Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün524
DünənDünən859
Bu həftəBu həftə2871
Bu ayBu ay51567
Bu günə qədərBu günə qədər7478901

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Gülben Ergen Mehriban Əliyevanın tədbirində

altTanınmış türk müğənnisi Gülben Ergen gələn ilin iyun ayında Bakıda keçiirləcək I Avropa Oyunları ilə bağlı tədbirə qatılacaq. ANS PRESS-in məlumatına görə, bu barədə müğənni öz İnstagram səhifəsində yazıb.

O, tədbirlə bağlı ona və həyat yoldaşına ünvanlanan dəvətnamənin fotosunu da səhifəsində yerləşdirib.

Dəvətnamədə qeyd edilib ki, oyunlarla bağlı təşkilat komitəsinin tədbiri bu gün Çırağan Palace Kempinskinin Bal salonunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə keçiriləcək.

Müğənni fotonu "Həyat yoldaşı və ana olmaq sahib olduğum bütün dəyərlərdən öndə, məni qürurlandırır" şərhi ilə paylaşıb.

6 aylıq uşaq pivədən öldü

altAna 6 aylıq qızının ölümünə səbəb olub. Hadisə Rusiyanın Altay vilayətində, Çoysk rayonunda qeydə alınıb. Belə ki, qadın körpəsinin daima xəstə olması və narahat yatmasından bezib. O, uşağı sakitləşdirmək üçün yollar axtarmağa başlayıb.

Nəticədə qadın uşağa "kömək məqsədi" ilə spirtli içki verib. O, 4,3 faiz spirt olan pivəni onun südünə qataraq içirib.

Bundan sonra körpə qızın vəziyyəti daha da pisləşib. Uşaq etil spirtindən zəhərlənmə nəticəsində dünyasını dəyişib. Həkimlər körpənin qanında 0,2 promil alkoqol aşkar ediblər

Hadisədən sonra körpəsini içki ilə sakitləşdirmək istəyən qadın məhkəmə qarşısına çıxarılıb. Lakin məhkəmə rus qadının səmini peşmanlığını, onun hadisəni istəməyərək törətdiyini və sentyabrda yenidən ana olduğunu nəzərə alaraq həbs cəzası verməyib.

Ərdoğanın oğlu qaçdı

altTürkiyədə 36-cı "Vodafone İstanbul Marafonu" keçirilib. ANS PRESS-in məlumatına görə, marafonda Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib.

Yarışmada xalq qaçışında iştirak edənlər arasında isə diqqət çəkən ad Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan olub.

36-cı Vodafone İstanbul Marafonunu kişilər arasında Farslı Hafid Chani, qadınlarda isə Efiyopiyalı Amane Gobena qazanıb.Marafonda birinci yerin sahiblərinə isə 50 min dollar məbləğində mükafat təqdim edilib.

Marafona 118 ölkədən, 25 min-ə yaxın idmançı qatılıb.

Prezident nikah şahidi oldu - foto

altTürkiyə Milli Kəşfiyyat İdarəsinin müşaviri Hakan Fidanın oğlu evlənib.

Dalgatv-nin "Hürriyət"ə istinadən xəbərinə görə, Ankara Böyükşəhər Bələdiyyə başkanı Məlik Gökçəkin idarə etdiyi nikahda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şahid olub.

Bəylə gəlinin adının gizli saxlanılması diqqətdən qaçmayıb. Hakan Fidanın oğluna Enerji və Təbii Qaynaqlar Naziri Taner Yıldızın qohumunun qızını aldığı deyilib.

Yeni evlənən cütlüyə nikahlarını təsdiq edən şəhadətnaməni R.T.Ərdoğan verib.

3 yaşlı uşaq avtomobili yandırdı

alt

Tovuzda avtomobili yandıran 3 yaşlı uşaq özü də xəsarət alıb.

Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Düzqırıqlı kənd sakini, 2011-ci il təvəllüdlü Mehdiyev Qəzənfər Elşən oğlu bədənin 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşağa tibbi yardım edildikdən sonra o, Gəncə şəhərinə aparılıb.

Uşağın yaxınlarının verdiyi məlumata görə, Qəzənfər valideynlərindən xəbərsiz həyətdə olan “VAZ 2106” markalı avtomobilə minib və orada yanğın törədib.

Ən varlı terrorçular (SİYAHI)

altSon zamanlar dünyanın ən çox diqqət mərkəzində olan İŞİD terrorçu təşkilatının əməlləri, baş kəsmələridir. İŞİD-ın fəallaşması ilə terrorçu təşkilatların maliyəlləşməsi məsələsi də yenidən gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, məşhur "Forbes" jurnalının İsrail versiyası ən varlı terror təşkilatlarının siyahısını hazırlayıb.

