Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün947
DünənDünən634
Bu həftəBu həftə7383
Bu ayBu ay52082
Bu günə qədərBu günə qədər7422556

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Azəri Güneldən pis xəbər var (FOTO)

altToy xəbərini gözlədiyimiz müğənni Azəri Güneldən pis xəbər var. ANS PRESS-in məlumatına görə, ifaçı 4 illik nişanlısı İnanc Başəyməzdən ayrılıb.

Günel ayrılıq xəbərini İnstagramda bəyan edib. "Sözlüm olan İnancla yollarımızı ayırdıq. Hər şeyin xeyirlisi olsun"- yazaraq həyatında baş verən yeniliyi izləyiciləri ilə paylaşıb.

Azəri Günel keçmiş nişanlısı İnanc Başəyməzlə Türkiyədə məktəbdə bir sinifdə oxuyub. Cütlük 2011-ci ilin iyun ayından birlikdədirlər. Azəri Günel keçən ilin may ayında toyun bir il də gecikəcəyini elan etmişdi.

Qeyd edək ki, Günelin nişanlısı Türkiyə vətəndaşı 27 yaşlı İnanc Başəyməz adlı iş adamıdır. O, Günellə Türkiyədə orta məktəbdə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyun ayından nişanlıdır.

Atatürk haqqında MARAQLI FAKTLAR:” Xanım mənim xətrimə başınızdakı örtüyü açarsızmı?”

alt

Bu gün Türkiyə Cumhuriyyətinin banisi və ilk cumhurbaşqanı olan Mustafa Kamal Atatürkün ölümündən 76 il ötür. 1881-ci ildə Salonikidə anadan olan, 1923-cü ildə imkansız şəraitdə yoxdan bir bayraq var edən Atatürk 1938-ci il noyabrın 10-da dünyaya vida deyib. Modern.az Atatürk haqqında olan maraqlı faktları və real həyat hekayələrini sizlərə təqdim edir:
“Mənim torpağım məni kirlətməz”
Dövlət başçısı seçilən Mustafa Kamal dəniz nəqliyyatı ilə Türkiyənin bir sıra ərazilərinə səfərlər edir. Sahilboyu vilayətlərin birinə də su nəqliyyatı ilə gedən Atatürk sahilə çatarkən sürətli addımladığı üçün azacıq səmtini itirir, lakin barmaqlarını sahil qumuna batıraraq özünü yıxılmaqdan qoruyur. Tez qarşısına qaçıb, bulaşmış əllərini təmizləmək üçün ona yardım etmək istəyirlər. Amma Atatürk bir müddət barmaqlarına baxır və onlara belə cavab verir: -Bu mənim torpağımdır. O məni heç vaxt kirlətməz”

“Mən sabahı gəzdirirəm”

Atatürk bir gün Çankayada keçirilən toplantıya tələsirmiş. Sürücüyə də bildirir ki, mümkün olduğu qədər onu iclas olacaq yerə tez çatdırsın, çünki xeyli qonaqlar onu gözləyirdi. Amma keçdiyi yerlərin birində xalq onu böyük izdihamla qarşılayır. Atatürk maşından düşərək qısa müddətli onlara əl edir, hal-əhval tutur. Vaxtın azlığını əsas gətirərək maşına oturmaq istəyir. Elə bu zaman balaca uşaq ağlamağını eşidir. Baxıb görür ki, anasının qucağında toppuş bir uşaq əllərini ona uzadaraq ağlayır. Atatürk ona yaxınlaşıb qucağına alır və yanağından öpür. Uşaq da əllərini maşına doğru uzadır və təkid edib ağlayır. Anası da utana -utana Atatürkə deyir ki, uşağın istədiyi maşındır. Bir söz deməyən Atatürk uşaqla bərabər maşına oturur və onu gəzdirir.iclasa gecikməsinə baxmayaraq uşağı gətirib şəxsən özü anasına təhvil verir. Anası üzürxahlıq edəndə isə o, bu cavabı verir:

-Mən Türkiyənin sabahını gəzdirdim. Bu sabah hər şeydən və hər kəsdən önəmlidir.

