Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1046
DünənDünən1348
Bu həftəBu həftə4741
Bu ayBu ay53437
Bu günə qədərBu günə qədər7480771

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

İnsanları izləyən şəkil hər kəsi heyrətləndirdi - VİDEO

Şəkildə təsvir olunan insanın gözləri ona baxanları izləyir.


Sosial şəbəkələrdə yayılan bu video geniş müzakirə obyektinə çevrilib.
Videoda diqqəti çəkən divardan asılan şəkildir. Bu şəkilin özəlliyi isə insanları izləməsidir. Yəni şəkilin hansı tərəfində durmağınızdan asılı olmayaraq, orda təsvir olunan insanın gözləri hərəkət edir və beləcə baxışlarını sizdən ayırmır.

 

​"Microsoft" ilk noutbukunu təqdim edib - VİDEO

"Microsoft" şirkəti texnoloji yeniliklərin təqdimatı zamanı özünün ilk noutbuku olan "Surface Book"u təqdim edib.

"Dalğa TV"nin məlumatına görə, yaradıcılar yeni noutbukun "Apple"nin "MacBook Pro"sundan iki dəfə sürətli olduğunu iddia edirlər.

Yeni noutbuk 3000x2000 pikselə imkan verən 13,5 dyümlük sensor displeyi ilə təchiz edilib.

Şirkət yeni texnologiyanı məhz noutbuk kimi təqdim edir, lakin onu planşet kimi də işlətmək olar. Yaradıcılar qurğunun enerji ehtiyatı olmadan 12 saata qədər işləyə biləcəyini vəd edirlər.

İlkin sifariş oktyabrın 7-də 1499 dollar start qiymətinə mümkün olacaq.

"Microsoft", həmçinin "Lumia 950"nin yenilənmiş versiyası olan "Lumia 950 XL"i də təqdim edib.

 

Uşağa işgəncə verən "ana" VİDEO

Bu videonu izlədikdə insan sadəcə dəhşətə gəlir. Müqəddəs "ana" adına layiq olmayan bu məxluq, kiçik yaşlı uşağa sanki işgəncə verir.

"Dalğa TV" həmin hadisənin video görüntüsünü təqdim edir:

 

29 yaşında nənə oldu - FOTO

Rusiyada çox qəribə hadisə olub. Modern.az xəbər verir ki, Nijni Novqorod vilayətinin 29 yaşlı sakini Anastasiya Knyazkova 29 yaşında nənə olub. Belə ki, 15 yaşında ana olan Anastasiyanın qızı da həmən yaşda ana olub.

Ardını oxu...

AZAL aviabiletlərə endirim etdi - Qiymətlər

“Azərbaycan Hava Yolları” Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən (AZAL) AzNews.az-a verilən məlumata görə, qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək.

Ardını oxu...

Millət vəkili qəzaya düşdü - 2 ölü, 4 yaralı

Ədalət və İnkişaf Partiyasının (AKP) İspartadan olan millət vəkili Süreyya Sadi Bilgiç Kütahya-Afyonkarahisar avtomobil yolunun 30-cu kilometrində avtomobil qəzasına düşüb.

 

Dalga TV Publika.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər dünyasını dəyişib.

 

Süreyya Sadi də daxil olmaqla 4 nəfər yaralanıb.

 

305 kq arıqladı, sonra sevgilisini bəyənmədi

Yaxın vaxtlara kimi dünyanın ən kök adamı sayılan Pol Meyson sevgilisindən ayrılıb. Maraqlısı odur ki, britaniyalı Pol məhz sevgilisi Rebekkanın xatirinə 305 kq arıqlamışdı.

Özünün Facebook səhifəsinfə Pol yazıb ki, daha münasibətləri davam etdirməsi üçün stimulu yoxdur. O, keçmiş nişanlısından dost kimi ayrılıb.

3 il əvvəl Pol Meysonun çəkisi 445 kq idi. Meyson o qədər kök idi ki, heç evinin qapısından çıxa bilmirdi. 2002-ci ildə onu təcili əməliyyata aparmaq lazım olanda, xüsusi xidmət orqanları evin bir divarını sökərək Polu kranla qaldırıb aparmalı olmuşdular.

Meyson amerikalı Rebekka ilə tanış olduqdan sonra arıqlamağa qərar verir. Meyson mədəsini şuntlayır və arıqlamağa başlayır. 3 il ərzində 292 kq arıqlayır. Daha sonra həkimlər onun bədənindən 21 kq artıq dəri çıxardırlar.

Hazırda Meyson təxminən 120 kq ağıqlıqdadır. Və o, artıq Rebekka ilə birlikdə olmaq istəmir.

Bu il Azərbaycana 1 mln. turist gəlib

Bu ilin ötən dövründə Azərbaycana təxminən 1 mln. nəfərə yaxın xarici turist gəlib.

"Dalğa TV" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib: "Bununla belə, builki turist sayında 10%-lik bir azalma müşahidə olunub".

N.Səmədov qeyd edib ki, ölkəyə əsasən 4 ölkə - Rusiya, Gürcüstan, Türkiyə və İrandan turistlər gəlir. Qeydə alınan azalma isə həmin ölkələrdə baş verən hadisələrlə bağlıdır və əsasən Rusiya və Gürcüstan üzrə qeydə alınıb. Rusiyadakı iqtisadi böhran bu ölkədə alıcılıq qabiliyyətinin azalmasına (bu il 87 min turist gəlib) səbəb olub.