Araşdırmada terrorçuların illik gəlirləri qeyd edilib. Siyahıda 10 terror təşkilatının adı var.
İlk pillədə gündəmi zəbt edən İŞİD yer alıb. Bu terror təşkilatı ildə 2 milyard dollar qazanır. İkinci yerdə 1 milyard dollarla Həmas, üçdə isə 500 milyon dollarla FARC dayanır.

4.Hizbullah - 500 milyon dollar
5.Taliban - 400 milyon dollar
6.Əl Qaidə - 150 milyon dollar
7.Leşker-i Tayyibə - 100 milyon dollar
8.Əl Şabab - 70 milyon dollar
9. Real İRA - 50 milyon dollar
10. Boko Haram - 25 milyon dollar

Kürdcə danışdı, öldürüldü – Antalyada

alt

Türkiyənin Antalya şəhərində 20 yaşlı Mahir Çətin kürd dilində danışdığına görə 15 gənc tərəfindən döyülərək öldürülüb.

AzNews.az xəbər verir ki, bu haqda Türkiyənin “Milliyet” qəzeti yazıb.

Məlumata görə, Antalyanın Kaşi rayonunda fəaliyyət göstərən kafelərdən birində iki gəncin kürd dilində danışması kafedə oturan türkləri qıcıqlandırıb və onlar niyə “Türkiyədə kürd dilində danışırsınız?” sualına cavab istəyiblər.

Nəticədə dava düşüb və 20 yaşlı Mahir Çətin hadisə yerində keçinib.

Kafedəki kameralara baxış keçirəndən sonra məlum olub ki, ölən gənc cəmi 10 saniyə zərbəyə dözə bilib.

Həyat yoldaşına 890 minlik hədiyyə bağışladı

alt“Qalatasaray”lı futbolçu Sabri Sarıoğlu həyat yoldaşı Yağmura 890 min avro dəyərində avtomobil hədiyyə edib.

Dalgatv Axşam.az-a istinadən xəbər verir ki, ötən gün alış-veriş mərkəzlərindən birinə “Lamborghini” ilə yollanan cütlük içəridə olarkən vətəndaşlar maşınla şəkil çəkdirmək fürsətini qaçırmayıblar.

Lüks avtomobillərə marağı ilə tanınan S.Sarıoğlu xanımının və oğlu Sarpın adlarının baş hərflərindən ibarət nömrə nişanı da alıb.

Vurduğumuz erməni helikopteri (FOTO)

altBu gün Azərbaycan tərəfi Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterini vurub.

ANS PRESS-in məlumatına görə, düşmən hərbi aviasiyası açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

İndiyədək Ermənistan Respublikası Silahlı Qüvvələrində cəmi 12 Mi-24 tipli helikopter olub. Mi-24 tipli vertolyota hərəkətli pulemyot quraşdırılıb. Pulemyot 900 patron tutumuna malikdir. Hərbi texnikada həmçinin tank əlehinə kompleks mövcuddur. Helikopterin sükan vinti isə sağda yerləşir.

Sözügedən helikopterin texniki göstəricilərini sizə təqdim edirik:

Heyət: 2-3 nəfər
Sərnişin: 8 desan, 2 xərəkdə yaralı və 2 tibb işçisi
Kreyser sürəti: 270 km/s
Maksimal sürəti üfüqi uçuş: 335 km/s
Uçuş məsafəsi: 450 km
Orta yanacaq sərfi: 1 saata 780 litr

ABŞ-ın ən bahalı evi satılır

alt

ABŞ-lı milyarder Jeff Greene, Beverly Hills-dəki malikanəsini rekord qiymətə satışa təqdim edir.

Ev, ABŞ-ın satışa çıxan ən bahalı evi olacaq. Ev bu həftə 195 milyon dollara satışa çıxarılacaq.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, malikanədə 12 yataq otağı, 23 duş otağı, Türk hamamı, 3 min şüşənin sıxa biləcəyi bir şərab anbarı, iki lentli boulinq sahəsi, xüsusi kino otağı və nəhəng bir hovuzu var.

Evi satışa çıxaran şirkət Beverly Hills-də 50 milyon dollarlıq evin beynəlxalq alıcılara təqdim edildiyini bildirib. Bu evin beynəlxalq bir alıcıya satılacğı da gözlənilir.

