Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1635
DünənDünən2692
Bu həftəBu həftə4327
Bu ayBu ay42065
Bu günə qədərBu günə qədər7469399

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Bakıda sevgi dramı: “Ya mənim olmalısan, ya torpağın” (FOTO, TƏFƏRRÜAT)

altBakının Nizami rayonunda sevgi dramı yaşanıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bəhruz Nuriyev küçəsi 81 ünvanında 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayeva vəhşicəsinə qətlə yetirilib. Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub.

Nizami rayon Polisİdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qızı öldürən Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov saxlanılıb.

Qeyd edək ki, A. Babayeva Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Qızı qətlə yetirən İzzət Hüseynov ifadəsində bildirib ki, hadisəni qısqanclıq üzündən törədib.
Aytac Babayevanı sevən İzzət Hüseynov məhəbbətinin qarşılığını ala bilməyib. Qız dayısıoğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyini deyib.

“Ya mənim olmalısan, ya da torpağın” deyən oğlan qızı qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda istinqat işləri aparılır.

Faşistlər Hitleri "dirildir" (FOTO)

altAlman kəndlərindən biri neonasistlər tərəfindən tutularaq Üçüncü Reyxin kultu yaradılıb. ANS PRESS-in məlumatına görə, qəsəbədə fürerin şərəfinə bir çox işlər görülüb.

Adolf Hitler və alman faşizminin pərəstişkarları artıq Yamel adlı alman kəndinə köçməyə başlayıblar. Kənd başdan-başa faşist şüarları ilə bəzədilib. Kəndin girişində "Azadlıq - nasional-sosializm" şüarlı plakat yerləşdirilib.

Nasistlər bundan başqa yerli əhali arasında aktiv təşviqat kampaniyası apararaq Reyxə simpatiya yaradmağa çalışırlar.

Ancaq, belə siyasət bütün kəndlilərin ürəyincə olmayıb. Çoxları nasistlərin bu hərəkətlərindən son dərəcə narahatlıq keçirir. Belə ki, nasistlər öz tərəflərinə çəkə bilmədiyi kəndliləri kənddən getməyə məcbur edir.

"Neonasistlər qəsdən bizim kəndimizdə yerləşiblər. Bunlar cinayətkarlardır. Onlar bizə dinclik vermirlər, bizi qovmaq istəyirlər. Kim onlarla razı deyil, burada ona dinclik vermirlər ", - Birqit Lomeyer adlı yerli sakin bildirib.

İndiyə qədər doğru bildiyimiz yanlış faktlar – MARAQLI

altDünyada təsdiqlənən elə faktlar var ki, sonradan onların yanlış fərziyyə olmaları üzə çıxıb. Amma dünya ictimaiyyəti, insanların böyük əksəriyyəti həmin faktların bu gün də doğru olmalarına inanırlar.

1.Everest dağı – dünya əhalisinin əksər hissəsi indiyə qədər dünyada ən hündür zirvənin Everest olduğunu düşünür. Mütəxəssislərin dediyinə görə, bu fərziyyə yalnız dağların dəniz səviyyəsi ilə nisbətdə hündürlüyünə görədir. Əslində isə dünyanın ən hündür zirvəsi Maona Keadır.

2. Buqələmunlar – adamların çoxu elə fikirləşir ki, buqələmunlar olduqları ətraf aləmə, obyektlərə görə öz rəngini dəyişir. Əslində, belə deyil. Buqələmunların rəng dəyişməsinin əsas səbəblərindən biri o zaman hiss etdikləri qorxu, təhlükə, bir sözlə, ətrafdan aldıqları hisslər və bu hissləri keçirən zaman toxunduqları əşyalardır.

3.Çin səddi - uzun müddət dünya ictimaiyyəti Çin səddinin kosmosdan görünən yeganə tarixi tikili olduğunu qeyd edirdi. Amma Aya gedən Apollon astronomları Çin səddinin görünmədiyini müşahidə etdilər. Buna baxmayaraq, hələ də dünya əhalisinin yarıdan çoxu bu fərziyyənin real olduğuna inanır.

