlirlər (FOTO)

altHindistanın şimal-şərqindəki Varanasi şəhəri hinduların yeddi müqəddəs şəhərindən biridir.

ANS PRESS-in məlumatına görə, Varanasi "hinduların ölməyə gəldiyi şəhər" olaraq da tanınır. Qanq çayının sahilində salınmış şəhərə hər il minlərlə hindu ölümü gözləmək üçün gəlir.

Hindular, Qanq çayı sahilində yerləşən və qhat olaraq tanınan beton pillələrdə yuyunaraq günahlarından təmizlənməyə çalışırlar. Digər hindular isə yaxınlarının çay sahilində yandırılmasını izləmək üçün bu şəhərə axın edirlər.

Ölümdən sonra yandırılaraq Qanja buraxılacağını ümid edənlər bu dünyadan köçərək yüksəkliyə qovuşacaqlarına inanırlar.

Məhz buna görə, şəhərdə daha çox ölümü gözləmək üçün buraya gəlmiş kimsəsiz qocaları görmək mümkündür.

Bakıya yeni fəlakət gəlir

alt

Böyük Qafqaz sıra dağlarında buzlaqların əriməsi içməli su qıtlığına gətirib çıxaracaq.

ANS PRESS-in məlumatına görə, mütəxəssislər qlobal iqlim dəyişikliyi səbəbindən dağlarda temperaturun artmasına, bunun isə buzlaqların əriməsinə gətirib çıxaracağını düşünürlər.

Şimali Qafqaz Hidrometereologiya idarəsinin rəhbəri İrina Xoma TASS-a açıqlamasında buzlaqların əriməsinin dağ göllərin qurumasına gətirib çıxaracağını deyir.

Böyük Qafqaz dağları ətrafındakı sakinlər içməli su ehtiyyatı qıtlığını təxminən 80-100 ildən sonra hiss edəcəklər. İl ərzində Böyük Qafqaz sıra dağlarındakı buzlaqların qalınlığı iki metr aşağı düşür.

Qeyd edək ki, Türyançay, Samur, Qusarçay, Girdimançay, Əyriçay, Qabırrı çayları sularını Böyük Qafqaz buzlaqlarından alır. Həmin buzlaqıarın əriməsi Azərbaycanın Kürdən yuxarı bölgələirndə quraqlığa səbəb olacaq.

Bu insanları Afrikada parçalayaraq satırlar (FOTO)

altTanzaniyada albinos olmaq bir qorxu filmində baş rol oyunçusu olmaq kimidir.

ANS PRESS-in məlumatına görə, Afrikada hələ də batil inanclar öz etibarlılığını qoruyur.
Vudu cadugərləri zəngin olmaq, qismətini açmaq və ya sağlamlığına qovuşmaq istəyənlərə albinosların əllərindən, ayaqlarından və dərilərindən hazırlanan xüsusi maye düzəldirlər.

Xüsusilə, Tanzaniyada insanların ən yaxın su quyusuna getmək üçün kilometrlərlə yol qət etdiyi yaşayış yerlərində albinos uşaqlar asan ov sayılır.

Rəsmi rəqəmlərə görə, Tanzaniyada 2007-ci ildə 53 albinos qətl edilib. Yerli xalq albinosların şans gətirdiyinə inandıqları üçün onların bədənini parçalayaraq satırlar.

Bəzi bölgələrdə albinos körpələrin doğulan kimi öldürüldüyü bildirilir. Albinosların orqanları bəzən, hətta 75 min dollara qədər alıcı tapa bilir. Tanzaniya albinosların ən çox məskunlaşdığı ölkə kimi tanınır. Burada 270 mindən çox albinos yaşayır.

Altı uşağını və həyat yoldaşını öldürdü

alt

Paytaxt Mexikoda meksikalı kişi altı uşağını və həyat yoldaşını öldürüb, sonra intihar edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ilkin ehtimala əsasən, kişi evə gələrək ailəni qonaq otağına toplayıb və zəhər içməyə məcbur edib, sonra isə özünü asıb.

Digər versiyaya görə, uşaqlar boğulmuş vəziyyətdə tapılıb, həyat yoldaşının üzərində isə çoxsaylı bədən xəsarəti qeydə alınıb. Uşaqlardan 4-ü oğlan, 2-si isə qızdır.

Hadisəni səbəbləri məlum deyil. Faktla bağlı Mexiko ştatının prokurorluğu araşdırma aparır.

Tarkan qazandıqlarını bu qadına xərcləyir

altYeni il gecəsi ölkəmizdə səhnəyə çıxması üçün təşkilatçılar tərəfindən yüksək məbləğdə qonorar alan meqastar Tarkan qazandıqlarını anası üçün xərcləyir.

ANS PRESS-in məlumatına görə, Tarkan aldığı əmlaklarla anası Neşe Tevetoğlunu zəngin edib.

Uzun illər Almaniyada yaşadıqları üçün Tarkan üç ay əvvəl ailəsinə daha bir jest etmək qərarına gəlib. Bunun üçün Köln şəhərində villa alan Tarkan, villanın sənədini də anasına verib.

Bir neçə il əvvəl İstanbul Ataşəhərdə anasına iki ev alan Tarkan, bu danışmaz əmlaklara yenilərini əlavə edib.

Meqastar anası Neşe Tevetoğluna Tarabyada bir ev, Antalya-Larada isə bağçalı villa hədiyyə edib.