“Mənim xətrimə baş örtüyünüzü açarsız?”

Bir gün xalq arasında gəzəndə çarşablı bir xanımla qarşılaşır: “Xanım, mənim xatirimə başınızdakı örtüyü açarsızınızmı” deyib. Qadın başındakı yaylığı açaraq, Atatürkün qarşısında əyilib və əllərindən öpüb.

Bu rəsmi heç kəsə göstərmə

Ağır Sakarya vuruşmasından çətin qalibiyyətlə qayıdan Atatürk Türkiyə Böyük Millət Məclisində hesabat xarakterli çıxış edir, problemləri və qarşıdakı çətinlikləri göstərir. Əsas diqqət də ərzaq və maddi təminatın çatışmazlığına yönəldir. Sakaryadsa əsgərlərin və düşmənlərin qida çatışmazlığını diqqətə çatdırır. Amma buna baxmayaraq o, qalib gəlmişdi, məhz bu səbəbdən Məclisə bir rəssam daxil olur və Atatürkə ehtiram nişanəsi olaraq çəkdiyi tablonu təqdim edir. Tablo Sakarya müharibəsini özündə əks etdirirdi. Burada Atatürk cüssəli, kök bir atın üzərində əzəmətli şəkildə dayanıb. Rəsm əsəri gözəl olduğundan salondakılar onu alqışlayır. Lakin Atatürk qəfildən rəssama deyir: “Bunu başqa kimsə görüb?

Rəssam “xeyr” deyəndə əlavə edir:

-Onda lütfən başqa heç kəsə göstərmə.

Rəssam tutulur nə deyəcəyini bilmir. Atatürk əlavə edir ki, rəsm kimi gözəl sənət əsəridir. Amma burada at çox yaxşı , bəslənmiş həmçinin mən də çox gümrah və tox görünürəm. Amma vallahi, belə deyildi. Sakaryada atlar bir dəri, bir sümük, bizlər isə az qla çöpə dönən birisi idik. Bilirsənmi bu nə deməkdir?

Səhvini anlayan rəssam deyir:- bu rəsm Sakarya vuruşmasının dəyərini aşağı salan bir əsərdir. Atatürk isə bu sözlərə yalnız gülümsəyir və rəssamın əlini sıxır.

Atatürk haqqında maraqlı faktlar

1. Ən çox sevdiyi yemək: Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.

2. Ən çox sevdiyi kitab: Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış.

3. Ən çox sevdiyi heyvanlar: Atlar və itlər. “Fox” adını verdiyi iti həmişə yatağının ucunda yatardı.

4. Ən çox sevdiyi rəqs: Ən çox sevdiyi rəqs vals olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.

5. Geyimi: Köynəklərinin hamısı ağ idi. O, köynəklərini əvvəllər İsveçrədə tikdirib, sonralar isə yerli maldan istifadə etmək kompaniyasına əsasən Bəyoğlunda bir dərziyə tikdirib. Kostyumlarının dizaynını həmişə özü hazırlayardı. Göy rəngli kostyum geyinməyi xoşlamırdı.

6. Fiziki göstəriciləri: Boyu 1,74 m olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kq olub. Amma sonra xəstəliyi artdıqca çəkisi 46 kq-a qədər düşüb. 43 ölçülü qara laklı ayaqqabı geyərdi.

7. Səhər vərdişləri: Səhər yeməyindən xoşu gəlmirdi. Yuxudan duran kimi otağındakı divanın üzərinə bardaş qurub oturur, günün ilk qəhvəsini içir və siqaret çəkirdi.

Xəstəliyininbaşlanğıcındaonumüayinə edənhəkimFissingergündə neçə paçkasiqaretçəkdiyinisoruşub. Atatürk “səkkiz” deyib.

Həkim məsləhət görüb ki, bundan sonra gün ərzində ancaq bir paçka siqaret çəksin. Bunu eşidən Atatürk gülümsəyərək: “Mən onsuz da gün ərzində ancaq bir paçka siqaret çəkirəm. Bundan sonra bunu sizin icazənizlə edəcəm” deyib.