4.Bədən hərarəti - dünya tibb elmi uzun müddətdir insan bədənində ən çox hərarətin baş nahiyəsində olduğunu düşünürlər. Amma əslində vücuddakı hərarət stabil deyil, bədənin müxtəlif yerlərinə dağılmaqdadır. Amma bu gün də insanların çoxu elə düşünür ki, ən böyük hərarət baş hissədə olur, odur ki, xəstələnən zaman hərarəti olub- olmadığını bilmək üçün həmən əlimizi alnımıza qoyuruq.

5. Dünyanın fırlanması

Dünya əhalisinin 74 faizi yerin Günəş ətrafında fırlandığını deyir. Amma modern elmin irəli sürdüyü fərziyyəyə görə, istər Günəş, istərsə də bütün planetlər eyni vaxtda öz oxları ətrafında fırlanırlar. Yəni nə Yer, nə də başqa planetlər Günəş ərtafında dövr etmir.

Qeyd : Bu məlumatlar ABŞ-ın İnananlar və İnanmayanlar Fondunun hazırladığı siyahıda öz əksini tapıb.

Məşhur cütlüyün oğlu oldu

altMəşhur cütlük - ifaçı Castin Timberlek və Hollivud aktrisası Cessika Bielin övladları dünyaya gəlib.

 Cütlüyün oğlu olub. Onlar övladlarının adını Silas Randall Timberlik qoyublar. Hələlik mətbuatda heç bir əlavə məlumat və ya şəkil paylaşılmır. Qısaca olaraq ana ilə oğlunun vəziyyətinin yaxşı olduğu, Justinin isə həddən artıq sevincli olduğu deyilir.

Xatırladaq ki, Castin Timberlek və Cessika Biel cütlüyü 2012-ci ildə ailə qurub. Onların toy mərasimlərinin qeyri-adiliyi isə gəlinin toya çəhrayı gəlinlik paltarı ilə gəlməsi olub. Buna görə, bir çoxları məşhur aktrisaya heyran olsalar da, onu tənqid edənlər də tapılmışdı.

Türklər Aygün Kazımovanın geyimini "oğurladılar" (FOTO)

altMəşhur türk modelyer azərbaycanlı stilist Sərxanın fikirlərini "oğurlayıb".

 Türkiyənin məşhur müğənnisi Nazlı Hamarat “İşte benim stilim” verilişində modelyer Mert Erkanın “Vampir” adlı obrazını təqdim etmişdi.

Aradan bir müddt keçdikdən sonra məlum olur ki, bu stili bir neçə ay əvvəl xalq artisti Aygün Kazımova geyinib. Modelyer Mert Erkan özü də bu fakta xeyli təəccüblənib.

Belə ki, həmin verilişdə nümayiş olunan obrazın tam eynisini bir necə ay bundan öncə azərbaycanlı stilist Sərxan xalq artisti Aygün Kazımova üçün hazırlamışdı.

Məşhur müğənni həbsə düşə bilər

altArgentina məhkəməsi kanadalı pop müğənni Castin Biber haqqında həbs qərarı verib. Məşhur müğənni Argentianın paytaxtı Buenos-Ayresdə baş vermiş dava-dalaşla bağlı istintaqa ifadə verməkdən yayındığı üçün özü və iki cangündəni həbs ediləcək.

Pop ulduz 2013-cü ildə Buenos-Ayresdəki bir barın qarşısında fotoqraf Diyeqo Pesonun döyülməsində ittiham edilir. Fotoqrafın iddiasına görə, pop ulduzun fotosunu çəkən zaman cangüdənləri tərəfindən zorakılığa məruz qalıb.

Günahı sübuta yetiriləcəyi təqdirdə, Castin Biberi 6 aydan 6 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Biber ən qalmaqallı müğənnilərdir. Müntəzəm olaraq davranışlarına görə, onun barəsində polisə şikayətlər edilir.
Gənc ifaçı hər dəfə düzələcəyi barədə söz versə də, buna əməl etmir.

İki erməni Bakını qarışdırdı

altBakıda Pyotr Montinin adını daşıyan pabın üzərində erməni terrorist Andranik Ozanyanın şəklinin aşkarlanması sosial şəbəkədə gərginlik yaşatdı. 

