Dalga Televiziyasi Tbilisinin məxfi sənədlərini Kremlə ötürən casus kimdir?
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün125
DünənDünən1345
Bu həftəBu həftə11155
Bu ayBu ay8433
Bu günə qədərBu günə qədər7496650

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisinin məxfi sənədlərini Kremlə ötürən casus kimdir?

alt

“Bir ay öncə həm NATO, həm də Avropa Birliyi ilə mühüm ortaq strateji sənədlərə imza atan Gürcüstan hökuməti bu gün öz addımlarıyla hər kəsi narahat edir”.

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Gürcüstan hakimiyyətinin daxilində casus olduğunu bildirib.

“Gürcüstanda bu gün gedən prosesləri Qərb və Avropa yaxından izləyir. Bir ay öncə həm NATO, həm də Avropa Birliyi ilə mühüm ortaq strateji sənədlərə imza atan Gürcüstan hökuməti bu gün öz addımlarıyla hər kəsi narahat edir. Görünən odur ki, Gürcüstan dövləti içərisində məlumatları sızdıran şəxs və ya şəxslər mövcuddur. Bu şəxs, görünür, hökumətdə önəmli strateji post tutur. Çünki tam məxfi sənədləri və Gürcüstanın son iki ayda imzaladığı mühüm öhdəlikləri hər kəs bilə bilməz. Bununla bağlı çox qısa çevrədə bir neçə şəxs məlumatlı olur. Həmin şəxslər də dövlətin beyin mərkəzləri sayılır. Görünür, kimsə və ya kimlərsə bu sənədləri Rusiya tərəfinə verir. Gürcüstanda baş tutan istefalar buna işarədir. Rusiya Gürcüstanın imzaladığı və əldə etdiyi tam məxfi sənədlərdən xəbər tutmuş olmasaydı, bu gün siyasi böhran yaşanmazdı. Saakaşvili hakimiyyətindən sonra dövlət dairələrində bəzi strateji postlarda olan şəxslərin yerləri dəyişdirildi və oraya yeni simalar təyin olundu. Gürcüstan bu böhrandan çıxmaq üçün öz daxilində ciddi araşdırmalar aparmalıdır. Əks təqdirdə biz Gürcüstanda “Qafqaz baharı”nın yenidən yaşanacağını görə bilərik. Gürcüstanda yaşanan böhran və ya gedən proseslər Azərbaycana da təsirsiz ötüşməyəcək. Əgər Rusiya Gürcüstanı tam ram edə bilsə, Azərbaycan siyasi və iqtisadi blokadaya düşəcək. Bundan çıxış yolu isə Qərb və Avropa ilə belə məsələlərin ciddi şəkildə müzakirə olunmasıdır. Əgər vaxtında müzakirə olunmazsa, o zaman regionda Rusiyanın təsir gücü tam bərpa olunar. Azərbaycan birbaşa özü bu proseslərə təsir edə bilməz, çünki kiçik dövlətdir, lakin Avropa Birliyi və Amerika vasitəsilə bu prosesləri sürətləndirə bilər”.

Saytda Axtarış

Son xəbərlər