8. Qəribəliyi: Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi. Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş.

"Niva"nı söküb bu hala gətirdi (FOTO)

altRusiyada bir nəfər qayığını daşıya bilmək üçün maraqlı bir üsula əl atıb.

ANS PRESS-in məlumatına görə, Nikolay Fedov adlı bir rus "maşın qəbirstanlığı"ndan "Niva" makralı avtomobil alıb. Təxminən 250 manata satın aldığı maşını başdan sona yeniləmək qərarı verən Nikolay sonunda məqsədinə çatıb.

Salonu yeniləyən və maşının üst hissəsini açtıran Nikolay az miqdarda pul xərcləyərək xəyallarını bəzəyən avtomobilə sahib olub.

Rus vətəndaşın avtomobilinin fotolarını sosial şəbəkədə paylaşması isə insanların böyük marağına səbəb olub.

Murat Bozu tanınmaz hala saldılar (FOTO)

altTürkiyəli pop müğənninin oynayacağı filmdə rolu müəyənləşib.

ANS PRESS-in məlumatına görə, məşhur pop müğənni Murat Boz yeni filmlərdən birində rol alacaq. Sosial şəbəkədə fenomen adlardan biri olan, xüsusilə Türkiyədə çox populyarlıq qazanan Puccanın (Selen İşıq) kitabı əsasında çəkilən “Haydı İnşallah” filmində müğənni Bəkbəz adlı televiziya aparıcısı rolunu canlandıracaq.

M.Boz filmdə 50 il əvvələ gedərək, yaşlı bir görkəmdə göstərilib. Bu ayın 28-də tədim edilməsini gözlənilən ekran işidə digər baş rolu Büşra Pekin oynayacaq. Bu barədə məlumatı da aktrisa sosial şəbəkədə paylaşdığı fotoşəkildə bildirib.

Filmdə bir sıra yaşlı tanınmış sənət adamları da rol alıb.

Kor qızın gözü başına dəyən zərbə ilə açıldı

altBeynində olan problem səbəbindən 11 yaşında görmə qabiliyyətini itirən yeni zelandiyalı qızın gözü başına dəyən zərbədən sonra 13 il sonra açılıb. ANS PRESS-in məlumatına görə bələdçisi olan iti öpmək üçün əyilən Lisa Ridin başı stolun küncünə dəyib. Bu zərbə ilə huşunu itirən qız, bir də ertəsi gün səhər oyanıb və korluğundan əsər qalmadığını görüb.

Rid, gözü açIldIqdan sonra özünü tanIya bilmədiyini deyib:

“Anamı görən kimi, eyni qalmısan, heç dəyişilməmisən. Bir az yaşlanmısan – dedim. Özümə vı qardaşıma baxanda isə gördüm ki, mən artıq qadın olmuşam, qardaşım isə gənc bir kişi”.

Hazırda 38 yaşı olduğunu deyən Lisa Rid bütün bunların 2000-ci ildə baş verdiyini deyib.

Ekstrasensdən Putin haqda qorxulu proqnoz

alt

“Putin etdiyi hər bir şeyə görə cavab verəcək və bu onun üçün asan olmayacaq”.

Axar.az Obozrevatel.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı ekstrasens Maksim Qordyev çıxış edib.

O, Putinin əməllərinə görə əziyyət çəkəcəyini bildirib:

“Hər şey xəstəlikdən başlayacaq və o, bu dünyanı sadə formada tərk etməyəcək. İnsanların nifrəti axır-əvvəl onu tutacaq. O, hesab edir ki, əbədi hökmranlıq edəcək. Hitler də belə fikirləşirdi. Putin artıq ölüb. Bu onun şəxsiyyəti ilə bağlıdır. O, hakimiyyətinin ortalarında çox dəyişib və artıq başqa insan olub”.

Somalidə jurnalistin qatilləri edam edildi

alt

Somalidə jurnalistin iki qatilini hamının gözləri önündə edam ediblər.