ANS PRESS-in məlumatına görə, sosial şəbəkə istifadəçiləri rəylərində Bakıda həqiqi soyadı Montyan olan və buna görə erməni olduğu ehtimal edilən Montin ləqəbli bolşevikin adına niyə Bakıda market, otel və pab olduğunu anlaya bilmirlər. Pabın üzərində 1918-20-ci illərdə Qərbi Azərbaycanın 200-dən çox müsəlman kəndinin əhalisini məhv etmiş erməni Andranik Ozanyanın şəklinin olması da şəksizdir. Türkiyədən qaçmış Andranik Ozanyan Rusiya ordusunda general-mayor rütbəsinə qədər yüksəlmişdi və pabın üzərindəki məhz onun şəklidir. 

Bakıda Şirvanşahlar dövründən yaşayan ailəyə məxsus çaxır-likor fabrikantının ailəsində doğulmuş və həddindən varlı yaşamış Pyotr Montyan daima həbsxanalarda olduğuna görə heç bir hərbi rütbəsi ola bilməzdi. Montyan həmçinin erməni terrorist Tatevos Amirovla birlikdə varlı müsəlman ailələrini soymaqla məşğul olub. Bu ailələrin övladlarını oğurlayaraq əvəzində pul tələb edirmişlər. 

Bolşevik qruplaşmasının üzvü olmuş Montyan öz yoldaşları tərəfindən öldürülüb. Onu Padla ləqəbli Qəzənfər Musəbəyovun dəstəyi ilə Lavrenti Beriya vurub. Maraqlıdır ki, Bakıda onun abidəsini də məhz Qəzənfər Musabəyov açıb. Həmin vaxt Qəzənfər Musabəyov Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. 

Keçmiş prezidentin təyyarəsinin sirri çözüldü

alt2010-cu ilin aprelində göyərtəsində Polşa prezidenti Lex Kaçinski və bri sıra dövlət xadimlərinin  olduğu təyyarə qəzası ilə bağlı yeni faktlar üzə çıxıb.  

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polşalı istintaqçıların pilot kabinəsindəki danışıqlarının yeni səs yazısı pilotlara Polşa Hərbi Hava Qüvvələrinin komandanı Anjey Blasikin ciddi təzyiq göstərdiyini üzə çıxarıb. Səs yazısında prezident çevrəsindəki şəxslər duman və pilotların etirazına baxmayraq, Rusiyanın Smolensk şəhərində yerləşən aerodroma eniş edilməsini tələb edirlər.

Yeni fraqmentlər pilotların dəfələrlə kənar şəxslərin pilot kabinəsini tərk etməsini tələb etdiyini, həmin vəzifəli şəxslərin isə etirazlara məhəl qoymayaraq pivə içməkdə davam etmələrini təsdiqləyir. Qəzadan 20 dəqiqə əvvəl kabinədə “məni rahat buraxın” ifadəsinin və bəzi söyüşlərin işlədildiyi səs yazısından aydın olur.  

2010-cu il aprelin 10-da “Tu-154M” təyyarəsinin Smolensk aerodromunun bir neçə metrliyində qəzaya uğraması nəticəsində Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşı daxil olmaqla 96 nəfər həlak olmuşdu. Qəzanın araşdırılması ilə bağlı istintaq həm Polşa, həm də Rusiya prokurorluğu tərəfindən davam etdirilir.    

Hələ belə hədiyyə görünməyib

altBelə hədiyyə nə eşidildi, nə də görüldü. Almaniyada eşidənləri heyrətə salan bir hal yaşanıb.

ANS PRESS-in məlumatına görə, Baden-Vürttemberq əyalətində Lörrach şəhərində 21 yaşlı gənc həyatının hədiyyəsini alıb. Ona bu hədiyyəni verən isə küçədən keçən bir qadın olub.

"Bild" qəzetinin məlumatına görə, gəncin qarşısına çıxan qadın "sizə öz maşınımı bağışlaya bilərəm?" deyə sual verib. 53 yaşlı hannoverli qadın xaricə getdiyini, həyatında yeni səhifə açmaq istədiyini deyib.
"Volkswagen Polo" markalı maşınını gəncə bağışlayan qadın bütün sənədləri də ona təqdim edib.

Əlində sənədlər və maşının açarı ilə heyrətə düşən gənc dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis qadını yoxlayıb onun ağlının başında olduğunu müəyyən edəndən sonra gəncə istəsə hədiyyəni qəbul edə biləcəyini deyib.

Bundan sonra Florian adlı oğlan 10 min avro qiyməti olan hədiyyəni qəbul edib.