Tbilisinin məxfi sənədlərini Kremlə ötürən casus kimdir?

alt

“Bir ay öncə həm NATO, həm də Avropa Birliyi ilə mühüm ortaq strateji sənədlərə imza atan Gürcüstan hökuməti bu gün öz addımlarıyla hər kəsi narahat edir”.

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Gürcüstan hakimiyyətinin daxilində casus olduğunu bildirib.

“Gürcüstanda bu gün gedən prosesləri Qərb və Avropa yaxından izləyir. Bir ay öncə həm NATO, həm də Avropa Birliyi ilə mühüm ortaq strateji sənədlərə imza atan Gürcüstan hökuməti bu gün öz addımlarıyla hər kəsi narahat edir. Görünən odur ki, Gürcüstan dövləti içərisində məlumatları sızdıran şəxs və ya şəxslər mövcuddur. Bu şəxs, görünür, hökumətdə önəmli strateji post tutur. Çünki tam məxfi sənədləri və Gürcüstanın son iki ayda imzaladığı mühüm öhdəlikləri hər kəs bilə bilməz. Bununla bağlı çox qısa çevrədə bir neçə şəxs məlumatlı olur. Həmin şəxslər də dövlətin beyin mərkəzləri sayılır. Görünür, kimsə və ya kimlərsə bu sənədləri Rusiya tərəfinə verir. Gürcüstanda baş tutan istefalar buna işarədir. Rusiya Gürcüstanın imzaladığı və əldə etdiyi tam məxfi sənədlərdən xəbər tutmuş olmasaydı, bu gün siyasi böhran yaşanmazdı. Saakaşvili hakimiyyətindən sonra dövlət dairələrində bəzi strateji postlarda olan şəxslərin yerləri dəyişdirildi və oraya yeni simalar təyin olundu. Gürcüstan bu böhrandan çıxmaq üçün öz daxilində ciddi araşdırmalar aparmalıdır. Əks təqdirdə biz Gürcüstanda “Qafqaz baharı”nın yenidən yaşanacağını görə bilərik. Gürcüstanda yaşanan böhran və ya gedən proseslər Azərbaycana da təsirsiz ötüşməyəcək. Əgər Rusiya Gürcüstanı tam ram edə bilsə, Azərbaycan siyasi və iqtisadi blokadaya düşəcək. Bundan çıxış yolu isə Qərb və Avropa ilə belə məsələlərin ciddi şəkildə müzakirə olunmasıdır. Əgər vaxtında müzakirə olunmazsa, o zaman regionda Rusiyanın təsir gücü tam bərpa olunar. Azərbaycan birbaşa özü bu proseslərə təsir edə bilməz, çünki kiçik dövlətdir, lakin Avropa Birliyi və Amerika vasitəsilə bu prosesləri sürətləndirə bilər”.

Tbilisidə “Cənubi Qafqazda ictimai televiziyalarının rəqəmsal yayıma keçid texnologiyaları problemləri” adlı konfrans keçirilib

altGürcüstan paytaxtında “Cənubi Qafqazda ictimai televiziyaların rəqəmsal yayıma keçid texnologiyaları problemləri” adlı üç günlük konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Cənubi Qafqaz ölkələrində ictimai televiziyaların problemləri barədə çıxışlar və hazırdakı vəziyyəti barədə müzakirələr, fikir mübadiləsi aparılıb. Konfransda Azərbaycanı 11 nəfər KİV nümayəndəsi təmsil edib.

Konfransın ilk sessiyasında "Cənubi Qafqazda KİV azadlığı sahəsində son hadisələr" adlı məruzələr dinlənilib. İlk sessiyada Ermənistan, Azərbaycan və Gürcüstanın mətbuat və dövlət nümayəndələri çıxış ediblər. Azərbaycanda KİV-in vəziyyəti və inkişafı barədə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Kamran Həsənli və digər KİV nümayəndələri çıxış edərək ölkədə KİV-in inkişafı və onlara dövlət tərəfindən göstərilən qayğıdan söhbət açıblar. Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Tədbirin ikinci sessiyasında Azərbaycanı təmsil edən media eksperti Zeynal Məmmədli və digər Cənubi Qafqaz ölkələrinin nümayəndələri çıxış ediblər. Konfransın digər sessiyalarında maliyyə və ictimai yayımın idarə olunması, tənzimlənməsi məsələləri barədə fikir mübadiləsi və müzakirələr aparılıb. Sonda ictimai televiziyalar barədə filmlər nümayiş etdirilib.

Saytda Axtarış

Son xəbərlər