Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün749
DünənDünən634
Bu həftəBu həftə7185
Bu ayBu ay51884
Bu günə qədərBu günə qədər7422358

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Gürcüstanda 2 Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstan paytaxtında 1976-cı və 1966-cı il təvəllüdlü Ermənistan vətəndaşları narkotik vasitələrin qeyri-qanuni saxlanması və əldə edilməsi ittihamı ilə saxlanılıblar. APA-nın "apsny.ge"saytına istinadən verdiyi məlumata görə, axtarış zamanı bu şəxslərdən “buprenorfin” və “metadon” aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi aparılır.

Yuşşenko: "Saakaşvili mənim dostumdu və mən onun haqda yalnız yaxşı şeylər danışacam”

Ukrayanın sabiq prezidenti Viktor Yuşşenko Gürcüstana səfər edib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 3 gün Batumidə qalan Yuşşenko gürcü jurnalistlərin Gürcüstanın indi yoxsa Saakaşvili dövründə daha sürətlə inkişaf etməsi ilə bağlı verdiyi suala belə cavab verib.
“Sizə səmimi deyim, Mixail Saakaşvili mənim dostumdur və mən onun haqqında yalnız yaxşı şeylər danışa bilərəm. Sizin seçiminiz var və siz bu seçimi illər öncə etmisiniz”.
Viktor Yuşşenko Batumiyə sonuncu dəfə Saakaşvilinin prezidentliyi vaxtı gəldiyini deyib.

“Biz sahilboyu gəzir, planlarımızla bölüşürdük. Batuminin gələcək inkişlafından, burada hansı obyektlərin tikiləcəyi ilə bağlı fikir mübadiləsi aparırdıq”.

14 yaşlı oğlanı 10 yaşlı qızla evləndirdilər

“Al Arabiya” saytının xəbərinə görə, aşağıdakı fotolarda görünən 14 yaşlı oğlanla 10 yaşlı kiçik qız ailə həyatı qurublar.

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, bu cütlüyün avqustun 14-də evləndirilyi bildirilir. Evlilik rəsmilərin icazəsindən sonra baş tutub. Uşaqların ailələri ilə çəkdirdiyi fotolar da yayılıb.

İslam ölkələrində qızlar atalarının icazəsi ilə 13 yaşında, oğlanlar isə 15 yaşında evlənə bilərlər.

Bir az şübhəli görünsə də, İranın “Tabnak” xəbər saytının verdiyi məlumata görə, 2010-cu ildə 10-14 yaş arasında 42 min uşaq evləndirilib.

Sentyabrın ilk günlərində Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Ölkə ərazisində şimşək çaxacaq, arabir yağış yağacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 30-da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Avqustun 31-i gündüz şimal və qərb rayonlarından başlayaraq sentyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperatur sentyabrın 1-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Niderland 5G texnologiyasının sınağına başlayıb

Niderlandın şimalında yerləşən kiçik Loppersum kəndi 5G məlumat ötürülmə texnologiyasının sınaqdan çıxarılacağı ilk kənd yeri olacaq.

"DalğaTV" bu barədə "TASS" agentliyinə istinadən məlumat verir.

Layihədə “TNO”, “Ericsson”, “KPN” və “Huawei” kimi Hollandiyanın və dünyanın bir sıra aparıcı telekommunikasiya şirkətləri iştirak edəcək.

Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalının açılışı olub

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəkidə keçirilən IV Beynəlxalq Qafqaz Motofestivalı “Harley Davidson”, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir.


28-30 avqust tarixlərində keçirilən festivalın açılış mərəsimi Şəki Olimpiya Kompleksində baş tutub. Açılış mərasimindən öncə festival iştirakçıları Şəki Olimpiya Kompleksinin həyətində təşkil edilmiş sərgi-yarmarkasına baxış keçiriblər. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunub. Açılış mərasimində Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov və "Baku HOG Azerbaijan"-ın direktoru Vahid Mustafayev çıxış ediblər.

Festifalın rəsmi açılış mərasimdən sonra festival iştirakçıları "Lady Qaqa", "Elvis Presli", "Beatles", "Kiss" qruplarının "tribute"larının və xarici DJ-lərin çıxışı iləmöhtəşəm konsert proqramını seyr ediblər.

Qeyd edək ki, Şəkidə keçirilən IV Beynəlxalq Qafqaz Moto Festivalı telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum gününə təsadüf edir. Festivalda Azərbaycanın və bir sıra xarici ölkələrin baykerləri iştirak edirlər.

