Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün87
DünənDünən957
Bu həftəBu həftə9288
Bu ayBu ay47026
Bu günə qədərBu günə qədər7474360

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Tbilisidə Saakaşvilinin məhkəməsi keçirilib

altİyunun 2-də Tbilisidə keçmiş prezident Mixail Saakaşıvilinin və xüsusi dövlət mühafizə xidmətinin keçmiş rəisi Temur Djanaşvilinin vəzifə səlahiyyətlərini aşması və 9 milyon larini (4 milyon dollara yaxın) mənimsəməsi ilə bağlı qapalı məhkəmə prosesi başlayıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ittihamda qeyd edilir ki, Saakaşvili və onu müşayiət edənlər bu pulu Djanaşvilinin xüsusi maliyyə fondu vasitəsilə bütün səfərlər və tədbirlərə xərcləyiblər.

Bu məbləğin xeyli hissəsinin keçmiş dövlət başçısının şəxsi maraqları üçün xərcləndiyi də iddia olunur. Cinayət işində qeyd edilir ki, Saakaşvili dövlət hesabına Londonda 7 pencək və şal parçadan olan ümumi dəyəri 50 min dollar olan idman paltosu alıb. Sabiq prezidentin hətta dövlət büdcəsi hesabına Almaniyada tanınmış masajçı saxladığı, eləcə də restoranlarda minlərlə dollarlıq hesab verdiyi də iddia olunur.
Girov müqabilində azadlıqda olan Djanaşvili məhkəmə iclasından sonra bəyan edib ki, prokurorluq indiki baş nazir İrakli Qaribaşvilinin dövlət büdcəsini necə xərclədiyini açıqlamadan imtina edib: “Onun məlumatına görə, indiki baş nazir ötən il bir xarici səfəri zamanı 560 min lari (243 min dollar) xərcləyib.
Prezidentin xüsusi mühafizə xidmətinin keçmiş rəisinin fikrincə, istənilən dövlət başçısının xərcləri olsa da, yalnız buna görə Saakaşviliyə ittiham irəli sürülüb.

Vəkillər ABŞ prezidenti Barak Obamanın xərclədiyi pulun məbləğinin açıqlanmasını təklif ediblər. İttiham tərəfi bununla razılaşmayıb. Növbəti məhkəmə prosesi iyunun 15-nə təyin olunub.

“Qırmızı körpü”də 194 min saxta dolları olan şəxs saxlanıldı

altAzərbaycan ilə Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində qonşu ölkə vətəndaşının üzərindən 194,4 min saxta ABŞ dolları götürülüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs saxta əskinasların ona məxsus olduğunu etiraf edib. İstintaq sirri olduğu üçün saxlanılan şəxsin kimliyi açıqlanmır.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə (külli miqdarda saxta əskinasların, qiymətli kağızların və metal sikkələrin istehsalı, saxlanılması və satışı) cinayət işi başlanıb.

Əməlləri sübuta yetirilərsə, həmin şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Səfurə Əlizadə oğlunu göstərdi

alt“Eurovision 2010”da Azərbaycanı təmsil edən gənc müğənni Səfurə Əlizadə və Fərhad Əliyevin oğlunun bir yaşı tamam olub.

ANS PRESS-in məlumatına görə, İsgəndər adlı körpə üçün valideynləri təntənəli ad günü və sünnət mərasimi keçiriblər. Mərasimdə ailənin yaxınları, dostları iştirak ediblər.

ANS PRESS "1news.az"a istinadla ad günündən olan fotoları təqdim edir.

Qeyd edək ki, Azərbaycanın “Eurovision" təmsilçisi Safura Əlizadə 2013-cü ilin yay aylarında ailə həyatı qurduqdan sonra ilk dəfə olaraq müsahibə verib. İş adamı Fərhad Əliyevlə həyatını birləşdirdikdən sonra isə ifaçı birdəfəlik səhnə həyatına son qoyub. Bundan sonra isə Səfurə Türkiyəyə köçüb orada yaşayır.

"Canlı Barbi" idmançı oldu

alt"Canlı Barbi" kimi tanınan ukraynalı model görüntüsünü dəyişib. ANS PRESS-in məlumatına görə, ukraynalı model Valeriya Lukyanova bir neçə ay öncə döyülməsindən sonra öz üzərində işə başlayıb.

İndi o əzələ toplamağa başlayıb. O, artıq olduqca zəif görüntüsündən xoşlanmadığını deyir.

6 ay öncə naməlum şəxslər tərəfindən hücuma məruz qalmasından sonra o bir müddət xəstəxanada qalıb. Lukyanova sağalandan sonra yenidən fotolarını paylaşmağa başlayıb.
Fotolarda onun əzələləri diqqət çəkib.

İndi o özünü Amazon döyüşçülərinə bənzətməyə çalışır.

28 yaşlı Valeriya incə beli, uzun sarı saçları, hədsiz makiyajı və keçirdiyi plastik əməliyyatlarla özünü gəlinciyə bənzətmişdi

Basdırılan körpə 8 gün sonra sağ tapıldı (FOTO)

altDəfn edilən 8 günlük körpə xilas edilib. ANS PRESS-in məlumatına görə, möcüzəli hadisə Çində baş verib. Guangxi bölgəsində yeni doğulan bir uşaq dovşandodaq olduğu üçün valideynləri tərəfindən məzarlığa atılıb.

"Daily Mail"in məlumatına görə, məzarlıqda atılan körpəni dağ yamacında bitki toplamağa gedən qadın və rahib tapıblar. Lu Fenglian adlı əvvəlcə dağın "lənətli" olduğunu düşünüb.

O, dərhal buddist məbədinə qaçaraq kömək istəyib. Rahiblə yenidən məzarlığa gələn qadın polisə də məlumat verib. Onlar təqribən 5 sm dərinlikdə qutunun içində dəfn edilən körpəni tapa biliblər.
Xoşbəxtlikdən uşaq sağ olub.

Polisin uşağın qutusunda adyal, əlavə paltarlar olduğunu da açıqlayıb. Bir neçə gün reanimasiyada qalan körpənin vəziyyətinin normal olduğu bildirilir. Yeni doğulan uşağın sağ qalmasına səbəb isə yağış suları olub.

Araşdırmadan sonra körpənin valideynləri tapılıb. Hətta bir neçə nəfər həbs edilib. Lakin cütlük sübutlar kifayət qədər çox olmadığı üçün buraxılıb.

Arı yeyən Qusar sakini Ginnesin Rekordlar Kitabına düşmək istəyir

altQusar rayon sakini, 57 yaşlı Kazım Balakişiyev qeyri-adi bacarığa malikdir.

O, arının balını da, özünü də yeyə bilir.

K. Balakişiyev deyir ki, 15 ilə yaxındır, arıçılıqla məşğuldur. Arı yeməyə isə 7 ildir başlayıb.

Onun sözlərinə görə, dəfələrlə arı sancmasına baxmayaraq səhhətində heç bir problem yaranmayıb. O, bu bacarığı ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir, bunun üçün o 365 arını yeyə biləcəyini iddia edir.

Bununla belə, K. Balakişiyev digər şəxslərə arı yeməyi məsləhət görmür.

Tbilisidə naməlum şəxs avtomobillə Azərbaycan vətəndaşını vuraraq qaçıb

altGürcüstanda naməlum şəxs avtomobil ilə Azərbaycan vətəndaşı Elnur Zeynalovu vuraraq qaçıb.


Hadisə dünən gecə saat 22.00 radələrində Tiflisdə baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü "Volkswagen Golf" markalı avtomobili sürətlə idarə edib və tələbəni vurduqdan sonra maşını saxlamadan hadisə yerindən qaçıb. Tiflis Dövlət Tibb Universitetinin II kurs tələbəsi olan E. Zeynalov dostunun ad günü mərasimindən evə qayıdırmış. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü E. Zeynalov kəllə-beyin travması alıb. Hazırda o, Tiflisin Mərkəzi klinikasındadır.

Polis faktla bağlı araşdırma aparır.

Məşhur hind aktyoru həbs edildi

altHindistanda məhkəmə məşhur kinoaktyor Salman Xanı evsiz insanın ölümündə təqsirli bilib. Hakimin qərarına əsasən, Bollivud ulduzu Salman Xan sərxoş halda avtomobili idarə edərkən adam vurmaqda təqsirli bilinərək, 5 il müddətinə həbs cəzası alıb.

Hadisə 2002-ci ilin sentyabrında Mumbay şəhərində baş verib. Həmin vaxt Salman Xanın olduğu avtomobilin vurduğu 5 evsiz insandan biri dünyasını dəyişmişdi.

İrəli sürülən ittihamlara baxmayaraq, aktyor hadisə baş verən zaman sükan arxasında özünün deyil, sürücünün olduğunu iddia edib.

Aktyorun qərardan apellyasiya ərizəsi verəcəyi və bu səbəbdən məhkəmə prosesinin daha bir neçə il də uzanacağı gözlənilir.

Kral ailəsi Bekhemi seçdi

altKeçmiş futbolçu Devid Bekhem Britaniya şahzadəsinin xaç atası olacaq.

ANS PRESS-in məlumatına görə, bir neçə gün əvvəl doğulmuş Şarlotta Elizabet Diananın valideynləri belə qərar gəliblər. Körpənin xaç suyuna salınma mərasiminin nə vaxt olacağı isə hələlik bəlli deyil.

Bekhemlə şahzadə Uilyamın ailəsi hələ 2011-ci ildə tanış olublar. O zamandan bir-biri ilə ailəvi dostluq edirlər.

Xatırladaq ki, Şarlotta Elizabet Diana mayın 2-də doğulub. Bu, şahzadə Uilyam və Keyt cütlüyünün ikinci övladlarıdır. Onların ilk övladları isə 2013-cü ildə dünyaya gəlib.

Molla 27 yaşlı qızı şərlədi: 4 nəfər asılacaq

altƏfqanıstanda kütlənin linc edib öldürdüyü Fərxundəyə görə məhkəmə dörd kişini ölüm hökmünə məhkum edib.

 27 yaşlı qadın Quranı yandırmaqda ittiham edilirdi, lakin sonradan onun bunu etmədiyi aydın olub.

Gənc qadının döyülərək öldürülməsi ittihamı ilə ümumilikdə 49 nəfər məsuliyyətə cəlb olunub. Məhkəmə ölüm hökmünü 4 saatlıq dinləmə nəticəsində çıxarıb. Bundan başqa daha 8 nəfər 16 il müddətinə azadlıqdan məhrum edlib. 18 nəfərin təqsiri sübut olunmayıb.

Fərxundanın kütlə tərəfindən öldürülməsi Kabulda böyük etiraz aksiyalarına səbəb olmuşdu. Bu iş üzrə cinayətin qarşısını ala və asayişi qoruya bilmədiyinə görə 19 polis təqsirləndirilirdi. Onlar barədə hökm bazar günü çıxarılacaq.

Məhkəmə Əfqanıstan dövlət televiziyası ilə birbaşa yayınlanıb

Banan qabığının ağla gəlməyən 7 faydası - MARAQLI

alt

Vitaminlərlə zəngin olan bananı yeyəndən sonra onun qabığını zibil qutusuna atmamaq məsləhət görülür. Çünki lazımsız bildiyimiz banan qabığının faydalılıq əmsalı çox yüksəkdir.

Modern.az bu faydalardan yeddisini təqdim edir:

1. Dişləri ağardır: Stomotoloqların da dediyinə görə, banan qabığının ağardıcı effekti bahalı diş məcunlarından heç də geri qalmır. Banan qabığını sürüşkən iç hissəsini hər səhər dişlərinizə sürtmək sizə ağ dişlər bəxş edəcək.

2. Sızanaqları aradan qaldırır: Hər axşam yatmazdan qabaq üzdəki qızartı olan nöqtələri banan qabığı ilə ovuşdurub səhərə qədər gözləmək lazımdır. Səhər üz qızartılarının azaldığını görəcəksiniz.

3. Qırışları azaldır: Sızanaqlar üçün tətbiq olunan qaydanı qırışlara qarşı da etmək lazımdır. Hər axşam yatmazdan qabaq iki banan qabığı ilə gözün altını, dodaqların ətrafını ovuşdurmaq ən azından yeni qırışların yaranmasının qarşısını alacaq.

4. Ziyilləri müalicə edir: Əvvəlcə ziyil olan yeri banan qabığı ilə ovmaq lazımdır. Daha sonra həmin ziyilin üzərinə bir parça banan qabığı qoyub bintlə sarımaq lazımdır. Xeyrini tezliklə görmək olar.

5. Yanıq göynərtilərini sakitləşdirir: Bədəndə yanıq yerini əvvəlcə çətin də olsa soyuq və təmiz su ilə yaxalayandan sonra banan qabığının ətli ağ tərəfi ilə örtmək lazımdır. Daha sonra həmin banan qabığını bintlə sarımaq vacibdir. Yanıq göynərtiləri sakit olmaqla bərabər, həm də yanıq yerindəki qaşıntı da öləzimiş olur.

6. Gümüş, dəri və metal əşyaları parıldadır: Banan qabığı xüsusi ilə də gümüş həvəskarlarının sevimli köməkçisi olmalıdır. Bananı soyandan sonra gümüş əşyaları, dəri kresloları və mətbəx əşyalarını çox gözəl şəkildə parıldatmaq olar.

7. Ayaqqabıları təmizləyir və parıldadır: Ayaqqabı boyalarının tərkibində olan təmizləyici və parıldadıcı maddələr banan qabığının tərkibində də var. Odur ki, ayaqqabıları təmiz görmək istəyirsinizsə banan qabığından yararlana bilərsiniz.

Cenifer Lopez yenə ərə gedir – 3 milyonluq toy

alt

Hollivudun məşhur simalarından olan Cenifer Lopez yeni sevgilisi Kasper Smartla ailə həyatı qurmağa hazırlaşır.

AzNews.az “Life & Style”a istinadən xəbər verir ki, bu barədə onun rəfiqəsi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, cütlük artıq toy hazırlıqlarına başlayıb: “Cenifer əmindir ki, Kasper onun ikinci yarısıdır. O toylarının ideal olması üçün külli miqdarda pul xərcləməyə hazırdır”.

Nəşr iddia edir ki, Lopez bu hazırlıqlara 3 milyon dollar xərcləyəcək və toy bu ilin dekabrında baş tutacaq. Lakin toyun təşkil olunacağı yer hələki açıqlanmır. Cütlüyün iki variant – Havay adaları və Puerto-Riko üzərində düşündükləri deyilir.

Saytda Axtarış

Son xəbərlər