Türkiyənin baş nazirini ayaq üstə saxlayan meyvənin adı məlum oldu

alt

Gərgin iş qrafiki ilə diqqət çəkən Türkiyənin baş naziri Əhməd Davudoğlunun əsas qida rasionunu təşkil edən meyvənin adı məlum olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, gün ərzində müntəzəm olaraq 16 saat çalışan və əksər hallarda müsbət emosiyası ilə diqqət çəkən baş nazir bunun üçün yalnız Malayziya və İndoneziyada yetişən Durian adlı meyvəyə bircludur. Belə ki, baş nazir Malayziyadakı diplomatik fəaliyyəti zamanı bu bitkinin böyük enerji və müalicə əhəmiyyətli olmasını orada kəşf edib. O zamandan bəri durianı özünün əsas qida rasionuna çevirib.

Qeyd edək ki, yalnız Asiyanın bir neçə ölkəsində bitən durian “cənnət-cəhənnəm” meyvəsi kimi də tanınır. O səbəbdən ki, qabığı kaktus kimi tikanlı və pis qoxuludur. Lakin qabığını soyduqdan sonrakı lət hissəsi həm xoş ətirli həm ləzzətli və bol enerjilidir.

Gürcüstanda milli valyutanın rəmzi dəfnini təşkil etdilər

 

Gürcüstandakı bir neçə qeyri-hökumət təşkilatı paytaxt Tbilisidə milli valyutanın rəmzi dəfn mərasimini keçiriblər. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, “Larini yad edirik” adlı aksiya keçmiş baş nazir Bidzina İvanişvilinin evinin qarşısında təşkil edilib. “20 yaşlı lari 2 il sürən ağır xəstəlikdən sonra vəfat edib. Biz bura baş nazirin xalqı aldatdığını demək üçün gəlmişik”, - “Apriori” təşkilatının sədri Beso Şengeliya deyib. 
Aksiya iştirakçılarının əllərində tutduqları tabutun içərisinə üzərində İvanişvilinin təsviri olan milli valyuta əskinazları toplayıblar. Larinin rəmzi dəfni zamanı onlar mövcud böhranda hakimiyyəti təqsirkar adlandırırdılar.

2014-cü ilin noyabrından larinin rəsmi kursu ABŞ dollarına qarşı 26,8 faiz ucuzlaşıb. Martın 29-u üçün 1 ABŞ dolları 2,2242 lari təşkil edib.

Lotereyada 1 milyon uddu- Pulunu almağa gəlmədi

alt

ABŞ-da PowerBall lotereyasında 1 milyon dollar udan şəxs qeyri-müəyyən səbəblərə görə uduşu almaq üçün müəyyən olunmuş vaxtın sonunadək biletini təqdim edə bilməyib.
Azərtac xəbər verir ki, hazırda bu vəsait Kaliforniya ştatının məktəb təhsili sisteminin büdcəsinə köçürülür.

Qaydalara əsasən, lotereya biletlərini təqdim edərək uduşu götürmək üçün verilən 180 günlük vaxt martın 12-də bitib. Bundan sonra uduşlu biletlər qüvvədən düşmüş sayılır.

Vəziyyət həm də ona görə maraqlıdır ki, Kaliforniya KİV-ləri Los-Anceles şəhərinin super-marketlərinin birində uduşlu bileti alan şəxsin fotoşəklini də yayıblar. Foto super-marketin daxili nəzarət sistemindən götürülüb. Bundan əlavə, satıcılardan birinin sözlərinə görə, gənc oğlan öz uduşu barədə məlumatlı olub. İndi hər kəs 1 milyon dolların arxasınca gəlməyən “xoşbəxt”in başına nə gəldiyi haqda düşünür.

Los Angeles Times qəzeti bu cür halların tez-tez baş verdiyini qeyd edir. Belə ki, keçən maliyyə ilində lotereya uduşlarının sahibləri ümumilikdə onlara çatmalı olan 20 milyon dolları götürməyiblər.

Bu məbləğlər PowerBall lotereyasının ən iri uduşu olan 590,5 milyon dolların yanında kölgədə qalıb. 2013-cü ilin yaz aylarında uduşa düşmüş həmin böyük məbləğ sahibi tərəfindən son sentinə qədər alınıb.

Saytda Axtarış

Son xəbərlər