Axar.az RBC radiostansiyasına istinadən bildirir ki, jurnalist Məhəmməd Mahmud Tima-Kaddenin qətlində müqəssir bilinən 22 yaşlı Əli Bəşir Osman və 25 yaşlı Əbdüddəxi Şərif Osman hamının gözləri önündə güllələniblər.

Xatırladaq ki, qətl hadisəsi 2013-cü ilin noyabrında Maqodişidə baş vermişdi. Edam hökmü Moqadişi Polis Akademiyasında Ali Məhkəmənin hakimləri, Tima-Kaddenin ailə üzvləri, eləcə də digər jurnalistlərin gözləri önündə hərbçilər tərəfindən həyata keçirilib.

Yerli televiziyada işləyən Tima-Kadde ötən ilin əvvəlindən Somalidə qətlə yetirilən yeddinci jurnalistdir. Bu ölkə “Sərhədsiz reportyorlar” təşkilatının tərtib etdiyi mətbuata azadlıq cədvəlində 180 ölkə arasında 176-cı yeri tutur.

Durmuş ürək 20 dəqiqədən sonra yenidən döyündü

altDünyada ilk dəfə olaraq döyünməyən ürəyin köçürülməsi uğurla keçərək, transplantologiya sahəsində yeni imkanlar açıb.


ANS PRESS-in məlumatına görə, Avstraliya cərrahları dünyada ilk dəfə olaraq döyünmə fəaliyyətini dayandırmış ürəyin uğurlu köçürülmə əməliyyatını ediblər.

Tibb işçiləri hesab edirlər ki, Avstraliyada döyünməyən ürəyin köçürülmə əməliyyatı orqanların transplantasiyası sahəsində yeni imkanlar yaradır. Bu vaxta kimi cərrahlar yalnız beyin ölümü qeydə alınmış donorun döyünən ürəyindən istifadə edə bilirdilər.

Avstraliyanın Müqəddəs Vinsent xəstəxanasının həkimləri döyünməyi dayandırmış ürəyi 20 dəqiqə sonra yenidən həyata qaytarmağa müvəffəq olublar. Bu da orqanların köçürülməsi sahəsində bir növ yeni inqilab olub.

Fəaliyyətini dayandırmış ürəyi həmişə edildiyi kimi soyumağa qoymayıblar. Adət olunan üsulun əvəzində orqan əməliyyatdan əvvəl “qutuda ürək” adı altında yeni mərhələ keçib. Bu zaman ürək əvvəlki üsul olan bədəndə deyil, qidalandırıcı maddələrin olduğu məhlulda qızdırılıb.

"Whatsapp" və "Facebook"dan ağır zərbə

altİnternet yolu ilə mesajlaşma proqramları Türkiyə mobil sektor bazarına ağır zərbə vurub.

ANS PRESS-in məlumatına görə, gedərək yayılan "Whatsapp", "Facebook" kimi mesajlaşma proqramları qısa mesajların (SMS) sayını kəskin azaldıb.

Türkiyədə ötən ilin ilk yarısında 90 milyard 876 milyon olan SMS miqdarı, bu ilin eyni dövründə 27% azalaraq 66 milyard 431 milyona geriləyib. Sözügedən dövrdə görüntülü mesaj (MMS) sayı isə 114,9 milyondan 64,4 milyona düşüb.

2008-ci ildə 77 milyard 837 milyon olan SMS sayı, 2013-ci ilə qədər təxminən yüzdə 128%-lik artımla 177,6 milyard ədəd səviyyəsinə yüksəlmişdi. SMS sayının bu ilin əvvəlindən etibarən isə düşməyə başladığı müşahidə edilir.

Qeyd edək ki, sözügedən anoloji vəziyyət Azərbaycanda da müşahidə edilir. Ölkədə geniş yayılan "Whatsapp" və "Facebook" kimi mesajlaşma proqramları operatorları çətin vəziyyətə salır. Bunun qarşısını almaq üçün operatorlar müxtəlif kampaniyalar təqdim edirlər. Ancaq, görünür bu təkliflər də SMS və MMS bazarında istənilən effekti vermir.

Ona ev bağışlayanı səhvən öldürdü

altBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 65 yaşlı Şərbət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Dalgatv -nin APA-ya istinadən verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Proses oktyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü Şərbət Hümbət oğlu Məmmədov Neapol küçəsi-21 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Skoroboqatova İrayida İvanovnanı yaşadığı mənzildə xüsusi amansızlıqla öldürüb. O, qadına çoxsaylı bıçaq zərbələri vurub.

Cinayət onların mübahisəsi zamanı baş verib. Mübahisəyə səbəb isə mənzil olub. Belə ki, Ş.Məmmədov istintaqa ifadəsində bildirib ki, İrayida Skoroboqatova uzun müddət Məmmədovlar ailəsinin himayəsində yaşayıb. O, ömrünün sonunda mənzilini Məmmədovlar ailəsinə verəcəyini vəsiyyət edib. Lakin söhbət zamanı Şərbət Məmmədov düşünüb ki, qadın mənzili başqa birisinə vermək fikrindədir. Bu səbəbdən əsəblərini cilovlaya bilməyib və qadını bıçaqlayıb.

Araşdırmalar zamanı o da məlum olub ki, əslində İrayida Skoroboqatova mənzilini Məmmədovlar ailəsinə vəsiyyət edib

Aygün nişanlısından ayrıldı- “Alınmır məndə, hər şey bitdi”

altBir neçə gün öncə nişanlandığını deyən xalq artisti Aygün Kazımova ona verilən üzüyü geri qaytarıb. "Qafqazinfo" lent.az-a istinadən xəbər verir ki, xalq artisti dj Kazımın 106.3 fm-də aparıcılıq etdiyi “Günorta efiri”nə telefon bağlantısından imtina edərək aparıcıya sms yazıb, sevgilisindən ayrıldığını deyib:

“Hər şey başlamadan bitdi. Sevgi mənə görə deyil. Alınmır məndə. Nə qədər çətin olsa da, etiraf edirəm, sevgim bitdi. Şəxsi həyatımda qalxıb, düşmə nöqtəsindəyəm. Hər zaman olduğu kimi yenə də başımı yaradıcılıq işimlə qatıram. İfa etdiyim “Sənə xəstəyəm” mahnısını bu gündən etibarən dinləyicilərin ixtiyarına verdim. Tez başlayıb, tez bitən sevgim barəsində çox danışmaq istəmirəm”.

Xatırladaq ki, A.Kazımovanın haqqında danışdığı şəxs biznesmen Fikrətdir. Atası Almaniyada yaşayan məmurdur. Cütlük İstanbulda tanış olub.

Qeyd edək ki, A.Kazımova oktyabrın 17-də nişanlandığını sosial şəbəkədə qeyd etmişdi.

 

İnternetdə tanış olduğu oğlana görə 40 kilo arıqladı

altRusiyada yaşayan gənc qız tanış olduğu oğlanın xoşuna gəlmək üçün 40 kilo arıqlayıb.

ANS PRESS-in məlumatına görə, 24 yaşlı Yulya Karakova 40 kilo artıq çəkini bir il ərzində verib. Belə ki, internetdə yazışdığı gənc yaraşıqlı oğlan ondan şəkil istəyəndə Yulya arıqlamağa qərar verib. Onun sözlərinə görə, adi yazışmalarla başlayan ünsiyyət zaman keçdikcə “məktublarda roman”a çevrildi. Amma oğlan ondan şəkil istəyəndə o nə isə etməli olduğunu anladı.

Bu zaman gənc xanım arıqlamağa qərar verib. Onun sözlərinə görə, pəhriz saxlayıb, idmanla ciddi məşğul olub, çoxlu su içib. Nəticədə bir il ərzində 40 kiloqram arıqlayıb.

Arıqlayandan sonra oğlan dostunun yanına gedən Yulya ancaq əşyalarını götürmək üçün geri qayıdıb.

Saytda Axtarış

Son xəbərlər