Dalga Televiziyasi Ona ev bağışlayanı səhvən öldürdü
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün988
DünənDünən2847
Bu həftəBu həftə988
Bu ayBu ay59149
Bu günə qədərBu günə qədər7486483

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ona ev bağışlayanı səhvən öldürdü

altBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 65 yaşlı Şərbət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Dalgatv -nin APA-ya istinadən verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Proses oktyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü Şərbət Hümbət oğlu Məmmədov Neapol küçəsi-21 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Skoroboqatova İrayida İvanovnanı yaşadığı mənzildə xüsusi amansızlıqla öldürüb. O, qadına çoxsaylı bıçaq zərbələri vurub.

Cinayət onların mübahisəsi zamanı baş verib. Mübahisəyə səbəb isə mənzil olub. Belə ki, Ş.Məmmədov istintaqa ifadəsində bildirib ki, İrayida Skoroboqatova uzun müddət Məmmədovlar ailəsinin himayəsində yaşayıb. O, ömrünün sonunda mənzilini Məmmədovlar ailəsinə verəcəyini vəsiyyət edib. Lakin söhbət zamanı Şərbət Məmmədov düşünüb ki, qadın mənzili başqa birisinə vermək fikrindədir. Bu səbəbdən əsəblərini cilovlaya bilməyib və qadını bıçaqlayıb.

Araşdırmalar zamanı o da məlum olub ki, əslində İrayida Skoroboqatova mənzilini Məmmədovlar ailəsinə vəsiyyət edib

Saytda Axtarış

Son xəbərlər