Qızıl 11 dollardan çox bahalaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,07% - 16 643,01 bəndədək azalıb, NASDAQ 0,32% - 4 828,32 bəndədək, S&P 500 1,21% - 1 988,87 bəndədək artıb.



“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,90% - 6 247,94 bəndədək, Fransa CAC-40-ı 0,36% - 4 675,13 bəndədək artıb, Almaniya DAX-ı isə 0,17% - 10 298,53 bəndədək azalıb.

ABŞ fond bazarında Dow Jones indeksinin azalması birjalarda kəskin dəyişikliklər fonunda investorların dünya iqtisadiyyatında tənəzzül ola biləcəyindən ehtiyatlanması ilə əlaqələndirilir.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 11,40 dollar artaraq 1 134,00 dollara, gümüş isə 0,11 dollar artaraq 14,55 dollara satılıb

Türkiyədə içərisində polislər olan avtobus partladılıb

Türkiyədə içərisində polislər olan avtobus partladılıb, 10 polis əməkdaşı və 14 dinc sakin yaralanıb

 

 

 

Türkiyənin Mardin şəhərində PKK silahlıları içərisində polislər olan avtobusu partladıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, yerüstü piyada keçidində quraşdırılmış partlayıcı qurğu avtobus körpüdən keçərkən işə salınıb.

İnsident nəticəsində 10 polis əməkdaşı və 14 dinc sakin xəsarət alıb.

Yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir. Partlayış nəticəsində piyada keçidinin bir hissəsi uçub, ətrafdakı binalara xeyli zərər dəyib.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.

Azərbaycanı quraqlıq təhlükəsi gözləyir

Beynəlxalq Təbii Resurslar İnstitutu (WRI) təşkilatı 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib.

"DalğaTV" xəbər verir ki, 33 ölkədən ibarət siyahıda Azərbaycan 4,69 balla 18-ci yerdədir.

 

Təşkilatın ekspertlərinin fikrinə görə, 2040-cı ilə qədər dünya ölkələrinin 1/5-də az sululuq problemi yaranacaq. Belə ki, iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur, əhalinin artması isə suya tələbatı artırır.

Azərbaycanın qonşuları İran (4,91 balla 13-cü yer) və Ermənistan da (4,60 balla 22-ci yer) adıçəkilən siyahıda yer alıb.

Siyahıda maksimal 5 balı Qatar, Bəhreyn, San-Marino, Fələstin, BƏƏ, Sinqapur və Küveyt alıb. Bu ölkələrdə vəziyyət daha da təhlükəli hesab olunur.

Tiflisdə zavod yanıb

Gürcüstan paytaxtındakı Eristavi küçəsində yerləşən keçmiş Kirov adına zavodda yanğın baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə keçən gecə qeydə alınıb. Zavodun 4000 kvadratmetr sahəsi yanıb. Yanğının səbəbi hələlik məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.



Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Agentliyindən APA-ya verilən məlumata görə, hadisə yerində 25 yanğınsöndürən və 3 xilasetmə maşını, 120 nəfərlik canlı qüvvə çalışıb.

Faktla bağlı araşdırma aparılır.

9 yaşlı uşaq körpə qardaşını güllələdi- Azərbaycanda

alt

Ötən gün Salyan rayonunda ailələrin birində dəhşətli faciə baş verib.

 


Rayon Prokurorluğun ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 20 radələrində rayonun Düzənlik kəndində qeydə alınıb.

 

Kənd sakini Vüqar Məmmədov oğlanları 3 yaşlı Telman və 9 yaşlı Rəmzi ilə birlikdə atası evinə qonaq gəlib. Uşaqlar oynayarkən Rəmzi babasının köhnə ov tüfəngini götürüb.

 

Uşaq bilmədən tətiyi çəkib və qardaşını başından güllələyib. Aldığı güllə yarasından 3 yaşlı Telman yerindəcə keçinib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

İlan mətbəxə girdi və ...

alt

Bağ evlərindən birində maraqlı olay yaşanıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı “haberler” saytı yayıb.

Məlumata görə, evin mətbəxinə girən uzun qara ilan, səbətin içindəki yumurtalardan birini oğurlamağa cəhd edib.

Bu mənzərəni görən ev sahibi hadisəni sakitcə videoya çəkib.

Saytda Axtarış

Son xəbərlər