Tiflisdə "Dinlərdə qadın haqları" mövzusunda konfrans keçirilib

altGürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə Tiflisdə "Dinlərdə qadın haqları" mövzusunda konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə GMİ şeyxi Ramin İgidov, GMİ-nin müftisi Beqlyar Kamanidze, GMİ-nin Şərqi Gürcüstan müftisi Yasin Əliyev, Dini məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşadze, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Türkiyənin Gürcüstandakı səfirliyinin dini məsələlər üzrə məsləhətçisi Nəbi Gümüş, İranın Gürcüstanda fəaliyyət göstərən Əl-Mustafa Universitetinin rektoru Davud Qəşəmli, Gürcüstan-Azərbaycan Qadınlar İttifaqının sədri Leyla Süleymanova, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Əl-Mustafa Universitetinin nümayəndəsi Elnarə Cəfərli çıxış edərək qadına zorakılığa qarşı fikirlər səsləndiriblər. Konfransda İslam və Qurani-Kərimdə zorakılığa aid ayələr olmadığı, əksinə İslamın barış, məhəbbət, dostluğu və sevgini təbliğ etdiyi bildirilib. Çıxışçılar mənəvi dəyərlərin qorunub saxlanmasını, istər İslam, istərsə də xristianlıq və pravoslav dinlərinin eyni dəyər daşıdığı qeyd ediblər.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili çıxışında GMİ-yə bu konfransı təşkil etdiyinə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, müasir zamanda insanlar dini həlledici amil kimi görürlər. Dövlət naziri zorakılığa qarşı mübarizədə maarifləndirmə təbliğatının daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Avstraliyada 8 uşağı qətlə yetirən ana həbs olunub

altAvstraliyanın Kerns şəhərində 8 uşağı qətlə yetirən ana həbs olunub. APA-nın “Associated Press”ə istinadən yaydığı xəbərə görə, bu barədə Kerns polis dedektivi, müfəttiş Bruno Asnikar açıqlama verib. O, boynundan və sinəsindən yaralı olaraq xəstəxanaya aparılan 37 yaşındakı qadının ayıq və aydın bir şəkildə polisə ifadə verdiyini deyib. "37 yaşındakı qadın dünən gecə həbs olundu və hazırda Kerns Beys xəstəxanasında polis nəzarəti altındadır" , - deyə müfəttiş söyləyib. O, cinayətlə əlaqədar polisin artıq axtarışı dayandırdığını əlavə edib.

Kerns polisi ölən uşaqların 7-sinin qardaş-bacı olduğunu, digər uşağın isə saxlanılan ananın qardaşı oğlu olduğunu təsdiqləyərək, qanlı cinayət törədilən evdə bıçaq və başqa cinayət alətlərinin də aşkarlandığını açqılayıb. Polis ananın niyə öz uşaqlarını öldürməsi ilə bağlı məlumat verməyib.

Hələ belə ölüm eşitməmisiniz

altÖlüm haqqdır. Bəzilərinin ölümləri o qədər qəribə olub ki, illər ötsə belə onlar yaddan çıxmayacaq.

Bəzi insanlar başına düşən inək səbəbindən, bəziləri isə şorbanı iynə vasitəsi ilə bədəninə vurarkən ölüb. 

Belə ölümlərdən biri 1993-cü ildə baş verib. Ofis şüşəsinin qırılmaz olduğunu sübut etmək istəyən Qarri Qoy var gücü ilə şüşəyə toxunub. Nəticədə şüşə qırılıb və adam 10-cu mərtəbədən aşağı düşərək ölüb.

Bir gün atasının məzarını ziyarət etmək üçün qəbiristanlığa gələn Markus Qarvey isə bir məzar daşında öz adını görüb. Bu hadisədən kədərlənən şəxs infarkt keçirib və dünyasını dəyişib.

Ata 18 yaşlı qızını zəncirlədi

altTürkiyənən Adana şəhərində 18 yaşlı qız özünü güllələyib.

ANS PRESS-in məlumatına görə, qızın intihar etməsinə səbəb atasının onu evdə zəncirləməsi olub.

Belə ki, 18 yaşlı S.Y. atası və anası evdə olmadığı vaxt sevgilisini evə çağırıb. Onlar tək olduqları vaxt qızın atası pul kisəsini unutduğu üçün işdən evə qayıdıb. Qapını açan ata qızını yad oğlanla birlikdə tutub.

Qızın sevgilisi evdən qaçıb. Qəzəblənən ata qızını döyüb. O, qıza cəza olaraq evdən çıxmamağı tapşırıb.

“Bir daha məktəbə getməyəcəksən. Mənim icazəm olmadan evdən çıxmayacaqsan”, - deyən ata bidirib.

Kişi işə gedən zaman qızını evdə 9 metrlik zəncirlə bağlayırmış.

Ev dustaqlığından bezən gənc qız atasının silahını götürərək özünü güllələyib. Hadisə qızın anası bazara gedən zaman baş verib.

Ana evə qayıdıb qapını açanda qızını yerdə qan içində tapıb.

Həkim çağırılıb. Müəyyən edilib ki, S.Y. tapança ilə sinəsindən bir dəfə atəş açıb.

Qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Ata ifadə vermək üçün polis şöbəsinə çağırılıb.

Saytda Axtarış

Son xəbərlər