Nazir müavini deyib ki, neftin qiymətinin düşməsi ilə əlaqədar olaraq Azərbaycan bu il turizmdə azalma olacağına hazır idi. Belə ki, analoji problem 2008-2009-cu illərdə də yaşandığına görə hazırda çıxış yolları tapmaq daha asandir: "Əsas həll isə bu bazarlara təsiri artırmaq və alternativ bazarlardan axını intensivləşdirməkdir".

N.Səmədov bildirib ki, bununla yanaşı, Avropadan gələn turistlərin sayının artırılması üçün nazirlik tərəfindən təkliflər paketi hazırlanıb: "Avropa ölkələrindən uçuşların qiymətinin azaldılması, gəlmə turizmi inkişaf etdirmək üçün o bazarların, onların tətil vaxtları və istirahət mədəniyyətinin öyrənilməsi üçün real addımlar atılır, bununla bağlı konkret aksiyalar keçirilir, həmçinin, ucuz turpaketlərin hazırlanması ilə turist cəlb etməliyik”.

N.Səmədov əlavə edib ki, Azərbaycanda turizm sektorunun ÜDM-də payı 4,1%-dir, son 10 il ərzində isə ölkəyə gələn turistlər toplam olaraq 1,3 mlrd. dollar xərcləyiblər.

Google şirkəti loqosunda dəyişiklik edib

Kaliforniyanın Google şirkəti öz loqotipini yeniləyib

"DalğaTV"-nin məlumatına görə, dəyişikliklər loqonun şriftini və onun əlavə texniki elementlərini əhatə edib. Bununla belə, təsvirin  konsepsiyası – şirkətin altı hərfdən ibarət adı və rəng qamması qorunub saxlanılıb.   

“Loqotip daha incə və sadə olub. O  mobil internet-platformalara indi daha çox yaraşır və smartfonların ekranında daha optimal görünür”, deyə  KTLA telekanalı qeyd edib.

Google rəhbərliyinin yaydığı məlumatda isə yeni loqonun daha “sadə, parlaq, lakonik və daha yaxın” olduğunu qeyd edib.   

Qeyd edək ki, loqotipin yenilənməsi Google şirkətinin strukturunun tamamilə dəyişməsindən sonra baş verib.  Google şirkəti hazırda yeni yaradılmış Alphabet holdinqinin törəmə qurumuna çevrilib. 

NASA-dan yeni sınaq: 6 insan üç il Marsda yaşayacaq

ABŞ Kosmik Agentliyi olan NASA Marsda ehtimal olunan təhlükələri öyrənmək üçün yeni sınağa əl atıb.

"DalğaTV" xarici mediaya istinadən xəbər verir ki, NASA-nın yeni təlimatına uyğun olaraq xüsusi hazırlıq keçmiş 6 şəxs bir ildən üç ilə  qədər bütün Yer sivilizasiyasından uzaqlaşaraq, kimsə ilə əlaqə qurmadan, hər şeydən təcrid olunaraq Marsda yaşayacaqlar

“Azerspace-1” vasitəsilə daha çox türk, rus, gürcü kanalları yayımlanır

Hazırda Azərbaycanın ilk peyki – “Azerspace-1” vasitəsilə 121 kanal yayımlanır.



Bu barədə “ICTnews” Elektron Xəbər Xidmətinə “Azərkosmos” ASC-dən məlumat verilib. ASC-dən bildirilib ki, onlardan 108-i televiziya və 13-ü isə radio kanalıdır.
Televiziya kanallarından 16-sı yerli televiziya kanalı olmaqla, türk, rus, gürcü kanalları üstünlük təşkil edir.

“Azərkosmos” ASC bildirir ki, hər bir kəs “Azerspace-1” peyki üzərindən yayımlanan kanalların ümumi siyahısını çox asanlıqla nəzərdən keçirə bilər.

Belə ki, kanalların hər biri ASC-nin rəsmi saytında yerləşdirilib.

İnternetə çıxışı olan istənilən şəxs bu linkə daxil olmaqla ümumi siyahı ilə tanış ola bilər.

Hazırda Azərbaycanın ilk peyki – “Azerspace-1” vasitəsilə 121 kanal yayımlanır.

Bu barədə “ICTnews” Elektron Xəbər Xidmətinə “Azərkosmos” ASC-dən məlumat verilib. ASC-dən bildirilib ki, onlardan 108-i televiziya və 13-ü isə radio kanalıdır.
Televiziya kanallarından 16-sı yerli televiziya kanalı olmaqla, türk, rus, gürcü kanalları üstünlük təşkil edir.

“Azərkosmos” ASC bildirir ki, hər bir kəs “Azerspace-1” peyki üzərindən yayımlanan kanalların ümumi siyahısını çox asanlıqla nəzərdən keçirə bilər.

Belə ki, kanalların hər biri ASC-nin rəsmi saytında yerləşdirilib.

İnternetə çıxışı olan istənilən şəxs bu linkə daxil olmaqla ümumi siyahı ilə tanış ola bilər.

Türkiyədə azərbaycanlı evində ölü tapılıb

Türkiyənin İzmir bölgəsinin Buca qəsəbəsində qollarına bıçaqla çoxsaylı xəsarət yetirilmiş azərbaycanlının meyiti tapılıb.

APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu 49 yaşlı azərbaycanlı Şahin Mehdiyev olub.

Onun ölümü barədə polisi qonşuları və həyat yoldaşı məlumatlandırıb.

Fakta bağlı araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər