Dalga Televiziyasi Məşhur hind aktyoru həbs edildi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün91
DünənDünən1597
Bu həftəBu həftə7126
Bu ayBu ay4404
Bu günə qədərBu günə qədər7492621

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Məşhur hind aktyoru həbs edildi

altHindistanda məhkəmə məşhur kinoaktyor Salman Xanı evsiz insanın ölümündə təqsirli bilib. Hakimin qərarına əsasən, Bollivud ulduzu Salman Xan sərxoş halda avtomobili idarə edərkən adam vurmaqda təqsirli bilinərək, 5 il müddətinə həbs cəzası alıb.

Hadisə 2002-ci ilin sentyabrında Mumbay şəhərində baş verib. Həmin vaxt Salman Xanın olduğu avtomobilin vurduğu 5 evsiz insandan biri dünyasını dəyişmişdi.

İrəli sürülən ittihamlara baxmayaraq, aktyor hadisə baş verən zaman sükan arxasında özünün deyil, sürücünün olduğunu iddia edib.

Aktyorun qərardan apellyasiya ərizəsi verəcəyi və bu səbəbdən məhkəmə prosesinin daha bir neçə il də uzanacağı gözlənilir.

Saytda Axtarış

Son xəbərlər